“Qələbəyə gedən yol” adlı poeziya antologiyası işıq üzü görüb. Dahi şairimiz Nəbi Xəzrinin “Kəlbəcər harayı” adlı şeiri ilə başlayan topluda tanınınmış söz adamlarının bədii nəzm nümunələri yer almışdır. İdeya müəllifi, layihə rəhbəri, tərtibatçı və redaktoru tanınmış şair Vidadi Turan Ağdamlı, texniki redaktoru şair-publisist Mehri Ağdamlı, korrektoru şair-publisist Təranə Tunar, dizayneri Fariz Məhərrəmov olan 432 səhifədən ibarət kitab İsmayıl Nərimanoğlunun rəhbərlik etdiyi “Maarif” nəşriyyatında yüksək keyfiyyətlə, nəfis şəkildə nəşr olunmuşdur.
KİTAB HAQQINDA MƏLUMAT:
“Qələbəyə gedən yol” şeirlər kitabı.
Bakı “Maarif” nəşriyyatı, 2021. 432 səh.
İSBN: 978-9952-445-21-04
Başda Vidadı Turan Ağdamlı olmaqla bütün yaradıcı heyyətə təşəkkürümüzü bildirir, topluda yer alan yazarlarımızı təbrik edirik. Uğurlarınız bol olsun!
Müasir dövrdə dünyamız sürətlə inkişaf edir, hər gün bir çox sahələrdə müxtəlif yeniliklərin şahidi oluruq. Bu gün hər bir dövlətin, təşkilatın, ali təhsil müəssisəsinin qarşısında duran ən mühüm məsələlərdən biri bu yenilikləri izləmək, ayaqlaşmaq, həyata keçirdiyi siyasət və fəaliyyətdə tətbiq etməkdir. Bu yolu tutanlar irəliyə addımlayaraq inkişaf edir, ayaqlaşmayanlar isə ciddi sınaqlarla üz-üzə qalırlar.
Bu gün Azərbaycanda hər zaman geniş müzakirə olunan mövzulardan biri də universiteti yeni bitirən gənclərin iş tapmaqda yaşadıqları çətinliklərdir. Bir çox məzunlar uyğun işə qəbul ola bilmədiklərini, buna səbəb isə dil bilikləri və təcrübə tələb edilməsini göstərirlər. Bəs belə bir vəziyyətin yaranmasının səbəbi nədir?
Bu günün gəncləri gələcəyin liderləri və idarəçiləridir, Azərbaycan gənci kifayət qədər dinamik, potensiallı və ağıllıdır. Bu potensialı düzgün yönləndirmək və onların inkişafına dəstək olmaq əsas vəzifələrimizdəndir.
İndi isə yuxarıdakı suala cavab verməyə çalışaq. Öncə qeyd edək ki, hər bir ali təhsilə hazırlaşan tələbə ixtisas seçimində diqqətli olmalı və düzgün seçim etməlidir. Bir sıra hallarda gənclər daha çox humanitar elmlərə üstünlük verirlər. Bu da əksər hallarda eyni ixtsas üzrə yüzlərlə gəncin məzun olmasına və təklifin tələbi üstələməsinə səbəb olur.
Bu gün dünyada bir çox yeni ixtisaslar yaranmaqdadır. Kompüter elmlərinə, media sahəsinə və mühəndisliyə maraq daha da artmaqdadır. Bu reallıqları nəzərə alaraq gənclər yeni sahələrdə bilik və bacarıq qazanmağa üstünlük verməlidirlər.
Burada digər bir mühüm məsələ ondan ibarətdir ki, tələbələr ali təhsil aldıqları müddətdə universitetin verdiyi biliklərlə kifayətlənməməli, əlavə biliklər əldə etməli, daim öz üzərlərində işləməlidirlər. Bütün hallarda peşəkar mütəxəssis kimi yetişmək üçün onlar təhsillə bərabər, təhsil aldıqları ixtisas üzrə təcrübə keçməyi də unutmamalıdırlar. Hazırda ölkəmizdə bunun üçün kifayət qədər imkan və potensial var.
Bu gün biz informasiya texnologiyaları dövründə yaşayırıq. İnternet, kompüter bizim qarşımızda yeni imkanlar açır. Evdən çıxmadan da yeni biliklər əldə edə, yeni ixtisaslara yiyələnə bilərik. Üzərimizə düşən bu imkanlardan doğru yararlanmalıyıq.
Bununla yanaşı, hər bir tələbə dil biliklərini inkişaf etdirməlidir. Mütləq xarici dil bilməlidir. Bu gün əksər qurumlarda və şirkətlərdə obyektiv və subyektiv səbəblərdən bu tələblər irəli sürülür.
Digər bir mühüm məsələ informasiya texnologiyaları ilə bağlıdır. Hər bir tələbənin kompüterdən yaxşı anlayışı olmalı, bu sahədə müxtəlif proqramları öyrənməli, yenilikləri izləməlidir. Qeyd etdiyim kimi, dünyada sürətli inkişaf gedir, bu inkişafla ayaqlaşanlar öz sahələrində irəliləyə biləcəklər. Burada şirkətlərin də üzərinə ciddi vəzifə düşür. Onlar da gənclərə həssas yanaşmalı onlara özlərini formalaşdırmaq üçün mümkün qədər şans verməlidirlər.
Ümumi müşahidələrimə əsasən deyə bilərəm ki, bu gün Azərbaycanda ziddiyyətli bir vəziyyət yaranıb. İşəgötürənlər işçi, gənclər iş axtarırlar. Deyərdim ki, bu gün Azərbaycanda əksər müəssisələr uyğun və yaxşı işçi axtarışındadırlar. İşəgötürənlərin əksəriyyəti yaxşı işçi, məzunlar isə iş tapa bilmədiklərindən narazıdırlar. Qeyd etdiyim kimi, hər iki tərəfin üzərinə məsuliyyət düşür. Universiteti bitirən, bəzən öz ixtisasının sirlərinə bələd olmayan, dil və kompüter biliklərinə yiyələnməyən məzunları şirkətlər bir çox hallarda işə götürməkdən imtina edirlər. Dəfələrlə özümün də iştirak etdiyim müsahibələrdə bəzi məzunların dil üzrə təhsil almağına baxmayaraq, həmin dili orta səviyyədə bilmədiklərinin şahidi olmuşam. Belə olan halda ixtisası olan dili bilməyən gənci işə götürməyən şirkəti qənamaq olmur. Şirkətin inkişaf etməsi üçün bilikli gənclərin işə cəlb olunması xüsusi önəm daşıyır.
Ona görə, dəyərli gənclər, davamlı üzərinizdə işləyin, dil və informasiya texnologiyaları sahəsində biliklərinizi artırın, mütləq bədii ədəbiyyat və fərdi inkişaf kitabları mütaliə edin. Gələcək daim üzərində işləyənlərin, bilik və bacarıqlarını artıranlarındır.
Bir daha qeyd edirəm, universitet sizə müəyyən biliklər əldə etməyə kömək etsə də, siz üzərinizdə ciddi işləməli, bilik və bacarıqlarınızı artırmalı, işəgötürənlərin “Səni nə üçün işə götürməliyik” sualına hazır olmalısınız.
Ceyhun MƏMMƏDOV — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru.
Həyatı Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub.
Təhsili
1991–1994-cü ildə Suriya Ərəb Respublikasındakı Əbu Nur İslam Kompleksində, Dəvət və İrşad İnstitutunda təhsil almışdır.
1994–1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr təhsili almışdır.
2000–2002-ci illərdə Xəzər Universitetində Ərəb dili üzrə magistr dərəcəsinə yiyələnmişdir.
Peşə fəaliyyəti
1998–2001-ci illərdə İrşad İslam Araşdırmaları mərkəzində tərcüməçi.
2001–2002-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qarabağ bölgəsi üzrə baş mütəxəsis kimi çalışmışdır.
2002–2012-cı illərdə Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhsil şöbəsinin müdiri olmuş, həmçinin “Dövlət və Din” ictimai fikir toplusunun redaktoru olmuşdur.
2012–2013-cü illərdə Avrasiya Tərcümə Mərkəzində tərcüməçi kimi çalışmışdır.
2013–2014-cü illərdə [[Şərqşünaslıq İnstitutu|AMEA-nın Şərqşünaslıq institutu]]nda Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi olmuşdur.
2015-2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır.
2017–ci ildən Azərbaycan Dillər Universitetində müəllim kimi çalışır.
2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunda müəllim kimi çalışır.
Elmi fəaliyyəti
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda dissertant olmuşdur. Fəlsəfə doktoru dissertasiyasını AMEA-da Dinşünaslıq ixtisası üzrə “Şəmsəddin əs-Səxavi və onun “Richanul-kəffəti fi bəyəni nubzətin min əxbəri əhlis-suffə əsərinin islamda yeri” mövzusunda müdafiə etmişdir.
Elmi məqalələri
Azərbaycanda dini dözümlülük ənənələrinin bərqərar olmasında Heydər Əliyevin rolu, “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər”, Beynəlxalq Konfrans, 3–4 aprel 2007-ci il
Heydər Əliyev və Azərbaycanda milli-mənəvi dəyərlərə qayıdış, “Dövlət və din” jurnalı, [[Bakı]], 2008 (may)
Azərbaycanda toleranrlıq, “Dövlət və din jurnalı”, Bakı, 2006 (noyabr)
İslamda məzhəblərin yaranması, “Dövlət və din jurnalı”, Bakı, 2010 (mart-aprel)
Dini maarifləndirmənin aparılmasında informasiya texnologiyalarının rolu, “Dövlət və din jurnalı”, Bakı, 2010 (iyul-avqust)
İnsan həyatında vaxtın dəyəri, “Dövlət və din” jurnalı, Bakı, 2009 (fevral)
İslam və insan sağlamlığı, “Dövlət və din” jurnalı, Bakı, 2007 (mart)
İslamda vəqf, “Dövlət və din jurnalı”, Bakı, 2007 (iyul)
Məhəmməd əs-Səxavinin yaradıcılığı, “Elmi axtarışlar” jurnalı, Bakı, 2004
Məhəmməd əs-Səxavinin suffə əhli haqqında, “Elmi axtarışlar” jurnalı, Bakı, 2006
İslamda ilk təlim və təhsil ocağı, “Elmi axtarışlar” jurnalı, Bakı, 2006
Qurani-Kərim suffə əhli haqqında, “Elmi axtarışlar” jurnalı, Bakı, 2006
Suffə əhlinə peyğəmbər qayğısı, “Dövlət və din” jurnalı, Bakı, 2009 (iyul-avqust)
“Azərbaycanda dövlət-din münasibətləri” “Dövlət və din jurnalı”, Bakı,2007 (mart)
“Azərbaycan Respublikasında din və etiqad azadlığı”, “Dövlət idarəçiliyi və təcrübə” jurnalı, Bakı, 2016
“Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri”, “Dövlət və din” jurnalı, Bakı, 2016 (mart)
“Dini ekstremizmin qarşısının alınması: mövcud vəziyyət və təhdidlər”, “Dövlət və din” jurnalı, Bakı, 2016 (oktyabr)
“Azərbaycanda tolerantlıq: tarix və müasirlik”, “Dövlət və din” jurnalı, Bakı, 2016 (dekabr)
“Sovet hakimiyyəti illərində Azərbaycan SSR-də dövlət-din münasibətləri (1920–1927-ci illər) “Dövlət və din” jurnalı, Bakı, 2017 (aprel)
“Azərbaycanda din təhsili”, “Din araşdırmaları” jurnalı, Bakı, 2018 (dekabr)
Rektor təyin edilməsi
Azərbaycan İlahiyyat İnstitutu 2018-ci il Fevral|fevral ayının 9-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı əsasında yaradılmışdır. 2018-ci ilin may ayının 31-də Prezident İlham Əliyev tərəfindən verilən sərəncamla isə Ceyhun Məmmədov bu insitituta rektor təyin olunmuşdur.
Milli Məclis Deputatı seçildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əlitevin 9 mart tarixli sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad olunmuşdur.
Təltiflər
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 1205 nömrəli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı]] ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Təhsil nazirinin 6 dekabr 2019-cu il tarixli K-1826 nömrəli əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilmişdir.