“GÜLÜNÜN ŞEİRLƏRİ”
Kitabın “Gülünün şeirləri” adlanması təsadüfi deyildir.Belə ki, Gülü xanım təzə-təzə birinci sinfə gedirdi.Mən də həmişəki kimi işdə idim. Evdən zəng gəldi, cavab verəndə Gülü mənə sevinə-sevinə dedi ki,Ata, “ A ” hərfini keçdik. Müəllim evə “A” – yaaid şeir tapşırıb, gələndə hərflərə aid şeir kitabı al gətir. Dedim ki, oldu Gülü xanım.Məhdud vaxt içərisində ora – bura baxdım. Beləbir kitab tapa bilmədim. Çox maraqlıdır ki, bütünköşklərdə başqa dillərdə belə maraqlı, əyləncəliuşaq şeir kitabları olsa da bizim dilimizdə yox idi.Bir az da internetdə axtardım, ürəyə yatan bir nəticəolmadı. “A” – ilə Ana deyə, aləmə səs salırıq –kəlməsi dilə gəldi və ardınca bütün digər şeirləröz növbəsində sıralandı. Onu da mütləq qeyd etməliyəm ki, Gülü xanım bu şeirlərin hər birisi üçün öz birincisinif müəlliməsi Əzizə xanımdan “ ƏLA”qiymətdənəlavə üstəlik “ AFƏRİN” də alıb. Kitabdan bir neçə nümunəyə nəzər salaq:
“ A “
A ilə Ana deyə,
Aləmə səs salırıq.
Azərbaycan sözünə
A ilə başlayırıq.
Ata, Ana tək sözlər
A-nın nəfis ilməsi
A-dan Z-yə hərflər
Allahın bir töhfəsi.
01.10.2011.
“ 1 “
Asan bir sual verim,
İnan, yoxdur beləsi.
Üçdən iki çıxandaS
öylə, qalır neçəsi?
01.10.2011.
“ 2 “
Hansı qoçaq tez deyər,
Söyləyin ay uşaqlar?
Xor-xor yatan pişiyin,
Neçə xumar gözü var?
“ 5 “
Eşitdim, öyrənmisən
İndi daha saymağı,
Adamın bir əlində
Neçə olur barmağı?
03.10.2011.
“ N “
N iyirminci hərfdir,
Düşüb qabağa amma.
Çünki, onu bilməsək,
Yaza bilmərik Ana.
N nənəmin ninnisi,
N nənəmin nehrəsi,
N nənəmin şipşirin
Noğul kimi nəvəsi.
04.10.2011.
“ L “
Lalə dostların yenə
Topladı ətrafına,
Axı, mən nənəmgilə
Getmişdim Lənkərana!?
Orda bir ağac vardı,
Meyvələri sapsarı.
Leyla dadına baxdı,
Büzüşdü dodaqları.
07.10.2011.
Və digər əlifbamızın bütün hərflərinə, eləcə də rəqəmlərin hamısına aid maraqlı şeir və tapmacaların yer aldığı “GÜLÜNÜN ŞEİRLƏRİ” kitabı 2011 – ci ilin sentyabr ayından ilk dəfə bakı şəgəri Arif Hüseynzadə adına tam orta məktəb – liseyin birinci sinifilərinin birində – Gülünün oxumağa başladığı Abdullayeva Əzizə müəllimənin sinfində şeir-şeir, tapmaca-tapmaca istifadə olunmağa başladı və tezliklə əl yazısı, surət çıxarma vasitəsi ilə əldən-ələ, məktəbdən məktəbə yayılmağa başladı. Bu ehyiyac və Əzizə müəllimənin israrlı tövsiyəsi üzərə 2011 – ci ilin 11 dekabrınada Gülü (Mustafayeva Güzüzə Zaur qızı) xanımın ad günü münasibəti ilə ilk variantı, Gülünün öz təqdimatında bütün şeirlərin necə asan əzbərləndiyi və əzbər deyildiyinin əks olunduğu DVD əlavəsi ilə birlikdə işıq üzü gördü. Bu birinci nəşrdən sonra təlabat artıqca 2016 – cı ilə qədər cüzi texniki dəyişikliklərlə dəfələrlə nəşr olundu. Kitab 2011- ci illərin sonlarından həm internet üzərindən müxtəlif portallarda, həm də ənənəvi qydada kitab şəklində körpə uşağı olan valideylər, uşaq bağçası tərbiyəçiləri, ibtidai sinif müəllimləri arasında ən populyar, demək olar ki, alternativsiz vəsait olaraq dövriyyədədir. Kitabın tam pulsuz internet üzərindən daim fasiləsiz və təhlükəsiz fəaliyyət göstərən portallar vasitəsi ilə əlçatan olması onun qısa bir müddətdə geniş yayılmasına səbəb olan amillərdən biri, bəlkə də ən başlıcasıdır. Kitab tam variantda və pulsuz internetdə olmasına rəğmən ənənəvi kitab variantına da həmişə ehtiyac olub və bu gün də var. Nəhayət 2019 – cu ilin avqust ayında Gülünün şeirləri rəsmi olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Tərəfindən hazırlanmış məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulan “Məktəbə Hazırlaşırıq” adlı metodiki vəsaitə daxil edildi:
I HİSSƏ PDF: MEKTEBEHAZIRLIQ – METODIK VESAIT ,
II HİSSƏ PDF: MİKTƏBƏ HAZIRLAŞIRIQ – METODİKİ VƏSAİT – II HİSSƏ.
Və bu gün də tədris prosesində ibtidai sinif müəllimləri, valideynlər, kiçik yaşlı uşaq müəssisəsi tərbiyəçiləri tərəfindən uğula tətbiq edilir. Kitabın belə mərkəzləşdirilmiş və geniş şəkildə tətbiq olunması onun üzərində daha məqsədyönlü iş aparmaq, təkmilləşdirmək ehtiyacını meydana gətirdi. Bu səbəbdən kitab yenidən işlənərək 2019 – cu ildən yeni formada və adında kiçik dəyişikliklə – “Güllünün şeirləri” nəşr olundu.
Kitabın adındakı dəyişiklik sırf texniki səbəblə bağlı olub. Belıəki, adı “GÜLÜNÜN ŞEİRLƏRİ” şeirləri olsa da, həm istifadəçilər, həm də vaxtaşırı kitab haqqında mətbuatda fikir bildirən mütəxəssislər ya “Güllünün şeirləri”, ya da “Gülüşn şeirləri” deyə kitabdan söhbət açır, yazılar yazırdılar. İş belə olduqda biz də Gülü xanımın da öz razılığı ilə adda kiçik texniki dəyişiklik edib onu hamının daha çox adlandırdığı kimi “Güllünün şeirləri” adlandırdıq.
Kitab sonuncu dəfə 2020 – ci ildə “Mücrü” nəşriyyatında nəşr olunub. Hal-hazırda ölkəmizin əsas kitab mağazalarında və kitab evlərində satışda var. Məktəbəhazırlıq qrupları üçün metodik vəsait olan Zaur Ustac ın “Güllünün Şeirləri” kitabını lingdən istifadə etməklə /www.bakubookcenter.az/ saytını ziyarət edib sifariş etməklə əldə edə bilərsiniz. Satışda olan kitablarla bağlı məlumatlar:
MÜCRÜ.ART – ZAUR USTACIN KİTABLARI . Eyni zamanda maraqlananlar “Mücrü” nəşriyyatına müraciət edə bilərlər: Mücrü Kitab Satışı Mob. Əlaqə: +994773457747
==========================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
Müəllif: Zaur USTAC
YAZARLAR.AZ
==============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.r