ELDAR İSMAYIL BÖYÜKTÜRK HAQQINDA

Eldar İsmayıl BÖYÜKTÜRK

Türk dünyasını böyük şairi, tanınmış söz adamı Eldar İsmayıl BÖYÜKTÜRK vəfat edib. Böyük Allahdan şairə rəhmət, doğmalarına, yaxınlarına, onu sevib, bu qəfil xəbərə üzülən hər kəsə səbir diləyirik. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.

İlkin mənbə:Qılman İMAN

ELDAR İSMAYIL BÖYÜKTÜRK HAQQINDA

İsmayılov Eldar Ələsgər oğlu – şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” və “Araz” ali ədəbi mükafatı laureatı, “Əməkdar jurnalist” (20.09.2010)

İsmayılov Eldar Ələsgər oğlu – şair, publisist.

Həyatı

Eldar İsmayıl 10 mart 1942-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb.

Uzun müddət Azərbaycan Tibb Universitetinin nəşri olan “Təbib” qəzetinin baş redaktoru işləyib.

İlk mətbu əsəri Eldar Ağbulaqlı imzası ilə “Lenin yolu” qəzetində 1961-ci ildə “Kəndimiz” adlı şeiri ilə başlayıb. 2003-cü ildən AYB-nin üzvüdür.

“Ulu Göyçə”, “Mən kiməm”, “Türkün xilaskarı”, “Ulu Turan yolunda” adlı poemalarında odlu vətənpərvərlik duyğusu ilə tamamlanmış silsilə şeirləri verilmişdir.

Eldar İsmayıl “Xüsusi mükafat”a layiq görülmüş “Göyçənin qisası qalır” və “Səttar oğlu” tarixi romanlarının, “Məndən ötrü Ermənistan yoxdu, yox”, “Ağrı dağı qədər ağrılarım var”, “Ermənistan türklərinin 1988-ci il soyqırımı” publisistik əsərlərinin müəllifidir.

“Türkün xilaskarı” (2005) poeması Türk xalqına, Türkiyə Cümhuriyyətinin banisi Atatürkə həsr olunmuşdur. Bu şairin türk dünyasına sevgisinin, məhəbbətinin təcəssümü deyilmi? Onun bu zəhməti də Türkiyədə yüksək qiymətləndirilmiş, Türk Dünyası Araşdırmaları Uluslararası Elmar Akademiyası Yüksək Yönetim Kurulunun qərarı ilə Türk ədəbiyyatının inkişafında xidmətinə görə “Türk Ədəbiyyatına Hizmət” beynəlxalq ödülü ilə mükafatlandırılmışdır.

Şairin zəhmətinin növbəti dəyərləndirilməsi “Heyrət” ədəbi dərgisinin dövlət və cəmiyyətin təməl prinsiplərinin qorunmasını, inkişafını özündə ehtiva edən səmərəli ədəbi fəaliyyətinə, ictimai vətəndaşlıq mövqeyinə görə “Məslək Şərəf Diplomu” ilə təltif edilməsidir.

Eldar İsmayıl sevərlərini, pərəstişkarlarını daha bir xoş xəbər sevindirdi.O, Beynəlxalq Təltiflər İttifaqı Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən ədəbiyyatda böyük xidmətlərinə görə ” Vəzifə və Şərəf” Ordeni ilə təltif edilmişdir.

Professor Hüseyn İsmayılovun qardaşıdır.

Fəxri adı
20 sentyabr 2010-cu il tarixdə Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin “Təbib” qəzetinin baş redaktoru İsmayılov Eldar Ələsgər oğluna (Eldar İsmayıla) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adı verilmişdir.

Haqqında
Halal olsun dərdini bu qüdrətdə, bu tutumda deyə bilən qələm sahibinə. (Xalq şairi Bəxtiyar Vahabzadə)

O harada, hansı vəzifəsində işləməsindən asılı olmayaraq yazıb-yaratmaq eşqi ilə çağlayır, şeirdən-şeirə yüksəlir. (Xalq şairi Hüseyn Arif)

“Eldar İsmayıl” biblioqrafiyası Azərbaycanədəbi mühitində şair-publisist, yazıçı-jurnalist, ədib-tənqidçi kimi tanınmış bir şəxsiyyətin ədəbi irsinin güzgüsüdür. (Professor Abuzər Xələfov)

Bu gün Eldar İsmayıl poeziyasının imtahanına yüksək qiymət vermək olar. (AMEA müxbir üzvü, professor Yaşar Qarayev)

Eldar İsmayıl müasir ədəbiyyatımızda ciddi qəbul olunan şairdir. (AMEA müxbir üzvü, professor Nizami Cəfərov)

Eldar İsmayıl vətənpərvər şairdir. Layiqli jurnalist kimi də fəaliyyəti çox təqdirəlayiqdir. (Akademik Əhliman Əmiraslanov)

Əzizim Eldar, sən hələ öz haqqını almamısan. Darıxma, Allah qoysa fəxri adlar da alarsan, prezident təqaüdü də, xalq şairi də. (Akademik Teymur Bünyadov)

Kitabları

  • “Ulu Göyçə”, Bakı, “Yazıçı”, 1990. 120 səh. 4500 tiraj
  • “Allah amanatı”, Bakı, “Səda”, 1994. 112 səh. 1500 tiraj.
  • “Vətən dedi İbrahim”, Bakı, “Sabah”, 1995. 52 səh. 300 tiraj.
  • “Ermənistan türklərinin 1988-ci il soyqırımı”, Bakı, “Qızıl Şərq”, 1995. 112 səh. 1500 tiraj.
  • “Göyçənin qisası qalır”, Bakı, “Zaman”, 1997, 384 səh. 2000 tiraj.(Hüseyn İsmayılov ilə ortaqlı)
  • “Səttar oğlu”, Bakı, “Azərbaycan Ensiklopediyası”, 1997, 400 səh. şəkilli. 1500 tiraj.
  • “Şəhid yurdun şəhid övladları”, Bakı, “Ağrıdağ”, 1997. 184 səh. 700 tiraj.
  • “Hikmət dünyası”, Bakı, “Ağrıdağ”, 1997. 40 səh. 500 tiraj.
  • “Mən burda qəribəm, yurd orda qərib”, Bakı, “Səda”, 1998. 268 səh. 1000 tiraj.
  • “Oğuz yurdun övladları”, I kitab, Bakı, “Təbib”, 1999. 376 səh. 1000 tiraj. ISBN 5-8035-0191-3
  • “Ağrı dağı qədər ağrılarım var…”, Bakı, “Ağrıdağ”, 1999. 370 səh. 1000 tiraj.
  • “Allah amanatı”, Türkiyə, “Ərzurum”, 2000. 68 səh. 1000 tiraj.
  • “Yaxşı ad”, Bakı, “Nurlan”, 2001, 100 səh. 500 tiraj.
  • “Oğuz yurdun övladları”, II kitab, Bakı, “Nurlan”, 2001. 398 səh. 1000 tiraj.
  • “Eldar İsmayıl və seçilmiş şeirləri”, Türkiyə, “Ərzurum”, 2001. 72 səh. 1000 tiraj.
  • “Sabaha məktub”, Bakı, “Səda”, 2001. 270 səh. 1000 tiraj.
  • “İçimdə bitən bənövşə”, Bakı, “Nurlan”, 2002, 142 səh. 1000 tiraj.
  • “Məndən ötrü Ermənistan yoxdu, yox…” Bakı, “Nurlan”, 2002, 300 səh. 700 tiraj.
  • “Yaxşılıq, müdriklik, gözəllik”, Bakı, “Nurlan”, 2003, 240 səh. 1000 tiraj.
  • “Ömür itiririk yaş qazanınca”, Bakı, “Nurlan”, 2004, 116 səh. 500 tiraj.
  • “Sənsizlik nə yaman çətinmiş Sərdar”, Bakı, “Nurlan”, 2004, 288 səh. 1000 tiraj.
  • “Böyük öndər”, Bakı, “Nurlan”, 2004, 408 səh. 500 tiraj.
  • “Bütöv Azərbaycan olmalıyam mən”, Bakı, “Nurlan”, 2004, 270 səh. 500 tiraj.
  • “Səttar oğlu”, (əlavələrlə təkrar nəşr), Bakı, “Nurlan”, 2005, 508 səh. şəkilli. 1000 tiraj.
  • “Xatırla məni”, Bakı, “Nurlan”, 2005, 120 səh. 500 tiraj.
  • “Türkün xilaskarı”, Bakı, “AZATaM”, 2005, 152 səh. 300 tiraj.
  • “Sən məni aldada bilməzsən dünya” Bakı, “Nurlan”, 2006, 300 səh. 500 tiraj.
  • “Mən kiməm…” Bakı, “Nurlan”, 2007, 164 səh. 1000 tiraj.]
  • “Ulu tanrı yolunda” Bakı, “Nurlan”, 2007, 430 səh. 500 tiraj.
  • “Hacansız dünya” Bakı, “Gənclik”, 2008, 272 səh. 500 tiraj.
  • “Zaman məni anlamadı” Bakı, “Səda”, 2008, 352 səh. 500 tiraj.
  • “Cahan ömrü” Bakı, “Səda”, 2008, 440 səh. 300 tiraj.
  • “Zülmətdə parlayan qılınc” Bakı, “Azərnəşr”, 2009, 522 səh. şəkilli. 500 tiraj.
  • “Hazır ol qisasa, hazır ol xalqım”, ………………
  • “Qaldır türkün bayrağını” (türk dilində), Bakı, “Elm və təhsil”, 2011, 376 səh. şəkilli, 400 nüsxə.
  • “Yarpaqlar tökülmək istəmir hələ”, Bakı, “Çənlibel” NPM, 2011, 324 səh. şəkilli, 300 nüsxə.
  • “Ulu Göyçə de yatanlar ayılsın”, Bakı, “Nurlan”, 2011. 400 nüsxə.
  • “Vətənimdir Azərbaycan”. Bakı, “Elm və təhsil”, 2012.
  • “Bir igidin ömrü”. Bakı, “Təfəkkür”, 2013.
  • “Zavallı ermənilər, yoxsa zalım ermənilər…”, Bakı, 2014. 96 səh.
  • “Ermənistan türklərinin 1988-ci il soyqırımı”, Bakı, “Bəxtiyar-4”, 2014. 253 səh.
  • “Şəhid olmağa gəldim” 2015.Əliyev, S. “Şəhid olmağa gəldim”:
  • Ədalət.- 2015.- 23 aprel.- S.6.
  • “Qərbi Azərbaycan, Göyçə – erməni işğalı”. Bakı, “Ecoprint”, 2016. ISBN 978-9952-8104-7-9 (Gündüz Əhmədli ilə ortaqlı)
  • “Mən Təbrizdən necə doyum”. Bakı, “Ecoprint”, 2019. 184 səh. ISBN 978-9952-29 190 2

Məqalələri

  • “Poeziya əks-sədadır”
  • “Göyçənin İmanı, İmanın Göyçəsi”, “Kaspi” qəzeti, 19 noyabr 2011-ci il.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALI – FEVRAL – 2021 SAYI PDF

“YAZARLAR” JURNALI – FEVRAL 2021 SAYI.

“YAZARLAR” JURNALININ FEVRAL – 2021 SAYI

BU  SAYDA YER  ALAN  YAZARLAR:

Zaur Ustac -4.                        Ayətxan Ziyad – 6.

Aydın Xan  -22                     Faruk Habiboğlu – 40

Kamal Camalov –  43             Araz Şəhrili  – 52

 İmran Nuri -56                        Aysel Nazim – 67

Jurnal sosial-ictimai yönümlü “TƏRƏFSİZ ƏDƏBİYYAT TARİXDİR!” layihəsi çərçivəsində ödənişsiz əsaslarla nəşr olunur. Qiyməti: Pulsuz

 ∑ = 72 səh.                Çapa imzalanıb: 05.02.2021.

“YAZARLAR” JURNALININ FEVRAL – 2021 SAYI PDF:


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Dağlarda döndüm marala”

“Dağlarda döndüm marala”

ALMANI ATDIM XARALA

Mahnı Sözləri – Xalq Mahnısı

Almanı atdım xarala
Qaldı sarala sarala
Dağlarda döndüm marala
Ay tirmə köynək ay sarı çəpkən
Gəlin haralısan ?
Özü göyçək sözü göyçək
Hara maralısan?

Nəqarət:
Yarın bağında üzüm əsgəri
Bağın dalında həzin səs gəlir
Sağ ol gəl var ol gəl
Bir bizə mehman ol gəl…


Gəlin gedək bizim bağa
Hərə çıxaq bir budağa
Vuruldum bir gül yanağa
Ay gül yanaqlı ay ağ buxaqlı
Gəlin haralısan?
Özü göyçək sözü göyçək
Hara maralısan?



Təqdim edir: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BİR MÜƏLLİM TANIYIRAM – İLHAM VƏLİYEV

İlham Vəliyev və Zaur Ustac.

BİR MÜƏLLİM TANIYIRAM

(Vəliyev İlham Əli oğlu haqqında)

Bu gün onların günü. Bu gün onların sınağa çəkildiyi, yoxlanıldığı gündür. Hər il bugünkü gündə onlar ya “Müəllim” adlı qala divarına bir qızıl kərpic qoyub bu adı bir basamaq da yüksəldir, ya da yazıq, günahsız uşaqların müəllimlərinə söydürürlər.

Nədənsə, “Müəllim” sözü eşidəndə ilk ağlıma gələn şəxs Üzeyir Hacıbəyov olur. Bu haqda söhbətə başlamazdan əvvəl dünyasını dəyişmiş müəllimlərimi rəhmətlə anmaq, sağ olanlara isə uzun ömür, cansağlığı diləmək istəyirəm. Allah Bayramov Əbdüləli, Qasımov Həsən (Ağdam rayon, Yusifcanlı kənd orta məktəbi), Orucəliyev Malik (BABKM) kimi müəllimlərə qəni-qəni rəhmət eləsin. Əmirəliyev Füzuli (BABKM), Süleymanov Rasim (BDU) kimi müəllimlərə uzun ömür, cansağlığı versin. Bir müəllim də var, hansı ki, bu yazımı ona həsr edirəm və onun haqqında geniş söhbət açacam. Ancaq onun haqqında danışmazdan əvvəl hal-hazırda müəllimlik fəaliyyəti ilə məşğul olub, hər gün 20-30 şagird və ya tələbənin olduğu sinif otaqlarına – auditoriyalara baş çəkən müəllimlərə xatırlatma olsun deyə qısa bir haşiyəyə çıxmaq istəyirəm.

HAŞİYƏ

BABKM-da oxuyanda bir “müəllim” var idi, bizə zenit silahlarının istismarı fənnindən dərs deyirdi. Dərs vaxtı orda-burda avaralanar, dərsləri boş keçərdi. İmtahan vaxtı TKM-i çağırıb deyərdi ki, bütün qrupdan filan məbləğdən yığmalısan. Ya hamı, ya heç kim. Siyahıda nə qədər kursant var, hamısı verməlidir. Mənim pul verməyəcəyimi bildikdə isə deyərdi: “Onda Mustafayev, uzağı ondan başqa da bir nəfər – Rüstəmov Elnuru nəzərdə tutardı – qiymət alacaq, qalanları kəsildi”. Uşaqları salardı üstümə: – “Sənə görə biz də kəsiləcəyik” – qəribə olsa da, reallıq belə idi. Mən də onlara yeganə çıxış yolunu göstərərdim (nə yaxşı ki, uşaq vaxtı rəhmətlik Sükeydə nənəm mənə “Cırtdanın nağılı”-nı çox danışıbmış): “Mənim üçün fərqi yoxdur, kəsilmək istəmirsinizsə, mənim də əvəzimə yığın” və onlar məcbur olub, bunu edirdilər. Bir neçə dəfə belə hal olub.

90-cı illərdə BDU-nun tələbələri Qrabağda şəhid olanda, Bakıda bir torba alçaya, almaya qiymət yazan, hətta “üçlük”, mobil telefonlar çıxandan sonra “kontur” ləqəbi qazanmış müəllimlər də var idi. Şamaxı Humanitar Kollecində isə Tədris hissə müdiri vəzifəsindən sui-istifadə edərək, bəzən fənn müəllimlərinin razılığı və xəbəri olmadan yalançı imtahanlar düzənləyib, tələbələri “kəsər”, sonra düzəltmək üçün pul yığardı. Zənn edərdi ki, heç kim bunu anlamır…

Biz orta məktəbdə oxuyanda belə söhbətlər yox idi. Əksinə, müəllimlər dəftər-qələmi olmayana evdən gətirədi, ya da anındaca şkafdan çıxarıb verərdi… Ta indikilər kimi çığırıb-bağırmaz, kiminsə, nəyinsə xatirinə bəzi həkimlərdən öyrəndikləri metodlarla lazımlı-lazımsız əlavə vəsaitləri uşaqlara bəlkə də valideyinin sonuncu 5-6 manat çörək pulu, yol pulu üçün saxladığı vəsaitə aldırıb, sonra ilboyu arasın açmadan bir küncdə yatırtmazdılar… Bunlar həqiqət olsa da, necə deyərlər, dünya təkcə bunlardan ibarət deyil. Sadəcə, sözüm bəzi müəllimlərədir ki, diqqətli olsunlar. Allah bilir bu gün onların qarşısında oturan şagird və tələbələr sabah nələr danışıb, nələr yazacaqlar. Bu qədər geniş və təfsilatlı girişin yalnız bir məqsədi var, dünya təkcə bu gündən ibarət deyil, bunun sabahı da var… Və həmişəki kimi bizim pislərlə işimiz yoxdur – pis elə pisdir, onlar həmişə olub, və olacaqlar. Sadəcə, tək-tək fərdlər yaxşılardan nümunə götürüb yaxşı olsunlar deyə, bilməzlikdən bu girdaba yuvarlanmasınlar deyə nümunəvi, nəsə öyrənilə biləcək şəxslərdən, nümunələrdən yazmaq, təbliğ etmək lazımdır. Bugünkü qəhrəmanım, haqqında söhbət açacağım şəxs Şamaxı Dövlət Regional Kollecinin direktoru iqtisad elmləri namizədi, dosent İlham Vəliyevdir.

QISA ARAYIŞ

Vəliyev İlham Əli oğlu – 7 oktyabr 1959-cu ildə Tovuzu rayonunun Əlibəyi kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.

İlham müəllimi 2017-ci ildən – Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik etməyə başladığı ilk günlərdən tanıyıram. O vaxt diqqətimi çəkən onun kollecə rəhbərlik etməyə başladıqdan sonra təhsil müəssisəsində ab-havanın dəyişməsi və yerli camaatın onun haqqında müsbət fikirləri olmuşdur. Həmin vaxt İlham müəllimlə görüşüb ətraflı söhbət etmiş, nəticədə mətbuatda “STEREOTİPLƏRİ YOX EDƏN ADAM” adlı yazı ilə çıxış etmişdim. Bu yazı mənim 23 yazımdan 12-cisi olub, elm və təhsillə bağlı, eləcə də digər kütləvi elekton vasitələrdə yayımlanmaqla bərabər, “YARADANLA BAŞ-BAŞA” kitabıma on ikinci yazı kimi daxil edilib. Bu il (2019) sentyabrın 9-u, ya 10-u idi. Mobil telefonuma zəng gəldi – İlham müəllim idi. Salamlaşdıq, hal-əhval tutduq. İlham müəllim məni kollecdə 16 sentyabr Bilik Günü münasibəti ilə təşkil olunmuş tədbirdə bir məzun kimi çıxış etməyə dəvət etdi. Məmnuniyyətlə qəbul etdim, vədələşdik. Ayın 16-sı, səhər saat 9:00-da Şamaxıda olmalı idim. Əvvəlcədən şair-publisist “Həftə içi” qəzetinin əməkdaşı Qələndər Xaçınçaylı da mənimlə getməyi planlaşdırsa da, son anda vacib iş çıxdığına görə gedə bilməyəcəyini söylədi. Və mən ehtiyat əməkdaş, şəxsi fotoqrafım Tuncay bəylə gedəsi oldum. Vədə günü səhər saat 9-a 15 dəqiqə qalanda biz artıq hadisə yerində idik. Olduqca maraqlı tədbir keçdi. Mən də gənclərə, xüsusi ilə birinci kurs tələbələrinə bir məzun kimi tövsiyə xarakterli çıxış etdim. Eyni zamanda, onlara iştirak edə biləcəkləri davam edən “Kərəmli – 700” layihəsi barədə məlumat verdim. Ustac.az və Yazarlar.az adından İlham müəllimə layiq görüldüyü digər məşhur bir müəllimin adına olan “Vintsas” Mükafatını təqdim etdim. Tuncay bəy də çəkdi. Sonra onun kabinetində bir-neçə il əvvəl qaldığımız yerdən söhbətimizə davam etdik. İlham müəllim böyük şövqlə bu il kollecin 35 məzununun imtahansız – subbakalavr diplomu ilə ali məktəblərə qəbul olunduğunu bildirdi. (Səmimiyyətimə inanın, İlham müəllim bu nəticəyə elə sevinirdi ki, elə bil öz doğmaca övladları ali məktəbə daxil olub. Halbuki elə valideyinlər var, övladı ali məktəbə daxil olanda nəinki, sevinmir, hətta onlara mane olmağa çalışır. Örnəyi ilə elə bu ilki qəbulda da rastlaşdıq…). Sonra ümumi mənimsəmədə ən aşağı nəticənin 53%-ə çatdırıldığını bu yöndə fəaliyyətin davam etdiyini bildirdi. Söhbət zamanı hiss edirdim ki, İlham müəllim məni boş-boşuna dəvət etməyib. Əvvəlki dövrlərdən xəbərdar olan və nə olur-olsun səmimi olacaq bir şəxs kimi mənim fikrimi bilmək istəyir ki, görsün nə qədər fərq, dəyişiklik var. İlham müəllim, buradan tam səmimi olaraq demək istəyirəm ki, çox fərq var. Bu fərq artıq Şamaxıya daxil olan kimi əhalinin, tələbələrin söhbətindən, kollecdəki ab-havadan, müəllimlərin və tələbələrin davranışından hiss olunur. Rəqəmlər və nəticələr də göz qabağında. Sağollaşıb çıxanda İlham müəllim yenə ilk görüşümüzün sonundakı kimi hələ nöqsanların olduğunu və onların səylə aradan qaldırmağa çalışdıqlarını bildirdi. Haqlı olaraq qeyd etdi ki, bu iş çox vaxt rəhbərlik və müəllimlərdən asılı olmur, bəzi valideynlər, tələbələr dəfələrlə onlara “yalnız oturub oxumaq lazımdır” – deyilməsinə rəğmən yenə digər yollar axtarırlar və aldanırlar, səhv edirlər, əsassız söz-söhbətlərə səbəb olurlar. Bu yerdə lap indi dəbdə olan məktəblərdə sinif valideynlərinin “vatsap” qrupları yadıma düşdü. Təhsil naziri əmr verir, məktəb direktorları hər dəfə iclas edib az qala bir-bir hər valideynə şəxsən çatdırır. Hər küncə-divara məlumat-bildiriş yapışdırır… Bir də görürsən bir valideyn düşdü ortaya, bəs ayıbdı, “Müəllimlər günü” gəlir pul yığmaq lazımdır. Özü də nə az, nə çox, filan qədər… Nəsə mətləbdən uzaqlaşmayaq. Necə deyərlər, pislər qalsın, pis yerində…
Zaur Ustac İlham Vəliyevə “Vintsas” mükafatın təqdim edərkən

Bəli, sevinirəm ki, belə bir müəllim tanıyıram və bu gün onun da günüdür. Gününüz mübarək, İlham müəllim! Sizə uzun ömür, cansağlığı və başladığınız bütün işlərdə müvəffəqiyyətlər arzu edirik. Uğurlarınız bol olsun! Heç narahat olmayın, nəticələr əladır və kənardan olduqca gözəl görünür. Xüsusi ilə qeyd etmək istəyirəm ki, fərq çox böyükdür. Ümumi mənafeyi düşünən bütün vətənpərvər vətəndaşlarımız adından sizə çox sağ olun deyirik. Başladığınız işdə Uca Yaradan yar və yardımçınız olsun. Var ol

Məqalə müxtəlif saytlarda yayımlanmaqla bərabər aşağıdakı mətbu orqanlarda ənənəvi qaydada dərc olunmuşdur:

1.“Bir müəllim tanıyıram”, “Təzadlar”,01.10.2019, say: 45 (2230), s,13,
2.“Bir Müəllim tanıyıram”, “Ədalət”,03.10.2019, say: 158 (5622), s,8,



Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLHAM VƏLİYEV – STEREOTİPLƏRİ YOX EDƏN ADAM

Vəliyev İlham Əli oğlu – İqtisad elmləri namizədi, dosentdir.

STEREOTİPLƏRİ YOX EDƏN ADAM

(Vəliyev İlham Əli oğlu haqqında)

Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, Sizinlə növbəti görüşə şans verdi. Bugünkü söhbətimizin mövzusu çox ciddi və yaşam boyu həmişə aktual olmuş və belə görünür ki, hələ bizi, bizdən sonrakıları da narahat edəcək bir məsələdir. Yəqin ki, hamımız bu sözü ya çox işlədirik, ya da heç olmasa eşidirik: – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…” və s. buna oxşar kəlmələr demək olar ki, addımbaşı; işıq idarəsində, su idarəsində, qaz idarəsində, təhsil və uşaq müəssisələrində, nəqliyyat vasitələrində bir sözlə hələlik ASAN xidmət ofislərindən başqa hər yerdə istər dövlət, istərsə də, özəl təşkilatlarda qulağımızı deşir… Belə məqamlarda kimi haqq qazandırır, kimi qınayır. Adətən bu cür hallarda hansısa bir yarıtmaz fərdə görə bütün bir kollektivi – özümüzü – “əşşi biz düzələn deyilik…”, “belə gəlib belə də gedəcək…”- deyib qınayırıq. Sözsüz ki, məsələn, bütün sürücülər və ya satıcılar kobud deyil… Biz isə birinə görə hamımızı qınayırıq. Şübhəsiz ki, məntiqi olaraq vəzifəsinin öhdəsindən bacarıqla gələn xidmətçilər, qulluqçular, operatorlar, tərbiyəçilər, müəllimlər çoxdur. Lap əvvəldən ənənəvi mətbuatı (1987- ci ildən üzü bəri), son zamanlar isə texnologiyanın sürətli inkişafından bəhrələnərək elektron kütləvi informasiya vasitələrini müntəzəm izləyən bir şəxs kimi onu da xüsusi qeyd etmək istəyirəm ki, xırda bir nöqsanı böyütməkdə, – qarışqa fil məsələsi – yaymaqda peşəkar olub, canfəşanlıq göstərsək də, yaxşı hallara, müsbət keyfiyyətlərə qarşı belə həssaslıq göstərmirik. Əksinə görməzdən gəlirik. Halbuki, tam tərsi olmalı, yaxşıları nümunə üçün yazmaq, yaymaq lazımdır. İndi gələk əsas məsələyə hər hansı bir kollektivdə vicdanlı işçilər olsa da, rəhbərlikdə bacarıqlı, peşəkar, qətiyyətli, iradəli, tələbkar şəxs olmadıqda istər-istəməz biz yuxarıda sadalanan hallarla rastlaşırıq. Yəni, bir təşkilatda istər on müdir və ya menecer dəyişsin hər gələn öz iradəsini, qətiyyətini ortaya qoymayıb, “belə gəlib belə də gedəcək…” prinsipinə əsasən sadəcə işə gəlib – getsə, əlbətdə, hər şey olduğu kimi köhnə qayda ilə davam edəcək. Ancaq, həmişə belə olmur. Ellə hallar var ki, onunla rastlaşan kimi mütləq yazmaq və yaymaq lazımdır. Belə halların biri ilə mən may, iyun ayları Şamaxıda olarkən rastlaşdım. Söhbətin məğzinə birbaşa səksən üç yaşlı Qulu babadan sitat gətirməklə keçmək istəyirəm: – “A kişi, 58 – dən (1958-ci il nəzərdə tutulur) bu məktəb bura köçüb, hələ belə şey olmamışdı. Mən özüm də burda aqranomluğu (1963 -1968) oxumuşam, dövlət imtahanında direktor Mayis (Səfərov) müəllim dedi ki, Fərəqə müəllim danış Qulu eşitsin… Oxumaq nə gəzirdi, dəftər idi pulla alıb, uşaqlara yazdırıb aparıb verirdik… İndi belə deyil, hamı təzə direktoru tərifləyir. Camaat başına and içir… “ Onu qeyd edim ki, Qulu babanın evi mənim üçün də doğma olan Şamaxı Dövlət Regional Kolleci ilə düz üzbəüz yerləşir. Qulu baba da yay – qış həmişə küçədə görərsən. Soruşanda da deyir ki, məni belə gümrah saxlayan havadır. Mənə məlum olanlardan əlavə, Qulu baba və bir neçə tələbə ilə söhbətdən sonra məlum oldu ki, bu ilin yanvar ayından sonra kollecə yeni təyin olunan direktor – İlham müəllim ilk gündən öz iradə və qətiyyətini ortaya qoyaraq, Qulu baba demişkən 58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənəni bir kəlmə – “OLMAZ “ ilə aradan qaldırmışdır. Onu qeyd edim ki, Qulu baba ilə, tələbələrlə hər söhbətdə yazı beynimdə formalaşır, İlham müəllim haqqında, axına qarşı üzən, illərdən bəri formalaşmış stereotipləri qırıb, məhv edən adam obrazı gözüm önündə canlanırdı. Odur ki, mütləq İlham müəllimlə şəxsən görüşmək, kəlmə kəsmək qərarına gəldim. Ancaq, görüşdən əvvəl bu il məzun olacaq əyani şöbənin tələbələrindən Nofəllə, Nemətlə, qiyabiçilərdən Elgün, Sədayə, Fariz, Fəridə, Nərmin, Paşa, Fatimə, İbrahimxəlil, Zöhrə və başqaları ilə maraqlı söhbətlərim oldu. Tələbələr də, Qulu baba deyənləri təsdiqləyirdi. Əyani şöbədən məzun olacaq Nofəl deyir ki, İlham müəllim özü şəxsən dəfələrlə siniflərə girib, akt zalına iclaslara toplayıb bildirib ki, heç kim oxumaqdan başqa yol fikirləşməsin. Qiymət almağın bir yolu var, o da oxuyub cavab vermək. Biz sonuncu dəfə söhbət edəndə Nofəl artıq dövlət imtahanların da verib qurtarmışdı. O, imtahanlardan, yaradılmış şəraitdən ağızdolusu, böyük razılıqla danışırdı. Qiyabiçi Paşa bildirdi ki, yay sessiyasına gələn kimi İlham müəllim onları da şəxsən akt zalında iclasa toplayıb, vaxtdan səmərəli istifadə etməyi, fənn müəllimləri ilə əlavə məşğul olmağı tövsiyə edib və müəllimlərə tapşırıqlar verib. Nəticə göz qabağındadır. İndi onlar sessiya və dövlət imtahanlarını müvəffəqiyyətlə verib, məzun olacaqları günü gözləyirlər. Bütün bu xoş, sevindirici xəbərlərdən sonra 22 iyun 2017-ci il tarixində İlham müəllimlə görüşdüm.

Qısa arayış:

Vəliyev İlham Əli oğlu, 7 oktyabr 1959 –cu ildə Tovuzu rayonunun Əlibəyi (yəqin ki, bu kəndi hamı tanıyır) kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda özündən söz etdirən Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.

İlham Vəliyev və Zaur Ustac.

Görüş və söhbətimiz çox səmimi alındı. İlham müəllim olduqca xoşxasiyyət və mehriban bir şəxsdir. Eyni zamanda olduqca təvazökardır. Söhbəti əsasən Qulu babadan eşitdiklərim, tələbələrin razılıqları, ümumilikdə camaatın fikri üzərində qurdum. Xüsusi ilə Qulu babanın 58 – dən (1958-ci il nəzərdə tutulur) bu yana hökm sürən adət-ənənə məsələsinin üstünə gələndə xəfifcə gülümsəməklə kifayətləndi. Bunula belə İlham müəllim xüsusi heç nə qeyd etmədi. Söz hər dəfə görülən işlərdən düşəndə sadəcə onu deməklə kifayətlənirdi ki, biz öz vəzifəmizi yerinə yetiririk. Narazılıqla onu da qeyd etdi ki, siz camaat danışana çox da fikir verməyin hələ görüləsi o qədər iş var ki… Biz yalnız vəzifəmizi yerinə yetiririk, xalqa xidmət edirik… Məncə hamı dayandığı mövqedə öz işinin öhdəsindən layiqincə gəlməyə çalışsa nəticələrimiz daha ürəkaçan olar… İlham müəllim danışdıqca öz-özümə deyirdim, nə yaxşı ki, Sizin kimi ziyalılarımız var. Nə yaxşı Sizi tanıdım. Nə yaxşı Sizinlə həmsöhbət oldum. Sonda İlham müəllimə bütün bunlar barədə kiçik bir yazı yazmaq fikrim olduğunu bildirdim və materiala əlavə kimi bir foto çəkmək üçün icazə istədim. Sağ olsun təklifimi isti qarşıladı, etiraz etmədi. Bir-neçə sual verib, fotonu çəkib, sağollaşıb ayrıldıq. Qəbul etməyindən, yola salana qədər, bütün söhbətimiz boyu İlham müəllim o qədər xoş təsir bağışladı ki, istər-istəməz deyilənlərin çox az olduğu qənaətinə gəldim. Ani olaraq söhbətimizin əvvəlindəki müxtəlif təşkilat, xidmət sahələrindəki problemlər yadıma düşdü və onların hamısına sidqi – ürəkdən uca Yaradandan İlham müəllim kimi bacarıqlı, qətiyyətli, iradəli ortaya iş qoymağı bacaran bir təşkilatçı, rəhbər arzu etdim. Yolboyu Bakıya qədər düşünmüşəm, bir yandan asandır, bir yandan çətin. Zarafat deyil dayanmadan hərəkətdə olmalı axına qarşı üzməlisən. Qətiyyət və iradə rəhbər işçi üçün vacib şərtdir. Özün də bilirsən ki, bu, illərdir belədir, necə deyərlər hamının canına-qanına hopub. Bilirsən ki, belə olmaz, desən ya sənə inanmayacaqlar, ya inanmaq istəməyəcəklər, ya inana bilməyəcəklər… Ancaq, sən bu gündən “bu”, “belə olacaq” deyirsən və irdə, qətiyyət göstərərək sübut edirsən ki, bəli “belə eləmək” olur… BU HƏQİQƏTƏN DƏ BELƏDİR.


QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.

Bundan əlavə “TƏZADLAR” qəzetinin N: 23 (2119) 4 iyul 2017 – ci il sayında dərc olunmuşdur.



Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru