LALƏ İSMAYIL – “QIZ SƏNİ ŞAİR EDƏCƏM” – ŞEİR

Lalə İsmayıl – şair.


“QIZ SƏNİ ŞAİR EDƏCƏM”

(Deyir, deyib ki “qız, səni şair edəcəm”)
Olmasın heç sözdə kəsər,
“Qa”ki dedin, yağlı əsər,
Böylə yazır cümlə bəşər,
Yaz! səni şair edəcəm,
Qız, səni şair edəcəm.
* * *
Cibin məmnun, beş üç manat,
Gözün xumar, sərxoş həyat,
Yum gözünü, xumarlan, yat!
Yaz səni şair edəcəm,
Qız, səni şair edəcəm.
* * *
Cismi qoy şöhrət yoluna,
Şöhrət can qatar quluna,
Çalmasan da tax qoluna-
Saz, səni şair edəcəm,
Qız, səni şair edəcəm.
* * *
Ocaq çatmısan içimdə,
Olmaz Huri sən biçimdə,
Boğacam sərvət içində
Az, səni şair edəcəm,
Qız, səni şair edəcəm!
* * *
Dəb olacaq cızmaqara,
Oxu bəmdən “para, para”,
Əcəlim ol, çəksin dara
Naz, səni şair edəcəm,
Qız, səni şair edəcəm.
* * *
Köz söndürər kömür satan,
Pasa dönər dəmir tutan,
Lalə haqqsan, budur xatan,
Söz, səni şair edəcəm,
Qız, səni şair edəcəm.

22 .02 .2021. -Bakı.

Müəllif: Lalə İSMAYIL

LALƏ İSMAYILIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir