Xocalı soyqırımı, Xocalı faciəsi, Xocalı dərdi, Xocalı nisgili—bu siyahını daha da uzatmaq olar. Amma Xocalı adının qabağına bir söz yazmasaq belə, tək “Xocalı!” sözü bizim yaddaşımızı oyadır, qanımızı dondurur. Bəzi yazılarda rast gəldim-“Xocalı nisgilinə son qoyuldu”- yazırlar. Birincisi, bizim günahsız insanların başına gətirilən vəhşilik nisgil deyil!!
Bizim xalq XX əsrin ən böyük soyqırımını, faciəsini yaşayıb. Dilə gətirilməsi mümkün olmayan qansızlıq, vandalizm, azğınlıqla üzləşib. Son qoyulan nədir?Ermənilərin tapdağında qalmış torpaqlarla birlikdə Xocalının da öz azadlığına , doğmalarına qovuşmasıdır. Bu bizim xalqın və dünyanın yaddaşına yazılacaq, unudulmayacaq şanlı zəfər tarixidir. Və bu Qələbəmizlə haqlı olaraq qürur duyuruq. Bizim qaysaq bağlamış Xocalı yaramızın üzərinə bir ovuc su səpildi. Qarabağ torpağında qanı tökülən şəhid oğullarımızla bərabər, Xocalı qətliamının qurbanı olan günühsiz insanların da ruhu sevindi. Amma bu o demək deyil ki, artıq bu soyqırım, bu faciə unudulmalı, tarıxın arxivinə atılmalıdır. Xeyr! Əsla, bu mümkün deyil! Onda Xocalıda erməni vəhşilərinə əsir düşüb, başlarına min cür oyun gətirilən insanlarımız bizi bağışlamaz. Bizi tarix bağışlamaz. Bizi gələcəyimiz bağışlamaz. Bunu xatırlamaq bizim qələbəmizin üzərinə heç zaman gölgə salmayacaq. Zəfər tariximizlə yanaşı Soyqırım tariximizı də gənclərimizin, uşaqlarımızın yaddaşına yazmalıyıq. Gələcək nəsil bilməlidir ki, erməni adlı bir vandalın öz torpağı, öz dövləti, ümumiyyətlə , özünəməxsus heç nəyi olmayıb. Bilməliyik ki, ermənilər Azərbaycanı, azərbaycanlını, türk adını daşıyan uca varlığı heç zaman sevməyib. Zaman-zaman fürsət düşdükcə bizim xalqın başına faciələr gətirib, torpaqlarımıza göz dikib. Folklorumuzu, məişətimizi, incəsənətimizi, yeməklərimizi, bir sözlə, bizim yaxşı hər nəyımız var mənimsəməyə, özününkü kimi dünyaya qəbul elətdirməyə çalışıb. Əgər keçmişini, bu gününü unudarsansa, gələcəkdə yenə də Xocalı soyqırımı ilə üzləşərsən!Necə deyərlər, unutma, unutdurma! Türkün türkdən başqa dostu yox, inan! Keçmişini gələcək bilməlidir, yaddan çıxarma!
Müəllif: Təranə ARİFQIZI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru