
Kitabda əlifbamızın hər bir hərfinə aid əyləncəli, məzəli, uşaqların asan əzbərləyə biləcəyi olduqca axıcı, yüngül hecalı şeirlər və rəqəmlər haqqında olan tapmacalar toplanmışdır. Bütün bunlardan əlavə aylar, fəsillər və başqa uşaqlar üçün vacib anlayışlar barədə şeirlər də var.
2011- ci ildən məktəbəqədər uşaq müəssisələrində tərbiyəçi-müəllimlər, ibtidai məktəblərin birinci siniflərində əlifbanı öyrədən ibtidai sinif müəllimləri tərəfindən əlavə tədris vəsaiti kimi istifadə olunan kitab 2019 cu ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş 3 hissəli dərsliyin “Məktəbə hazırlaşırıq” adlı həmin dərsliklər üzrə 2 hissəli metodik vəsaitinin I və II hissələrinə daxil edilmişdir. Orta məktəb və liseylərin məktəbəhazırlıq qrupları ilə məşğələlər təşkil edən ibtidai sinif müəllimləri üçün əvəzsiz vəsait olmaqla hələlik təkdir və bu vəsaitin alternativ variantı yoxdur.

Onu da əlavə edim ki, bu kitab yalnız məktəbəhazırlıq qruplarında deyil, eyni zamanda əvəllki illərdə olduğu kimi yenə də məktəbəqədər uşaq müəssisələrində tərbiyəçi-müəllimlər üçün əvəzedilməz vəsait olaraq qalır. İbtidai məktəblərin birinci siniflərində əlifbanı öyrənərkən hər yeni hərf və rəqəm keçildikcə müəllimlərin “hərfə və ya rəqəmə aid şeir əzbərləyin” – kimi tapşırıqlarını da qarşılamaq iqtidarındadır.
Vəsaitdəki hərf və rəqəmlərə aid şeir – tapmacaların düzülüşü məktəbəhazırlıq qruplarında və orta məktəb-liseylərin birinci siniflərində hərf və rəqəmlərin proqramla keçilmə ardıcıllığına uyğun gəlir.
Bu kitabdan (vəsaitdən) istifadə etməyin müəllimlərə, valideynlərə və şagirdlərə nə kimi faydası var?
- Müəllimlər üçün əvəzedilməz vəsaitdir ona görə ki, onların metodiki vəsaitdə hissə-hissə və pərakəndə halda rastlaşdığı şeirlər, tapmacalar bu kitabda yığcam və ardıcıllıqla Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş proqrama uyğun şəkildə verilmişdir.
- Valideyinlər hal-hazırkı vaxtda olduqca münasib qiymətə yalnız bir kitab almaqla məktəbə hazırlaşan balacanın və ya artıq birinci sinifdə oxuyan birinci sinif şagirdinin hərf və rəqəmlərə aid şeir, tapmaca təlabatını ödəmiş olur.
- Şübhəsizki, müəllim və valideyinin səyləri nəticəsində uşaqlar bu vəsaitdən öyrəndikləri şeir və tapmacaların köməyi ilə həm şeir əzbərləmə, söyləmə, həm də məntiqi təfəkkürünü, sadə hesablama bacarıqlarını inkişaf etdirərək daha çox onlar qazanmış olurlar. Uşaqların hərtərəfli inkişaf etdirilməsi, gələcək üçün kamil şəxsiyyətlər yetişdirilməsi, insan kapitalına sərmayə qoyuluşu və başqa bu kimi ümdə məsələlər isə hal-hazırda dövlət başçısı cənab İlham Əliyevin şəxsi nəzarətində olan, eyni zamanda uşaqların hamisi Birinci vitse-pezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə əhatələnmiş prioritet məsələlərdən biridir.
Bütün bu yuxarıda sadaladıqlarımızdan belə nəticəyə gəlirik ki, bu vəsait hal-hazırda məktəbəhazırlıq qrupları ilə məşğələlər təşkil edən ibtidai sinif müəllimlərinin stolüstü kitabı olmaqla bərabər, gələcəkdə məktəbə gedəcək balaca uşaqları olan hər bir ailə üçün də vacib kitabdır.

Ülviyyə Hüseynova
filologiya üzrə fəlsəfə doktoru, BAU və ADU –nin baş müəllimi
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru