QISA ARAYIŞ: Kərim KƏRİMOV – Kərim Abbasəli oğlu Kərimov — sovet mühəndisi və alimi, artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri (1966—1991). Sovet kosmik proqramının banilərindən biri. Uzun illər sovet kosmonavtikasında mərkəzi fiqur olsa da, Sovet İttifaqının dağılmasına qədər onun barəsində ictimaiyyətə heç nə məlum deyildi. Kosmonavtikanın inkişafındakı xidmətlərinə görə çoxsaylı dövlət mükafatları laureatıdır.
Allah Kərim Kərimova və dünyasını dəyişən bütün atalara rəhmət eləsin. Ruhuna Fatihə:
QISA ARAYIŞ: Kərim KƏRİMOV – Kərim Abbasəli oğlu Kərimov — sovet mühəndisi və alimi, artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri (1966—1991). Sovet kosmik proqramının banilərindən biri. Uzun illər sovet kosmonavtikasında mərkəzi fiqur olsa da, Sovet İttifaqının dağılmasına qədər onun barəsində ictimaiyyətə heç nə məlum deyildi. Kosmonavtikanın inkişafındakı xidmətlərinə görə çoxsaylı dövlət mükafatları laureatıdır.
Həyatı Kərim Abbasəli oğlu Kərimov 1917-ci ildə Bakıda anadan olmuşdur. Əslən Şamaxılıdır. Onun atası Sankt-Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sənayesi sahəsində çalışmağa başlamışdır. Azərbaycan Cümhuriyyəti və Azərbaycanda sovet hakimiyyəti dövründə də o, neft sənayesində mühəndis kimi çalışmışdır. Hələ orta məktəbdə oxuyarkən K.Kərimov radio texnikasına maraq göstərməyə başlamışdır. Radio XIX əsrin sonlarında icad edilsə də, onun Azərbaycanda yayılması işi ləngiyirdi. Azərbaycan Cümhuriyyəti dövründə Fransa ilə bağlanmış müqaviləyə əsasən Gəncədə radioqüllə inşa edilmiş və orada quraşdırılmış qəbuledici Avropada yayılan radio verilişlərini dinləməyə imkan yaratmışdır. Təbii ki, radio qovşaqlarının olmaması üzündən radiodan yalnız dövlət əhəmiyyətli işlər üçün istifadə edilirdi. Azərbaycanda radio ilə səslənən ilk nitq Azərbaycanın Parisdəki nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovun Avropa ölkələri ilə danışıqlarının gedişi barədə hesabatı olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulanda radioya təbliğat vasitəsi kimi yanaşıldığından o sürətlə inkişaf etdirildi. 1926-cı ildə Bakıda ilk radioötürücü və respublikanın müxtəlif məntəqələrində radioqəbuledicilər işə başladı. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutuna daxil olan Kərim Kərimov özü bir neçə radioqəbuledici düzəltmiş, bu istiqamətdə olan yeniliklərlə dərindən maraqlanmışdır. İstedadlı tələbə Azərbaycan radiosuna işə qəbul edilmiş, bir müddət işlədikdən sonra isə Mərdəkan radio qovşağının müdiri təyin olunmuşdur.
1941-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirən Kərim Kərimov elektromexanika üzrə mühəndis diplomu almışdır. Onun bəzi ideyaları hərbi mühəndisləri maraqlandırmışdır. Artıq bu dövrdə İkinci dünya müharibəsi gedirdi. Radiomühəndislərə cəbhələrdə böyük ehtiyac duyulsa da, gənc mütəxəssisin istedadı nəzərə alınaraq 1942-ci ildə ona Dzerjinski adına Artilleriya Akademiyasına daxil olmaq üçün təyinat vermişlər. Maraqlıdır ki, bilikləri yoxlanıldıqdan sonra Kərim Kərimov birbaşa akademiyanın V kursuna daxil olmuşdur. Beləliklə o, 1943-cü ildə bu təhsil müəssisəsini topçu-mühəndis ixtisası üzrə başa çatdırmışdır. O, “Katyuşa” adı ilə tanınan BM-13 yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanmışdır. Qvardiya minaatan hissələrinin tərkibində olan bu qurğular Sovet İttifaqının ən güclü silahı kimi məxfilikdə saxlanılırdı. Gənc mütəxəssis Qvardiya minaatan hissələri Baş İdarəsinin müvəkkili kimi BM-13 qurğusu üçün mərmilərin zavodlarda istehsalına nəzarət etmək tapşırığı almışdı. Öz işinə can yandıran Kərim Kərimov daim silahın təkmilləşdirilməsi barəsində düşünürdü və bu istiqamətdə bir neçə dəyərli təklif də irəli sürmüşdü. Məhz həmin vaxtdan Kərim Kərimov həyatını raket texnikası ilə bağlamışdır. Ömrünün sonunadək o, raket texnikasının yaradılması və inkişafı naminə var gücü ilə çalışmış, zehni və fiziki qüvvəsini əsirgəməmişdir. Zavodlarda işlədiyi dövrdə onun yüksək təşkilatçılıq qabiliyyəti də özünü büruzə vermişdir. 1945-ci ildən SSRİ Müdafiə Nazirliyi sistemində raket texnologiyaları yaradan konstruktor büroları və zavodlarında çalışan Kərim Kərimov bir neçə elmi ixtiranın müəllifi olmuşdur. 1946-cı ildən başlayaraq o, ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparmışdır. Onun araşdırmaları nəticəsində yaradılan raketlərin daxili parametrlərinə nəzarət edən “Don” radioölçmə sisteminin elmi-texniki göstəriciləri sonradan kosmik sənayedə tətbiq olunmağa başlanmışdır. Bu nailiyyətinə görə Kərim Kərimov 1950-ci ildə ilk dəfə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Baykonur kosmodromunun əsası qoyulan gündən o, Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilmişdir. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində onun da rolu az olmamışdır. Nəticədə ilk kosmonavt Yuri Qaqarin]]in tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni – Lenin ordeni ilə təltif olunmuşdur. 1945-ci ildə böyük mühəndis vəzifəsində çalışmağa başlayan Kərim Kərimov 1965-ci ildə Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Həmin ildə o, Ümumi Maşınqayırma Nazirliyinə ezam olunmuşdur. 1975-ci ildə uçuşun hazırlığı ilə əlaqədar iş Kərim Kərimovun məsuliyyətində idi. Yeni yaradılan bu nazirlik kosmik sənayenin bütün müəssisələrini özündə birləşdirirdi. Lakin K.Kərimovun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən məşhur konstruktor S.P.Korolyov 1966-cı ildə təkidlə onun Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilməsinə nail olmuşdur. O, bu məsul vəzifədə 25 il çalışmışdır. Kosmik uçuşlarla bağlı bütün sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən məhz Kərim Kərimov idi. Kosmik səyahətə çıxan və tapşırığı yerinə yetirib geri dönən üçüş heyətlərinin hesabatlarını qəbul edərək heç vaxt televiziya reportajlarına düşməyən şəxs də Kərim Kərimov idi. 1974-cü ildə Kərim Kərimov əsas vəzifəsi ilə paralel olaraq Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini kimi elmi-təşkilatçılıq fəaliyyətinə qatılmışdır. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdır. Onların sırasında yeni nəsil “Soyuz” kosmik gəmiləri, “Salyut” orbital stansiyası, sonradan isə çoxmodullu “Mir” stansiyasının adlarını çəkmək olar. Azərbaycanla əlaqəni kəsməyən, Azərbaycan Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməkliyi göstərən general bir çox azərbaycanlı alimin bu sahədə fəaliyyət göstərib inkişaf etməsi üçün şərait yaratmışdır. 1991-ci ildə istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsməmiş, Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdur. İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına, iki dəfə Lenin ordeninə, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülmüş və çoxlu medalla təltif olunmuşdur. Kərim Kərimov 2 dəfə dövlət mükafatı almışdır. O həmçinin Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir.
General-leytenant Kərim Kərimov 2003-cü ildə Moskva şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur.
Xatirəsi Xalq artisti Vasif Babayev general-leytenant Kərim Kərimova “Yüksəliş” adlı tammetrajlı sənədli film çəkmişdir. Moskvada sənədli filmin təqdimatı olmuşdur. Bakıda – Nizami Kino Mərkəzində də tammetrajlı sənədli filminin təqdimatı olmuşdur.
2017-ci ilin noyabrında AMEA]da Kərim Kərimovun 100 illik yubileyi qeyd olunmuşdur:
Allah Kərim Kərimova və dünyasını dəyişən bütün atalara rəhmət eləsin. Ruhuna Fatihə:
ATA Bu gün ad günündür, yenə yığışıb Bir süfrə başına üç balan, ata! Sənin də adına qablar düzülüb, Darıxıb ev adlı bu qalan, ata! * * * Hələ otağından öz ətrin gəlir. Dəftər-kitabından söz ətrin gəlir. Əlinin saçımda naz ətrin gəlir. Günbə-gün gözümdə ucalan ata. * * * Qəribsəyib sənin gəzdiyin yollar. Qapımı döydüyün o gözəl anlar. Hər kəlmə başında adını anar. Xətrini istəyən el-oban, ata. * * * Hər zaman deyirdin yaxşı ki, varsan Qəlbin üşüsə də üzdə baharsan. Küsəyən qəlbimi tez ovudarsan. Yamanca darıxıb bu balan, ata. * * * Yəqin atasızdı dünyanın özü. Onunçün insafsız ayırdı bizi. Sənsiz qarşılarıq bu ğələn yazı. Məkanı ruhundan nur alan atam. 25.01.2021. Müəllif: Rasimə Könül Allah dünyasını dəyişən bütün atalara rəhmət eləsin.
QORXMURAM MƏN Bir gün gələn bir gün gedər, doğrudur, Salam, əcəl, səndən heç qorxmuram mən! Bu ömürdən ötən illər oğrudur, Salam, əcəl, səndən heç qorxmuram mən! * * * Sənin adın məzarlığa işarə, Yetişdinsə insan olan nə karə, Səndən ricam, gəl möhlət ver şairə, Salam, əcəl, səndən heç qorxmuram mən! * * * Əl uzadıb bağladıqca gözləri, Alıb bir-bir götürürsən bizləri. Səndən ricam, yetim qoyma sözləri, Salam, əcəl, səndən heç qorxmuram mən! * * * Düşündünmü burda qalan doğmanı, Udanmırlar sənin zəqqu yaxmanı, Gəl çaşdırma bu gün, sabah loğmanı, Salam, əcəl, səndən heç qorxmuram mən! 23.02.2021.
ADAM Qalıb əllərində dərdin, zillətin, Soyuq palatada üşənən adam! Unudub yarasın, ağrı, illətin, Yenə də şairin düşünən adam! * * * Unudub taleyin ağır sitəmin, Dəfn edib içində, aşıb matəmin, Atınca həyata təkrar qədəmin, Yenə də şairin düşünən adam! * * * Yenə də ruhunda qayğı çələngi, Sevgi bulağında, əldə səhəngi, Sevdanın çiçəyi, eşqin nəhəngi… Yenə də şairin düşünən adam! 01.03.2021.
ÇIXAQ GEDƏK Heç sordunmu qışı qışdan, Arıtdınmı yaşı yaşdan, Qorudunmu, saxladınmı, Başı başdan, başı daşdan? * * * Yeridinmi altmışına, Sur oldunmu yatmışına, Əbədiyyət dadsız meyvə, Rast oldunmu dadmışına? * * * Yollar uzun , ömür gödək, Azı şirin, çoxu öddək, Sevinc bizi bəyənmirsə, Tut əlimi çıxaq gedək!!! 02.03.2021.
Nargis – “METAKƏDƏR” və ya hər şey arxada qaldı, xoş günlər bizi gözləyir… Zülmətdən doğan işıq… Hər açılan səhərimiz metakədər…
Nargis xanım filologiya üzrə fəlsəfə doktoru, özünəməxsus yaradıcılıq üslubu olan yazar, elmin dərinliklərinə cəsarətlə baş vuran alim, işinin ustası bacarıqlı təşkilatçıdır. “METAKƏDƏR” – i yaşayın…
5 il öncə gözəl bir bahar səhəri idi… Universitetdəydik. Həyat yoldaşım bizim kafedraya gəlib təbəssümlə „indicə mətbuatdan oxudum. Zərrab əmiyə əməkdar kənd təsərrüfatı işçisi“ fəxri adı adı verilib – deyə müjdələdi. Qanadım olsaydı, həmin an Bakı Dövlət Universitetindən birbaşa Naxçıvana uçardım… Gücüm sadəcə yazmağa, mətbuatdan oxuduğumuz bu xoş xəbərlə bağlı Atamı elə mətbuatda təbrik etməyə çatdı… Bu sabah qəzetin elektron arxivi həmin yazımdan 5 il ötdüyünü xatırladır… o günü xatırladım, gözlərim yaşardı…
Atam həyat yolumun başında dayanan İşıq və hər addımından örnək götürdüyüm Böyük İnsandı…
Atam mənə alın təri ilə çalışmağın və alın açıqlığı ilə yaşamağın bu həyatda ən uca dəyər olduğunu öyrədən Adamdı…
Bu gün insanların bir il, beş il bir idarədə, təşkilatda sözsüz, söhbətsiz işləməyə təhəmmül edə bilmədiyi bir zamanda Atam düz 40 il eyni idarədə – Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində zəhmətkeşliyi, əmək fəaliyyəti ilə hər kəsə örnək olacaq bir yol keçib. Bu həyatda təkcə təmiz adını yox, Əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Atam sözün həqiqi mənasında işlədiyi bu 40 il ərzində bu ləyaqəti qoruya bilib, işini övladları kimi sevib, üzərinə düşən bütün vəzifələri vicdanla haqqa gətirib, hesabında, kitabında, yazısında, pozusunda, münasibətlərində, verdiyi sözündə, tutduğu əməlində son dərəcə dəqiq olub, dürüst olub, gördüyü hər işə məsuliyyətlə yanaşıb, fədakarlıqla çalışıb…
Dəyərli ağsaqqal, müdrik ziyalı, rəhmətlik cənnətməkan Fəttah müəllim bir söhbətimizdə Atam haqqında dediyi bu fikirləri heç unutmuram: „Qızım, dedi, biz fiqurların yerinin səhv düşdüyü bir şahmat taxtasının üstündə yaşayırıq. Amma böyük Səməd Vurğun deyib ki: Günəşi örtsə də, qara buludlar. Onun Günəş adlı bir qüdrəti var. Mən Zərrab müəllimə Günəş ömrü arzulayıram. Bütün şüurlu ömrünü, həyatını, sağlamlığını dövlətimiz və dövlətçiliyimiz yolunda vicdanla xidmət edib. Tanrı O böyük İnsanın başının üstünü, addımladığı yolunu qara buludlardan – qaramat düşüncələrdən hifz eləsin! Özü kimi işıqlı insanlar çıxsın qarşısına!“…
Allah Fəttah müəllimə qəni-qəni rəhmət eləsin, dəyərli insanlar, dəyərli fikirlər heç vaxt unudulmur. Elə Fəttah müəllimin arzuladıqlarını diləyirəm Atam üçün… Əslində, valideynin oyandığı hər sabah övladın Tanrıya şükranlığıdır. Bundan böyük səadət nə ola bilər ki?! Ata var, söykənəcəyin dağ, qürur duyacağın zirvən var… Allah o Zirvəmi qorusun!
Bu günə qədər doğma Naxçıvanımızın çiçəklənməsi üçün çalışıb, demək olar ki, cahanın nəqşi olan bu ulu diyarın bütün guşələrində Atamın zəhmətinin, əllərinin izi var.
İnnən belə Atam üçün və Atamın kölgəsində özüm üçün bir müqəddəs diləyim var: Azad Qarabağımızın yeni həyat quruculuğunda Sənin əllərinin izi, əməyin olsun, Ata! Şuşada, Xankəndində, Cəbrayılda, Füzulidə, Kəlbəcərdə… bayrağımız qədər müqəddəs torpağımızın cana gəlməsində Sənin də iştirakın olsun, Ata! O torpağa həyat verən bəxtiyar adamlardan – kənd təsərrüfatı işçilərindən biri də Sən olasan, Ata! Bunu ürəkdən arzulayıram və ümid edirəm ki, o müqəddəs günə addım – addım yaxınlaşırıq…