SONA XƏYAL – MƏBƏS BAYRAMINIZ MÜBARƏK

Sona XƏYAL – şair, alim.

MƏBƏS BAYRAMINIZ MÜBARƏK
Nələr etdi mənə dövran, nələr çəkdim, bilirsən ki.
Bilirsən ki, daha yoxdur dözüm könlümdə hicranə.
* * *
Vüsalınla məni hicrin əzabından qutarmazsan,
Qutarmazsan, odur daim dönər bağrım başı qanə.
* * *
Həmişə ehtiyat etmiş bəşər əhli gədalərdən,
Gədalərdən xeyir gəlməz cahanda bircə insanə.
* * *
Bu dünya arifü dana üçün sanki cəhənnəmdir,
Cəhənnəmdir o dünyada məkan, əlbəttə, nadanə.
* * *
Tapıb məbud Sənə bənzər müsəlmanlar inanmazlar,
Inanmazlar da kafirlər bu gün ayati-Qur,anə.
* * *
Bizə göndərdiyin elçi, o ali şəxs Mühəmməddir,
Mühəmməddir hidayət eyləyən əhli-müsəlmanə.
* * *
Tutub Həqqin yolun daim, Sona, Allahə şükr eylə,
Şükür eylə bu dünyada verilmiş böylə imkanə.

Müəllif: Sona XƏYAL


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir