LALƏ İSMAYIL – DAŞ İMİŞ

Lalə İsmayıl – şair.

DAŞ İMİŞ
Yar yolunda çəkdim zulmün zillətin,
Şələ tutub, aldım eldən minnətin,
Gözlərimə yığdım hicran, həsrətin,
Vüsalına ha can atdım, boş imiş.
* * *
Dönüb baxdı geyindiyim alıma
Bəzək dedi, sinəm üstə xalıma,
Etibarsız, o insafsız zalıma,
Göz yaşlarım gülüşümdən xoş imiş.
* * *
Son sətirlər saralıbdır varaqda,
İtirdiyim illər qalıb soraqda,
Mənə gələn yolu tutub ayaqda,
Yoxsa yada gedən yolu baş imiş?!
* * *
Sevgimizin həsrət qoxan ətirin,
Tozun alıb, oxşayardın xətirin,
İtirmisən bəlkə də son sətirin,
Ürək quru, eşqin sözdə yaş imiş?!
* * *
Sinə gərib fırtınaya, küləyə,
Haqqı vardır, vardan Haqqa gileyə,
Sən oxşatdın üstü şehli çiçəyə,
Əzəl gündən Lalə elə daş imiş.
21. 03. 2021.

Müəllif: Lalə İSMAYIL

LALƏ İSMAYILIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir