“Qarabağ Azərbaycandır” – Etibar Həsənzadənin layihəsi davam edir

 Gənc yazar Etibar Həsənzadə “Qarabağ Azərbaycandır” adlı fərdi layihəsinə start verib. Və bu günədək qələbəmizlə, qəhrəmanlarımızla, şəhidlərimizlə bağlı şeirlərini aktyorlarımızın ifasında şəxsi Youtube.com kanalına yükləyir:

Etibarın “Gözlə bizi Qarabağım”, “Qarabaq Azərbaycandır”, şəhid generalımız Polad Həşimova həsr etdiyi “General gəlir”, “Şəhidlər”, “Xudayar səsi”, “Bayrağım” və s. şeirləri xüsusilə diqqətə layiqdir. Layihə çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrimizn aprel şəhidi Emin Bağırovun həyatı haqqında yazdığı “Mən şəhid olacam, ana” kitabını da uğurlu addım hesab etmək olar. Bu işlərindən əlavə Etibarın vətənpərvər mövzularda yazdığı bir sıra hekayələri və povestləri də var. Etibarın dediyinə görə layihə hələ davam edir.

İlk olaraq 5 mart 2021-ci il tarixində Daşkəsən rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov bu layihəyə diqqət göstərdi, layihə haqqında öz fikirlərini söylədi və başda Etibar olmaqla layihənin gənc iştirakçılarını Diplomla təltif etdi.

Daha sonra 13 aprel 2021-ci il tarixində qardaş Türkiyənin Anadolu Canatçılar, Şairlər və Ozanlar Birliyinin (ANASAN) Genel Başkanı Sabit İnce bəy onlayn olaraq bu layihəni təqdim etdi və başda Etibar olmaqla bütün layihə iştirakçılarını Başarı Belgesi ilə təltif etdi.

14 aprel 2021-ci il tarixində isə Bakıda Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB-nın sədri Rada xanım Abbas layihənin açılış təqdimatını etdi. Tədbir zamanı Rada xanım başda Etibar olmaqla layihənin iştirakçılarını Xarıbülbül diplomu ilə təltif etdi:

Biz Etibarın layihəsini, ümumiyyətlə yaradıcılığını maraqla izləyirik. Etibardan yeni-yeni uğurlu əsərlər, layihələr gözləyirik və bu yolda ona uğurlar arzulayırıq.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir