22 апреля к кампании по сбору книг, организованной Министерством Культуры совместно с Национальной Библиотекой, присоединился также Заур Устадж. Масштабная кампания по сбору книг была организована для восстановления книжных фондов библиотек, действовавших до начала 90-х гг. на ранее оккупированных азербайджанских территориях. В настоящее время эти территории освобождены от армянской оккупации в результате 44-дневной победоносной войны под руководством Президента Азербайджанской Республики, Верховного Главнокомандующего Ильхама Алиева.
Заур Устадж отметил, что «Кампания по сбору книг для фонда библиотек на оккупированных территориях», организованная Министерством Культуры и Национальной Библиотекой, является важным шагом на пути к восстановлению разрушенных библиотек. Писатель подарил фонду библиотек на освобожденных от оккупации районов 440 экземпляров 4 (четырех) своих книг.
İYİRMİ YEDDİNCİ YAZI Salam olsun, çox dəyərli oxucum! İnanıram ki, bu söhbətimiz də maraqlı alınacaq. Belə əminliyimi şərtləndirən başlıca amil mövzunun əhəmiyyətli və vacib olmasından qaynaqlanır. Özünəqayıdış dönəmini yaşadığımız bir zamanda belə söhbətlərə mümkün qədər çox yer verilməli və vaxt ayrılmalıdır. Bax elə adi bu sadaladığım “yer”, “vaxt” anlayışlarının uzlaşmasında apardığımız söhbət əslində öz-özlüyündə bir “hadisə”-dir. Və artıq bu üç anlayışın bir arada olması isə tarix deməkdir. Tarix isə bizim iradəmizdən asılı olmayaraq artıq yaşanmış an, baş vermişhadisə, gələcəyə özül olacaq keçmişdir. Məhz bu səbəbən vaxtaşırı tarixə müraciət etmək, soy-kökümüzü tanımaq, tanıtmaq vacibdir. Ədəbiyyat tariximizə baxdıqda, A. Bakıxanov, İ. Qutqaşınlı, M. S. Ordubadi, Y. V. Çəmənzəminli, Makulu, S. Vurğun, B. Bayramov, İ. Şıxlı, İ. Əfəndiyev, İ. Muğanna, Ə.Cəfərzadə, F.Kərimzadə ənənələrinin Y.Oğuz, Ə.Nicat kimi tanınmış, müasirlərimiz olan yazarlar tərəfindən bu gün də uğurla davam etdirlməsi sevindirici haldır. Ancaq, olduqca sevindirici hal odur ki, bu sahədə görülən işlər bununla kifayətlənmir. Məsələn, son iki ildə tanış olduğum kitablardan yuxarıda sadaladığım müəlliflər qədər məşhur olmayan müasirimiz şair-publisist Qələndər Xaçınçaylının “Güllə işığında” və yazıçı Hüseynbala Mirələmovun “Son səfər” povestləri tarixilik baxımından misilsiz sənət əsərləridir. Bugünkü söhbətimizin mövzusu isə ən son tanış olduğum “Söz xaqanı” kitabı barədə olacaq. Kitabın müəllifi artıq ədəbi mühitdə öz sözünü demiş, istər şeirləri ilə, istərsə də publisistik yazıları ilə oxucu rəğbətini qazanmış Sona Abbasəliqızıdır. QISA ARAYIŞ Sona Abbasəliqızı Göyçə mahalında anadan olub.BDU-nun (keçmiş ADU-nun) Jurnalistika fakültəsini bitirib.Səkkiz kitab müəllifidir.Azərbaycan yazıçılar və Jurnalistlər,İraq-Türkmən Yazıçılar,Özbəkistan Yazıçılar Birliklərinin üzvüdür.Dəfələrlə Dövlət tərəfindən mükafatlandırılıb.Uzun müddət dövrü mətbuatda məsul vəzifələrdə çalışıb.Bu müəllifin doqquzuncu kitabıdır. Nəşr olunan bütün kitablar çalışdığı Dövlət Neft Şirkəti tərəfindən maliyyələşdirilir. “Ziyadar” Mükafatına layiq görülmüşdür.İki övladı var.Kitabda adı keçən romandan əlavə “Tale yolu” adlı bir povest və “Ümid”, “Ürək unutmur”, “Səssizliyin səsi” kimi üç hekayə də yer alıb. “Elm və Təhsil” nəşriyyatında işıq üzü görən kitabın naşiri, redaktoru və eyni zamanda ön sözün müəllifi filologiya elmləri doktoru, professor, Nadir Məmmədlidir. Bundan əlavə Ağrı İbrahim Çeçen Üniversitesi Eğitim fakültəsi dekani və Atatürk Üniversitesi Kazim Karabekir Eğitim fakültəsi yabanci dillər Eğitimi bölüm başkanı alman dili eğitimi ABD başkani Professor. Dr. Melik Bülbül kitaba tarixilik baxımından dəyər qazandıran son söz yazmışdır.
“Onlardan biri də hekayə, povest və şeirlə ədəbiyyata gələn və tez bir zamanda yaradıcılığı ilə şöhrət tapan Sona İsmayılovadır. Nəsrindən görünür ki, onun çox zəngin elmi-tarixi düşüncəsi, tarixə dərindən bələdliyi, faktlarla işləmək mədəniyyəti, eyni zamanda, güclü bədii təfəkkürü və təxəyyülü vardır. Qələmə aldığı “Sözün xaqanı” tarixi-bədii roman klassik şairimiz, ziddiyyətli tale yaşamış ƏfzələddinXaqaniyə həsr olunmuşdur. Müəllif romanı qələmə alarkən, ilk növbədə, özünü həmin tarixə aid etmiş, məhz o tarixdə yaşamış, dövrün hadisələrini, adət-ənənələrini, faktlarını öyrənmiş, qələmə aldıqlarını təhtəlpsixologiyası və yazıçı təxəyyülündə saf-çürük etmişdir. Elə buna görədir ki, əsər çox uğurlu alınmışdır.” – Bu fikirlər məhz hörmətli professorumuz Nadir Məmmədlinin kitaba yazdığı ön sözdəndir. Mənim fikirlərimə gəlincə Hüseynbala Mirələmovun “Son səfər” povesti Nəsimi haqqında, Nəsimi dövrü haqqında, həmin dövrün Şamaxısı, Azərbaycanı – yəni bu coğrafiya üçün zəruri məlumatlar baxımından nə qədrər qiymətlidirsə, Sona Abbasəliqızının “Sözün xaqanı” romanı da Xaqani – Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir. –haqqında, onun yaşadığı dövr haqqında məlumatlılıq baxımından zəngin mənbə hesab oluna bilər. Ümumiyyətlə onu qeyd etmək istəyirəm ki, Sona xanım tarixi roman janrına yanaşması, bu yanaşmada qarşıya qoyduğu məqsəd və nailyyəti alqışa layiqdir. Əsərin sonluğunu nəzərə almasaq demək olar ki, təbiət mənzərələrindən tutmuş, insanların davranışları, müxtəlif hadisələrin təsvirləri, dialoqların tərtibi, müəyyən söz və ifadələrdən yerində, düzgün istifadə etmək kimi bütün zəruri məsələlər uğurla öz həllini tapmışdır. Yuxarıda qeyd etdiyim kimi yalnız sonluq hissədə, artıq roman bitdikdən – hər şey gözəl başlayıb, inkişaf edib, yekunlaşdıqdan – sonra hansısa texniki səbəbdən zamanın itməsi, uyğunsuzluq baş verir. Bu halla biz nəsr əsərlərinin çoxunda məhz sonluqda rastlaşırıq. Belə hallarda müəlliflər ya bilərəkdən bu addımla nəsə əlavə bir məlumat çatdırmaq istəyirlər, ya da sonluqda müxtəlif səbəblərdən, bəlkə də ani diqqətsizlikdən xırda qüsurlar yaranır. Ancaq onu da əlavə etmək istəyirəm ki, bu uyğunsuzluğun həmən ardından “… Təbrizin mərkəzində də Bakıdakı kimi yaraşıqlı, güllü-çiçəkli Xaqani parkı var. Parkın girəcəyində Əfzəlləddin Xaqaninin şərəfinə böyük və əzəmətli bir abidə də ucaldılıb. Xiyabanın yaxınlığında “İslamın Firuzəsi” adlandırılan Göy məscid, məscidin içərisində Həqiqi təxəllüsü ilə tanınan hürufi şair, Qaraqoyunlu dövlətinin Beşinci Sultanı Müzəffərəddin Cahan şahın və onun xanımının dəfn olunduğu məqbərə yerləşir. Cahan şah Həqiqi Azərbaycan türkü idi… Şairlər məqbərəsində isə şamaxılı Azadlıq zəvvarının – əslən oğuz türkü olan Xaqani Şirvaninin başdaşına bu sözlər yazılıb: “Bu qəbir rəhmətlik, bağışlanmış, filosofların və şairlərin böyüyü, həkim Əfzələddin İbrahim Xaqani ibn Əli Şirvaninindir. Hicri beş yüz doxsan beşinci ilin şəvval ayı” . … Burada uyuyan dörd yüzdən çox şairin cərgəsindən sanki söz mülkünün xaqanının – orta əsr Şərq intibahının “Zöhrə ulduzu” sayılan Xaqani Şirvaninin ölməz və əbədi səsi gəlir: “bir əcəm türküyəm… Tanrı istəyən… ” … “belə bir gözəl sonluqla öz fikrini tamamlayır və oxucuda tam fikir formalaşmasına xidmət edən bitkin məlumat ötürməyi bacarır. “Sözün Xaqanı” romanı haqqında təəssüratlarımı aşağıdakı kimi yekunlaşdırmaq istəyirəm: – Müəllifin romanı yazmağa ciddi hazırlaşdığı, mütaliəsi və səfərlərinin nəticəsi göz qabağındadır. Bu təqdirəlayiq və bütün gənc yazarlara tövsiyə olunmalı bir örnəkdir, – Romanın həcmi müasir tələblərə tam cavab verir, – Dili səlisdir və aid olduğu dövrlə səsləşir, – Tarixilik baxımından zəruri məlumatlarla zəngindir, – Ən əsası olduqca vacib bir mövzuya müraciət etməklə əslində cəsarətli bir addım ataraq ədəbiyyatımıza gözəl, bitkin, tam məlumat yüklü bir əsər qazandırmışdır. Nəzərinizə çatdırıram ki, görkəmli şairimiz Məmməd Rahimin “Xaqani” mənzum dramından sonra Xaqani haqqında ikinci iri həcmli əsər, nəsrdə ilsə ilk nümunədir. Bütün bu sadaladıqlarıma görə Sona xanımı təbrik etmək olar. Qeyd etdiyim kimi kitabda adı çəkilən romandan əlavə bir povest və üç hekayə də var. Kitabın diqqətəlayiq xüsusiyyətlərindən biri də odur ki, bu povest və hekayələrin də ruhu kitabın ümumi ruhu, ab-havası ilə uyğunluq təşkil edir və özünəməxsus xüsusi bir vəhdət yaradaraq birlikdə tarixilik ampulasından çıxış edirlər. Sonda yənə söhbətimizin əvvəlindəki məsələyə qayıtmaq istəyirəm. İlk öncə Sona xanıma belə bir xeyirli işə imza atdığına görə təşəkkür edir, sonra üzümü gənc yazarlara tutaraq demək istəyirəm ki, araşdırsalar nə qədər haqqında yazılmalı Kərəmlilərimiz, Nəsimilərimiz, Xaqanilərimiz, Hadilərimiz, Qəmküsarlarımız var… Ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa sərf edib sona qədər həmsöhbət olduğunuz üçün qarşınızda baş əyir və sonsuz təşəkkürlərimi çatdırıram. 30.06.2020 – Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ YEDDİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
Sözün Xaqanı haqqında söz”, “Ədalət”, 09.07.2020, say: 91 (5751) s.6.
“Sözün Xaqanı haqqında söz”, “Kredo”, 09.07.2020, s.6.
“Sözün xaqanı haqqında söz”, “Təzadlar”, 14.07.20, say: 21 (2262) s.15.
Bu gün ədəbi aləmdə artıq imzasını kifayət qədər tanıtmış xanım yazarlarımızdan Pərvanə Bayramqızının doğum günüdür! Ad günü münasibəti ilə Pərvanə xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Uğurlarınız bol olsun, Pərvanə xanım!!!
Pərvanə Bayramqızı(Qarayeva Pərvanə Bayramqızı)1982-ci il aprel ayının 23-də Gədəbəy rayonunun Cəfərli kəndində anadan olmuşdur. Arzu Qasımov adına Əli-İsmayıl kənd (indiki Alnabat) orta məktəbini bitirib. Filologiya və kitabxana-informasiya təminatı ixtisası üzrə təhsil almışdır. Hazırda AMEA-nın Mərkəzi Elmi Kitabxanasında çalışır.
Mətbuat səhifələrində imzası ilk dəfə 2003-cü ildə “Mən də övladıyam Azərbaycanın” şeiri ilə tanınıb. “Qəlbimin istəkləri” adlı birinci kitabı 2008-ci ildə ADMİU-nun “Qarabağ” mətbəəsində çap olunmuşdur. Müxtəlif illərdə “Savalan”, “Rəy” (Gəncə), “Bütöv Azərbaycan”, “Ədalət” qəzetlərində, “Günəş”, “Yazı”, “Xəzan”, “Ustad”, “Azərbaycan” və “Ulduz” jurnallarında Pərvanə Bayramqızı imzasıyla şeir, hekayə və köşə yazıları dərc edilmişdir. Oxucu anlayışının istinadlarla izah edildiyi, oxucu-kitabxanaçı ünsiyyətindəki problemlərdən bəhs olunan, kitab verilişi ilə bağlı təklif irəli sürüldüyü “Oxucu anlayışı” məqaləsi ləsə Bakı Dövlət Universitetinin təsis etdiyi “Kitabxanaçılıq və informasiya” jurnalının səhifələrində tanış olmaq olar.
Yaxın vaxtlarda çap olunan “Yaza bilməyən yazıçı” adlı ikinci kitabı Pərvanə Bayramqızının son iki il ərzində mətbuatda və saytlarda dərc edilmiş ictimai-sosial həyatın problemlərindən bəhs edən yazılarının məcmusudur. Uşaqlarda erkən yaşlardan kitaba maraq aşılamaq məqsədinə xidmət edən köşə yazıları və hekayələrində ədəbiyyatın, mütaliənin təbliğinə yönləndirdiyi fəaliyyəti uğurludur. İstər müharibə, istərsə də digər mövzularda yazdığı hekayələrində mənəvi keyfiyyətlərə, qadın-kişi, övlad-valideyn münasibətlərinə üstünlük verir. Cəmiyyəti təşkil edən fərdlərin davranışlarının qabardılmasını yazıların onurğa sütunu hesab etmək olar. Kitabda feysbuk statuslarının da yer alması müəllifin gündəlik həyatımızda baş verənlərə subyektiv yanaşmasını nümayiş etdirir. Yazıçı fərdi yaşantılarını oxuculara nəsrdən əlavə ilk kitabından seçmə şeirlərlə də çatdırır. Azərbaycan jurnalistikasında və ədəbiyyatında iz qoymuş ziyalıların, yazıçı və şairlərin haqqında yazdığı resenziyalarında (“Fikir bir söz min” – Əməkdar jurnalist İntiqam Mehdizadə, “Sevgini görənlər” – Azərbaycan Dövlət Radiosu, “Azər Qismətin “Çuğullarının çuğulluğu” “Nəğmələrində göründüyümüz müğənni” – Qədir Qızılsəs, “Sklerozun xatirələrinin skleroz oxucusu” – yazıçı-jurnalist Vasif Sadıqlının “Sklerozun xatirələri” kitabı haqqında, “Müdrik adam” – Seyran Səxavət, Xalq şairi Məmməd Araza həsr etdiyi “İradə Tuncayla ortaq dərdimiz” və “Bu yerlərdən getməyən Məmməd Araz”, “Ramiz Rövşən haqlıdır”, “Salam Qədirzadə haqqında”) həmin şəxsiyyətlər barəsində subyektiv fikirlərinə oxucuları “qonaq”edir, onların yaradıcılığından ruhən qidalanmalarına yardımçı olur.
Pərvanə Bayramqızının iki hekayəsini (“Sonuncu arzu” və “Qanlı əl”) yazıçı-şair Vaqif Osmanov təhlil etmişdir. Vaqif İsaqoğlu isə “Yaza bilməyən yazıçı” kitabı haqqında geniş yazı yazmışdır. Kitabı oxumayanlar V.İsaqoğlunun: “Pərvanə Bayramqızı növbəti kitabını «Yaza bilməyən yazıçı» adlandırsa da yaza bilən ən istedadlı qadın yazıçılardan biridir, həm də müasir Azərbaycan ədəbiyyatında ən yaxşı yazan xanımlardan biri kimi dəyərləndirilməyə layiqdir. Onun yaza bilmədiyi, toxunmadığı mövzu yoxdur ictimai-sosial həyatın problemlərindən yazan, fikir və düşüncələrini, müşahidələrini, yaşantılarını, bizim həyatda görə bilmədiklərimizi qələmə alan, həyata öz baxışı olan, qadın-kişi, övlad-valideyn münasibətlərindən, ictimai mövzulardan və s. söhbət açan, eləcə də fərdi yaşantılarını hekayə, esse və şeirlərilə «dilə gətirən» bu istedadlı qələm adamının yaradıcılığı ilə tanış olduqca heyrətlənməyə bilmirdim. Məni heyrətləndirən həm də onun bir yazıçı kimi oxuculara ünvanladığı bir-birindən maraqlı və oxunaqlı hekayələridir. Onun istər yüksək məziyyətli publisistik məqalələrində, esselərində, eləcə də işıq selinə bürünən şeir və hekayələrində bəxtəvər bir ruh hakim idi. Yazıçının hər bir əsərində onun ruhunu gördüm, ürəyinin səsini eşitdim, bir qələm adamı olaraq sakit və səssiz yaşaya bilmədiyini gördüm. Həm də gördüm ki, onun ürəyi günəş kimi alovludur. Bu alovun işığında ziyarətə getməyin mümkünlüyünü hiss elədim. Axı, yaxşı kitab oxumaq, elə ziyarətə getməyə bərabərdir. «Yaza bilməyən yazıçı» kitabını oxuduqca sanki müqəddəs yerləri ziyarət edirdim və ziyarətim qəbul olunurdu” fikirlərinin sayəsində müəllifin ruhunu duyacaq, üslubu ilə tanış olacaq. Oxşar fikri onun haqqında kitabın redaktoru İntiqam Mehdizadə də söyləyir: “Güman edirəm ki, yazılarına təvəzökarlıqla “Yaza bilməyən yazıçı” adı qoymuş Pərvanənin həmin kitabı oxucuların əlinə keçsə yazıçının özünə atdığı o “böhtana” inanmayacaq”.
P.Bayramqızı eyni zamanda yazılarında təhsillə, ana dili ilə bağlı problemlərə də toxunur.
NEYLƏYİM Neyləyim mən özümlə, necə edim, bilmirəm. Nə küsürəm biryolluq, nə danışıb gülmürəm. *** Hərdən zəhərə dönür, hərdən də qənd kimidir. O, mənim yalnış vaxtda içdiyim and kimidir. *** Nə cəsarətim çatır, bu yükümü atmağa. Nə də ki, gücüm yetir o andımı tutmağa. *** Neçə vaxtdı qalmışam iki daş arasında. Sabahımı qırmışam gözlə qaş arasında. *** Sanki qərarı verən bir şeytani səs idi. Ağ günlərə gecikib, qara günə tələsdim. *** Necə edim bilmirəm, sükut məni yaralar. Yazdığımı pozuram, üzə durur misralar. *** Adilə, sığın yenə, ürəyindəki aha. Nə varsa yığ ovcuna, sovur getsin Allaha. 21.04.2021.