Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramova doğum günü təbriki – QURBAN BAYRAMOV – 75

Qurban BAYRAMOVədəbiyyatşünas alim, tənqidçi.

Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramova doğum günü təbriki

        (Qələndər müdrikliyi- bir il əvvəldən yazılmış təbrik)

30 may tanınmış ədəbiyyatşünas alim, tənqidçi, çağdaş ədəbiyyatımızın tutarlı dayaqlarından biri olan, ədəbiyyatımızın Qurbanı – Qurban Bayramovun doğum günüdür!

Qurban müəllimin adı çəkiləndə poeziyamızın azman-ağsaqqal Xalq şairi Nəriman Həsəzadənin ona ünvanladığı bircə cümlədən ibarət olan əzəmətli, məhəbbət dolu səmimi sözü yadımıza düşür: “QURBAN, SƏNƏ QURBAN!!” Hamımızın həssas poeziya tənqidçisi kimi tanıdığımız Qurban Bayramov üçün (elə bizim üçün də) bu kəlam bütün titullardan əzizdir, qiymətlidir…
  
Bir bayram qabağa getsək, daha dəqiq, bir bahar sonra, bu zaman, inşallah, onun 75 yaşı tamam olacaq. (indi-R.) Bu gün ədəbiyyatımızda tənqidçi alimlərimiz sırasında onun şəriksiz öz yeri, öz məkanı var. Bir əlin barmaq hesabına gəlsək, sayılan-seçilən bu tənqidçilər arasında, mənə elə gəlir ki, onlardan birincisi Qurban Bayramovdur. Çünki Qurban Bayramov  akademik Məmməd Cəfər, Kamal Talıbzadə kimi böyük qələm, söz bilicilərinin yetirmələrindən biri olub. Bu gün həmin nəhənglərin davamçısıdır. 

Vaxt varıydı, şair və yazarlarımız onun tənqidçi qələminindən az qala, tük salardılar…  Ona görə ki, Qurban Bayramov ədəbiyyatımızı çox sevir, istəyir ki, əsl istedadlılar ədəbiyyata gəlsin, istedadı olmayanlar kiminsə vasitəsi ilə  gəlib istedadlıların yerini tutmasın. O, tənqidimizdə, həmişə M.Müşfiqin bu sənət prinsipinin – “Şairə ilhamdan maya gərəkdir!” prinsipinin qoruyucusudur! Həqiqəti yazar, gerçəyi, olanı yazar, abrına qısılıb bir küncə çəkilənləri ortaya çəkər, ədəbiyatımızın, poeziyamızın saflığına və gələcək inkişafına xidmət edər, Qurban Bayramov!!

Qurban müəllim yazarların yaradıcılığında nə varsa, onun zəif tərəfini qərəzsiz şəkildə tənqidi gözlə, dolğun şəkildə izah edir. Bu da özünə, yaradıcılığına hörmət edən hər bir yazıçı və şairin  ürəyincə olur, belə obyektiv ədəbi tənqiddən sonra daha yaxşı əsərlər, şeirlər yazmağa çalışır. Qurban Bayramovun tənqidinə vaxtilə mən də tuş gəlmişəm, əvvəllər incimişəm-küsmüşəm, sonradan gördüm ki, düz tənqiddir, haqlı iradlarını bildirib və mən sınmadım, əksinə, alim tənqidindən, haqqlı iradlarından nəticə çıxartdım, özümənəzarətim gücləndi, ruhlandım, daha da yaxşı şeirlər yazmağa başladım… Sonralar, bir çox qələm dostlarımın da, tənqidçi Qurban müəllimə inamlarının, hörmətlərinin, hətta onların yazılarına münasibət bildirmək istəklərinin dəfələrlə şahidi oldum…

Yeri gəlmişkən deyim ki, Qurban Bayramov 1970- ci ildən ədəbi fəaliyyətə başlayıb, aspirantura təhsili görüb, ilk elmi səsri 1979-cu ildə “Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi” mövzusunda dissertasiyası olub… Bu günə kimi dövri və elmi mətbuatda 16 kitabı, 300-dən çox məqaləsi dərc edilib… Bunlardan  “Vurğun poeziyası”(1976), “Lirik qəhrəman və zaman (Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi)” (1986),  “Tarixilik və müasirlik – “Sosialist realizmi müasir mərhələdə” kitabı (kollektiv) (1988), “Yaşar Qarayev: Milli yaddaş təlımi – azərbaycançılıq”, (Jalə Qurbanqızı ilə birgə) (2001), “Poeziyanın sirri…” (mini-modern monoqrafiya) (2009),  “Əli İldırımoğlunun yaradıcılıq yolu: Azərbaycan ədəbiyyatında avtobioqrafik roman janrının təkamülü” (monumental monoqrafiya) (2009), “Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə” (Jalə Qurbanqızı ilə birlikdə) (2014) və s. bu qəbildən kitabların müəllifidir.

Onun “Müasir Azərbaycan poeziyasında üslubi meyillər”, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik”, “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı”, “Səməd Vurğun dünən, bu gün və sabah”, “M.H.Şəhriyar poetik üslubu”, “Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər” təkin maraqlı tədqiqat işləri var. Onun bir sıra əsərləri, İranda, Türkiyədə, İraqda, Rusiyada, Macarıstanda dərc olunub…

Azərbaycan ədəbiyyatının əksər nümayəndələri barəsində məqalə yazıb, fikir söyləyib, elmi və bədii kitabların redaktoru olub, onların bir çoxuna ön söz yazıb, xüsusən, “Azərbaycan poeziyası”na həsr etdiyi ədəbi icmalları maraq doğurub…

Qurban müəllim ədəbi ictimaiyyətin əksər tədbirlərində, təqdimatlarda, elmi sessiya və konfranslarda bir gənclik ehtirası ilə iştirak edir, tənqidçi nüfuzu ilə ədəbi tədbirlərə rövnəq verir…

Uzun illər “Gənclik” nəşriyyatında rəsmi rəyçi, Azərbaycan Dövlət Televiziyasında “Ədəbiyyatşünaslıq və zaman”, “Ədəbiyyat” (1982-1992) elmi-kütləvi, tədris televiziya verilişlərinin müəllif-aparıcısı, Ədəbiyyat İnstitutu Elmi Şurasının, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidentinin bir illik fərdi təqaüdçüsü (2011) olub. 

Azərbaycan MEA-nın Rəyasət Heyətinin (2016), Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin (2011), Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının Fəxri fərmanlarına (2016, 2019), “Tanınmış Vurğunşünas alim” (2011), “Fədakar alim” (2011), “Səməd Vurğun mükafatı” (2011), “Elm fədaisi” (2012), “Vintsas” mükafatı (2020) fəxri diplomlarına layiq görülüb.

Xatırladım ki, S.Vurğun haqqında bir çox görkəmli ziyalılarımız, alimlərimiz dəyərli əsərlər, qiymətli tədqiqatlar aparıb. Onların özləri də, Qurban müəllimin bu sahədəki tədqiqatlarını yüksək qiymətləndiriblər. O, bir tənqidçi- alim kimi ölməz şairimizin yaradıcılığını, Səməd Vurğun şəxsiyyətinin böyüklüyünü süzgəcdən keçirib, xarakterizə edərək ədəbi ictimaiyyətimizə, o dövrkü İttifaq miqyasına çatdırııb. Elə bu baxımdan da onun yazdığı elm əsər fərqlidir, yenidir və önəmlidir.

Qurban müəllimin bir alim kimi böyüklüyü ondadır ki, öncə özünə də bir tənqidçi kimi yanaşır, çox məhsuldardır, sözün hətta nöqtəsinə, vergülünə kimi qədrini, dəyərini, çəkisini bilir.  Azərbaycan ədəbiyyatını dünya ictimaiyyətinə çatdıran alimlərimizdən, ziyalılarımızdan biridir…

Mənə elə gəlir dövlətimiz Qurban Bayramov kimi ziyalılarımızı diqqətdən kənar qoymayacaq və onun elmi-ədəbi əməyi, fəaliyyəti  yüksək səviyyədə dəyərləndiriləcək!  Bir yazar kimi özüm və qələm dostlarım adından Qurban müəllimi təbrik edir, ona can sağlığı, yaradıcılığında uğurlar və həmişəki kimi gümrah olmasını arzulayıram!

Qələndər Xaçınçaylı,

şair, publisist-yazıçı, jurnalist

 30.05.2020.

QURBAN BAYRAMOV – 75

QRABAĞ AZƏRBAYCANDIR…

 QURBAN BAYRAMOV – 75


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Люди – Лейла Алиева

Лейла Алиева – общественный деятель, главный редактор журнала «Баку».

Люди
Люди! Как сложно вас всегда любить,
Как легче иногда вас ненавидеть!
Людей старайтесь, люди, веселить!
Людей старайтесь, люди, не обидеть!
Люди идут, бегут, спешат за горизонт!
Цепляясь за прошедшие мгновения.
Улыбки, слезы, стоны, кровь и пот!
Не ощущает их дыханье время!
Не замечает радость их и грусть,
Бессовестно летит, эгоистично!
Для времени людская суета – ничто.
Его ж пределы мы постичь не в силах.
Время, ты знаешь, я завидую тебе!
Люблю, ревную и безумно ощущаю!
Будь лишь моим и утром и во сне,
Тебя в цепях я заковать желаю!
Время, ты можешь вечно мне принадлежать!
Ведь я другая, ты же знаешь!
Я все отдам тебе, чтоб удержать!
Сжигая всех, в моих руках растаешь!
Плачу, но не утратят слез мои глаза!
Пусть будут слезы навсегда запретом,
А как бесценнa каждая слеза,
Оставшись под ресницами, секретом.
Люди! Не убивайте вы друг друга зря.
За вас жизнь сделает жестокую работу!
Но даже все могучие моря!
Оценят бескорыстную заботу!
Ночь, тебя так страстно ощущаю!
Ночь, мне звезды в небе подарила,
Тобой не поделюсь, не потеряю!
Про одиночество с тобой забыла!
Что же, простим друг другу вечные обиды.
Простим и сделаем чуть-чуть сильней.
Я вижу многое, когда глаза закрыты,
Люди! Прошу, старайтесь полюбить людей!



Автор: Лейлa АЛИЕВA


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

MƏN BU ÖMRÜ… – ADİLƏ NƏZƏR

Adilə Nəzər – alim, şair.

MƏN BU ÖMRÜ…
Sənə doğru çırpınışım bir ömürdü, bir andı,
Eh, o da ki, yarı yuxu, yarı ağrı, yarı qəm.
Bu dünyanı anlayanlar ölümünə oyandı,
Uca Tanrı, əzəl gündən mənə yaddı bu aləm.
* * *
Sorma niyə hüzünlənib boynu bükük durmuşam,
Bu yazını sən yazıbsan var olandan alnıma.
Mən vaxtımı sənə doğru can atmağa qurmuşam,
Səndən başqa kimim var ki, məlhəm olsun ağrıma.
* * *
Mən bu ömrü zinət kimi bəyənmədim heç, inan,
Yelkənləri küləklərə açıb getmək dəmidir.
Mənim könül azadlığım doğulduğum zamandan,
Cövlan edən küləklərin azadlığı kimidir.


Müəllif: Adilə NƏZƏR

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏRANƏ MƏMMƏD – GÜL SƏBƏTİ

Təranə Məmməd – yazar.

GÜL SƏBƏTİ

(İbrətamiz hekayə)

O gün çox gözəl görünürdüm. Gözlərim işıq saçırdı. Ev işlərini görə-görə zümzümə edirdim. Səhər tezdən oyanıb ev-eşiyi təmizləyib özümə də sığal çəkmişdim. O gün mənim günüm idi axı. Qadınlar günü.
Gülləri çox sevdiyimi evdə hamı bilir. Qızım da, institutda oxuyan iki oğlum da. Yoldaşım da bilir, ancaq buna baxmayaraq mənə heç vaxt gül almır. Səbəbini bilmirəm. Başqa nəsə ala bilər, amma gül almır.
Elə işlərimi bitirib oturmuşdum ki, qapının zəngi basıldı.

Bayram əhvalı – ruhiyyəsiylə qapını açdım.
Qarşımda dayanan cavan oğlan bir səbət qızılgülü mənə uzadıb:
– Xanım, bu güllər sizə çatacaq!- dedi.
Sevincimi boğa bilməyib
-Nə gözəl güllərdir! Dəqiq mənə çatacaq?- deyə soruşdum.

-Bəli. Buyurun!
Mən gül səbətini alıb qapını bağladım.
Otaqda gülün üstündəki kiçik zərfi acdım və
“Sevgilim,səni çox sevirəm! Bayramın mübarək!” sözlərini oxuyurdum ki, yoldaşım yaxınlaşıb kağızı məndən aldı, bir mənə, bir güllərə baxıb yazını oxudu və:
– Kimdəndi bu?
– Bilmirəm,- dedim
-Bəs kim bilir?
– Mən elə bildim ki…
İstədim deyim ki, elə bildim sən mənə sürpriz etmisən ,ancaq yoldaşım sözümü bitirməyə imkan vermədi.
– De görüm, kimdi sənə “sevgilim” yazıb gül göndərən?-deyə bağırdı.
– Bilmirəm, dedim. Mən bilmirəm. Adını yazmayıb! – dedim.
– Əlbəttə yazmaz. Ancaq sən sevdiyin gızılgülləri bilir. Demək bu adam sənə çox yaxındır. Sanki evin içidir.

Kişi özündən çıxdı. Yersiz ittihamlar, olmayan sözlər, cavanlıqda etdiyimiz səhvlər- hamısı yada düşdü.
Mən günahsız təhqir edildim, ünvanıma yaraşmayan sözlər deyildi.
Əlacsız qalıb ağladım. Elə ürəkdən ağladım ki, özümün özümə yazığım gəldi.
Düşündüm ki, kaş həqiqətən məni bu qədər sevən bir kəs olaydı və bu gülləri mənə o göndərəydi! Kaş ki… Onda bəlkə bu qədər yandırmazdı məni bu haqsızlıq.
O bayram günü məni sakitləşdirmək də keçmədi ağlından yoldaşımın.
Qapının zəngi yenə eşidildi. Əllərində bir dəstə qızılgül böyük oğlum gəldi. Mənim o üzümdən bu üzümdən öpüb təbrik edəndə daha da kövrəldim.
– Atamın hədiyyəsi mənimkindən gözəldir təbiiki, – deyə səbətdəki, güllərə işarə etdi.

Yoldaşım özünü itirmişdi. Nə sual verə bilir, nə də bayaqdan ünvanıma dedikləri üçün üzr istəyə bilirdi.
Oğlum mənə xoş gəlsin deyə atasının adından zərfə qoyulan kiçik məktubu və bir səbət qızılgülü evə yollayıbl ki, güya bunu atası sifariş edib. Atasını xəbərdar etməyi isə unudub.
Bir neçə dəqiqədən sonra onlar, sanki heç nə baş verməmiş kimi bu əhvalatı danışıb gülürdülər.
Mən də o günü ömürlük yadımda saxladım. O gün dərk etdim ki, səni anlamayan, sənə etibar etməyən, sənin qəlbini duymayan insan sənə heç vaxt gül ala bilməz…

Müəllif: Təranə Məmməd



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru