Barmaqla sayılacaq bir neçə qızıl sözlü şairlərimiz var ki, klassiklərimizin ruhu, nəfəsi hopub əsərlərinə. Oxuduqca iç dünyasını, daxili aləmini, narahat ruhunu, lal harayını, səssiz əzabını duyur, heyrət edirsən. Belə qələm sahiblərindən biri də bir qəzəlində dediyi kimi, başı qarlı dağa bənzəyən qəzəl ustadı, könüllər ovsunlayan şeirlərin, romanların müəllifi, şeirlərinə vurduğu naxışlardan memarlığını, rəngarənglikdən rəssamlığını sübut edən gözəlqlbli şair, varlığıyla, dostluğuyla qürur duyduğum ,rəğbət bəslədiyim ,bütünlüklə qəzəl adam, Səxavət Talıblıdır. Tanıdığım gündən hər yaratdığı əsərdə, dediyi sözdə orjinallığı ilə seçilən, irfani qəzəllərində Allaha aşiqliyi, sevgisi ilə diqqətimi çəkən şair, bir insan olaraq da hər xoş sözün fövqündədir…. Deyim ki, insanlara dəyər verməyi, onları kənardan izləməyi, kəşf etməyi çox vaxt həddindən artıq vaxt sərf edirəm. Səxavət müəllimi də belə kəşf etdim və ondan kitabımın redaktor olmasını xahiş etdim….Son aylarda kitabımla bağlı onun xasiyyətini gah əsəbi, gah tələbkar, gah həssas, bəzən də uşaq kimi kövrək olduğunu görüb heyrət edirdim. Peşakar əruz bilicisi, hekayə, roman müəllifi olan bu ali insanın ən çox nəzər çəkən həyat silqəti ətrafdakılara bacardığı yaxşılığı, köməyi etməkdi. Mən onun bu əsl insanlara xas olan xasiyyətinə heyran oldum.Səxavət Talıblı sözün əsl mənasında seçilmişlərdəndir. Bu gün, bu gözəl keyfiyyətlərə malik olan insanın doğum günüdür. Şairi səmimi qəlbdən təbrik edir, can sağlığı, uzun ömür arzulayıram. Qəlbindəki nisgilin, işlərindəki müşkülün yeni yaşında uğurla həll olmasını arzulayıram. Allah sizə yar olsun, Səxavət Talıblı!!!
TƏBRİK ŞEİRİ
Vidalaşır “62” ,
Şairçün bu yaş nədi ki?
Hər müdrik sözü deyir ki,
– Buna qocalıq deməzlər…
***
Bir az saçına yağıb qar, Bir az gözündə məlal var.
Sevindik Nesiboglu “İLİN ŞAGİRDİ” Mükafatına layiq görülüüb. Diplomu Asiya Fakt İnformasiya Agentliyi adından layihənin rəhbəri Vüsalə Qələndərli laureata təqdim edib. Yazarlar.az olaraq, biz də Sevindik Nesiboglunu təbrik edir, təhsildə və yaradıcılkıqda yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Sevindik Nesiboglu !!!
Sən həmişə bizimləsən… sənədli filmindən fraqment.
Bu gün qarışıq mövzulardan danışacağam. Lakin İlyas və Elçin Əfəndiyevlərlə daim əlaqədə olacaq.Məqalənin sonuna qədər. Həmişə onunla olanlar, həmişə bizimləsən deyənlərdən danışacağıq indi.
Bildiyiniz kimi, dahi dramaturqumuz İlyas Əfəndiyevin bir pyesi var. Həmin pyes əsasında 1987-ci ildə televiziya tamaşası da çəkilib. Rollarda Məlahət Abbasova və Rasim Balayev çəkilmişdir.Tamaşanın adı isə hamının dilinin əzbəridir . “Sən həmişə mənimləsən”…
İndi deyə bilərsiniz ki, haradan çıxdı “Sən həmişə bizimləsən”, niyə məqalənin adını belə qoydun?. Belə sualların yaranması,məncə,normaldır.
Dedim ki, Elçin və İlyas Əfəndiyevlərlə daim əlaqədə olan adamlardan danışacağam. Ailəsindən ta Araz Bulud Eynəmliyə qədər.Danışacağam,yorulmadan danışacağam.Belə ki,”Sən həmişə bizimləsən” bir sənədli filmin adıdır.İlyas Əfəndiyevin vəfatından 2 il sonra,1998-ci ildə çəkilmiş bu sənədli filmdə sonuna qədər İlyas Əfəndiyevdən danışılır. Əgər indi Elçin və İlyas müəllimlə görüşənlər barədə yazırıqsa, deməli bu məqalənin də özünəməxsus adı olmalıdır.Sən həmişə bizimləsən…
Əvvəlcə həmin sənədli film haqqında danışmaq istəyirəm. Sən həmişə bizimləsən sənədli filmi 1998-ci ildə “Azkinovideo”nun çəkdiyi sənədli filmdir. Qısametrajlı olsa da mənalıdır. Ssenari müəllifi böyük ziyalı qadınımız, rəhmətlik Mailə Muradxanlı və haqqında “Naxçıvan xatirələri” adlı yazımda qeyd etdiyim, “Gecikmiş gündəlik” filminin ssenari müəllifi və rejissoru Cəmil Fərəcov olub. Operator isə sənədli filmlərimizin tanınmış operatoru olmuş Nizami Abbasdır. Redaktor Svetlana İsmayılova, icraçı prodüser isə Xanlar Cəfərov olmuşdur.
Filmin posteri də çox yaxşıdır. Ata-oğul yan-yana durmuşlar və həmin alınan şəkil də filmin posteri olub. Filmdə İlyas Əfəndiyevin qoyub getdiyi əsərlərindən parçalar verilib. İlyas Əfəndiyevin əsərləri əsasında çəkilmiş bir çox tamaşalarda, həmçinin Elçinin “Ox kimi bıçaq” filmində rol almış rəhmətlik aktrisamız Amaliya Pənahova, rəhmətlik aktyorumuz Əliabbas Qədirov, rejissor Mərahim Fərzəlibəyov, Həsənağa Turabov çıxış etmişlər və İlyas Əfəndiyevi bir daha yad etmişlər.
İndi isə mən danışım “Sən həmişə bizimləsən” deyənlərdən.
Filmdə iştirak edənləri saydım, onlar da sayılır.
Şəfiqə Məmmədova, Məmmədrza Şeyxzamanov,Leyla Bədirbəyli və kollektivi 1974-cü ildə “Çarvadarların izi ilə” filmində iştirak edib, pərdə arxasında filmə baxan İlyas Əfəndiyevlə əlaqələri olub.
Tofiq Mirzəyev,Yaşar Nuri, Nigar Hüseynova və kollektiv 1976-cı ildə “Bizi dağlarda axtarın” filmində iştirak ediblər.Yaşar Nuri həm də İlyas Əfəndiyevin əsərləri əsasında səhnələşdirilmiş bir neçə tamaşada rol almışdır.
Məlik Dadaşov, Fuad Poladov,Vəfa Fətullayeva və kollektivi 1978-ci ildə “Atayevlər ailəsi” film-tamaşasında çəkilmişlər.
Sabir Rüstəmxanlı və Anar İlyas Əfəndiyevi və Elçini özlərinin gənc yaşlarından tanımış, Elçinlə isə dostdurlar.
Mərhum aktyor İlham Əsgərov İlyas Əfəndiyevin əsərləri əsasında səhnələşdirilmiş bir neçə tamaşada, həmçinin “Sarıköynəklə Valehin nağılı” televiziya tamaşasında rol almışdır.
Aktyorlardan Həsən Məmmədov, Hamlet Xanızadə,Rafiq Əzimov İlyas Əfəndiyevin və Elçinin əsərləri əsasında çəkilmiş filmlərdə və səhnələşdirilmiş tamaşalarda, həmçinin “Ox kimi bıçaq” və “Bircəciyim” filmində rol almışlar.
Aktrisa Mehriban Xanlarova İlyas Əfəndyevin və Elçinin əsərləri əsasında səhnələşdirilmiş teatr tamaşalarında, eləcə də aktrisa aktyor Kamil Zöhrabovla birlikdə “Bircəciyim” filmində rol almışdır.
Xalq artisti Məleykə Əsədova İlyas Əfəndiyev və Elçininzsərləri əsasında hazırlanmış teatr tamaşalarında rol almışdır.
Aktyorlar Muxtar Maniyev və Şahmar Ələkbərov da İlyas Əfəndiyev və Elçinin əsərləri əsasında çəkilmiş filmlərdə rol almışlar.
Nicat Bəkirzadə İlyas Əfəndiyevə həsr edilmiş “Geriyə baxmağa dəyər” filminin rejissoru olub, həmin filmdə İlyas Əfəndiyevin həyatından görüntüləri əks edib.
Şamil Süleymanov Elçinin “Baladadaşın ilk məhəbbəti” və illər sonra “Mahmud və Məryəm” filminə çəkilmişdir.
Fəxrəddin Manafov isə Elçinin əsərləri əsasında çəkilmis “Hökmdarın taleyi” və “Mahmud və Məryəm” filmində rol alıb.
Ramiz Axundov Elçinlə birgə onun əsəri əsasında “Əllər və rənglər” filmini çəkmişdir.
Elçin Cəfər Cabbarlı mövzusuna müraciət etmiş, 2000-ci ildə ədibin anadan olmasının 100 illik yubileyinə həsr etdiyi kitab yazmışdır.
Ulu öndərimiz Heydər Əliyev həm İlyas Əfəndiyevin və həmdə Elçinin yaradıcılığına xüsusi qiymət vermiş, şəxsən onlarla görüşmüş, fikirlərini dəyərləndirmiş, əsərlərini yüksək qiymətləndirmiş, Elçini 1993-cü ildə baş nazirin müavini vəzifəsinə təyin etmişdir.
Hörmətli Prezidentimiz İlham Əliyev cənabları da atasnın yolunu davam etdirərək ədiblərin yaradıcılığına xüsusi qiymət vermiş, onlarla görüşmüş, fikirlərini dəyərləndirmiş, əsərlərini qiymətləndirmişdir.
Füzuli rayonu Əfəndiyevlərin doğulduğu məkandır.
Azərbaycan-NƏİNKİ ata-oğul hər iki ədibə,bütün dəyərli övladlarına dəyər verib və verəcəkdir.!
Bu siyahıda hələ çox adlar var və bunlara bir çoxu də əlavə olacaq. Mənsə hələ yeniyəm. Onunla olanların siyahısını yazsaq, bu siyahıya 10 milyon insan daxil ola bilər!
Nə Elçin bu dünyada unudulacaq, nə İlyas ,nə Timuçin ,nə də Yalçın. Onlar hər dəfə yüksələcəklər və hər an bizimlə olacaqlar!
1989-cu il dekabrın 10-da Lerik rayonunun Soru kəndində bir körpə dünyaya göz açdı. Adını Elvin qoydular, amma gələcəkdə necə bir igid olacağından xəbərsiz idilər. Bəli, igid – Vətənə canını fəda edən igid. O, 1996-cı ildə orta məktəbə ilk qədəmlərini qoydu. 2007-ci ildə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yola düşdü. 2009-cu ildə ordudan tərxis olsa da, bir əsgər olaraq silaha sarılıb yurdumuzu qarı düşməndən azad etmək üçün fürsət, məqam axtarırdı. Qəlbindəki vətən, yurd sevgisi o qədər dərin kök salmışdı ki, 2015-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində kurslardan müvəffəqiyyətlə keçib ömürlük hərb yolunu seçdi. 2020-ci il 27 sentyabr… O gün Qarabağın azad olunması uğrunda döyüşlər başladı. Elvin qardaşı ilə bərabər döyüşlərdə iştirak edərək misilsiz qəhrəmanlıqlar nümayiş etdirdi. Düşmənin mövqelərini dəf etməyə nail oldu. Hətta Elvin snayperlə açdığı atəş nəticəsində düşmənin yüksək rütbəli zabitləri məhv edildi. Bir gün Pərvin qardaşı Elvini qıcıqlandırmaq üçün zarafata keçdi: Sən kiçik rütbəli zabitləri vurursan ancaq, o snayperi ver mənə, gör generalların başına nə oyun açıram. Sabahkı döyüşdə mən öndə olacağam. Sabahı gün Elvin 1400 metr uzaqlıqdan bir erməni əsgərini vurur və fəxrlə şəklini çəkib qardaşına göstərərək deyir: -Bax, indi nə deyə bilərsən?! Gör düşməni uzaq məsafədən necə məhv etmişəm. Pərvin gülümsəyib qardaşını bağrına basır, səndən yoxdur da, bir dənəsən vallah, – deyir. Həmin gün Pərvin döyüş yoldaşları ilə bərabər mühasirəyə düşmüşdü. Amma əzmlə döyüşərək hiyləgər düşməni məğlub etmiş, sağ salamat mühasirədən çıxmağı bacarmışdır. Elvin qardaşının mühasirəyə düşməsindən xəbər tutanda: “sənə demədimmmi, ermənilər hiyləgərdi, fürsəti əldən vermə, diqqətli ol, qardaş.Axı bilirsən ki, düşmən məkrli və amansızdır. İndi biz özümüzü düşmənin bütün hiylələrindən qorumalıyıq! Biz kəşfiyyatçıyıq, hər zaman, hər yerdə diqqətli olmağımız lazımdır! Şükülər olsun ki, mühasirədən sağ-salamat çıxmağı bacarmısız. Pərvin qardaşının haqlı olduğunu bilirdi. Elə buna görə də, qardaşına bu gündən sonra daha da diqqətli olacağına söz verdi. Gün keçdikcə döyüşlər daha da şiddətlənirdi. Elvin snayperi ilə Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postu darmadağın edib düşməndən təmizlədi. Posta Azərbaycan bayrağı sancılandan sonra Mübariz postu adlandırdılar. Daha sonra isə Elvin Qubadlı, Zəngilan və Cəbrayılın azad olunması uğrunda döyüşlərdə iştirak elədi. Düşmən dəfələrlə Elvini hədəf seçib öldürmək istəsə də, istəyinə nail ola bilmədi. O, bu döyüşlərdə əsl cəngavər kimi vuruşub, qəhrəmanlıq tarixi yazmağı bacardı. Hər zaman döyüşə girəndə ürəyində düşmənə qarşı yığılıb qalan dərin nifrəti onu daha da qüvvərləndirirdi.”Nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edib, onun hər bir qarışında şanlı Azərbaycan bayrağının qürurla dalğalandığını görmədən, geriyə bir addım da atmaq olmaz!” deyir, bu amalla zəfər yolunda əzmlə irəliləyirdi. Artıq Elvinlə qardaşı fərqli istiqamətlərdə döyüşürdülər. Oktyabrın 31-i Elvin qardaşına telefon açdı. Qızğın döyüşlər getdiyi üçün onlar çox danışa bilmədilər. Yalnız bircə kəlmə – “özünü qoru” deyə bildilər. Elvin telefon danışığından az sonra döyüş meydanına geri döndü və təəssüf ki, bu, qardaşların son danışığı oldu. Ağır döyüşlər zamanı düşmən Elvini hədəf seçdi. Beləliklə, 31 oktyabr Xocavənd rayonunda Elvin şəhadət şərbətini içməli oldu. Beləcə, o da adını ölümüylə, ölümsüzlüyə qovuşanlar siyahısına al qanı ilə yazmağı bacardı.