AYSU TÜRKEL – HEYİF Kİ, GÜLLƏDƏN YAYINA BİLMƏDİ

HEYİF Kİ, GÜLLƏDƏN YAYINA BİLMƏDİ


1989-cu il dekabrın 10-da Lerik rayonunun Soru kəndində bir körpə dünyaya göz açdı. Adını Elvin qoydular, amma gələcəkdə necə bir igid olacağından xəbərsiz idilər. Bəli, igid – Vətənə canını fəda edən igid. O, 1996-cı ildə orta məktəbə ilk qədəmlərini qoydu. 2007-ci ildə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yola düşdü. 2009-cu ildə ordudan tərxis olsa da, bir əsgər olaraq silaha sarılıb yurdumuzu qarı düşməndən azad etmək üçün fürsət, məqam axtarırdı. Qəlbindəki vətən, yurd sevgisi o qədər dərin kök salmışdı ki, 2015-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində kurslardan müvəffəqiyyətlə keçib ömürlük hərb yolunu seçdi.
2020-ci il 27 sentyabr… O gün Qarabağın azad olunması uğrunda döyüşlər başladı. Elvin qardaşı ilə bərabər döyüşlərdə iştirak edərək misilsiz qəhrəmanlıqlar nümayiş etdirdi. Düşmənin mövqelərini dəf etməyə nail oldu. Hətta Elvin snayperlə açdığı atəş nəticəsində düşmənin yüksək rütbəli zabitləri məhv edildi.
Bir gün Pərvin qardaşı Elvini qıcıqlandırmaq üçün zarafata keçdi: Sən kiçik rütbəli zabitləri vurursan ancaq, o snayperi ver mənə, gör generalların başına nə oyun açıram. Sabahkı döyüşdə mən öndə olacağam.  Sabahı gün Elvin 1400 metr uzaqlıqdan bir erməni əsgərini vurur və fəxrlə şəklini çəkib qardaşına göstərərək deyir:        -Bax, indi nə deyə bilərsən?! Gör düşməni uzaq məsafədən necə məhv etmişəm. Pərvin gülümsəyib qardaşını bağrına basır, səndən yoxdur da, bir dənəsən vallah, – deyir.
Həmin gün Pərvin döyüş yoldaşları ilə bərabər mühasirəyə düşmüşdü. Amma əzmlə döyüşərək hiyləgər düşməni məğlub etmiş, sağ salamat mühasirədən çıxmağı bacarmışdır.
Elvin qardaşının mühasirəyə düşməsindən xəbər tutanda: “sənə demədimmmi, ermənilər hiyləgərdi, fürsəti əldən vermə, diqqətli ol, qardaş.Axı bilirsən ki, düşmən məkrli və amansızdır. İndi biz özümüzü düşmənin bütün hiylələrindən qorumalıyıq! Biz kəşfiyyatçıyıq, hər zaman, hər yerdə diqqətli olmağımız lazımdır! Şükülər olsun ki, mühasirədən sağ-salamat çıxmağı bacarmısız.
Pərvin qardaşının haqlı olduğunu bilirdi. Elə buna görə də, qardaşına bu gündən sonra daha da diqqətli olacağına söz verdi.
Gün keçdikcə döyüşlər daha da şiddətlənirdi. Elvin snayperi ilə Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postu darmadağın edib düşməndən təmizlədi. Posta Azərbaycan bayrağı sancılandan sonra Mübariz postu adlandırdılar. Daha sonra isə Elvin Qubadlı, Zəngilan və Cəbrayılın azad olunması uğrunda döyüşlərdə iştirak elədi. Düşmən dəfələrlə Elvini hədəf seçib öldürmək istəsə də, istəyinə nail ola bilmədi. O, bu döyüşlərdə əsl cəngavər kimi vuruşub, qəhrəmanlıq tarixi yazmağı bacardı. Hər zaman döyüşə girəndə ürəyində düşmənə qarşı yığılıb qalan dərin nifrəti onu daha da qüvvərləndirirdi.”Nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edib, onun hər bir qarışında şanlı Azərbaycan bayrağının qürurla dalğalandığını görmədən, geriyə bir addım da atmaq olmaz!” deyir, bu amalla zəfər yolunda əzmlə irəliləyirdi.
Artıq Elvinlə qardaşı fərqli istiqamətlərdə döyüşürdülər. Oktyabrın 31-i Elvin qardaşına telefon açdı. Qızğın döyüşlər getdiyi üçün onlar çox danışa bilmədilər. Yalnız bircə kəlmə – “özünü qoru” deyə bildilər. Elvin telefon danışığından az sonra döyüş meydanına geri döndü və təəssüf ki, bu, qardaşların son danışığı oldu. Ağır döyüşlər zamanı düşmən Elvini hədəf seçdi. Beləliklə, 31 oktyabr Xocavənd rayonunda Elvin şəhadət şərbətini içməli oldu. Beləcə, o da adını ölümüylə, ölümsüzlüyə qovuşanlar siyahısına al qanı ilə yazmağı bacardı.


Müəllif:
 Aysu TÜRKEL 

AYSU TÜRKELİN DİGƏR YAZILARI


AYSU TÜRKEL DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir