Orxan Musayev “Qızıl qələm” media mükafatına layiq görülüb
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist Orxan Musayev dövri mətbuatda çap olunan publisistik yazılarına görə, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” media mükafatına layiq görülüb.
Müəllifin müxtəlif mövzularda məqalə və yazıları dövri mətbuatda mütəmadi dərc edilərək ictimaiyyət nümayəndələrinin diqqətinə çatdırılır.
Xatırladaq ki, “Qızıl qələm” mükafatı 1970-ci ildən 1991-ci ilədək Azərbaycan Jurnalistlər Birliyi tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunub.
2000-ci ildən isə mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) tərəfindən təqdim edilir.
Prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilənlər arasında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran Regional Ərazi şöbəsinin (Lənkəran, Astara, Lerik) rəisi, dayım Etibar Vəliyevin də adı var.
Yenə müəllimə qaçqınlardan danışırdı. Bizdə müəllimənin dediklərinə uşaq sadəliyi ilə qulaq asırdıq. Amma nə üçünsə, müəllimə kədərli baxışları ilə bizə baxırdı. Görünür ölkədə, olan hadisələr müəllimənin əhvalına çox pis təsir edirdi. Çünki, dərslərin suallarına o qədər də, əhəmiyyət vermirdi. Bu onsuz da oxumayan və tənbəl olan şagirdlərin xeyrinə idi. Mən isə yalnız müəllimənin hərəkətlərinə baxıb, özüm üçün nəticələr axtarırdım. Müəllimə kədərli idi. Deyəsən şagirdlərində hərəkətlərinə heç fikir vermirdi. Amma bəzən mənə baxıb nəsə fikirləşirdi. Mən isə yenə xəyallar aləminə baş vurmuşdum. Bu müharibənin nə ilə nəticələnəcəyini, içimizdə olan sapı bizdən olan baltaların, bizim əllərimizi necə kəsdiyini düşünürdüm. Bu vaxt zəng vuruldu. Hər kəs sinif otağından dəhlizə qaçmağa başladı. Müəllimə mənə baxıb, sən getmə, sənə sözüm var deyərək qapını bağladı. İstəmirəm ki, belə söhbətlərə baş qoşasan! Bildin! Qəzəbli halda mənə baxdı. Mən təəcüblü halda, hələ də ona baxırdım. Son günlər doğurdanda onun halı yaxşı deyildi. Məgər mən nə etmişəm deyərək ona təəcüblə baxdım. O, isə cavabında anan çox əziyyət çəkir. Sənin küçə də etdiyin söhbətləri anana deyirlər. Axı O, sadə qadındır. Ona əziyyət verməyi düz iş bilirsən, deyərək ağlamağa başladı. Mənim heç bir işdən xəbərim yoxdur. Mən anamı incitmirəm, yəqin ki, sizə səhv məlumat veriblər deyə bildim. O, ağlayır, bəzən qəzəbli, bəzən də, mülayim formada küçədə dediyim sözləri təkrar edirdi. Hər şey aydın idi. Mənim Qarabağla bağlı sözlərim bəzi adamların və onların uşaqlarının xoşuna gəlməmişdi və onların valideynləri məndən şikayət edərək, ilk əvvəl anama və sonra isə müəlliməmə müraciət edib məni tənbeh etmək fikirinə düşmüşlər. Mənim fikirə getdiyimi görən müəllimə, anan yazıqdır, atan kimi ona dərd olma. Axı atam anama dərd olmayıb deyib müəlliməmə baxdım. O, isə cavabında hələ uşaqsan, belə işləri bilməzsən dedi. Yadında saxla! Atan Qarabağda olsa da, anan arxa cəbhədə çox çətinlikdədir. Sən böyüyəndə hər şeyi biləcəksən. Gözü yaşlı qadınlar, bəzən kişilərə görə gözü yaşlı olur. Bax mənim ağlamağımı görürsən, lakin səbəbin bilmirsən, amma bilməlisən, o getdi və bir daha geri qayıtmayacaq. Mən təəcüblə necə yəni getdi, axı sizin nişanlınız yaxşı adam idi. O, milləti çox sevən bir adamdır deyə bildim. O, isə cavabında, sən uşaqsan bir zaman gələcək ki, hər şeyi biləcəksən. Amma indi sənin üçün bu söhbətlər tezdir. Sən oxumalısan və cəmiyyətə dəyərli bir adam olmalısan deyərək yenə ağladı. Artıq dayana bilmirdim, o mənim müəlliməm olsa da, istəmirdim ki, onun qarşısında ağlayım. Burdan qaçmalı idim. Özümdən aslı olmayaraq, qapını açaraq qaçdım, amma hara gedəcəyimi bilmirdim. Ancaq qaçırdım, hara getdiyimi bilmədən qaçırdım. Qaçdıqca özümdən uzaqlaşıb getmək istəyirdim. Artıq məktəbdən çox uzaqda olduğumu görüb, ağlamağa başladım. Deməli O, ölüb, amma necə ölüb və harda? Bəlkə də şəhid olub? Amma çox güman ki,onu öldürüblər deyə bildim. İllərdi mənim müəlliməmi sevən, kimsəsiz olan, kimsəsiz olduğuna görə də, müəlliməmi ona verməmişdilər. Amma O, isə mübarizə aparıb, 10 ildən sonra artıq ki, müəllimənin atasını razı salmışdı. Lakin 10 il necə əziyyətlər çəkdiyi, yaşınında çoxaldığı məlum olsa da, hədəfindən dönməmiş, bu qızdan ötrü çox əziyyətlər çəkmişdi. Bəzən onu küçədə görən qadınlar, ələ salaraq ay yetim niyə bu qızı qaçırtmırsan deyərək məsxərə edərdilər. O, isə başını aşağı salıb, qadınlara baxmadan qəmli halda deyərdi. Çünki, günahdır. Əgər atası razı olmasa, onu ala bilmərəm. Çünki atanın razılığı, mənim üçün önəmlidir, gərək atası razılıq versin. Atası hə cavabın verəndən sonra kəbin kəsəcəm. Hətta bir dəfə həmin gənc mənim müəlliməmə elçı getmişdi. Müəllimənin Qarabağa getməyib, kənd də gizlənən qardaşları həmin oğlanı tapıb döymüşdülər. O, isə cavabında sakitcə baxmış, sevdiyi qıza görə, onlara heç bir söz deməmişdi. Amma mən bu hadisəni eşidəndə, əsəbimdən balaca olduğum üçün, onlara gücüm çatmadığına görə, yumruqlarımı dıvara vuraraq, hiddətlə səsimi boğmuşdum. Hətta bir dəfə, o gənci görəndə, sən onları niyə döymədin! deyərək ona qəzəbli halda baxmışdım. O, cavabında, mən zalım deyiləm deyib, başımı sığallamışdı. Artıq müəlliməmin atası da, bu məsələdən yorulub, qızı ilə bu gəncin nişanlanmasına icazə vermiş və bundan sonra da, toy adət-ənənələri bu gənclərin birləşməsinə maniə yaratmışdı. Amma gənc kəbin kəsdirsə də, öz halal arvadını,evinə apara bilməmişdi. Çünki, qızın qoçu qardaşları bu işə mane olmuşlar. Onların toy niyyətləri bu iki gəncin birləşməsinə ağır zərbə vurmuşdu. Artıq illər keçsə də, kimsəsiz gənc sevdiyi xanımdan uzaq düşmüşdür. Yadımdadır, bir gün atama, əmi məni də Qarabağa döyüşə apar deyəndə, atam təəcüblə ona baxmış, bəs müəllimə xanım nə olacaq deyərək gözlərini ona zilləmişdir. O, isə cavabında, vətənimin bu ağır günündə, vətənimi düşmənlərdən təmizləməyim düzgün addım deyilmi? demiş və axşam atamla bərabər döyüş bölgəsinə yollanmışdır. Amma indi O, yoxdur. O, ölüb, bəlkə də öldürüblər. İnana bilmirdım. Bəs mənim müəlliməm necə olacaq? Bilmirdim o oğlana ürəyimdə nə deyim. Günahkar kim idi. Erməni? O, oğlan? Yoxsa mənim müəlliməmin ailəsi? Bu suallar məni daha da, qəzəbli edirdi. İstəmirdim evə gedim. Anam gözlərimdən biləcək deyib, yenə ağlamağa başladım. Müəllimə düz deyir, mən ona çox dərd verirəm. Axı, mənim göz yaşlarım, onun o biri otaq da xısın-xısın ağlamasına səbəbdir. Onsuzda anam hər şeyi biləcək, bilmirəm nə niyyətlə, amma müəllimənin ərinin nakam taleyini yəqin ki, anama xəbər veriblər. Daha getməliyəm, qarnımda acdır deyib, ayağa qalxdım. Qapını döyməyimlə, anamın əsəbi səsi qulaqlarımda səsləndi. Yenə futboldan gəlirsən? Mən isə, yox nə futbol deyərək başımı aşağı saldım. Bəs bu nə üst-başdır ki, toz içindədir? Qonşunun qızı neçə saatdır gəlib evdədir, bəs sən hardasan? Mən bilmirəm deyib, o biri otaqa keçdim. Necə yəni bilmirəm, mən o qızdan soruşdum, o qızda cavabında dedi ki, sən müəllimə ilə danışandan sonra, stadion tərəfə qaçmısan. O, isə səni çağırıb. Sən isə, ona qəzəbli baxmısan. Məgər sənə deməmişəm ki, qızlara qarşı nəzakətli ol! Sənin nə ixtiyarın var ki, sinif yoldaşına və yaxud başqa bir qıza qəzəbli baxasan. Məgər mən səni belə tərbiyyə etmişəm deyərək, anam mənə baxdı. Mən isə cavabında, mən ondan üzr istəyərəm deyərək küçəyə qaçdım. Anam isə arxamca səslənərək evlərinə getmə, çünki qonşu qızgildədir. Anamın məni belə qarşılaması, çox gözəl idi, hətta çox xoşuma gəldi. Yaxşı ki, anamın heç nədən xəbəri yoxdur. Artıq küçədəyəm. Təmiz hava ciyərlərimə doldu. Anama heç bir qonşu heç nə deməyib. Təəcüblüdür. Yəqin heç kəsin onun ölüm xəbərindən xəbəri yoxdur. Təxmini on-on beş dəqiqədən sonra qara rəngli qapının qarşısında idim. Qapını döydüm. Qapını açdılar. Yaşlı bir qonşumuz, məni görüb, hə gəl içəri milli qəhrəman deyərək güldü. Mən ədəblə salam verib, qonşu qadının sözlərinə əhəmiyyət verməyərək, sinif yoldaşlarımın oturduğu otağın qapısın döydüm. İçərdən buyurun deyiləndən sonra, asta-asta qapını açıb boylandım. Bəzi sinif yoldaşlarım məni görüb, təşvişlə xəbərin var, xəbərdən? Mən isə bura qonşu qızdan üzr istəməyə gəlmişdim. Ancaq onların bu təlaşına cavab olaraq, məgər nə olub deyə bildim. Oğlanlardan biri qonşu qızına baxaraq, bəs sən deyirdin ki, Ceyhun hər şeyi bilir deyərək kövrəldi. Mən özümü saxlaya bilmədim. Artıq göz yaşlarım sözümə baxmırdı. Hə ölüb deyə bildim. Qızların ağlamaq səsi, o biri otaqlarda eşidilməyə başladı. Bu vaxt mənə milli qəhraman deyən qadın, qapını açıb bizə təəcüblə baxdı. Yenə məni süzüb, yenə nə oyun çıxartmısan deyə əsəbi halda çayı qabağıma qoydu. Bu qonşunun qızı, qəfil anasına baxaraq, dedi: Ana O, ölüb. Həmin qadın təşvişlə qışqırdı və mənə baxıb atan deyib, əlindəki o biri çay stəkanlarını əlindən saldı. Çayın isti suyu bədəninə töküldü. Mən qorxaraq, yox atam sağdır xala deyə bildim. O, isə bəs kim ölüb, deyib ağladı. Oğlanlardan biri, xala müəllimə deyə bildi. Həmin qadın qışqıraraq, yetim bala deyərək və bundan sonra can ay yetim deyib yerə yıxıldı. Qızlardan biri su arxasınca qaçdı. Heç kim qorxudan, qadına yaxın gedə bilmədi. Ona su veriləndən sonra, özünə gəldi və ağlayaraq bizdən, müəllimə bilir soruşdu. Mən isə cavabında, hə deyə bildim. Artıq onun ölümü bütün məktəbə, məhləyə yayılmışdı. O, gün hər kəs ondan danışırdı, bəziləri onu qınayır, niyə görə Qarabağa getdi deyib, başını bulayır, bəziləri isə, onun yaxşılığından, sədaqətli, mərd, təmiz oğlan olmasından söhbət açırdı. Bu sözləri eşidə-eşidə artıq evimizin qapısında idim. Qapını döyməyə cürət edə bilmirdim. Birdən qapının açılması və anamın qəmli baxışları ilə, üz-üzə qalmağım, həyatımın ən faciəli anlarına çevrildi. Anam gözləri qızarmış halda, mənə baxaraq gəl hər şeyi bilirəm dedi. Mən qapıdan içəri girib, otağa boylandım. Anam əgər bu qədər ağlayıbsa, yəqin ki, ürək dərmanının şüsəsi, stolun üstündə olmalı idi. O, mənə baxaraq hara boylanırsan? Dərmanda qurtarıb, istəmirəm ki, son qalan çörək pulumuzu dərmana verim, deyərək ağladı. Görürsən də, hamı bir-bir ölür. O, yazıq oğlanda öldü. Onu öldürdülər. Mən anamın bu sözlərindən sonra təəcüblə ona baxdım. Yəni deyirsən, onu öldürüblər? Axı ona erməni gülləsi dəyib, axı O, cəbhədə ölüb. Yox ay bala, onu bizim cəmiyyət öldürüb deyərək yenə ağladı. Mən isə, dözməyərək ona erməni gülləsi dəyib, o vətəni yolunda canın verib, nə üçün onun qəhramanlığına kölgə salırsız deyə bildim. O, isə boş-boş danışma. Onu bizim cəmiyyət öldürdü. O, xanımı ilə xöşbəxt olsa idi, sonra döyüşə getsə idi, mən onu qəhraman bilərdim. Bilirsən? Onun qəlbi bizimkilərin əlindən yara bağlamışdı. Nə olsun yetim idi, məgər ona qız vermək olmazdı. Heç bilirsən, 10 il sürünmək nə deməkdir. Yetim böyümək, ac qalmaq nə deməkdir? Bilmirsən. Sən usaqsan, amma mən bilirəm. Çünki mən yetim böyümüşəm. O, gənci məni kimi heç kim başa düşə bilməz. O, qızı istəyəndə sən heç yox idin. Biz bura təzə köçmüşdük. Hər kəs onlardan danışırdı ki, bir oğlanı o qızın qohum-əqrabası giriftar edib. Bir neçə illərdən sonra, atanda bu məsələyə qarışsa da, o kişi o oğlana qız vermədi. Nə var nə var ki, bu oğlan yetimdir. Nə olsun ki, atası-anası ölub bu uşaq ikən. Məgər onun haqqı yoxdur ki, sevib evlənsin. Yadımdadır, axşamlar bizə gələrdi, məndə süfrə salardım. Atanla bərabər çörək yeyərdi, bəzən də, yediyi yeməyi kənara qoyub düşünərdi. Atan çox vaxt ona deyərdi ki, qardaş çörəyini ye, özünə fikir ver. Çalış inkişaf edəsən, bəlkə o zaman bunları razı sala bildin. O yazıq isə, əmi o qızı alacam deyirdi. Aldı, amma necə? Almasaydı ondan yaxşı idi. Qız evi gördülər ki, müharibə başlayıb, bu axır-əvvəl müharibəyə gedəcək. Ona görə də, qızı buna verib, şərt kəsdilər ki, müharibə qurtarandan sonra toy etsinlər. Bunlara bax, bunların şərtlərinə bax. Onlar bilirdilər ki, bu yetim Allahdan qorxur və Allah üçün iş görür. Bu səbəbə görə də, bu oyunları qurdular. Allahsızlar deyərək anam daha da hıçqırdı. Mən isə, anama daha bəsdir, xahiş edirəm səndən ağlama, axı sənə bir şey olsa, məndə yetim qalacağam dedim. Anam bu sözümdən sonra mənə baxıb, dedi: narahat olma yetimləri Allah böyüdür, vay ölənin halına. Mən onun, məni qucaqlamasını istədiyim halda, o isə mənə baxaraq, sən əsl kişi olmalısan, hələ gələcəkdə sənin nə qədər çətin illərin var deyərək mətbəxə getdi. Artıq anamın niyyəti mənə yavaş-yavaş aydın olurdu. O mənim öz ayağım üstündə durub, heç kimə möhtac olmamağımı istəyirdi. Amma yenə də, bəzi məsələlər mənə aydın deyildi. Nə üçün anam məni qucaqlamadı. Nə üçün o məni qucaqlayıb, dostun qəhramancasına vətənə canını fəda edib demədi. Amma o doğurdanda ölmüşdü. Ondan bir otaqlı kimsəsiz bir ev, qucaqlaya bilmədiyi həyat yoldaşı və cəbhədən göndərilən vəsiyyətnamə qalmışdı.
Bakı şəhərində yerləşən Azərkitab kitab təbliğatı mərkəzində Naibə Yusif yeni nəşr olunmuş “Gülün yarpıza dönsün” kitabına görə “Ziyadar” mükafatı ilə təltif olunub. Diplomu yazarlar adından “Yazarlar” jurnalının baş redaktoru şair-publisist Zaur Ustac müəllifə təqdim edib.
Eşqdən qaç söyləmirəm,amma mənə sev söyləmə.Mən sevməyi öyrənə bilmədim.Quş olub uçdum göy üzünün ən dərinliklərinə.Niyə unutdun,eşqin qəlbini sənə bəxş etmişdim axı,ondan sevgidən məhrum qaldım.Ən səssiz qapının küncündə gözləyən kiçik körpənin fırtına dolusu idi qəlbim.Necə sevə bilərəm axı?
* * *
Susqunluğumla belə qəlbim üsyan edərdi,zülmətim isə ölümə məhkum olunmuşdu.Unutmadım,sənin də gözlərin yollarda qalmışdı,eynən mənim kimi.
* * *
Səssiz küçələrdə sabah da olsa,qaranlıqdı,çünki insanları görmürdüm.Gözlərim kor idi.Ətrafımda olan ancaq eskizlə çəkilmiş rəsmlər idi.Səsini eşitdim o an.Qulaqlarıma fısıldadılar elə bil,özümü unutdum.Yaddaşımda soyuq qış fəslini,kainatda var olmayan xəyallarımı unutdum.Unutdum…
* * *
Yaşadım.Heç uyumadığım röya qədər uzun,heç söylənməyən mahnılar qədər səssiz yaşadım.İçimdən axan qan könül yarasıymış məgər.Əslində bu bir qara sevda,lakin peşman deyiləm.Bəyaz və siyaha bürünmüş yoxluğundu məni incidən.Başqa heç bir şey.
* * *
Saçlarım dağılmış,əllərim donmuş.Sanki böyük savaş idi o gün:saat 19:45.Yorulmadan o dənizin səsini duyaraq irəlilədim.Çox səssiz idi,məni görmüşdü ondanmı belə idi? Bilmirəm.Evimə dönmək istəmədim o an.Sanki dönsəm…Sanki dönsəm xəyallar o dənizdəcə boğulacaq kimi hiss etdim.Xəyallarımmı boğulacaq,yoxsa bizmi? Kim? Kim axı…
* * *
Qürbətmi? Mən artıq o nağıllar qapısından çıxıb getdim-dedin mənə.Əslində qürbət insanlar deyil,mən özüm idim.Sənə də qəlbimdə yoxsan,heçsən deyə bilmərəm ki,əslində mənimləsən,içimdəsən.Məni qürbətə yolçu edən o zalım sənsən…
* * *
“Sən kəsmə” söylədin deyə kəsmədim saçlarımı.O saçlar hərdən simamı gizlətmək,hərdən də gözəl görünmək üçün deyildi.O saçlar sənin gözlərinə işıq idi.O işığı yox etməmək üçün kəsilməmişdi.Sənin dünyanı bürüməmək üçün,yanan çırağının sönməməsi üçün kəsilməmişdi.İçindəki kiçik körpə ölməsin deyə kəsilməmişdi,çünki səninki sevgi deyil,İlahi Eşq idi.Yanan çıraq-mənim gözlərim,kabusa bürünmüş dünya-baxışlarım,kiçik körpə isə saçlarım idi
* * *
Dalğalar almışsa sözlərimi,mənə haramdır yuxu! Gözlərim yol çəkən qələmimə dikib baxışlarını izləyərkən,mən səhəri bərk-bərk qucaqlayan günəşi seyr edirəm! Yuxusuzluğa məhkumdur yazarlar.Sirr doludur…Gecəni əllərinə alıb,zülmət qoxan otaqları məhv edənlərdir! Bir az dəli-dolu,bir az da susqunluğu nəfəslərində öldürənlərdir!
OYSA ŞİİR TADINDA YAŞAMAK DİLERDİM Adresimde aramayın beni Sahil kenarlarında Sokak köşelerinde Belki bir köprü altında Bir kadının kalbinde Kaybolmuşum ben Oysa şiir tadında yaşamak dilerdim Günün hangi vaktinde Gecenin en tenha anında Güneşin çekildiği zaman Gözlerin döküldüğü zaman Ve kim bilir hangi yerde Öksüz bir çocuğun dudaklarından Gülüşleri söküldüğü zaman Ellerimden çivileneydim Ekmekten azizdir özgürlük Ey gözlerimin ürkek örtüsü Neler gördün Yırtılaydın keşke Beni kentlerde aramayın Parklarda meydanlarda Caddelerde çarşılarda İzim gölgem yitik Buyurun Beni mezarlıklara sorun Oysa şiir tadında yaşamak dilerdim Bakireler Anıtı tanığım Kız Kulesi umursamıyor Oysa şiir tadında yaşamak dilerdim…
Kərim kişinin ailəsi maddi vəziyyətinə görə ortabab yaşayış tərzinə malik olan, yüksək təlim-tərbiyəsi ilə kənddə hər kəsə nümunə göstərilə biləcək atadan, anadan, bir qız və iki oğul övladından ibarət idi.Evin böyük övladı Sənubər idi, ondan sonra da iki qardaşı doğulmuşdu.Ailə başçısı övladlarını çox sevsə də, çalışardı ki, bunu övladlarına çox da hiss etdirməsin.O, qızının təlim-tərbiyəsini anası Almaz xanıma həvalə etsə də, özü də uzaqdan-yaxından nəzarət edirdi.Bu evdə təhsilə çox önəm verilirdi. Sənubər dərslərini yaxşı oxumaqla bərabər həm də ev işlərində anasına kömək edirdi. Kənd yerində işlər bitib-tükənmək bilmir ki… Təsərrüfat işləri də bir yandan…(Üstəlik də o zamanlar kəndlərin bir çoxunda meyvə-tərəvəz satılan dükanlar belə yox idi). Yaz gələr-gəlməz bağ-bağçada ailənin ehtiyaclarını ödəmək üçün xiyar, pomidor, badımcan və s. tərəvəzlərin ya toxumu, ya da şitilləri basdırılır, becərilirdi ki, yayda ailə lazımi tərəvəzlə təmin olunsun.Yayda və payızda isə işlər ikiqat artırdı.Yetişən meyvələrin mürəbbəsini, rıçalını hazırlamaq, doşab, bəhməz tədarük etmək qadınların böyük əməyi sayəsində ərsəyə gətirilirdi. Həmişə olduğu kimi bu gün də Sənubər anasıyla bərabər sübh tezdən oyanmış, həyət-bacaya su səpib süpürmüş, anası inəyi sağana kimi çay dəmləmişdi, kürsülü eyvanda yerə süfrə açıb anasını və hələ də yataqdan qalxmaq bilməyən qardaşlarını gözləyirdi.Atası adətən işə alaqaranlıqda gedirdi.Kolxoz işləri gün çıxmamışdan ta gecə ötənə qədər davam edirdi, bu ailə üçün qış ayları da daxil olmaqla ilin bütün fəsillərində belə bitirdi günlər.Kolxoz idarəsinin yerləşdiyi böyük meydanda hər kəsə xidmət göstərən yeməkxanada işləyirdi Sənubərin atası.Hətta o yeməkxana Kərimin adıyla tanınmışdı kənddə.Kimsə yeməyə gedəndə “Kərimin yanına gedirəm” deyirdi.Kərim sakit, üzüyola, əhmətsevər, böyük-kiçik yeri bilən birisi idi.Onun nə zamansa hündürdən danışdığını kimsə eşitməmişdi. Qardaşlarını səsləyib oyadan Sənubər anasının yubanmasından narahat olmağa başlamışdı.Bir-iki ağız “Ana, ay ana” – deyə səsləsə də, anasından cavab almadı.Düşüb tövləyə sarı getdi.Yenə anasını çağırdı, amma cavab gəlmədi, ürəyi uçundu.Yaxınlaşıb tövlənin qapısını açanda gözlərinə inanmadı, qorxudan, həyəcandan ağlı başından uçdu.Anası yerdə bayılmış halda xırıldayırdı.Ağzından köpük gəlirdi.Süd kuzəsi yanakı vəziyyətdə yerə aşmış, süd yerə dağılmışdı.Alagöz inək ipdə dartınan buzovuna yaxınlaşıb balasını diliylə yalayır, buzov da anasının əmcəyini dartışdırır, ağızdolusu süd əmirdi.Sənubərin dəhşətli səslə “Anaaaaaa” deyə çığırtısına qardaşları da, qonşular da qaçıb gəldilər.Qız çaşqınlıqla gözüyumulu halda yerdə uzanmış, bənizi ağarmış anasını qucaqlayıb qaldırmağa çalışırdı.Səsə özünü yetirən qonşu qadın onu səssiz halda yerə uzanmış anasından bir qədər uzaqlaşdırdı, oğluna: “tez qaçın, Yaqub həkimi buraya gətirin” – dedi.Oğlan təlaşlı, qorxmuş halda həkimin evinə sarı qaçdı.Çox uzaqlaşmamışdı ki, Yaqub həkimin məhlə içi torpaq yolla xəstəxanaya sarı getdiyini gördü və “doxtur, doxtur” deyə səsləndi. Səsə dönən Əyyub həkim təəccüblə onu səsləyən oğlana baxdı: – Hə, Əziz, nə olub? Məni çağırdın? – Doxtur, anama nə oldu, bilmirəm.Tövlədə yıxılıb, gözünü də yumub, eləcə xırıldayır. Əyyub həkim eşitdiyi xəbərdən heyrətə düşdü, cəld hərəkətlə uşağa sarı addımladı, onunla birlikdə onların həyətindən içəri girdi.Əziz həkimi anasının yıxıldığı yerə apardı.Artıq qonşular hadisə yerinə axışmışdılar.Əyyub əslində ali təhsilli həkim deyildi, kiçik feldşer idi.Amma uzun müddət xəstəxanada yaxşı həkimlərlə çiyin-çiyinə işlədiyi və kənd əhalisinin çağırışlarına getdiyi üçün təcrübəsi çox idi.El arasında böyükdən-kiçiyə hamı ona “Əyyub həkim” deyə müraciət edirdi.O, Almaza yaxınlaşanda artıq xırıltı da kəsilmişdi.Əyilib qadının nəbzini tutdu, dinlədi.Sonra göz qapaqlarını dartıb bəbəklərinə baxdı və bir an susdu.Hər kəsin ona baxdığını, ondan cavab gözlədiyini görən Əyyub üzünü Əzizə və cavan uşaqlara tutub: “tez köməkləşib burdan götürmək, ehtiyatla evə aparmaq lazımdır” dedi. Bir neçə nəfər köməkləşib qadını yerdən götürdülər, əlləri üstə evə apardılar.Tez yerə yataq atıb xəstəni ehmalca yatağa uzatdılar.Almaz heç qımıldanmadı da.Sənubər gah hündürdən, gah da alçaq səslə için-için ağlayır, imdad gözləyən çarəsiz gözlərini hər kəsin üzündə gəzdirib ümidverici cavab axtarırdı.Bazar günü olduğundan xəstəxanada növbətçi tibb işçilərindən başqa kimsə yox idi.Əyyub həkim qonşu kənddə yaşayan həkimi çağırtdırmaq üçün telefona yaxınlaşdı.Zəng eləyib həkimə vəziyyəti danışdı və təcili gəlməsini xahiş elədi.Əyyub bu kənddə doğulub böyümüş, 55 yaşına bu kənddə çatmışdı.Kəndin qocalı-cavanlı bütün sakinlərinin həm xarakterini, həm xəstəliklərini demək olar ki, əzbər bilirdi.Almazın daim yüksək qan təzyiqindən əziyyət çəkdiyini də, hazırda beyninə qan sızdığını, ölüm şoku keçirdiyini, nəfəsinin olmadığını da gözəl bilirdi.Amma bunu bildirməyə tələsmir, həm həkimin, həm ev sahibinin gəlməsini gözləyirdi.Almazın kiçik oğlu Rəhimi qonşular artıq atasının çağırmaq üçün qaçırmışdılar.Rəhim həyəcandan necə qaçdığını, özünü atasına necə yetirdiyini özü də bilmədi. Yeməkxanadan içəri girər-girməz kimsəyə fikir vermədən ucadan atasını səslədi.Oğlunu görən Kərimin uşağın təhər- tövründən nəsə yaxşı bir şey olmadığını anlamaması qeyri-mümkün idi. Sanki ürəyi ağzına gəldi: – A bala, nə olub? Niyə belə həyəcanlısan?! – Ata, tez gəl, Əyyub doxtur dedi atanı çağır, tez gəlsin.Anama nəsə olub.Ölü kimi gözlərini yumub, qalıb. – Nəəə!!! Kişinin dizləri tutuldu sanki.Səsi boğazında qurudu.Gözünü döyə-döyə xeyli uşağa baxdı.Handan-hana özünə gəlib, ağ yaxalığını çıxarıb atdı. – Zəfər, buralara bax, görüm nə olub evdə, – deyə arxasına da baxmadan iti addımlarla uzaqlaşdı.Arxadan kolxoz sədrinin sürücüsü onu səslədi: – Gəl otur maşınla gedək.Ayaqla nə zamana gedib çıxarsan? Başını itirmiş Kərim: -Həə, haqlısan, gedək, -deyə maşına mindi. Onlar evə çatanda artıq həyət adamla dolmuşdu.Almaz illərin yorğunu kimi dərin yuxuya getmişdi sanki.Kərim dünya görmüş adam idi.Qadının üzünə baxan kimi vəziyyəti anladı, şimşək vurmuş ağac kimi diz üstə çökdü.Gözləri Sənubəri axtardı.Qızının məhzun, qorxaq, təlaşlı üzünə baxa bilmədi.Üzünü Əyyuba tutub:- “Doxtur, evim yıxılıb?” deyə titrək səslə soruşdu. Əyyub da asta səslə “ Əşrəf doxtura zəng vurdum, harda olsa, o da gələr indi”, dedi. Doğrudan da çox çəkmədi ki, qonşu kənddən həkim gəldi.Adamlar çəkilib həkimə yol açdılar.Həkim ümumi salam verib, xəstəyə yaxınlaşdı.Zəndlə xəstənin üzünə baxıb nəbzini tutdu.Bir dəqiqə dinləyib xəstənin üstünə örtülmüş ipək örtüyü onun üzünə çəkdi və üzünü Kərimə tutub: “Allah rəhmət eləsin” dedi. Həmin anın dəhşətini yalnız əzizini itirmiş insanlar anlaya bilərlər.Sənubərin naləsi kəndi başına götürdü.Kərim dizi üstə çökmüş halda başını qucaqlayıb “Allah” deyə inildəyirdi.Qonşu qadınlar bacı qayğısı ilə “Almaz, Almaz” deyib qan-yaş tökdülər.Qardaşlar çaşqın halda ananın ayaqlarını qucub hönkürtüylə ağlaşırdılar.Həkimlər kənarda söhbətləşirdilər.Əşrəf həkim Əyyuba: “ola bilməz ki, sən vəziyyəti anlamamış olasan” deyirdi. Əyyub da öz növbəsində: “Anlamışdım görən kimi.Amma məndən deyil, səndən duysunlar istədim” dedi. Kənd yerinin qaydalarına, adət-ənənələrinə uyğun olaraq qohumlar, qonşular, tanışlar, bir sözlə bütün kənd əhli Kərimin əlini ağdan-qaraya vurmasına imkan vermədilər.Necə lazımdırsa, mərhumun məclisini yola verdilər.Qırx gün qonşu qadınlar öz əzizlərini itirmiş kimi yas saxlKərimar, Sənubərin ətrafında oldular, öz övladları kimi təsəlli etdilər.Amma nə olur-olsun, Sənubər bir an anasını unuda, ovuna bilmədi.Bütün gənclik sevinci, nəşəsi anasıyla getdi.Qızcığaz evin, bağ-bağçanın hər küncündə anasını görür, anasının səsini eşidirdi… Anası rəhmətə gedəndə Sənubər doqquzuncu sinfi bitirib onuncu sinfə keçmişdi.Yay tətili başlamışdı.Orta məktəbi bitirib tibb texnikumuna daxil olmaq istəyirdi.Dərslərini də pis oxumurdu.Atası da onun bu arzusuna dəstək vermişdi.Amma anasının ölümü onun bütün arzularını öldürmüşdü.Artıq heç nəyə həvəsi qalmamışdı.Hətta ev işlərini, yır-yığış, biş-düş işlərini də məcburi, könülsüz yerinə yetirirdi.İstəmirdi atasının, qardaşlarının yeməyi geciksin, üst-başları çirkli, ev-eşik natəmiz, səliqəsiz olsun.Elə bilirdi anası haradansa baxır, bunları görsə, ruhu ondan inciyər.Sanki anasının könlünü xoş etmək istəyilə görürdü bütün işləri.Anasının ölümündən keçən qısa müddətdə atası on il qocalmışdı elə bil.Qardaşlarının da əvvəlki şən, səsli-küylü hallarından əsər-əlamət qalmamışdı.Əvvəl bir işi görüncə on dəfə mübahisə edər, gah dalaşar, gah barışardılar.İndi hər kəs üzərinə düşən işi mübahisəsiz yerinə yetirir, bir-birinə dayaq olmağa çalışır, sanki dərdin ağırlığını bu yolla yüngülləşdirirdilər.Yay fəsli olduğu üçün Kərimin işləri gec qurtarır, bəzən evə də gecədən xeyli keçmiş gəlib çıxırdı.Uşaqları oyatmamağa çalışsa da, Sənubər çox zaman oyaq olur, bəlkə atasının sözü olar deyə, onu gözləyirdi. Beləcə aylar ötdü.Sentyabr ayı yetişsə də, Sənubər məktəbə getməyə hazırlaşmırdı.Atası: “A bala, hansı kitabları almaq lazımdır, yaz bir kağıza, rayon mərkəzinə gedənlərə aldırım.Ayaqqabınız, əyin-başınız, nəyiniz əskikdirsə, ölçülərini yaz, işdən bir gün zaman ayırım, gedib alaq” deyirdi. Sənubər: “Yox, ata, mən qərar vermişəm, məktəbə getməyəcəyəm.Doqquzilliyi bitirdim, yetər.Qardaşlarımla gedib alarsız nə lazımdırsa.Mən evin işlərini ancaq çatdırıram.Oxumaq bitdi mənimçün” dedi.Kərim kişi susqun halda xeyli oturdu, gözünü uzaqlara dikib nəyisə götür-qoy etdi.”Elədir, qızım, haqlısan. üç kişinin əzab-əziyyətini yükləmişik sənə.Allah səni xoşbəxt eləsin.Almazım tez tərk elədi bizi, heyf” dedi və dərindən köks ötürdü.Sənubər də göz yaşlarını atasından gizlətmək üçün içəri girdi, otaqda gizli-gizli xeyli ağlayıb ürəyini boşaltdı. Həyat öz axarıyla gedirdi.Səhər ala-torandan atası işə, qardaşları məktəbə gedən Sənubərin ev işləri bitmək bilmirdi.Çox sağ olsunlar qonşu qadınlar, ara-sıra ona əl yetirir, xalça-palaz yumaqda, nehrə çalxamaqda, mürəbbə bişirməkdə yardımçı olurdular.Sənubər ev işlərində bişmişdi demək olar.Boyunun uca olması da onu yaşından böyük göstərirdi.Qonum-qonşu, hər kəs onun xətrini çox istəyirdi.Həm ağıllı, həm işli-güclü, səliqəli, həm də gözəl qız idi.Çoxlarının ürəyindən keçirdi gələcəkdə onu evində gəlin görmək.Beləcə “nağıl dili yüyürək olur” deyiblər, Almazın ili də gəlib yetişdi.Kərimin, Almazın xətrini istəyən qohum-qardaş yığılıb elliklə il mərasimini yola verdilər, ailə başçısına, övladlarına başsağlığı verdilər, təsəlli etdilər. Sənubərin ana dərdi ağır olsa da, dözümlə, mətanətlə hər işin öhdəsindən gəlir, qardaşlarına həm ana, həm bacı olmağa, atasına dərd ortağı olmağa çalışırdı.Anası üçün darıxanda gizli ağlamağa çalışırdı ki, atası, qardaşları duymasın, üzülməsinlər.Yeməyi vaxtında hazırlayırdı ki, anasının yoxluğunu hiss etməsinlər.İnsafən qardaşları da onu çox istəyir, bir sözünü iki etmirdilər.Çox zaman ev işlərində də ona kömək eləməyə çalışır, biri su gətirir, biri xalça-palazı əlindən alıb zivəyə salırdı.Qonşu Bəsti xala, demək olar ki, günün çox hissəsini onun yanında keçirirdi.Evdə gəlini olduğu üçün arxayındı.Sənubərə sözün əsl mənasında xalalıq edirdi. Bir gün qardaşları dərsdə olanda Bəsti xala: – Sənubər, qızım, sənə bir söz deyəcəm.Bilirsən ki, səni öz doğma balam kimi istəyirəm. Sənubər: – Əlbəttə, bilirəm, Bəsti xala, Allah sənə kömək olsun. Nə yaxşı ki, sən varsan.Mənə çox yardımın dəyir.Bilmədiklərimi başa salmısan həmişə.Gücüm çatmayanda yardım etmisən. Heç tək qalmağa qoymursan ki, çox ağlayaram.Sənin xəcalətdindən çıxa bilmərəm mən, Bəsti xala.- dedi. – Yox, ay bala, elə demə.Nə xəcalətlisi? Mənim başıma bir iş gəlsəydi, sənin anan bəlkə məndən də artıq olardı mənim balalarıma.İnsan deyilikmi? Allah bilir ki, mən rəhmətlik ananı nə qədər istəyirdim.Bacıdan artıq.Nə etmək olar, yazısı, qisməti belə imiş.Sözümə diqqətlə qulaq as, gör nə deyirəm.Bilirsən, oğlum Hafiz əsgərlikdədir.Az qalıb, bir-iki aya xidmətini bitirib gələcək.Oğluma məktub yazıb səni tərifləmişəm.Qonşu uşağısız, özü səni yaxşı tanıyır.Dedim əvvəl onun fikrini öyrənim, sonra sənə deyim.Oğlum mənim fikrimə ürəkdən razıdır.İndi sən nə deyirsən? Bax, səni tələsdirməyəcəyəm.Fikirləş bir neçə gün.Heç kimə bir söz demə.Razılığın olsa, əvvəl mənə deyərsən, sonra ünvanını verərəm, Hafizə yazarsan.Ya da ki, razı olsan, o yazar sənə.Səni tez gəlin aparmaq fikrim də yoxdur.Bilirəm, atana, qardaşlarına baxan olmaz.Heç olmasa, bir il nişanlı saxlayacağam səni.Amma razılığını bilim, nişan taxım.Yoxsa gözəl-göyçək qızsan, imkan verməzlər çox oturasan.İstəyən çox olacaq səni, bilirəm. Sənubəri sanki elektrik vurdu.Heç ağlına gətirməzdi belə təklifi.Hafizin əsgərlikdən qabaq harda görsə, ona çox diqqətlə baxdığını, küçədən hər keçəndə tez-tez salam verdiyini xatırlasa da, ağlına başqa şey gətirməmişdi.Bir də onda Sənubərin 15 yaşı vardı.Ona qalsa, qonşuda, məktəbdə çox oğlanlar ona elə uzun-uzadı baxır, nəsə soruşur, diqqətini çəkməyə çalışırdılar.O vaxtlar belə baxışlar xoşuna gəlsə də, anası dünyasını dəyişəndən sonra hər şey gözündən düşmüşdü, özünü belə söhbətlər ona aid deyilmiş kimi hiss edirdi.Sükutu Bəsti xala pozdu: ‐Nə yaman fikrə getdin, ay bala? Açığı bu barədə rəhmətlik ananla da söhbətim olmuşdu. Sənubər anasının adını eşitcək onun sözünü kəsib həyəcanla soruşdu: – Nə demişdi anam? – Allah rəhmət eləsin. Nur içində yatsın.Düzünü deyəcəm, o, haqq dünyasındadır.Nə hə demişdi, nə də yox.Onu başa düşdüm.Qız anasıydı.Tez razı ola bilməzdi ki… Dedi hələ uşaqdır Sənubər. Böyüsün, baxarıq, qismətdə varsa, Hafizdən artığına verməyəcəyəm ki… Sənubər xeyli susub, utancaq halda: – Bəsti xala, sağ-salamat gəlsin oğlun inşallah.Amma mən ən azı beş il də indən sonra ərə getməyi düşünmürəm, atama, qardaşlarıma görə.İnciməyin, – dedi. Bəsti xala təmkinlə başını buladı: -Yox, qızım, elə demə, sənin kimi bir qızı qoymazlar oturasan evdə.Kənd yeridir.O qədər istəyən olacaq ki, sən istəməsən də, qaçırdarlar səni.And olsun Allahın böyüklüyünə ki, sənin taleyin üçün bir ana kimi narahat oluram.Hansısa bir qədirbilməzin əlinə düşməyini istəmirəm.Həm bacım qədər çox istədiyim Almazın yadigarısan, həm də üzünə demək olmasın, dosta qismət olası balasan.Maşallah, ağlın, tərbiyən yerində, gözəlliyin, boyun, camalın yerində.Kənd yeridir, qız bir az böyüdüsə, hər yetən maraqlanır.Layiq olan-olmayan ağlını oğurlayar. Bu sözlər Sənubərin xoşuna gəlməsə də, büruzə vermədi.Ürəyində “kimin nə həddi var mənim ağlımı oğurlasın?” – deyə düşündü.Hələ nə görmüşdü ki? Həyatın bərkindən, boşundan xəbəri yox idi demək olar Sənubərin. Odur ki, Bəsti xalanın sözlərini çox da ürəyinə salmadı.Düşündü ki, oğluna görə çalışır.O söhbətdən xeyli zaman keçdi.Nə Bəsti xala, nə də Sənubər o söhbətə bir də qayıtmadılar.Hafiz əsgərlikdən gəldi.Daha Sənubərə əvvəlki kimi açıq-aşkar, uzun-uzadı baxmırdı.Ağırbaşlı aparırdı özünü.Hərdən atası, qardaşları həyətdə olanda Hafiz qısa müddətə onların yanına gəlir, özünü Sənubəri görmürmüş kimi aparır və tez də çıxıb gedirdi. Bir gün Xalisə bibisi onlara gəldi.Sənubər bibisinin axşamüstü gəlməsindən anladı ki, gecə onlarda qalacaq və buna çox sevindi.Çünki atası evə gec də, tez də gəlsə, kimsəylə söhbət etmir, ordan-burdan söz soruşub susur, “mən yatacağam”, deyib otağa çəkilirdi.Bibisinin qalmağına ona görə sevinirdi ki, atası da danışar, dərdləşər, bəlkə bir sözü-söhbəti var, bibisinin vasitəsilə öyrənər. Gecə yeməkdən sonra Xalisə qalmağının səbəbini açdı: – Ay Kərim, deyirəm, Allah qəni-qəni rəhmət eləsin Almazı.Çox yaxşı inşan idi.Heç incikliyimiz, narazılığımız olmadı onunla.Mələk kimi qadın idi.Üç dənə də gül kimi bala verdi bizə.Ruhu şad olsun. Amma sən də cavansan.Bu qızcığaz da ev işləri görməkdən əldən düşüb.Bir də sabah, o biri gün birinə qoşulub getsə, siz üç kişi bu damın altında yalqız qalacaqsınız.Bunun çörək bişirməsi, yemək bişirməsi, əyin-başınızın yuyulması, evin təmizlənməsi var.Bu qız ömürlük sizinlə oturası deyil ki… Yəni, deyirəm gəl bir abırlı-həyalı, yaşına uyğun dul bir qadın tapıb evləndirək səni.Ya özün tap birini, biz gedək, araşdıraq, fikrini öyrənək.Ya da icazə ver, mən tapım.Kərim kişi bu sözü gözləyirmiş kimi səbrlə dinlədi.Əvvəl xeyli susdu, sonra başını qaldırıb, bacısının üzünə baxaraq: “Can bacı, mən bilirəm, sən bizi düşünüb bu sözü deyirsən, ürəyin yanır. Sən dedin, mən eşitdim.İndi də mən deyim, sən dinlə.Səni and verirəm bizi Yaradana, əvvəlinci və sonuncu söhbətimiz olsun bu haqda.Bir də belə söhbət olmasın bu evdə.Əlbəttə, mən razı olmaram ki, qızım bizdən ötəri saçını ağ hörsün, ailə qurmasın.Elə şey ola bilməz.İnşallah zamanı gələndə, bir halal süd əmmiş qapımızı döyəndə verəcəm getsin.Ailə, uşaq sahibi olsun.Mən də, qardaşları da öyrənəcəyik paltar yumağı, ev təmizləməyi.Yemək bişirməyimi də özün hər kəsdən yaxşı bilirsən.Sənubər gedəndə inəyi də ona cehiz verəcəm, – deyib güldü. – Amma mən Almazdan sonra bu evə qadın gətirmərəm. Vəssalam. Bitdi”. Xalisənin bacı ürəyi sıxılsa da, qardaşının sözübütövlüyünü yaxşı bilirdi.Odur ki, ta sözü uzatmadı.Bu söhbət birinci və axırıncı oldu Kərimin evində. Aylar bir-birini əvəz etdikcə Sənubər daha da gözəlləşir, püxtələşirdi.Cazibədar, boylu- buxunlu, qara gözlü gözəl qız görənləri valeh eləyirdi.Qadınlar belə onu çox bəyənirdilər, nəinki gənc oğlanlar.Artıq kənddə gənclər öz aralarında onun haqqında danışırdılar.Belə gənclərdən biri də Cəmil idi.Cəmil kolxozun anbarında sürücü işləyirdi.Cəld, işinin öhdəsindən gələn, dilli-dilavər Cəmil ucaboylu, qarayanız gənc idi.Cəmil əvvəllər də bir-iki gözəl qızın adını çəkmişdi, elçi göndərmək istəmişdi anasını.Anası Ətayə xanım çox təkəbbürlü, kimsəni bəyənməyən, özündənrazı savadsız kənd qadını olsa da, evdə hökm sahibiydi.Əri Nəriman Allahın dilsiz-ağızsız məzlumuydu.Odur ki, Cəmil yaxşı bilirdi ki, ailə quracağı qızı ilk növbədə anası bəyənməlidir.Anasının könlü olmasa, xeyri yoxdur.Kimsə onu razı sala bilməz.Nəhayət çox fikirləşib qərara gəldi ki, anasını yumşaltsın. Axşamüstü anasının inək sağdığını görüb ona yaxınlaşdı.Bir az ordan-burdan xoş sözlər deyib, halını-əhvalını öyrənirmiş kimi özünü sevdirməyə çalışan Cəmil, qəfil: – Ay ana, Kərimin qızını tanıyırsan da…Deyirlər çox ağıllı, işgüzar qızdır.Sən görmüsən axır zamanlar onu? Ətayə arvad sözü havada tutdu, amma özünü avamlığa vurub: – Yox, görməmişəm. hara çıxıram ki… Allah saxlasın, ay bala. Bizə nə xalqın uşağından? – dedi.Cəmil də anasının məramını gözəl anladı, odur ki, sözü uzatmadı.Bu söhbətdən bir neçə gün keçdi, bu dəfə Ətayə özü söz saldı: – -Həə, mən də maraqlanmışam.Yaxşı uşaqdır Kərimin qızı.Axşama kimi işində-gücündə.Nə qapıya çıxır, nə də kimsəyə qoşulmur. İstəyirəm Almazın ruhuna fatihə oxumaq adıyla bir baş çəkim onlara.Nə də olsa, ellimizdir. Cəmilin çiçəyi çırtladı: – Hə, ana, get gör. Yaxşı olar. Sənubər həmişəki kimi yenə bitib-tükənməyən ev işləri ilə məşğulkən, küçədən kiminsə onu səslədiyini eşitdi.Həyətə düşəndə Ətayə arvadın onların qapısında durduğunu gördü. Tez qapının cəftəsini açıb qadını evə dəvət elədi.Ətayə çoxdanın istəklisi kimi Sənubərin üz- gözündən öpüb hal-əhval tutdu, atasını, qardaşlarını soruşdu, anasına rəhmət oxudu, salavat çevirdi.Sənubər tez artırmaya salınmış palazın üstünə döşəkçə atıb qəfil gələn qonağa yer göstərdi. Ətayə dil boğaza qoymadan Sənubərə suallar yağdırırdı.Atasının işdən saat neçədə gəlməsindən tutmuş, Kərimin niyə evlənməməsinə kimi… bu evə qonşulardan kimlər gəlir-gedir və sairə yersiz suallar…Qız bəzilərinə cavab versə də, bəzilərini eşitməzdən gəlirdi.Axırda da qəfil qonağın: “Ay qızım, sənə elçi gəlib-gedirmi heç?” – deyə qəfil də sual verməsi onun yersiz, anlaşılmaz suallarından çaş-baş qalan Sənubəri tamam yordu, bu sualdan özünü tamam itirdi. “Yox, mənim nə yaşım var ki, Ətayə xala?” deyə həyəcanlı halda cavab verdi. “Niyə, ay qızım, maşallah, yetkin qızsan.Sənin bir azca marağın olsa, o qədər istəyənin olar ki”. Söhbətin bu yerində Bəsti xala həyətə girdi.Ətayənin qarşısında çay, döşəkçədə oturub qızı söhbətə tutması deyəsən heç xoşuna gəlmədi Bəsti xalanın.Onu görcək Ətayə də söhbəti dəyişdi.Özünü elə apardı ki, guya bayaqdan bütün söz-söhbət Almaza görə imiş.Almazdan, onun gəncliyindən, gəlinlik çağlarından danışmağa başladı.Bu gəlişdən Bəsti xalanın ürəyinə nəsə dammışdı elə bil, Ətayəyə çox könülsüz, qısa cavablar verirdi və onun bu halı Sənubərin də gözündən qaçmadı. Ətayə bir az da oturub getdi və gedəndə də qızı bərk-bərk qucaqlayıb üz-gözündən öpdü, “özündən muğayat ol” dedi.O gedəndən sonra Bəsti arvad sınayıcı nəzərlərlə Sənubəri süzüb: “Bundan nə əcəb? Almaz sevən olub guya.İki ilə yaxındır o yazıq rəhmətə gedib, bircə dəfə də qapını açmayıb, maraqlanmayıb.İndi nə yaxşı qəfil yadına düşdük?”- deyə söyləndi. “Mən bunu çox yaxşı tanıyıram. Bu adamın üstünə qışda qar almağa getsən, verməz.İndi yadına düşüb, ürəyiyananlıq eləyir.Hər xoş sözə, qılığa inanma, qızım.Yetimə gəl‐gəl deyən çox olar”. Sənubər öz aləmində idi.Ətayənin qırımını, məramını anlamağa çalışırdı.Özü də hiss edirdi ki, Ətayənin bu gəlişi, ona dediyi xoş sözlər ürəyinə yatıb.İçində gizli bir həyəcan duyurdu.Uzaqdan‐uzağa da olsa, Cəmilin oğrun baxışlarını üzərində hiss etmişdi..Ürəyinin dərinliyində hətta bu baxışlar xoşuna gəlmişdi, yetkin bir qız kimi qürur duymuşdu bu baxışlardan.Odur ki, Bəsti xalanın Ətayəni qaralaması heç ürəyincə olmadı, amma büruzə də vermədi.Həyatın tərs üzünün yalnız anasızlıq olduğunu düşünən Sənubər Bəsti xalanın ona dediklərini qavraya bilmir, hətta ürəyinin dərinliyində qadını qınayırdı da…Yazıq qız hardan biləydi ki, qonşu qadının – həm də ona ana əvəzi olan qadının ürəyi boşuna narahat olmayıb.Hardan biləydi ki, bu Ətayə deyilən qadın onun həyatını qaraldacaq, ömrünü göy əskiyə bükəcək, onun kabusu olacaq.Onu nəinki ailə səadətindən, hətta analıq hüququndan belə məhrum edəcək…bütün bunlar sonralar olacaqdı. Axşamüstü kənd yerlərində də işlərin tüğyan eləyən vaxtı olur adətən.Axşama yemək tədarükü bir yandan, sürüdən qayıdan qoyun-quzunun, mal-heyvanın tövləyə buraxılması, yem verilməsi, inəyin sağılması, buzovun əmizdirilib yenidən çatıya bağlanması o biri yandan. Atasının tapşırığına rəğmən kiçik qardaşı həmin ərəfədə çox vaxt evdl‐eşikdə tapılmırdı.Tay-tuşlarıyla oynamaqdan doymayan Rəhim yalnız bacısı onu haraylayanda yadına düşürdü ki, heyvanlar gəlib, kömək eləmək lazımdır.Sənubər Rəhimi çağırmaq üçün həyət qapısını açanda Cəmilin üstü açıq yük maşınıyla onların küçəsindən keçdiyini gördü.Cəmil maşını asta sürətlə sürür və başını kabinədən çıxarıb qızı acgözlüklə süzürdü.Cəmillə baxışları toqquşan Sənubər həyəcanla geri qayıdıb qapını örtdü.Çox utandı, ona elə gəldi ki, bu baxışları hər kəs gördü, hər kəs duydu.Rəhimi də unudub eyvana qalxdı.Nə iş görəcəyini bilməyən adamlar kimi ora-bura vurnuxdu.Həyətdən qardaşının səsini eşidəndə özünə gəldi. – Niyə mən səsləməsəm gəlmirsən, Rəhim, məgər sən görmədin ki, heyvanlar gəlib? Əslində Cəmilin açıq-saçıq, sanki ətrafa görk edirmiş kimi saymazyana baxışları qızı qorxutmuşdu.Odur ki, həyəcanını Rəhimin yubanması ilə bağlayırdı. Günlər ötdükcə Cəmil artıq heç kimdən çəkinmədən Sənubərgilin küçəsindən gedib‐gəlir, gün ərzində bir neçə dəfə yolunu onlar tərəfdən salırdı.Kənd yerində kimsənin gözündən heç nə yayınmır.Artıq çoxları bu durumdan şübhələnməyə başlamışdılar.Bir gün səhər inəyi sağarkən necə oldusa, buzova sarı dartılan inək Sənubərin ayağını möhkəm basdı.Ağrıdan qızın nəfəsi kəsildi, bərkdən çığırdı.Səsə dərsə getməyə hazırlaşan qardaşı yüyürüb gəldi.Sənubər süd qabını kənara qoyub ayağını ovuşdurur, inəyin qarasınca deyinirdi. Əziz: ‐Çox ağrıyır? – deyə soruşdu. – Hə…Öldüm ağrıdan.Südü də tam sağa bilmədim. – Sağmasan nə olacaq, qoy buzov əmsin.Mən heyvanı ötürərəm naxıra, sən get evə, ayağına məlhəm qoy. Heyvanı ötürəndə qonşu Bəsti xala ilə qarşılaşan Əziz: – Bəsti xala, mən sizin də heyvanı ötürərəm naxıra.Siz zəhmət olmasa, Sənubərə baxın.İnək ayağını tapdalayıb, deyə qonşu qadına xəbər etdi. Bəsti xala eyvana qalxanda Sənubərin axsayaraq çay dəmlədiyini gördü. ‐ Ayağın əzilib, bala, çoxmu ağrıyır? Gəl soyun ayağını, xəmir təpitmə eləyim, ağrını tez götürər.Yoxsa bütün günü ayaqdasan, ayağın şişməsin. Bəsti xala tez un, su gətirib tavada yüngül təpitmə hazırladı.Qızın ayağına təpitmə qoyub pambıq dəsmalla bağladı. ‐Bir az dincəl, gəzmə, ağrı çəkiləcək.Mən gedim, bir az gəlinə əl yetirim, yenə gələrəm, ‐ dedi. – Sağ ol, Bəsti xala, Allah səndən razı olsun.Nə yaxşı ki, varsan. Sənubər hiss edirdi ki, Bəsti arvad bir az incik kimidir ondan.Amma ha fikirləşirdi, səbəbini tapa bilmirdi.Qardaşları məktəbə, atası işə getdiyinə görə bir az özünə zaman ayırdı Sənubər.Fikirləşdi ki, ayağının ağrısı çəkilənə kimi dincəlsə, yaxşı olar.Qarışıq fikirlər içində çarpayısında xeyli dönüb durdu.Anasını düşündü, Cəmili düşündü.Bu əsnada özü də bilmədən yuxuya getdi.Yuxusunda anasını gördü.Anası üst-başı çirkli, əli-qolu bağlı bir otağın küncündə oturmuş halda Allaha yalvarırdı.Sənubər onun nə dediyini ayırd edə bilməsə də, ona görə dua elədiyini hiss edirdi yuxuda da olsa.O, ha çalışırdı, anasının əl-qolunu aça bilmirdi.Birdən qapıdan səs gəldi, kimsə onu çağırırdı.Hövlnak yuxudan oyandı.Qan-tərin içində idi.Çağıran Bəsti xala idi: – Necəsən, ay qızım? Yatmışdın deyəsən, bilsəm gəlməzdim. – Yox-yox, Bəsti xala. Yaxşı ki, gəldin, çağırdın. Çox pis yuxu görürdüm.Ürəyim partlayacaqdı bir az da gec oyansaydım. – Niyə, ay bala? Nə yuxu gördün ki, belə qorxmusan? – Yazıq anamı gördüm yuxuda. Heç vaxt çirkli paltar geyinməyən anamın üst-başı tör-töküntülü, çirk içindəydi.Əl-qolu da bağlıydı.Ha çalışırdım, əl-qolunu aça bilmirdim.Dodağının altında Allaha yalvarırdı.Hiss edirdim ki, mənim üçün yalvarır. Sənubər yuxusunu danışdıqca ağlayırdı.Bəsti arvad da ona qoşulub ağladı. – Caan … Yazıq Almaz. Ana ürəyidir. Səndən ötrü narahatdır da yazıq. Yəqin ona da ayan olub… Bəsti xala sözünün dalını gətirmədi. Sənubər təəccüblə onun üzünə baxdı: – Nəyi deyirsən, Bəsti xala, nə damıb ürəyinə? İnəyin ayağımı tapdalamasını deyirsən? Bəsti xala qızın saflığına rəğbətlə başını sirkələdi: – Yox, ay qızım, başına gələn ən pis iş elə bu olsun kaş ki… Bu dəqiqə sənin elə vaxtındır ki… Bütün gələcək həyatın, xoşbəxtliyin indi düzgün qərar verməyindən, düzgün seçim eləməyindən asılıdır.Allah qorusun bivecdən, pis adamdan… Qadın sözünün ardını gətirmədi.Ah çəkib getdi. O söhbətin üstündən iki gün keçmişdi.Sənubər həyətdə qazan qoyub döşəkağlarını, pəncərə pərdələrini (o zamanlar evlərə gün işığı düşsün deyə pəncərələrə yarıdan ağ bezdən pərdə çəkilərdi) yuyub-qaynadırdı.Həyət qapısı açıldı.Bəsti xalanın qızı Sərfinaz yanında kiçik oğluyla həyətə girdi.Sərvinaz on ildən çox idi ki, qonşu rayonun ucqar bir kəndinə, ata qohumu olan bir ailəyə gəlin köçmüşdü.Qaynanası yataq xəstəsi olduğundan Sərfinaz ata evinə çox gec-gec gəlirdi.Sənubər onu görcək, işini buraxıb sevinclə: – Bıyy, nə yaxşı gəlmisiz, ay Sərvinaz bacı, gün hardan çıxıb belə? Sərvinaz da sevinclə Sənubəri qucaqladı, üz-gözündən öpüb: – Ay maşallah! Qız, bu nə gözəllikdir belə?Hər gələndə səni tanıya bilmirəm, vallah.Çox dəyişmisən.Daha da gözəlləşmisən, maşallah.Əlbəttə, bütün gənc qızlar kimi belə sözlər Sənubərə də çox xoş gəlirdi.Utancaq halda, bir az da nazlanaraq: – Eee, sən də ay Sərvinaz bacı, çox da şişirtmə. – Yox, vallahi, heç şişirdib, eləmirəm.Hətta qorxuram oğurlayarlar səni. Hər ikisi ürəkdən güldü. Sənubər: – Yəni deyirsən, Əzizin qorxusundan kimsə özündə cəsarət tapar, məni oğurlasın? – Ehh… Ay qız, sən nə qoyub, nə axtarırsan? Oğurlamaq istəyən Əzizə baxmaz. Oğullar var ki, Əziz xanın qızını qaçırır, qalsın ki, 16 yaşlı Əziz ola. Sənubər tez çay dəmlədi, uşağa meyvə gətirdi, süfrəyə özü bişirdiyi mürəbbələrdən düzdü.Sərvinaz da onun bütün hərəkətlərini ən yaxın əzizi kimi izləyirdi.Sənubər işini bitirib süfrəyə oturdu. Sərvinaz: – Sənubər, bilirsən, Ətayənin oğlu Cəmil kənddə cavanlar arasında söz-söhbət yayıb sənin barəndə.Guya sənin də ona könlün var.Bu yaxınlarda anası sizə elçi düşəcək.Atan razı olmasa, qaçıracaq səni.Yəni səndən çox arxayındır. Söz Sənubəri tutdu. Ürəyinin dərinliyində Cəmildən xoşu gəlsə də, belə söz-söhbət yaydığı üçün qəzəbləndi ona.Əsəbi halda Sərvinaza: – Sərvinaz bacı, and olsun anamın ruhuna, yalan deyir, mən onunla haçan danışdım, harda danışdım? Qətiyyən elə şey ola bilməz.Mən necə atamı ayaqlaya bilərəm, atamın rizası olmasa, dünya dağıla, kim olur-olsun, ərə getmərəm, nə danışırsız siz? Belə Allahsızlıq olar? Bütün kənd görür ki, mən heç qapıdan çölə çıxmıram. Çıxsam, birinci Bəsti xala görər.Bütün günü evin işləri bitib-tükənmir.Sənubərin gözlərinə diqqətlə baxan Sərvinaz qızın sözlərinin səmimiyyətinə inandı.Anası da demişdi ki, Cəmil yalan söhbət yayır ki, başqa istəyənlərin gözündən salsın qızı. Odur ki, daha da ürəkləndi: – Bilirsən, Sənubər, gəlməyimin əsas səbəbi sənsən.Dünən anam qardaşımı göndərib məni çağırtdırdı: “Durma, gəl, vacib işim var səninlə”. Mən də ona görə bir günlük gəlmişəm. Soruşdum ki, “ay ana, nə işdir, məni belə təcili çağırmaqda xeyir ola”. Deyir: “sən cavansan, Sənubərin fikrini öyrən, istəyirəm qardaşını nişanlayım, bir 3-4 ay sonra da toyunu eləyim, baş- gözünü yığım bir yerə”. Açığı bura da o məqsədlə gəldim ki, biləsən, anam sizə elçi gəlmək istəyir. Hər dəfə Hafizdən söz düşəndə Sənubərin halı pozulurdu.Belə söhbətlər açmırdı onu.Hafizin abırlı, sakit, həm də yaraşıqlı oğlan olmasına baxmayaraq ürəyində ona qarşı heç bir hiss yox idi.Hətta elə bilirdi ki, doğmaca qardaşıdır Hafiz.Çayı isitmək bəhanəsiylə qalxmaq istəyəndə, Sərvinaz ətəyindən dartdı: – Ay qız, mən bura çay içməyə deyil, səninlə söhbət eləməyə gəlmişəm.Anamı tanıyırsan, Hafizi tanıyırsan. Daha nə düşünəcəksən? Həm də açığı anam sənin üçün də çox narahat olur. Yoxsa, Hafizin evlənməsi üçün nədən tələssin ki… Sənin Ətayə kimilərə, Cəmil kimilərə yem olmağını istəmir anam, o üzdən tələsir.Sən bizim evin gəlini olsan, elə bil ki, daim atan evində olacaqsan, hər işlərinə əl yetirə biləcəksən.Bir də, vallahi, buna ən çox sən sevinməlisən, – deyib ürəkdən güldü Sərvinaz. – Həm ərə getmiş olursan, həm də ata evinə pasiban olursan.Daha nə istəyirsən? Bəsti kimi də yaxşı bir insanın gəlini olacaqsan.Səni balası kimi istəyir, bilirsən.Məni görürsən, ata evinə həsrətəm.İldə iki dəfə, uzağı üç dəfə gəlirəm atamgilə, bircə gün qalıb gedirəm. Taleyin tərsliyindən idi, ya nədən idisə, Sənubər belə gözəl qismətdən qaçırdı, heç xoşuna gəlmirdi bu söhbətlər.Sanki heç sevmədiyi, xoşlamadığı bir yemək təklif olunurdu ona.Bir az da susub sözləri ürəyində götür‐qoy edə-edə dilləndi: – Sərvinaz bacı, mən sizin ailəni, Bəsti xalanı nə qədər istəyirəm, bir Allah bilir.Amma, vallah, ürəkdən deyirəm, elə bilirəm ki, Hafiz mənim doğmaca qardaşımdır.Ona görə birtəhər gəlir mənə.Bəlkə bir həyətdə böyümüşük deyə belədir.Mənə elə gəlir ki, elə Hafiz də bu cür düşünür.Yalvarıram, inciməyin məndən, qınamayın məni, mən Hafizə başqa gözlə baxa bilmərəm. Sərvinaz: – Nə deyirsən sən, nə qardaşı? Qonşuyuq. Həm də yaxşı qonşu. Xalqın qızları əmisi, dayısı oğluna ərə gedir.Heç elə düşünmür.Mən bilmirəm, bir günlük gəlmişəm, axşam anamla, bibimlə atanın yanına gələcəyik.Başqa söhbət yoxdur, ‐dedi və ərklə qalxdı.Sən Rəhimi göndər, atana desin, Kərim əmi axşam evə bir qədər tez gəlsin. Sərvinaz gedəndən sonra Sənubər daha da narahat olmağa başladı.Ay Allah, bunlar lap ciddiləşdirdilər işləri.Birdən atamın da saqqızını oğurlasalar, nə deyəcəyəm mən? Ha fikirləşdi, fikirləşdi, axırda belə qərara gəldi ki, həqiqətən Rəhimi göndərib atasına çatdırsın ki, evə tez gəlsin.Axşam süfrə elə yenicə yığılmışdı ki, həyətdən səs gəldi.Sənubər anladı ki, gələn elçilərdir, yəni Bəsti xala, qızı və baldızı ilə. Kənd yerində adətdəndir, qızın elçiləri qarşılamasına yaxşı baxmırlar.Odur ki, Əziz qonaqları qarşılayıb yuxarı dəvət elədi.Sənubər artıq atasını vəziyyətdən hali eləmişdi.Bəsti xala Kərimi çoxdan görmürdü, kişi evə gec gəlib, sübh tezdən getdiyindən qonum-qonşuyla nadir halda, kişilərlə də yeməkxanada görüşərdi.Hal-əhvaldan, bir az ordan-burdan söhbət eləyəndən sonra birbaşa mətləbə keçdi: – Qonşu, bilmirəm qız sənə deyib, ya yox.Gəlməkdə məqsədimiz Sənubər qızımızı oğlum Hafiz üçün istəməkdir.Özünə də bir neçə dəfə qandırmışam.Mən sənin qızını öz bacım balası kimi aparacam evimə.Nə qədər canım sağdır, ona kiminsə güldən ağır söz deməyinə imkan vermərəm.Allaha şükür, Hafizi də yaxşı tanıyırsız.İşlək, çörək qazanan uşaqdır.Həm də sənə yaxın olar qızın.Sizin də işlərinizə əl yetirər. Siz nə deyirsiniz bu işə? Kərim kişi gözünün ağı-qarası bircə qızının böyüdüyünü indi hiss elədi sanki.Çox həyəcanlandı, qəhər onu boğdu.Bir xeyli susub handan-hana: – Mən nə deyə bilərəm, ay bacı?Səndən də, oğlundan da arxayınam.Bilirəm, mənim balamı necə çox istədiyini.Amma can yiyəsi odur.Əsas onun fikridir.Məsləhətləşərik, bir az vaxt verin bizə.Görüm qızın fikri nədir. Uzaq deyilsiniz ki, öyrənib danışarıq. Bəsti xala dünyagörmüş, ağıllı qadın idi.Kərim kişinin bu işdən məmnun olduğunu gözlərindən oxudu.Bilirdi ki, Kərim də, bacısı Xalisə də qızın onun gəlini olmasını istəyəcəklər.Odur ki, gələnlər söhbəti çox uzatmadan qalxdılar, “Xeyirli olsun” deyib getdilər.Sənubərin içində güclü bir təlatüm vardı.Qərarsızlıq, qorxu hissi və mənasını çox da dərk etmədiyi güclü və anlaşılmaz vurğunluq hissi onu çıxılmaz vəziyyətə salmışdı.Bütün gecəni səhərə qədər yatmadı, kirpiyini də yummadı, gizli-gizli ağladı.Düşünürdü ki, anası sağ olsaydı hər şey fərqli olardı, dərdini, hisslərini onunla bölüşərdi, anasından başqa kimsənin onu başa düşməyəcəyini bilirdi, fikirlər ona rahatlıq vermirdi.”Mən kimə anladım ki, hamının bəyəndiyi, təriflədiyi Hafizi mən bəyənə bilmirəm, ürəyimdə ona qarşı heç bir hiss yoxdur.Amma hər kəsin pis dediyi, məni qorxutmaq istədiyi Cəmil mənim üçün ən yaxşı inşandır.Onun adı gələndə ürəyim yerindən qopmaq istəyir”. Beləcə qarışıq fikirlərlə gecəni səhər elədi Sənubər.Səhər işlərini yenicə yerbəyer eləmişdi ki, doqquz il bir sinifdə oxuduğu, çox sevdiyi rəfiqəsi Ağgül küçədən onu səslədi.Rəfiqəsini qapıda görəndə Sənubər elə sevindi ki, elə bil kimsə çiyinlərindən ağır bir yük qaldırdı.Sevincək səsləndi: – Gəl, ay qız, nə yaxşı səndən, yol azmısan nədir? – Ta neyləyək, sən ağbirçək nənə olmusan, evdən çıxmırsan, biz gələk yoxlayaq, dedim. – Can bacı, mən necə çıxım evdən axı? Bu evin işləri bitib-tükənmir heç. Ağgül; – İşi bəhanə eləmə, bəlkə qonşu oğlan icazə vermir? ‐ dedi və ucadan güldü. Sənubər təəccüblə onun üzünə baxdı: – Səndə söz var, Ağgül.Nə icazəsi, nə qonşu oğlan? Ağgül tərs-tərs onun üzünə baxıb: ‐Ay qız, sən elə bilirsən kimsə bir şey bilmir? Bütün kənd artıq sənin bu günlərdə Hafizlə nişanlanacağından danışır.Məndən niyə gizlədirsən ki? Dünən Rəhim atanı çağırıb ki, evə tez gəlsin, qonaq gələcək, ondan camaat duyuq düşüb. Sənubər gördü ki, gizlədiləsi bir şey qalmayıb artıq.Həm də dərdini bölməyə, məsləhət almağa adam axtarırdı bayaqdan.Odur ki, qəlbindəkiləri anlatdı rəfiqəsinə.Vallahi, mənim Hafizə heç könlüm yoxdur, elə bilirəm, qardaşımdır o mənim.Ağgül: – Mən çox istərdim sən Hafizə qismət olasan. Qardaşım olsun, çox ağıllı, yaxşı oğlandır.Anası Bəsti xala da qızıl kimi inşandır.Sən özün həmişə onu tərifləmisən, səni çox istədiyini, yaxşılıq elədiyini demisən.Daha nə istəyirsən, niyə taleyinə təpik atırsan? Kimə gedəcəksən?Ətayənin özü kimi qudurğan, qanmaz oğluna? Sənubər rəng verib rəng aldı.İndiyə kimi ona elə gəlirdi ki, Cəmili bəyənməyən bircə Bəsti xaladır.Düşünürdü ki, o da yəqin oğluna görə Cəmili gözdən salmaq istəyir.İndi Ağgül danışdıqca ona elə gəlirdi ki, Bəsti xaladır danışan.Özünü toplayıb soruşdu: – Ağgül, niyə elə deyirsən ki? Cəmil neyləyib axı? Ağgül zəndlə qızın üzünə baxıb: – Deyəsən sən doğrudan da saqqızını oğurlatmısan Cəmilə. – Yox, ay qız, nə saqqızı.Elə özüm maraq üçün soruşdum.Yox ey, ümumiyyətlə ərə getmək fikrim yoxdur.Nəyimə yaraşır axı… Atam, qardaşlarım necə olar? Kim baxar onlara? Kim bişirib‐düşürər yeməklərini, əyin‐başlarını kim yuyacaq? Yox, canım, mənim ərə getməyimə çox qalıb.Bəsti xalaya da özüm deyəcəm.Məni başa düşər. Ağgül də öz növbəsində rəfiqəsinə xeyli dil tökdü, başa salmağa çalışdı ki, qismətindən qaçmasın.Bəstinin gəlini olmaq ona çox münasibdir.Hafiz də yaxşı yoldaş olar Sənubərə.Hafiz söhbətinin tamam ciddiləşdiyini görən Sənubər kiçik qardaşı Rəhimi Xalisə bibisini çağıtdırmaq üçün onun arxasınca göndərdi.Axşamüstü bibisi qardaşı balasına qoşulub gəldi: – Xeyir olsun, bala, məni çağırmısan? Ürəyim qopdu.Ha yalvardım, Rəhim də bir söz demədi.Nə olub? Xeyirdir inşallah. Sənubər: – Hə, bibi, vallah, heç bir narahatçılıq yoxdur.Səninlə dərdləşmək istədim, ana əvəzimsən, ‐ dedi və ağlamsındı, ‐Qonşumuz Bəsti xalanı bilirsən də özün. İki gün əvvəl elçi gəlmişdi atamın yanına.Bizdən cavab gözləyir.Atamın da könlü var deyəsən.Qonşu olduğu üçün, tanıdığı üçün. Amma
mən heç ərə getmək istəmirəm.Mənim nə yaşım var ki?.. Bir də bizim evə qadın, qız lazımdır mütləq.Mən niyə indidən ərə gedim axı? Mən… Xalisə arvad dünya görmüş, əhli-dil adamı idi.O dəqiqə anladı ki, qızın Hafizə könlü yoxdur.Odur ki, bəhanələr gəzir.Bir xeyli susdu, düşündü və birdən: – Bibin Əyyub, düzünü de, kimsə ağlını oğurlamayıb ki? Bəlkə başqasına könül vermisən?Gizlətmə, de, bilək. Sənubər fikrindəkiləri qəti inkar elədi: – Yox, ay bibi, yox.Kimə oğurladacağam ağlımı? Əsla belə düşünməyin.Ümumiyyətlə, indi ərə getmək istəmirəm.Bəlkə bir-iki il sonra mümkün ola bilər bu, fikirləşərəm.Bəlkə elə qismətim odur, nə bilim, amma indi istəmirəm.Səni də ona görə çağırtdırdım ki, atam sənin sözünü eşidər.Elə Bəsti xala ilə də özün danışıb başa salarsan ki, tələsməsinlər. Doğrudan da haqlı idi Sənubər, onun dedikləri elə Xalisənin də ürəyindən oldu, düşündü ki, hə də, ağa durub, ağacan durub.Tələsməyə nə hacət var? -Ay oğul, ordan Bəsti xalana deyərsən ki, axşam bizə gəlsin.Denən bibimin sözü var sənə” – deyə qardaşı oğlu Rəhimə səsləndi. Axşam Bəsti xala həyat yoldaşı Teymuru da götürüb Sənubərgilə gəldi.Ürəyi atlanırdı, çox ümidli idi şad xəbər alacağına.Çünki Xalisəynən də araları yaxşı olmuşdu həmişə.Tay-tuş idilər, uşaqlıqları bir yerdə keçmişdi. Salam-əleykdən, hal-əhvaldan, çay süfrəsindən sonra söhbəti Xalisə açdı: – Bəsti, canım Əyyub sənə, sən mənim qardaşıma, mərhum gəlinimiz Almaza yaxşı qonşu, hətta bacıdan artıq olmusan.İki ilə yaxındır ki, Almaz dünyasını dəyişib. Almaz adı gələndə Xalisə arvad da, Bəsti xala da bir ağızdan “məkanı cənnət olsun” deyib kövrəldilər. Xalisə arvad söhbətinə davam etdi: – Sən bu uşaqlara analıq, xalalıq eləyirsən, qardaşıma axirət bacısı olmusan.Sənin haqqını ödəyə bilmərik.Oğlun Hafiz də gözümüzün önündə böyüyüb.Necə oğul olduğunu gözəl bilirik.Amma səndən istədiyimiz bir iş var bu məsələ ilə bağlı.Mümkünsə bir az tələsmə.Zaman ver bu uşaqlara.Qız da gözünün qabağındadır.Biz sənə arxayınıq.Sən olan yerdə kim bizim bağa daş ata bilər?! – dedi və güldü. Bəsti də keçici bir təbəssümlə gülümsəyib xeyli susdu.Handan-hana: – Bilirsiniz, mənim tələsməyim oğluma görə deyil ki… Qıza görədir.Gözəl-göyçək, ağıllı-kamallı qızdır.İstəyəni çoxdur, bilirəm.Kimsə fikrini çaşdırar.Sonradan təəssüflənməkdənsə, indidən bir tədbir görmək istədim, yenə də siz bilərsiniz, qız sahibi sizsiniz. – Mən bu gün Sənubərlə hərtərəfli söhbət eləmişəm.Ta sirrini mənə də deməsə kimə deyəcək? And-aman eləyir ki, kim olur-olsun, hələ ki, ərə getmək fikri yoxdur. Bununla da söhbət yekunlaşdı.Bəsti xalagil bir müddət gözləmək qərarına gəldilər, sağollaşıb getdilər. Bir müddət qonşular arasına doğrudan da sakitlik çökdü.Hər kəs öz gündəlik yaşamına davam etməkdə, əvvəlki səmimi qonşuluq münasibətində ikən Ətayə hardansa duyuq düşdü ki, Bəsti Kərimin qızına elçi düşüb və bir müddət gözləmək vədi alıb.Axşam Cəmil evə gələn kimi anası: – Cəmil, nə oldu, sənin bu qız məsələn? Heç səsin çıxmır? Cəmil narazı-narazı dilləndi: – Məndən niyə soruşursan, ay ana?Sən nə zaman getdin qız qapısına, mən evlənmədim? Ətayə düşündü ki, oğlu düz deyir.Qərara gəldi ki, yaxın günlərin birində Kərimin qızına elçi düşsün.Sənubər isə özünü çox rahat, əmin-amanlıqda hiss edirdi. “Ta Bəsti xala tez-tez söz salmaz”‐ deyə düşünürdü.Bu fikirlə də bu gün erkəndən çox həvəslə girişmişdi ev işlərinə.Yorğan-döşəyi, xalça-palazı tökmüşdü zivələrə ki, hava dəysin. O zamanlar kənd evlərinin döşəməsi rənglənməzdi.Qız-gəlinlər dəmir telli sürtkəclərlə döşəməni yuyub-təmizləyərdilər, döşəmələrin daha təmiz görünməsi üçün bir-biriylə bəhsə girərdilər sanki.Sənubərin ev işlərinə, təmizliyinə kimsə irad tuta bilməzdi.Ağlı kəsən gündən anasını işgüzarlığından, təmizkarlığından nümunə götürmüş, onun “tökdüklərini yığmışdı”. Başı ciddi halda işə qarışan Sənubər həyət qapısının səsinə çönəndə Ətayəni yanında iki qadınla həyətə girən gördü. – Ay ev yiyəsi, kim var evdə? Həyəcandan qızın dili topuq çaldı: – Salam. Mənəm evdə, başqa kimsə də yoxdur. – Canın sağ olsun.Elə bizə də sən lazımsan, ay dilbər. Ətayə qızı qucaqlayıb, bərk-bərk özünə sıxdı, üz-gözündən öpdü.Dəvət gözləmədən yanındakı qadınlara da əliylə yuxarı çıxmağa işarə verdi. – Qızım, gəlişimizin səbəbini başa düşmüş olarsan yəqin.Mənim Cəmilim səni çox istəyir.Mən də istəyirəm ki, övladım istədiyi qızla evlənsin.Allaha şükür, özün bilirsən ki, mənim balam necə ağıllı, yaraşıqlı oğlandır, pul qazanandır.Kənd qızlarından hansının adını çəksəm, sevinə-sevinə gələr Cəmilim üçün.Amma o, səni istəyir. Ətayə arvad dil boğaza qoymadan danışırdı, eyni vaxtda gözü evin künc-bucağını, tavanını, hər tərəfi gəzirdi.Sanki Sənubərin təmizkarlığına qiymət verməyə gəlmişdi.Yanındakı qadınlardan biri eynən Ətayəyə oxşayırdı.Sənubər düşündü: “bacısıdır yəqin”. ‐ Mən çay dəmləyim, gəlirəm, – deyə Sənubər qalxmaq istəyəndə, Ətayəyə oxşayan qadın: – Yox, qızım, zəhmət çəkmə.Adətdir, çayı qızın “həri”sini alanda içərlər.Sən atana de, gör nə haçan vaxt eləyə bilər.Evdə olsa, biz gəlib sənin elçiliyini eləyək, səni atandan istəyək.Cəmil yubanmaq istəmir.Bizi tələsdirir, – dedi və qıza göz vurdu. Sənubər utanıb başını aşağı saldı, hiss elədi ki, yanaqları qızardı.Gələnlər necə gəlmişdilərsə, eləcə də ucadan deyə-gülə getdilər. Sənubərin ürəyi quş kimi uçmağa hazırdı.Dünya gözündə cənnətə dönmüşdü.Ciddi- cəhd ilə gizlətməyə çalışsa da, üz-gözündən sevinc yağırdı.Atasının mövqeyi bəlli olsa da, onu fikrindən daşındırmaq üçün yollar arayırdı.Beləcə günü necə axşam elədi, özü də bilmədi.Atasını yola gətirmək üçün fikrində müxtəlif cümlələr qurdu.Axşam süfrə yığılar-yığılmaz həyəcanını gizlətməyə çalışaraq: -Ata, bu gün Ətayə arvad bacısıynan, baldızıynan bizə gəlmişdi… Sözünün ardını gətirmədən atasının münasibətini öyrənmək üçün onun nə deyəcəyini gözlədi.Atası: -Bilirəm, Rəhim mənə deyib yolda.Ay bala, mən fikirləşirəm ki, biz artıq Bəsti arvada söz vermişik.Odur ki, Ətayəyə gərək sən özün vəziyyəti deyərdin.Artıq Hafizə sözlü olduğunu bildirərdin ona.Qoy ümidlənməsinlər. Atasının belə arxayın danışığından qız anladı ki, o, bu mövzuda başqa söz eşitmək istəməyəcək.Odur ki, susdu.Bununla da bu evdə Cəmil söhbətinin bitdiyini yəqin etdi.Çox çıxılmaz vəziyyətdə idi Sənubər.Ürəyində hər kəsdən inciyirdi.Düşünürdü ki, kimsə onu anlamaq istəmir.Gecəni səhərə kimi yerinin içində döndü, durdu.Özünü dünyanın ən talesiz adamı saydı.Nə etsin, kimə desin dərdini, azarını? Atası, bibisi, hətta qardaşı belə onun qonşu Hafizə ərə getməsini istəyirdi.Cəmili bu evdə kimsə sevmirdi, bəyənmirdi.Cəmilə olan duyğuları onun gözlərini necə bağlamışdısa, nə Ətayənin təkəbbürlü danışığı, nə onun qızlarının kənd içində sevilməməyi, nə də Cəmilin özündənrazılığı, kobudluğu haqqında deyilənlər onun fikrini dəyişdirə bilmədi.Hətta atasının, qardaşlarının gələcək güzəranını düşünməyi belə unutmuşdu.Səhər atasını işə, qardaşlarını məktəbə yola salıb tez-tələsik işlərini yoluna qoydu, geyinib məktəb yoldaşı, həm də rəfiqəsi Turacgilə yollandı.Turac onu görcək: – Ay qız, bu nə yaxşı sürprizdir, xoş gəlmisən,- deyib çox sevindi. İki rəfiqə təkliyə çəkilib xeyli söhbətləşdilər, keşmişdən, olanlardan danışdılar.Nəhayət Sənubər ürəyini rəfiqəsinə açdı.Ətayənin ona elçi düşməsindən, atasının Bəstiyə söz verməsindən, fikrinin qətiliyindən, özünün Hafizi istəmədiyindən danışdı.Həyatın tərs üzünü görməmiş, insanları tanımağı bacarmayan qızlar öz aralarında qərar verdilər ki, atasının mövqeyini, Sənubərin Cəmilə meyilli olduğunu Ətayə arvada çatdırsınlar. Sənubər Turacın onu əmin etməsindən rahatlanıb evə döndü. Cəmilə də elə bu lazım idi ki, qızın meyli Hafizə deyil, onadır.Axşam anasıyla məsləhətləşib qərara aldılar ki, Turacın vasitəçiliyi ilə Sənubəri qaçırmaq fikrinə razı salsınlar.Beləcə Sənubər özü öz əli ilə gələcəyini oda atdı.İki gün sonra artıq Turacla görüşmək üçün evdən çıxan Sənubər yolda Cəmillə qarşılaşdı.Yük maşınını idarə edən Cəmil maşından yerə atılıb sürətlə ona yaxınlaşdı, əlindən tutub maşına sarı çəkdi.Qız onun təhriki və köməkliyi ilə səssizcə maşının kabinəsinə qalxdı. Axşamüstü artıq bütün kəndə yayıldı ki, Cəmil Kərimin qızı Sənubəri qaşırıb.Bütün kənd bir-birinə dəydi.Necə olsa da Kərim kişi qızını Hafizə verəcəyinə söz vermişdı, bunu hər kəs bilirdi.Kərim kişinin beli sındı sanki.Çox istədiyi, ağlına güvəndiyi qızının hərəkəti ona ölümdən betər gəldi.Oğlanlarının gənc, beyni qan olduğunu düşünüb özünü ələ almağa çalışdı, sakitliyini qorumağa cəhd etdi.Amma hər kəsə:‐ artıq qızım öldü mənimçün, o adda övladım yoxdur – dedi.
Həyat isə öz axarı ilə davam edirdi..Artıq yeni həyata başlayan Sənubərin ilk günlər yeganə sıxıntısı atasından, qardaşlarından nigaran olması ilə bağlı idi.Ata evindən çox nigarandı.Hey düşünürdü: “Neylədilər görəsən? Atam çox üzülüb yəqin.Qardaşlarım da məni bağışlamayacaqlar, bilirəm.Zamanında yeyib-içirlərmi görən?” Yanına gələn rəfiqəsi Turac ona yeni-yeni xəbərlər gətirirdi.Atasının bir müddət çox əsəbi dolandığını, heç kimsəylə dinib-danışmadığını, Bəsti xalanın bütün günahların Ətayədə olması barədə, Hafizi sındırmaq, xar eləmək üçün oğlunun Sənubəri qaçırmağa təhrik etməsi haqda olan fikirlərini, bibisi Xalisənin evini övladlarına tapşırıb gəlib qardaşı gildə qaldığını, uşaqlara baxdığını, ümumiyyətlə, hər bir sözü Sənubərə çatdırırdı, eyni zamanda “müəyyən zaman keçəndən sonra atan da, qardaşların da, hər kəs bağışlayacaq səni, – deyə ona təsəlli verirdi. İnsafən Cəmil də Sənubəri çox sevir, işini bitirər-bitirməz evə can atırdı.Bacılarına: ev işlərinin hamısını ona yükləməyin, ‐ deyə iradını bildirirdi.Qızcığaz sevgisindən ömürlük kam alacağını düşünürdü.Cütlük gecələr ay işığında hər kəs yatandan sonra saatlarla bağçada ağacların altında oturub bir-birinə olan sevgilərindən, gələcək həyatlarından, doğulacaq övladlarından danışıb xoşhal olurdular.O anlarda Sənubər özünü dünyanın ən xoşbəxti sayırdı.Cəmil ona çox təsəlli verirdi, kənarda özlərinə yuva quracağından, onu bəxtəvər saxlayacağından danışır, bu günkü çətinliklərin, söz-söhbətlərin keçici olacağına ümidləndirirdi. Cəmisi beş – altı ay çəkdi Sənubərin sevgisindən xoşhal olduğu zamanlar.Çox çəkmədi ki, qaynanasının iç üzü görünməyə başladı.Artıq Ətayə arvad da, baldızları da onun hər işinə irad tuturdular.Heç bir işindən məmnun qalmırdılar.Bir yandan da hamiləliyi irəlilədikcə əvvəlki kimi tezdən qalxa bilmir, ağırlaşır, ürəkbulanma, baş ağrılarına görə yatmağa meylli olması qaynanasının əlinə bəhanə verirdi.Hər gün evdə olan dedi-qodular, deyinmələr Cəmili də özündən çıxarır, bəzən anasının acığını da Sənubərdən çıxır, yerli-yersiz ona qışqırır, irad tuturdu.Sənubərin dərdini, kədərini bölüşəcək kimsəsi yox idi.Qaynanasının narazılığına görə artıq Turac da ayağını çəkmişdi onlardan.Onun yeganə təsəllisi çox sevdiyi Cəmil və dünyaya gəlişini gözlədiyi körpəsi idi. Bir gün o, Cəmilə: – Bibimə bir xəbər yetirsən, bircə saatlığa məni görməyə gəlsə, olmazmı? ‐ deyə yalvardı. Cəmil anlayırdı Sənubəri, kimsəsizdi qız.Ata-qardaşları ilə küsülüdür, ana yox, bacı yox, bir gəlib-gedəni yox.Anasının, bacılarının da xasiyyətini gözəl bilirdi Cəmil. “Mütləq bir yolnan sənin sözünü çatdıraram”, ‐ deyə yoldaşına söz verdi.İş yerində Kərimgilin qonşuluğunda yaşayan Sərxandan xahiş elədi ki, həyat yoldaşına başa salsın ki, Sənubər çox darıxır, xiffət eləyir, bir yolnan qadın-qadına Xalisə arvada başa salsın ki, qız yazıqdır, ana-bacısı yoxdur, ata-qardaşları da kəndin gərəksiz qaydalarına uyğun qaçırılmış qızla küsü saxlayırlar.Amma Xalisə arvad daşı ətəyindən töküb bir qıza baş çəksə, qızın da ürəyi yerinə gələr, intizarı azalar, Allaha da xoş gedər. Sərxan Cəmilin dediklərini axşam evdə yoldaşına danışdı, o da tövsiyə elədi ki, çalış arvadı yola gətirəsən. Bu söhbətdən iki gün sonra Xalisə bibi çox düşündü, çox daşındı, qərara gəldi ki, getsin qızı görsün.Özünün də ürəyi əsirdi Sənubər üçün. Xalisə Ətayənin həyət qapısına çatanda onun hündürdən deyindiyini eşitdi. Qeyri-iradi ayaq saxladı ki, görsün kimə qızıb bu bədxasiyyət adam. Həmin anda Ətayənin Kərim dediyini, ardınca çox pis söyüş söydüyünü eşitdi.Qulaqları guruldadı, ayaqları yerə kilidləndi sanki.Ürəyi sancdı.Qapını açıb hündürdən: – Ay Sənubər, canım mənim, ay qızım, hardasan? Səsə Ətayə diksindi, qara rəngi daha da qaraldı.Kal səslə: – Buy, ay qız, xoş gəlmisən.Gün hardan çıxıb belə, axır ki, daşı tökdünüz ətəyinizdən, bu yetimi görməyə gəldiniz? Bir yandan eşitdiyi söyüş, bir yandan Ətayənin yalançı canfəşanlığı Xalisənin tükənmiş səbrini bitirsə də, yenə ürəyində “lənət şeytana” deyib susdu. ‐ Sənubər yoxdur? – deyə soruşdu. Ətayə: “gəl, gəl çıx yuxarı”- deyib içəri girdi.Handan‐hana Sənubərlə birlikdə eyvana çıxanda Xalisənin hələ də həyətdə var-gəl elədiyini gördü.Hündürdən: ‐Bibin gəlib səni görməyə, nə durmusan, çağır, qalxsın yuxarı, – dedi. Səsə dönən Xalisə Sənubəri qarşısında görəndə doluxsundu.Onsuz da ağlamaqdan gözləri qan çanağına dönmüş Sənubər: “can bibim” -deyib arvadın boynuna sarıldı və hönkürtüylə ağlamağa başladı.İçi qan ağlayan Xalisə arvad da göz yaşlarına hakim ola bilmədi.Hər ikisi illərin həsrətlisi kimi bərk-bərk sarılıb ağlayırdılar.Sənubər başını bibisinin çiyninə qoyub dolmuş bulud kimi içini boşaltmayınca dayanmaq bilmirdi.Onları soyuqqanlılıqla müşahidə eləyən Ətayə: ‐Ay qız, yetər ağlaşdınız, dünyanın axırı deyil, nə olub sizə? ‐ deyib süni səslə çağırdı.Xalisə arvad qızı özündən aralayıb diqqətlə üzünə baxdı.Yanaqlarından qan daman gülüzlü balası solub‐saralmış, dodaqlarının qanı qaçmış, bircə qarnı böyümüşdü.Arvadın ürəyi əsdi, dodaqları titrədi: “Canım Əyyub, bala, həsrət gözlərim sənə fəda olsun, qardaşımın ceyran balası” – deyib onu bağrına basdı, üz-gözündən öpdükcə öpdü. Sənubər özünü ələ alıb: -Can bibim, ayaqda qaldın, gəl otur, sən Allah.Tez çay dəmləyib gətirdi.Bir az əvvəl qaynanasının dediyi ağır, təhqir dolu sözləri bibisinin qəfil gəlişiylə unutmağa çalışdı.Xalisə arvad bir xeyli oturdu, ordan-burdan söz salıb hər ikisini danışdırmağa, az öncə eşitdiyi söz-söhbətin səbəbini anlamağa çalışdı.Amma nə Ətayə, nə də Sənubər o barədə bir kəlmə də danışmKərimar.Xalisə arvad dünyagörmüş, yaxşını pisdən ayıran insan idi.Ürəyində özü-özünə təskinlik verdi: “Həyatdır, hər kəsin xasiyyəti eyni olmur.Evlərə düşən qız söz-söhbət də eşidər, yeri gələndə oyulub-söyülər də.Neyləyəsən, hər söz üçün ailə dağıtmazlar ki.Mən dərinə getsəm, üstünü açıb-ağartsam, bir o deyər, bir mən deyərəm, söz-söhbət böyüyər.Mən gedəndən sonra uşağımın gününü qara eləyər. Buna nə var, daşqəlbli adamdır”.O, gedəndə də dönə-dönə: – Bir-birinizdən muğayat olun.Gəlin gəlin deyil, düşdüyü ev gəlindir.Qızım, çox ehtiyatlı ol, ağırayaqlısan. Ağıra, yüngülə çox da yapışma, – deyib Ətayəyə qandırdı ki, gəlinin vəziyyətinə diqqət eləsin. Axşam evdə də gördüklərini qardaşına anlatmadan, qızının ağırayaqlı olduğunu, övlad gözlədiyini, yad əllərdə kimsəsiz, adamsız kimi qəbul edilməsin deyə barışığa getmək gərək olduğunu anlatdı Xalisə arvad.Çox öyüd-nəsihətdən sonra onsuz da övladı üçün ürəyi əsən atanı razı sala bildi.Qərara gəldilər ki, qız tərəfi olaraq el qaydasına riayət etməklə uşağın dünyaya gəlməsini gözləsinlər.Sonra ailəlikcə qızını, kürəkənini və onun ailəsini qonaq çağırıb barışıq eləsinlər.Beləcə Sənubərin də ayağı açılar ata evinə. Xalisənin qəfil gəlişindən, onun gəliniylə olan söz-söhbətləri eşitməsinə rəğmən üstünü ağartmamasından sonra Ətayə arvad bir neçə gün özünü bir az mehriban, qayğıkeş ana kimi apardı.Hətta arabir gəlininə qayğıkeşlik göstərirmiş kimi göründü.Əvvəlki kimi tez-tez, hər şeyi bəhanə eləyib deyinmir, hər işi Sənubərə buyurmurdu.Arada üzünü qızlarına tutub niyə yemək bişirməmisiniz, yaxud niyə həyət-bacanı süpürüb təmizləmədiniz – deyəndə, belə sözlərə alışmayan qızları sərt halda Sənubərə baxırdılar.Ətayə: – Ay bala, görmürsünüz ki, o, özünü güclə gəzdirir? Ondan gözləməyin hər işi. Yekə qızsınız, özünüz baxın evin hər işinə. Bu minvalla çox çəkmədi ki, Sənubərin gözəl bir qızı dünyaya gəldi.”Nə əzablar bahasına insan ana olurmuş”, deyə düşündü Sənubər.Anasının xəyalı heç gözləri önündən getmirdi, “kaş ki, anam bu günümü görəydi”-deyə qəlbi parçalanırdı.Cəmilin qadınına, övladına sevgiylə baxdığını, xoş münasibət göstərdiyini görən bacıları və anası daha da sərtləşmişdilər, çəkilməz olmuşdular.Oğlunun ailəsinə, uşağına olan sevgisini qısqanırdı cahil qadın.Uşaqla davranmaq qaydalarını hələ anlamayan təcrübəsiz gəlinin hər işinə qulp qoyur, ələ salır, hər vəchlə onu oğlunun gözündən salmağa çalışırdı.Uşağın dünyaya gəlişindən iki ay keçər‐keçməz, atası Sənubəri ailəsiylə birlikdə qonaq çağırdı.Ətayə yüz cürə bəhanələr gətirib Kərimin evinə barışığa getmədi, nəinki özü getmədi, hətta ərinə belə barışıq üçün addım atmağa imkan vermədi, qızlarını kəşfiyyata göndərirmiş kimi söz-söhbətlərə diqqət eləməyə yönəltdi. Kərim kişi Ətayənin hər “kaprizini” anlasa da, qızının xətrinə uddu hər şeyi.”Artıq geriyə yol yoxdur, ‐deyə düşünürdü, ‐ təki, övladımı incitməsinlər. Mən dözərəm”. Sənubər Cəmilin və övladının xətrinə hər söz-söhbəti uddu, dözdü, taleyilə barışdı. Aylar, illər keçdikcə o, daha da zalımlaşan cahil qaynanasının hər şıltaqlığına, hər ədasına, təhqirinə dözürdü, bircə Cəmilin ağlını başından çıxarmaqları ona çox yer eləyirdi.Cəmil evə gələr-gəlməz haqsız məhkəmələr, Allahsız suçlamalar, ittihamlar başlanırdı.Deyən də özü, söyən də özü olduğu halda, qızları da ona qoşularaq Sənubəri hər cür qınaqlara, danlaqlara məruz qoymuşdular. Hətta az qalmışdı ki, yağışın yağmasını, göyün guruldamasını da ondan görsünlər.Həm söz-söhbətdən bir-iki günlük uzaqlaşmaq, həm işdən-gücdən zaman tapıb uşağına zaman ayırmaq üçün arabir atası evinə gedirdi Sənubər.Çox çəkmədi ki, buna da bir qulp qoymağa başladı Ətayə. O, Cəmilə: – Həftə başı arvadın ata evinə gedir.Ağzıgöyçəklər deyəcəklər ki, Cəmil arvadına yiyəlik eləyə bilmir, ona görə hər gün atası evinə gedir.Sonra da deyəcəklər ki, Hafizə görə gedir. Onsuz da anasının, bacılarının hər günkü şikayətləri, söz-söhbətləri, qara-qarğaşalar Cəmili tamam əsəbi eləmişdi.Bu söz sillə kimi tutdu onu: “Deyən başını divara vurar.Hər kəs bilir ki, Sənubər elə qadın deyil”. Anası Cəmilin qeyrət damarına basmışdı qəsdən.Bu sözdən çox qəzəblənən və bir az həyətdə vurnuxan Cəmil maşına atılıb birbaşa qaynatasının qapısına sürdü.Onun qəfil gəlişindən çox sevindi Sənubər.Yoldaşının ondan ötrü, körpəsindən ötrü darıxdığını düşündü.Qaynatasının onu mehribanlıqla qarşılaması, bu evdəki sakit mühit Cəmilin sinirlərini sakitləşdirdi bir az.Bir-iki saat oturub sağollaşıb getdi.Lakin Hafiz söhbəti onun ağlına ilişib qalmışdı.Günlər bir‐birini əvəz etdikcə, Sənubərin ata evinə gediş-gəlişi də çətinləşdi.Hər dəfə gah qaynanası, gah yoldaşı onun ata evinə getməyinə mane olurdular.Cəmil artıq kolxoz sədrinin icazəsiylə torpaq sahəsi alıb ev tikdirirdi.Sənubər də yalnız o günlərin ümidilə dözürdü bütün çətinliklərə və dedi-qudulara.”Evimiz tikilib başa gəlsin, köçüb ayrılıqda sərbəst yaşayarıq, bu söz-söhbətdən, təhqirlərdən, töhmətlərdən canım qurtarar, daha Cəmil də məni döyməz, incitməz. İndi anasının deyinməsinə görə belə əsəbi olub acığını məndən çıxır, ayrı yaşasaq belə olmaz Cəmil”‐ fikirləri ilə günləri başa vururdu.. Artıq ikinci övladı da dünyaya gəlmişdi cütlüyün.Illər ötmüşdü, fəqət Sənubərin ailə həyatı yaxşılığa doğru dəyişmək əvəzinə, daha da ağırlaşırdı.Özlərinin fərdi evlərini tikdirib qaynanasıgildən ayrı yaşasalar da, Sənubər sakit, səmimi ailə həyatına həsrət qalmışdı.Qaynanası, baldızları hər gün olmasa da, iki gündən bir səhər gəlib axşama kimi onun evində də ona rahatlıq vermir, hər işinə, hər əməlinə irad tutur, azyaşlı uşaqlarının yanında ağır sözlərlə təhqir edir, hətta öz aralarında onu qulağı eşidə-eşidə, “ağılsız, dəli” adlandırmaqdan belə çəkinmirdilər.Bütün bunlardan canı boğazına yığılmışdı Sənubərin.Belə günlərin birində baldızının ər evindən belə gəlib onu alçaldıcı sözlərlə təhqir etməsinə dözə bilmədi.Ona: – Yetər artıq, dəliyəm, ağılsızam, nəyəm, özüm bilərəm, əl çəkin məndən.Gəlməyin. İmkan verin uşaqlarımı böyüdüm, həyatımı yaşayım.Nə istəyirsiniz axı məndən? Mən gəlib sizə bir söz deyirəmmi, ya bir kömək umurammı?‐ deyə çığırdı, ağladı. Baldızı bu sözə bəndmiş kimi onun saçından tutub yoldu, divara sarı itələdi. Başı zərblə divara dəyən gəlin huşunu itirib yıxıldı.Özünə gələndə kiçik qızının yanında ağladığını və ətrafda kimsənin olmadığını gördü.Birtəhər gücünü toplayıb ayağa qalxdı.Uşağı özünə sarı çəkib ovundurmağa çalışdı.Ağrıdan başı hərlənirdi.Halsız-halsız böyük övladını, Simuzəri səslədi.Səs gəlmədi.Körpəsini qucağına alıb ürəyi boşalıncaya qədər ağladı: “Allahım, axı mənim günahım nədir, neyləmişəm mən bunlara, mənə qarşı bu düşmənçiliyi niyə eləyir bunlar?” Artıq Cəmildən də imdad gözləmirdi.Çünki Cəmil də onların ağzıyla danışırdı həmişə.Sənubər ağzını açan kimi Cəmil anasını müdafiə eləyir, onun haqlı olduğunu, özünün dünyanın ən bədbəxt kişisi olduğunu deyirdi.Dodaqaltı zümzümə eləyərək ağlayan qadın anladı ki, onun huşsuz düşməsinə belə əhəmiyyət verməyən qaynanası, baldızı uşağı da özləriylə aparıb gediblər.Bilirdi ki, bu hadisəni də özlərinə sərf eləyən formada çatdıracaqlar Cəmilə.Artıq hər şeyə ümidini itirən Sənubər əlacsız duruma düşmüşdü.Dərdini kimə desin, kimdən yardım istəsin, deyə gecə-gündüz fikirləşirdi.”Allah, sən özün mənə yardımçı ol, axı kimdən söz eşidər Cəmil? Nə qardaşlarının, nə də atasının Cəmilə heç bir söz deməyəciyini, nəsihət eyməyəcəyini bilirdi Sənubər.Çünki onları görmək belə istəmirdi Cəmil.Özünü, anasını, bacılarını da tam haqlı hesab edirdi.Guya bütün söz-söhbətlərə Sənubərin “yersiz hərəkətləri, ağılsızlığı, iş bilməməsi” səbəb olur.Bu sözləri o qədər eşitmişdi ki, az qalırdı özü də inansın öz “ağılsızlığına”.Heç bir qohum-qonşu ilə də əlaqə saxlamasına, həyətdən çıxmasına, kiminsə onun yanına gəlməsinə icazə vermirdi əri.Demək olar ki, əvvəlki işgüzarlığından, çevikliyindən əsər-əlamət qalmamıdı.Özü-özünü tanıya bilmirdi.Heç bir işə əli yatmır, bütün günü fikirli-fikirli gəzir, nə etmək istədiyini unudur, qeyri-iradi huşsuz kimi gəzirdi.Cəmil son zamanlar onu döymək, incitmək üçün bəhanə gəzirdi sanki.Əgər gəlib görsəydi ki, uşaq ağlayır, onu döyürdü, ya uşaq yeri bulayıbsa, yenə onu döyürdü, təhqir edirdi.Heyvanın qarşısında su yoxsa, həyət-baca süpürülməyibsə, yemək hələ hazır deyilsə, bir sözlə, milçək də uçsa Sənubər döyülüb-söyülürdü.Yaşadığı həyatdan zinhara gəlmişdi artıq.Ən dözülməz olan isə onun heç bir çıxış yolu tapa bilməməsi idi.Ömrü belə əzab-əziyyətlər içində davam etməkdə ikən Sənubərin üçüncü övladı – oğlu Rafiq də dünyaya gəlmişdi. Səkkiz illik ailə həyatının olsa-olsa beş, ya altı ayını insan kimi davranmışdılar onunla.Qalan ömrü göy əskiyə bükülmüş bir həyat idi, Sənubər yaşamamışdı, çürümüşdü… Göz yaşları içində keçən yeddi il.Bilmirdi kimi günahlandırsın bu həyata görə.Qaynanası Ətayənimi, əri Cəmilimi, ya da öz qismətini əliylə itələyib belə oda düçar edən “axmaq ürəyinimi”?.. Bilirdi ki, huşunu, yaddaşını əlindən alan çox fikirləşməyidir, ağlının və ürəyinin daimi mübarizəsidir.Çünki atası, böyük qardaşı ona çoxdan təklif edirdilər ki, Cəmildən ayrılsın, bu qədər əzab-əziyyətə, işgəncələrə dözməkdənsə, uşaqlarını da götürüb atası evinə dönsün.Amma yaxşı bilirdi ki, Cəmildən ayrılsa, qaynanası ona uşaq verməz.Çünki bir neçə dəfə yanında eşitdirmişdilər ki, ayrılırsan‐ayrıl, hara gedirsən‐get, amma “bizim uşaqlarımızı” heç yerə apara bilməzsən.Sanki bir ana kimi onun heç bir haqqı yox idi uşaqlarının üzərində.Övladlarının xətrinə hər zülmə dözürdü Sənubər, təki balaları yanında olsun.Eyni hal uzun müddət davam etsə də, nəinki Cəmilin ürəyində ailəsinə rəhm, sevgi yaranmırdı, əksinə günü-gündən dözülməz olurdu, çəkilməz olurdu.Bunlarla yanaşı son vaxtlar qəribə söhbətlər eşidirdi Sənubər, qulağına cürbəcür sözlər çatırdı.Qardaşı Rəhim əsgərlikdən gəlib bacısının gününü-güzəranını görüb çox demişdi ki, boşansın Cəmildən.Sənubər razı olmayanda dostlarından, tay- tuşlarından eşitdiklərini, Cəmilin kənddə əxlaqsızlıq edən yaşlı bir qadınla oturub-durduğunu, pay-puş alıb o qadının evinə gedib-gəldiyini demək məcburiyyətində qalmışdı. Amma Sənubər ürəyinin dərinliyində yenə inanmaq istəmirdi bu söhbətlərə.İnansa belə, dözməyə məhkum idi övladlarına görə.Eşitdiklərini belə Cəmilin üzünə vurmağa qorxurdu ki, yenə ona döymək üçün bəhanə verər. Bir axşam yenə evə gec və sərxoş halda gələn Cəmil tamam səbəbsiz yerə Sənubəri bərk döydü, alçaldıcı sözlərlə təhqir elədi.Cəmil sanki manyak olmuşdu.Əvvəllər dava-dalaş salmaq üçün bəhanə gəzən adam indi heç bəhanəyə də ehtiyac görmürdü.Eləcə kefinin istəyən vaxtı qadını döyüb‐alçaltmaqdan zövq alırdı sanki.O, “vəzifəsini yerinə yetirmiş” adamlar kimi rahatca yıxılıb yatsa da, Sənubər həm aldığı zədələrin, həm haqsızlığa tab gətirməkdən üzülən ürəyinin ağrısıyla səhəri dirigözlü açdı.Artıq canı boğazına yığılmışdı. Özlüyündə qəti qərar verdi ki, “Allahsız əri” evdən çıxandan sonra ev telefonu ilə zəng eləyib qardaşı Rəhimi çağırtdırsın.Boşanmağa razı olduğunu ona bildirsin.Çünki Rəhim onu ümidləndirmişdi ki, məhkəmə ananı övladlarından məhkum etməz.Sənin də, bizim də dilimiz var.Sənin həyatını, durumunu danışsaq, desək, azyaşlı övladlarını səndən almağa heç vaxt məhkəmə yol verməz, lap Ətayədən, Cəmildən yüzü gəlsə belə.Axşam döyüldüyü zaman burnunun qanı pal-paltarına, yatağına, döşəməyə tökülmüşdü.Düşündü ki, qanı yuyub-təmizləyim, Rəhim görməsin, onsuz da mənim həyatım onların da yediyini-içdiyini haram eləyib, qoy heç olmasa qanı görməsin.Adətən suyu Kür çayından gələn böyük su arxından vedrələr, sərniclə daşıyırdı kənd adamları.Bundan əlavə su daşımaq əzabını bir az azaltmaq üçün hər kəs həyətində su quyusu qazdırmış, iplə quyudan su çəkib istifadə edirdilər.Gecəni heç yatmayan, çox qəm çəkən Sənubərin südü çəkilmişdi tamamilə.Odur ki, altıaylıq oğlu da çox narahat idi.Uşaq aramsız ağlayır, yatmaq bilmirdi.İşi başından aşan Sənubər uşağı sakitləşdirə bilmirdi ki, bilmirdi.O, məcbur olub böyük bir şalla uşağı kürəyinə bağladı.Çox zamanlar belə etməyə məcbur olurdu o zamanın kənd qadınları.Çünki evin bütün təmizlik işləri əllə görülürdü, vaxt aparırdı.Anası ilə təmasından sanki uşaq bir az sakitləşdi, yuxuladı.Bundan sevinən Sənubər işlərini qardaşı gələnə kimi bitirməyə çalışdı.Xatırladı ki, tövlədə quzulara da su verməyib səhərdən bəri.İp bağlanmış vedrəni götürüb su quyusunun yanına getdi.Vedrəni suya atdı, dolu vedrəni çəkməyə başladı, hiss edirdi başı gicəllənir, amma əhəmiyyət vermirdi.Yuxusuzluqdan, yorğunluqdan bu halda olduğunu düşünürdü, İşlərini bitirib bir az dincəlsə, keçəcəyini zənn edirdi.Vedrəni çəkib suyu boş qablara tökdü, yenidən quyuya salladı və bir daha vedrəni çəkəndə…başı necə gicəlləndisə, belinə şalla sarıdığı uşağın da ağırlığıyla özünü saxlaya bilmədi, uşaqla birlikdə su quyusuna düşdü.Su quyusu yenicə təmizlənmiş olduğu üçün dərin idi.Sənubər bir anlığa huşunu itirdi, suya düşərkən uşağın ondan əvvəl suya düşdüyünü anlayınca suya ayağıyla təkan verib ayaqda durmağa çalışdı.Başı sudan qalxar‐qalxmaz var gücüylə çığırdı.Anasının quyuya düşdüyünü görən qızı da bərkdən çığırıb ağlamağa başladı.Bu anda kənd sovetliyinin sədri Xaliq kişini sanki Allah yetirdi.Əvvəl qapını döyən sovet sədri həyətdən uşağın bərk çığırdığını eşidib hövlnak həyətə girdi.Uşaq onu görər-görməz quyunu göstərib “ana” deyə çığırırdı.Xaliq kişi quyuya yaxınlaşanda qadının quyudan çığırdığını eşitdi. Tez: – Qorxma, bacım, qorxma, ‐ dedi Paltar zivəsini yuxarı qaldırmaq üçün dayaq kimi istifadə edilən böyük ağacı qapıb quyuya yaxınlaşdı. ‐ Ucundan tutun bunun, buraxmayın. Sənubər havalanmış kimi “Uşaq sudadır” deyə çığırırdı. Rəhim həyətə girər-girməz bu mənzərədən şoka düşdü.Səs-küyə qonşular da yığılmışdılar.Rəhim quyuya düşdü, əvvəl bacısını, yuxarıdan Xaliq kişinin köməkliyiylə sudan çıxardılar.Sonra uşağı da sudan çıxarsalar da, artıq uşaq özündə deyildi.Təcrübəli adamlar nə qədər yardım etsələr də, nəticəsiz oldu, uşağın ağzından bir az köpük gəlib sonra kəsildi.Uşağın cansız olması, boğulub ölməsi hamıya əyan oldu.Sırım-sıplaq suyun içində olan Sənubər öz halını düşünmədən uca səslə ağlayır, başına döyürdü, keçirdiyi dəhşətli sarsıntıdan o, huşunu itirdi. Rəhim xəstəxanaya zəng eləyib təcili yardım maşını çağırdı.Yardıma gələn həkimlər uşağın artıq keçindiyini təsdiqlədilər, Sənubərə özünə gəlməsi üçün bir neçə iynə vurdular.Sənubər bütün dərdlərini unudub övladının ölümündə özünü suçlayırdı.Qonum-qonşular onu sakitləşdirməyə çalışır, “Allahın yazısıdır, qismət beləymiş” deyə ona təskinlik verməyə çalışırdılar. Bu hadisə Cəmilə, onun zalım anası Ətayəyə Sənubərdən qurtulmaq üçün göydəndüşmə bəhanə oldu.Sanki özü-özünə düşmən imiş Sənubər.Ağır, məşəqqətli ailə həyatından, övlad itkisindən irəli gələn üzüntülər onun sinirlərini tamamilə pozmuşdu.Bu vəziyyətdən istifadə eləyən Cəmil qadını “ağlını itirib” adıyla “ağıl xəstəxanasına” apardı və beş‐altı ay orada qalmasına nail oldu. Müəyyən müddətdən sonra psixoloji dispanserdə həkimlər qadının ağlının yerində olduğunu, keçirdiyi psixoloji gərginliklərdən bu hala gəldiyini müəyyən etdilər və onu evə buraxmaq üçün ailəsini çağırdılar. Cəmil: – Mənə dəli qadın lazım deyil, – dedi və onu evinə gətirmək istəmədiyini bildirdi.Sənubər həkimlərə ata evinin telefonunu verib atasını, ya qardaşını çağırmalarını istədi. Qardaşı onu xəstəxanadan birbaşa ata evinə gətirdi.Cəmil açıq-aşkar kimsədən gizlətmədən əxlaqsız qadının evinə gedir, ya da onu öz evinə, uşaqlarının yanına gətirirdi.Bir müddətdən sonra xəbər çıxdı ki, Cəmil həmin qadının 16 yaşlı qızı Reyhanla evlənib və onu evinə gətirib. Ətayənin, bibilərinin, Reyhanın azyaşlı uşaqlara təbliğatı öz işini görmüşdü.Uşaqlar da Cəmilin gətirdiyi Reyhana isinişmiş, daha anaları üçün ağlamırdılar.Bütün başına gələnlərin günahkarı özü olduğunu anlayan Sənubər gecə-gündüz düşünür, ağlayır, xiffət eləyirdi.Kimsə ilə qəti danışmır, insanlardan qaçır, övladlarına qovuşacağı gün üçün yaşayırdı. Beləcə aylar, illər keçdi.Nisbətən sakitləşmiş Sənubər əvvəlki kimi guşənişin olsa da, artıq ev işləri görə bilir, atası və qardaşı üçün yemək hazırlayırdı.Böyük qardaşı evlənmiş və özünə yeni ev tikdirib ata evindən ayrılmışdı.Qardaşının yoldaşı çox mehriban inşan idi.Tez-tez onu yoxlamağa gəlir, fikrini dağıtmaq üçün söhbət eləyir, gülüb-danışırdı.Bir gün söz arası ona: – Canım, xəbərin var, el arasında Cəmilə ad qoyublar? Cəmil adını eşidən Sənubər haldan-hala düşdü.Xasiyyətinə xilaf olaraq soruşdu: – Nə adı qoyublar ki? – “Allahsız Cəmil” deyirlər ona.Vallah, xalqın gözü tərəzidir.Onun sənə çəkdirdiklərinə görə veriblər bu adı ona yəqin. Bir gün Sənubər cəsarətlənib qardaşı Rəhimə “mən uşaqlarımı istəyirəm. Məhkəməyə müraciət eləməkdə yardımçı ol mənə, Rəhim, uşaqlarımı istəyirəm”-deyə ağladı Qardaşı onu sakitləşdirib: “Mütləq uşaqlarını o qansızın əlindən alacam”, deyə bacısına söz verdi və bir neçə gündən sonra artıq məhkəməyə müraciət etmək üçün ərizə yazdığını bildirdi, bacısına qol çəkdirib apardı.Çox çəkmədi ki, Sənubəri rayon mərkəzinə, məhkəməyə çağırdılar.Rəhim bacısını da götürüb məhkəməyə getdi.Cəmili kənardan görən Sənubər həyəcandan huşunu itirmək dərəcəsinə gəlmişdi.Qardaşına “çox qorxuram, ala bilməyəcəm balalarımı bundan” -deyə təlaşlandığını bildirdi. Qardaşı: – Heç qorxma, o, Allah deyil ki…Cəmil atadırsa, sən də anasan.İnşallah alarıq uşaqları, – deməklə ümid verdi Sənubərə. Məhkəmənin aparıcısı hər iki tərəfi dinlədikdən sonra zaman təyin etmişdi ki, uşaqların iştirakı ilə bir də məhkəmə iclası keçirilsin, uşaqların da istəyi nəzərə alınmaqla ədalətli qərar verilsin.Sənubərin ürəyində ümid qığılcımları yaranmışdı ki, hər halda uşaqlar onu istəyəcək. Düz 15 gün sonra onlar yenidən rayon mərkəzinə çağırıldılar.Məhkəmə başlamazdan əvvəl foyedə qızlarını görən Sənubər quş kimi övladlarına sarı uçdu.Amma uşaqlar ona yad adam kimi baxırdılar.Heç birisi anasının çağırışına əhəmiyyət vermədi, ona sarı gəlmədi.Cəmilin onun uşaqlarına ögey ana kimi gətirdiyi Reyhan özündən arxayın halda elə dayanmışdı ki, sanki uşaqları dünyaya o gətirmiş, o böyütmüşdü, Sənubər isə onun uşaqlarına sahiblənmək istəyən yad adam idi.Uşaqlarından bu etinasızlığı görən ananın ürəyi qırıldı, ümidi lap azaldı.Məhkəmə başlayan kimi Cəmil söz alıb Sənubəri “ağıl xəstəsi” olan birisi kimi qələmə verməklə, hətta xəstəxanadan bu barədə xəstəlik tarixçəsi belə ala biləcəyini, qadının heç bir yerdə işləmədiyini, yəni uşaqları maddi cəhətdən də təmin etmək iqtidarında olmadığını və uşaqların onu istəmədiyini əsas gətirib uşaqların onun himayəsində qalması üçün qərar verməsini məhkəmə heyətindən xahiş etdi.Hakim uşaqlardan kiminlə qalmaq istədiyini soruşanda hər iki uşaq atasını və ögey anasını göstərdilər.Bütün ümidləri, gözləntiləri puça çıxan Sənubər həyatdan, dünyadan küskün kimi döndü ata evinə.Axşam kimsənin söhbətinə qoşulmayan, heç bir təsəlliyə reaksiya verməyən qadın səhər atasını, qardaşını işə göndərib hər il yay‐payız aylarında tərəvəz turşusu tutmaq üçün saxladığı, el arasında “uksus” deyilən sirkəni başına çəkdi.1‐2 qurtum içdimi ya yox, bütün bədəninin, boğazının alovlandığını, huşunun itdiyini hiss etdi və yerə yıxıldı. Hər kəsdən qaçdığı üçün gəlib‐gedən də yox idi Sənubərin ata evinə. Axşamüstü işdən dönən Rəhim inəyin qapıda qaldığını görüb təəccübləndi.Heyvanı axura salıb “Sənubər” deyə bir-iki ağız çağırdı.Bacısı cavab vermədiyi üçün yuxarı qalxıb onun yatdığı otağın qapısını açanda bacısının yerdə qəribə halda, sanki qovrulmuş kimi yatdığını gördü.İşığı yandıranda onun ağzından axan qanın yerdə qurumuş olduğunu görəndə anladı ki, bacısı saatlar öncə bu vəziyyətə düşüb Tünd sirkə iyindən onun intihar etdiyi bəlli oldu.Rəhim bacısına yardım etmək istəsə də, artıq çox gec idi.Sənubər ətrafında olan zalımların ədalətsizliyinə dözməyib canına qəsd etmiş və artıq həyatla vidalaşmışdı…
Bu gün səssizcə saçlarım simama dağılan göz yaşlarımı silirdi.O qədər qorxurdular ki,məndən,danışmadan silirdilər.Bilirdilər,onlar hər şeyi bilirdilər,ancaq dinməzdilər.Bu dəli,vəhşi,ancaq lal şəhərin hökmü üstümdə idi.İllər keçmişdi,artıq əllərimdəki,simamdakı qırışlardan göz yaşlarım quruyub damlalarını ləkə qoyaraq tərk edirdilər məni.Tək saçlarım və ruhumdan başqa…Ruhum bölünmüşdü.Parça-parça şəkilləri böldüyüm kimi o da ətrafa səpələnmişdi.Bilirdi onunla düşmən olduğumu,ancaq mənə nəfəs verən tək ruhum idi.Evimin köləsi kimi çalışdırırdı artıq məni.Sevgiyə bürünmüş musiqi notlu saçlarımı kəsib,ovuclarında oynadırdı.Elə bilirdilər o dəli şəhər lal idi,yox,yox! Məni lal edən,yaşadan da ruhum idi.O ruh dəli olmuşdu…Hər şeyimi çalmışdı,tək gözlərimdən başqa.O susqunluğa məhkum edərkən məni,özü Ayın ləkələrinə məlhəm olurmuş…Mənmi? Mənsə,uzun saçlarımı qaranlıq otağın divarlarına sarırdım…Bir gün gedəcəkdim o dəli şəhərdən,çünki o dumanda ölmüşdü baxışlarım.Yalançı gözlərim mənimlə addımlayırdı…
Qərar verdim.Bu məktubu dörd divara sarılmış saçlarıma əmanət edib gedəcəkdim.
Bu səfər sətirlərin susqunluğu danışacaq.Saçlarımı kəsdirməmişəm,ancaq dənizin dalğalarına bəxş etmişəm.Gözlərimmi? Gözlərimi soruşmayın məndən.Onlar bir az kövrəkdir,hamıdan gizlədirəm.Tək…Tək xatirələrimdən gizlədə bilmirəm.
Çayın nəfəsi bir az da olsa,sakitdir bu gün.Kitabların əlləri insanı sakitləşdirib.İnsanın hiss etdiyi o çay,əslində göz damlalarının bir yerə toplaşıb danışmasıdır.O içdiyi çay deyil,o sadəcə görünüşdür.Sadəcə o insanın göz yaşları özlərini çaya bənzədib.
Mən də bu gün çayımı içmədim.Əslində,həmişə yazı yazarkən içərdim,ancaq bu yazı kənardan çalınan rəngli musiqi notlarıyla yazılmır.Bu yazı hüznlü səslərə sarılmış,siyah və bəyazın həsrət ocağında kül olan notlarla yazılıb.O notlar da mənim baxışlarım kimi susqundur.
Bəlkə də bu sətirləri oxuduqca qan axan əllərimi izləyəcəksiz.Burada bir tarix yaşanmayacaq bəlkə,ancaq xatirələrim qalacaq.Bu məktubda nə yazacaqlarımı bilmirəm.Divarlarda gəzən darıxıram səslərini duyduqca dəli oluram.Tək diləyimi yazacam və bu məktub burada da sonlanacaq…
Aparın məni o dənizin uçurum olduğu yerə.Ayaqlarımı basdıqca nə ölümümə,nə azadlığıma deyil,üstümə çökmüş o kədər qoxusunu atmaq üçün aparın.Qaçım,dolaşım,qışqırım yalnız o dənizin önündə.Yanğın başladın,öldürün o lal-kor şəhəri,ancaq məni yalnız buraxın.Bir gün öləcək,bir gün diriləcəyəm.Bir az qorxunc olacaq,bilirəm,siz bunu sadəcə kabus olaraq düşünün! Mən kabuslarımı sevdiyim kimi siz də bir günlük sevin,nolar axı! O dəniz xatirələrimi yaşadacaq tək dünyamdır.Lal-kor şəhərsə,xatirələrimi,hətta məni belə öldürəcək qədər qəddardır.İndi isə gedin.Məni yalnız buraxın.Yalnız bu gün…Mən özümə geri dönəcəyəm…
(Fazilova (Rəhimova) Nuranə Rafail qızı yaradıcılığı haqqında)
Salam olsun, çox dəyərli oxucum. Şükürlər olsun Böyük Allaha ki, sizlərlə daha bir görüş payı qismətimiz oldu. Söhbətimizin əsas qayəsi, məqsəd-məramı ədəbiyyat üfiqlərində yenicə parlamağa başlayan, ziyasından həm danın sökülməsini, həm də qürubun bitməsini gözləyənlərin eyni dərəcədə nur alıb, hənirtisinə isinə biləcəkləri ziyadarı sizlərə təqdim etməkdir. Lakin söhbətə başlamazdan əvvəl bir məsələyə toxunmağı özümə borc bildim. Əslində bu yeni məsələ deyil. “Yazarlar və yazılar”, “Təranə Məmmədin Toru”, “Çağdaş örnək yazarlar” və digər yazılarımda, ümumiyyətlə ədəbiyyatdan, müasir yazarlardan söhbət düşən məclislərin çoxunda bu barədə söhbət etməyi daim özümə borc bilmişəm. İndi də əsas məsələyə, yəni Nuranə Rafailqızının təqdimatına keçməzdən əvvəl bu məsələyə qısa münasibət bildirmək istəyirəm. Hal-hazırda tanıdığımız söz adamlarını iki müxtəlif baxış bucağından qısa dəyərləndirsək, belə bir mənzərə ilə rasatlaşırıq. Müasirimiz olan, artıq kifayət qədər ölkə və hətta onun hüdudlarından kənarda kifayət qədər tanınmış yaşlı nəslin nümayəndələri. Müstəqillik dövrümüzün ilk illərindən tanınmağa başlayanlar və artıq tanınmışlar. Hələ sovet dövründən yazmağa başlayanlar və müstəqillik dövründə onlara qoşulmuş gənclər də daxil olmaqla bir qrup yazarlar da var ki, onların yazdıqlarının keyfiyyətindən asılı olmayaraq tanınmayanlar və ya olduqca məhdud çərçivədə tanınanlar. Bu məsələnin bir tərəfi. Məsələnin ikinci maraqlı tərəfi məhz bu təbəqələşmənin formalaşmasında mühüm rol oynayır. Yuxarıda üç qrupda təsnifatlaşdırdığımız yazarları indi ümumilikdə iki əsas qrupa bölə bilərik. Birinci ədəbiyyatçılar, yazarlar, ən azı mətbuatla az-çox əlaqəsi olan şəxslər arasında, yetkin ədəbi mühitdə formalaşan qələm adamları, ikinci isə ədəbiyyatla heç bir əlaqəsi, heç filoloji təhsili də olmayan, heç bir ədəbi əhatəsi olmayan, olduqca müxtəlif peşə sahiblərindən ibarət yazarlar qrupu. Onların nə, hansı keyfiyyətdə yazmağından asılı olmayaraq bu iki mühüm amil yazarlarımızın yaradıcılığına əhəmiyyətli dərəcədə öz təsirini göstərir. Bu yazının üzdə görünməyib, özülündə dayanan əsas məqsədi məhz bu təsiri azaltmağa xidmət etməkdən ibarətdir. Çünki, sizlərə təqdim edəcəyim çox istedadlı qələm adamı, söz mucidi, sözlərlə zərgər dəqiqliyi, cərrah həssaslığı ilə davranan Nuranə Rafailqızı da ixtisasca həkim olmasaına baxmayaraq, artıq müəyyən bir auditoriyaya sahib şair kimi tanınmağa başlayıb. Onun yaradıcılığına keçməzdən əvvəl istərdim ki, həyat yoluna qısa bir nəzər salaq.
QISA ARAYIŞ:
Fazilova (Rəhimova) Nuranə Rafail qızı 1981-ci ildə Göyçay rayonunda dünyaya göz açmışdır. Orta məktəbi burda bitirdikdən sonra , Odlar Yurdu Universitetinin “müalicə işi” fakültəsinə qəbul olmuşdur.2007-ci ildən ixtisası üzrə Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim vəzifəsində çalışır.
Ədəbi fəaliyyətə hələ uşaq yaşlarından başlayaraq, tez-tez rayon və məktəb tədbirlərində öz şeirləri ilə çıxış etmişdir. Şeirləri mütəmadi olaraq Nuranə Rafailqızı təxəllüslüyə “Milliyyət” qəzeti, “Herba-flora”, “Yazarlar” jurnallarında işıq üzü görmüşdür. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Kiçik yaşlı uşaqlar üçün nəsr, nəzm və dram əsərləri” müsabiqəsində 4-cü yerə layiq görülmüş, qalib əsərlərin yer aldığı kitabda 18 şeiri çap olunmuş, məktəb kitabxanalarına paylanmışdır. 2018-ci ildə Göyçay rayonunda təşkil olunmuş “Beynəlxalq Nar Festivalında” nara həsr olunmuş şeir müsbiqəsində “Göyçayın narı” şeiri ilə iştirak etmiş, 3-cü yerlə mükafatlandırılmışdır. 2021 -ci ildə çapa hazırlanmış ”Həkimlərin söz dünyası” kitabında 10 şeiri ilə həmkarları arasında yer almışdır. 2021-ci ildə “Gəlirik Qarabağ” poeziya antologiyası kitabında 13 şeir və “Kimlərə qaldı dünya”, “Nizami Gəncəvi – 880” antologiyasında 15 şeiri dərc olunmuşdur. “Həyat bizi səsləıyir” anologiyasında yer almışdır. 15.04.2021 tarixində Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Qızıl qələm” media mükafatı laureatı olmuşdur. Nuranə Rafailqızı eyni zamanda KİV tərəfindən “Fəxri şair” diplomuna layiq görülüb.
Yuxarıda sadaladığım obyektiv və subyektiv səbəblərdən qaynaqlanaraq yaranan təqəqələşmə və qruplaşmaların aradan qaldırılmasında, bu mümkün olmasa belə ən azından nəticələrin xəfifləşdirilməsinə öz töhfəsini verə biləcək yeganə vasitə təmənnasız, heç bir əlavə məqsəd güdməyən, ilham mənbəyi, qaynağı söz olan ədəbi tənqid ola bilər…
Keçək əsas məsələyə. Kimdir? Nədən yazır, Nuranə Rafailqızı? Şair haqqında qısa arayışdan da görürük ki, Cəmiyyətdə formalaşmış və ya bilərəkdən bu cür təqdim olunan “əlində bir peşəsi olmayan şairlikdən yapışır” fikrinin əksinə olaraq görürük ki, Nuranə xanım ən vacib və belə demək mümkünsə prestijli peşələrdən birinin sahibi – həkimdir. Günümüzün reallıqlarına baxsaq “başını qaşımağa vaxtı yoxdur…”, ancaq şeir yazmağa zaman ayıra bilir. Yəni əslində şeir özünü yazdıraraq, həkimin vaxtını alır. Onu yorğun iş saatlarından sonra gecələri də yatmağa qoymur, qəlbini sızladır, ruhunu titrədir, misra-misra doğulur, böyüyür, qayğı-diqqət tələb edir. Onu incidir, yorur… Səhifə-səhifə, kitab-kitab həkim olmuş adamı söz-söz, misra-misra şair edir. Bu taledən qaçmaq mümkündürmü?! Böyük qətiyyətlə və tam əminliklə bu suala belə cavab verirəm ki, xeyr, bu əsla mümkün deyil. Ruha hopmuş kəlmə-kəlmə şeir, bətnə damla olaraq düşmüş döl, kürəyə damcı-damcı dolmuş su kimidir. O, öz məqamında mütləq zühur etməlidir. Deməli, belə nəticəyə gəlirik ki, şeir yazmağın, şair olmağın bu həkim xanıma gətirdiyi bütün məhdudiyyətlər və məhrumiyyətlər müqabilində bəxş etdiyi yeganə mənfəət könül rahatlığı, ruh sakitliyidir. Sizcə bu əzab-əziyyətə dəyərmi? Əgər bu qədər müxtəlif peşə sahibləri özlərinin, ailələrinin ruzisini qazanaraq, gündəlik keçimlərini sağladıqları sənətləri ilə yanaşı ikinci ağır və məsuliyyətli bir işin altına girib əlavə öhdəliklər götürürlərsə,deməl,i burada bir hikmət var.
Nurənə Rafailqızının yazdıqlarına qısa bir nəzər yetirək. Məsələn, “Mənəm!” şeiri bax elə başlayır:
Bir ev var ki, uzaqlarda
hasarı yox, çəpəri yox.
Nə gələni, nə gedəni,
nə qalan bir nəfəri yox.
Bu günəşdən, bu səmadan,
bu həyatdan xəbəri yox
toz basmış, kifə bürünmüş
Bax,
həmən o otaq mənəm…
Bu misraları əbəs yerə seçmədim. Nuranə Rafailqızının özünü oxucusuna təqdim etdiyi “mən” bu nümunəyə qədər danışdığımız bütün məsələlərlə müəyyən dərəcədə bağlıdır. Bu misralarda müəllifin təqdim etdiyi “mən” ilk baxşda bir şəxslə bağlı görünsə də, əslində bu belə deyil. Bu “mən” diqqətsiz misra, dərc olunmamış şeir, tənha fərd, ucqar kənd, oxunmamış kitab, tikilməmiş ev, uzun illərdir yanmayan soba və s. və i.a. uzanaraq, sicilləmə bir siyahı yarada bilər.
Və ya digər bir misala nəzər salaq. “Bir az səssizlik, bir az sənsizlik” adlandırdığı şeirində Nuranə Rafailqızı yenə yuxarıda toxunduğumuz bütün məsələlərdən söhbət açır. Şairin ifadələrində bu qədər dəqiq olması onun dəqiqlik və həssaslıq tələb edən peşəsindən qaynaqlandığını düşünmək olar. Ancaq yenə və yenə arzu, istəkləri nə qədər fərdiləşdirmək istəsək də onlar hamısı ümumidir. Yəni şair Nuranə Rafailqızının yazdıqlarını yalnız həkim Fazilova (Rəhimova) Nuranə Rafail qızını narahat edib, onun şəxsinə aid məsələlər kimi xarakterizə etmək böyük yalnışlıq olardı. Aşağıdakı arzu və istəklərin xalqın içərisindən çıxmış, hər gün onlarla ayrı-ayrı şəxslərlə ünsiyyətdə olub, istər-istəməz onların da dərdləri ilə yüklənən bir loğmanın, təbibin uca Yaradandan ümumi təvəqqesi kimi səslənir:
Bir stəkan çay istəyirəm,
yanında da limonu.
Bir qırıq qənd parçası,
bir kağız, bir qələm
cızmaqara edim onu…
Vəssalam,
mənə bu da yetər hələlik!
Gün batar, ay doğar,
bir az səssizlik, bir az sənsizlik…
Əgər şairin ” Bircə sən yoxsan dünyamda” adlı şeirinə diqqət yetirsək, “Bir az səssizlik, bir az sənsizlik” adlandırdığı şeirdəki fikirlərin davam etdiyini, sonsuz mənəvi ehtiacların ödənməsində bütün maddi aləmin gücsüz qaldığını görürük:
Hər şeyim var..
Başımı salmağa evim-ocağım,
Qısılıb yatmağa küncüm-bucağım.
Halal zəhmət ilə rahat çörəyim,
Bir kitab yazacaq odlu ürəyim.
Bircə sən yoxsan dünyamda,
Yalnız arzumdasan, yalnız xülyamda…
Hər şeyim var…
Qızılım, mirvarim, incim-sədəfim,
Əqidəm, imanım, yönüm, hədəfim.
Başımın üstündə duran Allahım,
Xoşbəxt gələcəyə gedən sabahım.
Bircə sən yoxsan dünyamda,
Elə ona görə də
heç nə görünmür gözümə,
Bəzən, özüm də yad gəlirəm özümə…
Bircə sən yoxsan dünyamda,
Bircə sən yoxsan deyə
dağılır dünyam da…
Şair Nuranə Rafailqızının kim olub, nədən necə yazdığı aşağıdakı nümunələrə nəzər saldıqda daha aydın görnr. Dünyanı bürüyən pandemiya şəraitində həkimlərin fiziki, zehni və həmçinin də duyğu yükünun nə qədər artdığının şahidi oluruq. Bu yerdə qeyd edim ki, Nuranə xanım xəstəliyin aşkarlandığı ilk günlərdən Ağdaş Pandemiya Mərkəzinə ezam olunaraq Covid -19 virusuna yoluxmuş xəstələrə stasionar həkim kimi yorulmadan xidmət edir.
Kimi cavan, kimi qoca,
kimi körpə qucağında.
Bir havanın həsrətində,
bir nəfəsin sorağında.
Gecələri sakit-səssiz
xəstəxana otağında
Sübhə kimi cırıldayan
bax həmən o,
yataq mənəm!
Bəli, məhz vəzifə borcunu yerinə yetirməkdən əlavə, sübhə kimi uyumayan, narahat xəstələrin yerinə özünü qoymaq, əsl vicdanlı həkim, duyarlı şair ürəyinin bariz nümünəsidi!…
Nuranə xanımın yaradıcılığina geniş nəzər salsaq onların arasında zaman-zaman, torpağına, yurduna bağlı vətəndaş:
Elə ki, mən boy atdım,
yeridim addım-addım,
Anam tutub əlimdən,
bu daşı, bu torpağı,
bu otu, bu yarpağı,
yaşadığım küçəni,
qızındığım ocağı
Göstərib Vətən deyib!
Övladına bağlı, qayğıkeş, Ana:
Böyü, boy at, adın-sanın
qoy yayılsın eldən-elə!
Sən doğmusan həyatıma,
dərdim yoxdu günü bu gün
ölsəm belə, ölsəm belə!
Bəzən səs-küydən qaçıb tənhalığına sığınan qələm sahibi:
Bir stəkan çay istəyirəm,
yanında da limonu.
Bir qırıq qənd parçası,
bir kağız, bir qələm
cızmaqara edim onu!
Vəssalam,
mənə bu da yetər hələlik!
Gün batar, ay doğar…
bir az səssizlik, bir az sənsizlik…
Hərdən həkim, hərdən xəstə:
Ağzımızın ləzzəti yox,
dadı qaçıb, tamı qaçıb.
Dünyada adam qalmıyıb,
sonuncu adamı qaçıb!
Gecələr yuxum da qaçaq,
yorğan-döşək gəlir cana,
Elə hey dönüb, dururam
gözüm dikilir tavana.
Gündüzləri çalmaz qapım,
nə qonşum var, nə qonağım
Öz evimdə dəfn olmuşam,
daş məzarım, daş otağım…
Qurda-quşa ehtiyac yox,
öz içim özümü yeyir!
Mən deyirəm, kefim yoxdu!
Həkimlər, depresiya deyir…
Atasının itkisi ilə barışmayan övlad:
Bu ayrılıq uzun oldu, bitmədi…
Əzrayıla xəbər saldım, yetmədi!
Nə sən gəldin…Nə də qızın getmədi.
Səndən sonra…
Dost yolunda can qoyan, etibarlı dost:
Sədaqət örpəyi, etibar əyni,
Deyim, pozulmasın dostun eyni.
Baş qoyub gülməyə yarımınçiyni,
Ölməyə dostumun qucağı gözəl!
Dünyadan üz çevirib, Tanrıya üz tutan filosof:
Əzab çəkir içimdəki dəli ruh,
Biləmmirəm nə savabdı, nə günah?!
Aç göylərin qaş-qabağın biryolluq,
Bulud qoymur səni görüm, ay Allah!
Hərdən təbiət aşiqi:
Baxıb sərv boyuna, şux duruşuna,
Lap heyran olmuşam adi daşına.
Dumandan örpəyin atıb başına.
Mat qaldım dağların ismətinə mən!.
Hərdən də uşaq kimi saf, zərif bir qadın:
Mənə bir az nağıl danış,
bədheybətin sarayından.
Bəxtimə yaman az düşüb,
nənəmin noğul payından.
Yaxşıları xoşbəxt elə,
pisləri çək sonda dara!
Mən hələ də, uşaq kimi
inanıram nağıllara…
Duyğularım, istəklərim
darma-duman, qarma-qarış.
Başımı qoyum dizinə,
mənə bir az nağıl danış!..
obrazlarına rast gəlmək olar.
Biz işinin ustası peşəkar həkim, hər kəlməni bir-bir ruhunun süzgəcindən keçirən sevimli şair Nuranə Rafailqızının uzun və şərəfli bir yaradıcılıq yolunun başlanğıcında olduğuna, onun bir-birindən dəyərli sənət əsərləri ortaya qoyacağına inanırıq. Yəni onun bütün gələcəyi, həyatı, yaradıcılığı hələ qarşıdadır. Şübhəsiz ki, bu belədir.
Onu da qeyd edim ki, mən bu yazını “Kredo” qəzetinin növbəti sayı üçün yazarkən Nuranə Rafailqızının “Həkimlər depresiya deyir…” adlı ilk şeirlər kitabı artıq nəşr üçün hazırlanır. Kitab çap olunana qədər qəzetimizin növbəti saylarında Nuranə Rafailqızının qəlbləri riqqətə gətirən şeirlərindən bir neçəsini diqqətinizə təqdim edəcəyik. Nuranə xanıma yaradıcılığında və bütün digər fəaliyyətlərində uğurlar arzu edirik. Uğurlarınız bol olsun, Nuranə xanım! Sona qədər həmsöhbət olduğunuza görə təşəkkürlər! Sağ olun!