MEHRİ AĞDAMLI (ƏLİYEVA) – ŞEİRLƏR

MEHRİ AĞDAMLI (ƏLİYEVA) – şair.

ŞƏHİDLƏR ÖLMƏZ,VƏTƏN BÖLÜNMƏZ

Tarix yaşadacaq həmişə sizi,
Şəhidlər ölməz,Vətən bölünməz.
Müqəddəs tutacaq şəhidimizi,
İgidlik yaşayar,igidlik ölməz,
Şəhidlər ölməz,Vətən bölünməz.
* * *
Qanınızla yazdız siz adınızı,
Vətən deyib tökdünüz qanınızı,
Verdiz Vətən üçün son damlanızı,
İgidlik yaşayar,igidlik ölməz,
Şəhidlər ölməz,Vətən bölünməz.
* * *
Siz ellər oğlusuz,elin qurbanı,
Qazandız müqəddəs şəhid adını,
Lərziyə gətirdiz,dağı qayanı,
İgidlik yaşayar,igidlik ölməz,
Şəhidlər ölməz,Vətən bölünməz.

MƏNİM BAYRAĞIM

Yellən üç rəngli bayraq Vətənimin üstündə.
Qoy düşmənlər kor olsun bayrağımı görəndə.
And yeri olmusunuz mənim odlar elimdə,
Elin qeyrət rəmzısız,gülüstan vətənimdə.
Qoy düşmənlər kor olsun bayrağımı görəndə.
* * *
Mehridə uzaqlardan sənə baxsın fəxr etsin.
Türk bayrağı səninlə səmaları hey dəlsin.
Simvolusan yurdumun,qoy bunu ellər bilsin,
Qalxsın bütün dünyada hey calınsın təbildə,
Qoy düşmənlər kor olsun bayrağımı görəndə.

Sevgi dolu bir dünyamsan ay Vətən

Ana deyib torpağına sarıldım,
Sevgi dolu bir dünyasan ay Vətən.
Qucağında illər ötdü boy atdım,
İlhamı vüqarımı aldım səndən,
Sevgi dolu bir dünyasan ay Vətən.
* * *
Üç rəngli bayrağın and yerim oldu,
İgidlər yolunda müntəzəm durdu,
Ordum düşmənlərin gözünü oydu.
İlhamı vüqarımı aldım səndən,
Sevgi dolu bir dünyasan ay Vətən.

Mehri deyər ölüm haqdı yolunda,
Neçə şəhid uyuyub torpağında,
Bir əsgərəm məndə cəbhə boyunda.
İlhamı vüqarımı aldım səndən,
Sevgi dolu bir dünyasan ay vətən.

LAÇIN QARTALI
( Vətənin qəhrəman övladı Əsədov Toğrul Xankişi oğlunun şərəfinə itahv edirəm)
Dağlara səs saldın, deyib gəlirəm,
Elin şah vüqarı,Laçın Qartalı.
Qəlbin yaralıydı yaxşı bilirəm,
Dağlara şığadın Laçın övladı,
Elin şah vüqarı,Laçın Qartalı.
* * *
Dolama yollardan zəfərlə keçdin,
Dağlar bulağından sulardan içdin,
Zəfər bayrağıyla elinə girdin,
Dağlara şığadın Laçın övladı,
Elin şah vüqarı,Laçın Qartalı.
* * *
Mehri heyran oldu şah vüqarına,
Zəfərlə sən çatdın arzularına,
Sən müjdə gətirdin öz torpağına,
Dağlara şığadın Laçın övladı,
Elin şah vüqarı,Laçın Qartalı.

Ağaran saçına mən qurban ana

Uca dağlar kimi ağarıb başın,
Ağaran saçına mən qurban ana.
Yaman qocalmısan artıbdı yaşın,
Səni oxşayaram mən yana-yana,
Ağaran saçına mən qurban ana.
* * *
Yaman tövşüyürsən yeriyəndə sən,
İstərəm əlində əsa olam mən,
Sinəndə yaradı bilirəm vətən.
Mən qurban olaram ana adına,
Ağaran saçına mən qurban ana.
* * *
Yanağına düşən yaşın olaydım,
Ağaran saçına həna qoyaydım,
Mehrinəm səninlə bir qocalaydım.
Necə məlhəm qoyum sənin yarana,
Ağaran saçına mən qurban ana.

YURDUMDA OLMƏK İSTƏRƏM
(öz torpaqinda
ölmeyi arzulayib
arzusuna catmayanlara
xatirə .Allah rəhmət eyləsin)

Necə ağır oldü sizə bu ölüm.
Yad torpağa əli açıq getdiniz.
Qalmadı sizlərdə artıq bir dözüm.
Fələk gəldi can vermək istəmədiz.
Yad torpağa əli açıq getdiniz.
* * *
Arzu muradınız ürəkdə qaldı.
Sizi qərib torpaq qoynuna aldı.
Gedəndə gözünüz dağlara baxdı.
Fələk gəldi can vermək istəmədiz.
Yad torpağa əli açıq getdiniz.
* * *
Mehri deyər ürəklərdə dərd yatır.
Neçə mələk neçə şəhid aparır.
Bu həsrətdə məni yaman yandırır.
Fələk gəldi can vermək istəmədiz.
Yad torpağa əli açıq getdiniz.

DÜNYANI SEVDİRDİN MƏNƏ,SƏN GÜLÜM

Mən səndən öyrəndim haqqın yolunu,
Dunyanı sevdirdin mənə,sən gülüm.
Qəlbimdə yandırdın sevgi odunu,
Dunyanı sevdirdin mənə,sən gülüm.
* * *
Sənin yollarınla bir oldu yolum,
Haqq olub haqq yolun,mən səndə duydum.
Nahaqq insanları yollarda qoydum,
Dunyanı sevdirdin mənə,sən gülüm.
* * *
Sevgiylə doldurdun Mehri dünyasın,
Tutdun qənşərimə həyat aynasın.
Qurdum gül bağçamda sevgi qalasın,
Dunyanı sevdirdin mənə,sən gülüm.
Müəllif:Mehri AĞDAMLI (ƏLİYEVA)

MEHRİ AĞDAMLI (ƏLİYEVA)NIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir