Səssizlikdən doğan fırtınanın möcüzəli sevgisi…
Qar dənəcəciklərinin xoşbəxtliklə qarşıladığı qış fəslini əslində şəhərin sakinləri imtahan verərək qarşılayacaqdılar.Həyat imtahanı…Acılarında boğulan əllərinə bıçaq batırıb,nəfəslərini kəsəcəkdilər,çünki onlar yaşamaq nədir bilmirdilər.Sevgisiz bir dünyanı təsvir edərkən dalğalı dənizdə boğulurdular.Qadınlar və qızlar da bu intiqamı bu səfər qırılmış,ölü saçlarından deyil,qəlblərinə gömdükləri sevgiylə alacaqdılar.Bu şəhərciyin sakinləri fırtınanın səssizliyinə dözə bilmirdilər.Onlar daima yaşayıb,yaradıb,çalınan musiqi notlarına tutunub ayaqda qalırdılar.Onların yaşamaq həvəsi zərrələrinə kimi toxunan,hətta fırtına qoparan sevgiyə deyildi, sevgi adlandırdıqları işgəncəyə məruz qalıb,acılarıyla boğulmaqları idi.Soyuq qışın üsyanında sarılardı onların əlləri kiçik qar dənəciklərinə,ancaq nolsun? Bir dəfə də olsun sarmazdılar yaralarını.O yaralardan fışqıran qan ətrafa boylanaraq baxın beləcə insanların qəlbini ələ keçirərdi…Tək Muraddan başqa…
Bəlkə həyatı doya-doya yaşamamışdı,ancaq həyat sevgisini əllərində deyil,ruhunda,qəlbində qorumağı bacarmışdı.Bəlkə də yeganə insan o idi…Ta ki, 1 oktyabr 2021-ci ilə qədər…
Bu hadisəni sizlərlə də bölüşəcəm,amma bir anlıq özünüzü dərin boşluğa atın.O boşluqda saatlarca savaşın,eynən Murad kimi.Anlayacaqsız nə söyləmək istədiklərimi…
Bu gün şəhərin ən hay-küylü zamanına təsadüf edirdi.Soyuq,kinli insanlar yenə öz dünyalarına qapılmışdılar.Səhər saatları 06:30 idi.Bomba partlayışının səsi hələ də qulaqlarımda cingildəyir.İnsanların evdən qaçışı gözlərimin önündən silinmir.Sanki ayaqlarını geridə qoyub,kölgələrini izləyərək qaçırdılar.Murad isə evində şirin yuxusunda idi.O an qapısının döyüldüyünü eşidib təlaşla ayağa qalxdı.Nişanlısı Dəniz nəfəsi kəsiləcəkmiş kimi içəri dalıb:
-Murad,qaçmalıyıq.
-Hara? Nolub Dəniz?
-Söz soruşma,tezz…Tez ol!
-Axı niyə? O küçədən gələn səslər nədir?
-Partlayış baş verib.Vaxtımız azdır.Gəl,əlini mənə ver,qaçaq bu şəhərdən!
-Yox,yox mən…
-Nolub axı?!
-Bağışla məni,Dəniz,mən bu səfər səninlə qaça bilməyəcəm.
-Sən dəli olmusan,Murad,yoxsa ağlını itirmisən?
-Yox,yox! Ancaq mən səni özümlə birgə təhlükəyə ata bilmərəm,əgər əcəlim gəlibsə,demək mən səninlə gələ bilmərəm.Əzizim,biz səninlə görüşəcəyik,heç narahat olma…
-Murad,mən…Mən sənsiz yaşaya bilmərəm! Mən solmuş çiçəklərləmi gələcəyəm sənin yanına?! Sən nə danışdığını bilirsənmi?
-Bilirəm,mən ölməyəcəm.Söz verirəm sənə,Dəniz! Söz!
Murad Dənizin əlini öz qəlbinin üzərinə qoydu və dedi:
-Biz qəlbdən qəlbə də sevəcəyik bir-birimizi.Tanrım bizi qovuşdursa,qovuşdurmasa da,sən mənim həsrətimin vüsalı olaraq qalacaqsan daima!
Dəqiqələr qalmışdı…
-Dəniz,qaç,canını qurtar bu vəhşi şəhərdən! Qaç!
-Muraaaaaad…
-Qaç!
Arxasına baxmadan qaçan Dənizin ayağı büdrədi…Bombanın partlayışına son dəqiqələr qalmışdı.Zaman getdikdə qısalırdı..Dəniz yerindəcə qaldı.Murad nəfəsi kəsiləcək qədər qışqırsa da,Dənizin tək sözünü xatırlayıram…
-Öləcəyəmsə,sənsizliklə deyil,bu dəhşətli şəhərin imtahanına çəkilməməkdən ötrü öləcəyəm! Və səndən alacaq intiqamı,qoy məndən alsın bu şəhər!
Murad evdən qaçıb Dənizin qollarına atıldı.Artıq çox gec idi…İki sevgili də bu şəhəri susduracaq həyat hekayəsi yaşatmışdı insanlara.Artıq mənim də üzərimə düşən qələmə almağım idi…
5 ay sonra…
Dəniz göz yaşlarını Muradın yanında gizlədərdi…Zülmətin səssizliyində qəlbində susmuş fırtına üsyan edərdi.Alovlanıb kül olana qədər hönkürtü çəkərdi gözləri.Heç kəsi,heç göz yaşlarına da düşünməzdi,zatən düşünsə idi o da tək Murad olardı…
Murad ayaqlarını,qollarını da itirmişdi.Onları itirsə belə onu ayaqda tutacaq sevgisi var idi.Dənizin qəlbində heç vaxt böyütmədiyi,əmanəti olan sevgi…
Başını Dənizin qəlbinə həyəcanla döyünən döyüntülərinə həmişə bu sözləri təkrarlayardı:
Sən yaşa.Sən yaşadıqca,mən də yaşayacam.Bax beləcə uşaq kimi qal,heç vaxt böyümə.Göz yaşlarını ver tök mənim saçlarıma,onlar islansa da olar.Təki sən Dənizin qəlbindən heç vaxt getmə.Mənimsə baxışlarımdan…
Müəllif: Səma MUĞANNA
SƏMA MUĞANNANIN DİGƏR YAZILARI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru