AYTAC İBRAHİM – ŞEİRLƏR

AYTAC İBRAHİMİN DİGƏR YAZILARI

ADSIZ ŞEİRLƏR

(…ruhun nəğmələri…)

Sənə əta edirəm ;
Bütün gələcəyimi,
keçmişimdəki hər şeyi…
Məndən sonra,
yandırın yazdıqlarımı …
Sağlığımda dinləmədiklərinizi,
yoxluğumda oxumayın …
Sənə diktə edirəm ;
Bütün ölmüşlərinin ruhu !
Uzaq durun dincliyimindən !
Yalnızlığım zövq verir ,
çoxluqda özüm də ağrıyam…
Deyirəm ki,
yaxınlaşmayın bir addım !
Sənə lütf edirəm ;
Gecələrin hüznünü oğrayıram,
gündüzlərin nəşəsini …
Saçımın hər telini yoluram,
qəlbimin hər döyüntüsünü …
Eybi yoxdur ,
bu da olsun sizə ərmağanım …
Sənə şübhə edirəm ;
Bundan sonra edəcəklərinizdən …
Sənə ümid edirəm ;
Ümid edirəm,
pozmayacaqsız bu andı ..
Sənə inanıram ,
İnanmaq da istəmirəm …
Bilirsənmi,
bu paradoksallığın içindən,
mən 4 il əvvəl getmişəm …
Sənə əmanət edirəm ,
bilmirəm bu neçənci şeirimi …
Yox edəndə,
elə ilk bundan başla …
İndi isə hamınıza,
kiçik qızdan “əlvida” …

09.02.2021.

* * *

Ruhumun ən şeirlik yerisən …
Fəqət orda tufanlar qopur…
Ağaclar özləri sındırır budaqlarını,
Quşlar ötmür, yolur qanadlarını..
Çiçəklər açmır, boynun bükür,
Yağışlar yağmır, buludlar küsür…
Torpaq imdad diləyir ;
elə yazıqca,
elə saf,
elə uşaqca…
Ana qayğısına ehtiyac duyan,
hələ yetişməmiş körpə kimi…
Ruhumun ən şeirlik yerisən…
Qollarım sənə çatmır,
uzatdıqca,
sənə gələn yollar daha da uzanır…
Uzanır…
Biri yox, mini kəsir qollarımı.
Bir qucaqlamağı belə,
çox görürlər bir qızın ümidinə…
Qaranlığın ən dib yerlərindəki,
dərin- dərin quyudayam…
Adını çağırır dilim,
Çağırır…
Çağırır…
Ah…İlahi…
Axı o yoxdur…
Unutmuşdum əlçatmazlığını..
Mən bir dostam,
Altayın əsərlərindən
addım- addım qaçmışam…
Qaçmışam …
Qaçmışam ki,
görən, xəyal necə olur…
Mən xəyalam…
İşləmişəm sümüklərinin düz iliyinə kimi …
Qanındakı eritrositlərin rənginə kimi …
Qanam mən…
Qıp-qırmızı…
Axıram bədəninin hər nahiyəsinə,
dövr edirəm,
yaşayasan deyə…
Əlindəki silahınam,
güllələr dolub cismimə…
İstəyəndə atırsan,
tuş gələndə vururam…
Keçəcək dövran,
uçacaq ömür…
Bir simurq quşunun lələklərində,
özümə gün ağlayacam…
Səni yenə arzulayacam…
Qocalacam…
Ağaracaq saçım, başım…
əsəcək əllərim,
bəlkə də görməyəcək gözlərim…
Bir qəlbim qalacaq,
hər zərrəsi sənə aid…
Döyünəcək…
Döyünəcək…
Birdən dayanacaq…
Amma sən bitməyəcəksən,
sən getməyəcəksən…
Torpağa qarışan bədənimin
tikə-tikə çürüyən parçaları haqqı,
səmalardan sənə baxıb,
gülümsəyən ruhumun özü haqqı…
Məndən getmiyəcəksən…
Sən?
Səndə isə yoxa çıxacam,
unudulacam, bilirəm .
Amma sən yenə də
unutma məni, əzizim,
unutma …
 3 – 6.01.2021.

* * *

Saat 10-a,13dəqiqə işləmiş,
Yenə qaranlıqda,asta meh
Və yenə xülyalar buludlarla uçuşur.
Ağacların rüzgarla rəqsi dayanmır
Küləyin üzündəki əsintisi
Yerdən uzaqlaşmaq istəyi
Bütün sevdiklərin
Torpaqdakı əmanətlərin
Hamısı ovcunda…
Bərk tutmusan yumuruğunu
Heç biri düşüb gözdən itməsin…
Sinənə sıxırsan əbədi
Ordan qəlbinə keçsin.
Harmoniyalar yaradır sevdiklərimiz
İtirdikcə sol tərəfimiz iflic olur.
Sağımızı qopar ,o heç bizə də lazım deyil.
İçimizdə səs salan dirilər
Susqunlaşıb bir küncə sıxılıb ölülər…
Qidaları anılmaqdır.
Afrodita onlara qulluq edir,
İnanır …
Qoy qocalmasınlar daxildə
Çürüməsin ruhları
Yoxsa,ifrat iy verir…
Hey ,yaşlı dünya…
Mən sənin hələ körpə sakinin
Addımbaşı cümlələrim səni öyrənir,

Üşüdükcə hərflərim üstümə yorğan.
Burdan baxıram cisminin bir nöqtəsinə
Psixologiyalar parçalanıb
Amansız faşist olmuş adamlar
Sanki hər dəqiqə paradox yaşayır.
Döş xərçəngindən çürümüş qadınlar
Ümidləri də xəyanətlərə qurban gedib.
Bir kiçik daxma görürəm
Səfalətdən lüt gəzir pəncərələri
Köhnə taxtaları bir-bir üsyan edir.
Yetimlər görürəm,
Bir qarnı ac,bir qarnı tox
Ayaqlarında kiminsə pay verdiyi
Rusun o məşhur bir cüt qara qaloş.
Üz-gözləri çirk,pas
Saçları dağınıq ,xəyalları böyük
Məsum balacalar….
Görürəm,
o tərəfdə bərk yağış yağır
Qırışları üzünə meydan oxuyan
Saçı saqqalı qardan bəyaz
Nurani qoca..
Ağlamağa halı da yoxdu
Onsuz da qocalıb
Bu gün, sabah o iş ‘deyərəkdən
Hələ də ,
Onu bayıra atan oğullarını düşünür…
Payızın sürrüeal təsvirində
Çoxu payız depresiyasına məruz qalıb.
Deyirəm axı,psixologiyalar arzğınlaşıb
Sərhəd tanımaq istəmir vətəndaş
Milli dəyərlər turistlərdə yatır
Dollarlara satılmış kağızlarla ödəşir
Gənc qız görürəm,
Sevdiyini itirib,nağılları bitib
Göydən üç alma  da düşmədən.
Yatmaqdan qorxur,əriyib olub mum
Diaqnozu hipnofobiya…
Bir ailə görürəm
Paramparça
Bir ayaqları yetimlikdə
Atasızlıq sindromu yaşayırlar.
Bir ağıl xəstəxanasının
Rəngi paslanmış küncü
Nəvazişdən uzaq yalqızlaşlan
Gur saçları çoxdan tökülmüş
Orta yaşlı bir şizofren…
Qəbirlər görürəm
Ruhu cəsədini çoxdan tərk eləmiş
Sümükləri sızlamaqdan torpaqları çatlamış
Bir zaman həyatda var olan
O əziz adamlar…
Çiyinlərimdə bu adamların dərdləri
Uçmağa qoymur,tonlarla ağırlıq var
Qaldırmağa çalışır ruhumla bədənim
Bizim yer
Bizim dünya
Sən hər fırlandıqca ədalətlər dövr eləsin
Həyatdakı “təbiətin qanunudur’ dediyimiz,
Üstündən adladığımız,
Vicdanımızın üstə gül örtdüyümüz
Əlimizdən uçub gedən qurbanlar…
Söz verirəm,sənə
Tanrının hüzüruna
Bütün mənliyimi içib
Bədbinliyimi soyunub gedəcəm..
22.05.2020.

Müəllif: Aytac İBRAHİM 

AYTAC İBRAHİMİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir