TÜRKİYƏ YAZARLARI AZƏRBAYCANDA MƏDƏNİ ƏLAQƏLƏR İCTİMAİ BİRLİYİNİN QONAĞI OLUB

TÜRKİYƏ YAZARLARI AZƏRBAYCANDA MƏDƏNİ ƏLAQƏLƏR İCTİMAİ BİRLİYİNİN QONAĞI OLUB

Bu günlərdə Respublikamızın tarixi yerlərində- “Fəxri Xiyaban”da, muzeylərdə, Şəhidlər Xiyabanında olmuş bir qrup türkiyəli yazarlarla Azərbaycan Nəşriyyatında İNK-nın akt zalında görüş keçirilmişdir. Görüşü giriş sözü ilə “Azərbaycan-İraq Mədəni Əlaqələr İB”-nin sədri Dünya Sülh səfiri, BMT-nin üzvü Tahirə xanım Məmmədova açdı. O qonaqları salamlayaraq onlarla Türkiyədəki görüşləri barədə dinləyicilərə ətraflı məlumat verdi. Sonra Azərbaycanın və Türkiyənin himni səsləndirildi. Nümayəndə heyətinin rəhbəri Türkiyənin tanınmış şairi Coşkun Karabulut “Könül Yolçuları” adlanan platformanın üzvləri ilə Azərbaycana səfərindən danışdı. Sonra qonaqların çıxışlarına verildi. Şairlərdən Celal Bozkurt, Yusuf Ziya Yılmaz, Turğay Değirmancı, Hacıbayram Aslandaş, Şafak Elməddin Deniz, Zehra Selçuk Gül, Üzeyir Güleş, öz yeni şeirlərini söylədilər.

Xanım Seral Beyazgül Azərbaycanda Nazilə Gültacın yenicə çapdan çıxmış eyni adlı kitaba (“Könül Yolçuları” )  görə yazar dostuna minnətdarlığını bildirdi. Tədbirdə xeyriyyəçi Hacı İntiqam şair publisist Əyyub Şirvanlı, Rauf İlyasoğlu, Elçin Məmmədli, İradə Məlikova, Sevda İbrahimli bir neçə kitabın müəllifi Türkiyədə platformada iştirakçı olmuş, şairə Elmira Aslanxanlı Türkiyə-Azərbaycan dostluğuna Qarabağ Zəfərinə həsr olunmuş şerlərini və bu sətirlərin müəllifi Elmira Aslanxanlının “Qarabağ Azərbaycandır”  və “Dost Gəlişi” şeirlərini söylədilər. Tədbirdə Lerikdən gəlmiş Qazi Üzeyir Məmmədov, şair Nizami Kolanlı və Püstə Rəvan da iştirak edirdi. Görüşün sonunda qonaqlara Fəxri Diplomlar təqdim olundu. Nümayəndə heyətinin rəhbəri Coşkun Karabulut tədbir iştirakçılarına və təşkilatçı Tahirə xanım Məmmədovaya heyəti adından təşəkkür etdi. Sonda xatirə şəkilləri çəkildi. Qonaqlar Qarabağa-Şuşaya səfər edəcəklərini bildirdilər.

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

İNK-nın Abşeron rayonu üzrə sədri,  “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir