Düşündürən poeziya

GÜLÜSTAN CABBAROVA

GÜLÜSTAN CABBAROVA İLƏ MÜSAHİBƏ

1. Misralarınızı oxuduqca hiss olunur ki, dərdi özünüzə yaxın bilirsiniz nədən?

DƏRD VƏTƏN dərdidir məndə…

2. Sevgidən yazmaq elə bilirəm bu mövzuya yaddsız bəlkə başqa bir səbəbi var ?

Sevgidən də yetərincə şeirlərim var…

3. Oxucularınızı az da olsa bu günə kimi düşündürə bilmisinizmi?

Oxucularımı çox düşündürən şeirlərim var… yetərincə sevilir şeirlərim…

4. Hansı mövzular daha çox sizi düşündürüb?

Hər mövzuda yazıram ama ən çox Vətən qayğısı var məndə…

5. Ailənizdə şair olan var yoxsa elə sizsiniz ailədə şair olan ?

Bacım, xalam oğlu yaxşı yazırdılar ama ən çox şeiri olan mənəm…

6. Şeirlərinizdən özünüzə daha çox hansını yaxın bilirsiniz?

Öz taleyimdən yazdıqlarım…

7. Nədir mövzularınızı belə gözəlləşdirən ?

Ürəkdən gələn şeirlər gözəl alınır…

8. Neçənci ildən çap olunursunuz?

1996 ci ildən.

9. Şeirlərinizin ilk oxucusu kim olub?

İlk oxucum bacım olub..Lakin indi şeirimi yazan kimi oğluma oxuyuram o bəyənmədiyi şeiri yayımlamıram…

10. Maraqlıdır kimləri oxuyursunuz indi ki gənc yazarlar sizi qane edir ?

Ən çox Nizami Gəncəvini, Səməd Vurğunu, Süleyman Rüstəm, Nüsrət Kəsəmənlinin şeirləri xoşuma gəlib, çoxunu hələ də əzbər bilirəm…

11. Nəsr sizi düşündürüb ?

Xeyr…

12. Son olaraq Yeni kitab düşünürsünüz?

Hə yaxında olacaq İnşəAllah.

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN DİGƏR YAZILARI

GÜLÜSTAN CABBAROVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

HEYVANLARIN DOSTLUĞU – LEYLA YAŞAR

Leyla YAŞAR – yazar.

HEYVANLARIN DOSTLUĞU
Meşədə bu gün sakitçilik idi. Nədənsə heyvanlar gözə dəymirdi . Çox keçmədi ki astabasar dovşan balaca daxmasından çıxıb gərnəşdi.
– Hey, dostlar hardasınız?
Mən gedirəm şirin yanına .Sözünüz varsa deyin çatdırım.
Kəsyənin ciyiltili səsi gəldi:
– Ay dovşan ,şirə denən mənim evimə qarışqalara darışıb ,onlara əmr versin ,çıxıb getsinlər.
– Yaxşı deyərəm.
Ayrı heç bir heyvandan səs gəlmədi .
Dovşan yola düzəldi.Şirin onu niyə çagırdıgını bilmirdi .Canını qorxu almışdı.
Yolda canavarla rastlaşdı.
– Hara belə ,ay dovşan qardaş?
– Şirlə söhbətim var.
Canavar şaqqanaq çəkib güldü:
-Sənin şirlə nə söhbətin ola bilər ?
– Sən bilmərsən!
Dovşan Şirin yanına çatıb təzim etdi.
– Xoş gəldin ,dovşan.
Qorxa – qorxa şirə baxan dovşan ;
– Sag ol,şir qardaş!
– Bilirsən ,səni niyə çagırmışam?
– Yox,şir qardaş.
– İstəyirəm bu ildən hər kəslə mehriban olum.- deyib şir gərnəşdi.
– Get bütün heyvanlara bildir ki ,bu il yeni il bayramını birlikdə qeyd edəcəyik.Sabah bayramdı.Yolkanızı qura bilərsiniz.
Dovşanın sevindiyndən dili – bogazı qurumuşdu.Heç vaxt onlara bayram keçirtməyə imkan verməyən şirin insafa gəlməsi onu həm sevindirmiş,həmdə təəccübləndirmişdi.
Şirlə sagollan dovşan tullana – tullana meşəyə qaçdı.
– Hey, hardasınız? Sizə şad xəbərim var.
Dələ agacdan boylandı:
– Nolub orda?
– Yıgışın ,tez yıgışın.Sözüm var sizə.
Tülkü yaltaqcasına hırıldadı ;
– Nə olub ,ay dovşan qardaş ? Sənin bizə nə sözün olsa ,biz hazırıq.
Yavaş – yavaş heyvanlar yıgılmaga başladı.Dovşan hər kəsə göz gəzdirdi.Tısbaga yox idi.
– Hardadı tısbaga qardaş?
Hamı zürafəyə baxdı.Zürafə əlini gözününün üstünə qoyub,o tərəfə bu tərəfə baxdı.
– İndilərdə gəlib çatar .- deyib cavab verdi.
Heyvanlar səbrsizlənirdi.Nə baş verdiyini öyrənmək üçün dovşana dayanmadan sual verirdilər.
Dovşan tısbaganı gözlədiyini ,sonra danışacagını bildirdi. İt hirsləndi;
– Bir tısbagaya görə bu qədər heyvan burda duracaq?
Pələng onun səsinə səs verdi ;
– Bu ədalətsizlikdi.
Dovşan sakit səslə ;
– Sakit olun ,dostlar,gəlin mehriban olaq.Axı sabah bayramdı.
Bütün heyvanlar bir – birinə baxdı.
– Bayram ,nə bayramı ? .Şir bizə bayram keçirtməyə icazə vermir axı? .- deyə agacda oturan bayquş donquldandı.
Tısbaga gəlib çıxmışdı.
Dovşan onları sakitləşdirib şirin dediklərini onlara çatdırdı.
Qış yuxusuna getməyə hazırlaşan ayı sevinərək atılıb – düşməyə başladı.
– İndi dostlar yolkamızı qurmalıyıq .Hər kəs iş başına !
Şirin yanından gələn lovga dovşan əlini belinə qoyub ,hər kəsə bir iş tapşırdı.
Ayının qırdıgı şam agacını maralın buynuzuna qoyub meşənin ortasına gətirdilər.Qalırdı agacı bəzəmək.
Bütün heyvanlar iş başındaydı .
Dələnin daşıyıb gətirdiyi qozaları cüyür ,zürafəyə verir ,o da agacın yuxarısından asırdı.Yarım saat bəs etdi ki ,yolka hazır olsun.
Sonda canavarın hardansa tapıb gətirdiyi al- əlvan işıqları dələnin ,agacdələnin köməyi ilə yolkaya taxdılar.
Səhər bayrama hazırlaşmaq üçün heyvanlar azuqə toplamaq üçün meşəyə üz tutdular.Hər biri tapdıgını öz komasına qoyacaq,səhər süfrəyə düzəcəkdilər.
Yeni il səhərini qarla qarşıladılar.Yuxudan durub hər tərəfi aga bürünmüş görən heyvanlar tez- tələsik yolkalarının yanına qaçdılar.
Yolkaları necə gözəl olmuşdu.Ag qara bürünən agacda yanan işıqlar bərq vururdu. Sevindiklərindən atılıb- düşməyə başladılar.
Tez qaçıb tapdıqları qənimətləri ortalıga daşımaga başladılar. Ortalıqda yıgılan azuqədən gözəl bir süfrə açdılar.
Budur şirin nəriltisi aləmi başına götürdü;
– Ey ,dostlar,mənsiz yıgışmısınız?
Heyvanlar qorxularından titrəməyə başladılar.
– Qorxmayın,dostlar! Bu gündən sizinlə mehriban olacam.
– Nə gözəl yolkanız var.Bayramınız mübarək!
Heyvanlar sakitləşdilər.Sevinərək şirə baxdılar.
– Çox sagol şir qardaş,sənin də bayramın mübarək !.- ilk olaraq çaqqal dilləndi.Hər tərəfdən səslər ucaldı.Bir – birini təbrik edən heyvanlar ,bu gündən sonra mehriban olacaqlarına söz verdilər.Əl – ələ tutub mahnı oxumagı da unutmadılar:

“Süd kimi ag qar ilə
Çoxlu çoxlu bar ilə
Süd kimi ag qar ilə
Qış ilə ,bahar ilə
* * *
Yeni il gəldi,yeni il gəldi
Neçə nübar ilə yeni il gəldi.
Yeni il gəldi,yeni il gəldi
Neçə nübar ilə yeni il gəldi.”

Beləcə heyvanlar bayramı qeyd edib ,mehribancasına yaşamaga başladılr.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYTAC İBRAHİM

Aytac İBRAHİM– şair, yazar.

 Emin Sabitoğlu – ” Aman ayrılıq”  nəğməsinin sədaları altında …

Biri var idi, bir yox idi …
 Elə “Biri var idi, biri yox idi” ilə başladı hər şey. Biri olanda, biri getdi. Biri gələndə biri yox oldu. Onun yox olmağı ilə ondan qazanılan hər şey parçalandı, bölündü, ilim-ilim gözdən itdi. Xatırlanmayacaq qədər dərinliklərdə qeybə çəkildi. Ayrılığın tərkibi fərqli olsa da, dadı həmişə eyni olur. Canından qopan ağrılar, yazın lap gur vaxtında üşüyən xəyallar, qışın sərt çovğununda çarəsizcə ruhunu isidib, təsəlli etdiyin ümidlər …Toplasaq da, çıxsaq da, bölsək də nəticə həmişə eynidir …Burda prinsiplərə, qaydalara, isbata gərək yoxdur. Sən ağrıyacaqsan, ağlayacaqsan, sevinəcəksən,  güləcəksən, unudacaqsan.Sən yaşayacaqsan amma səndən ayrılıb uzaqlarda yolunu həsrətlə gözləyən, hər itən duyğun orda qalacaq. Nəbilim, bəlkə də gözləyəcək ki , gəlib onunla birləşəsən, bütöv olasan.Gecdən gec yada düşüləcək, özünü itirib tapmağa çalışdığın an xatırlayacaqsan.Onda da bir yad kimi o duyğuları dilə tutacaqsan…Amma nə fayda…
Gedənlər qayıtmır…Məşhurlaşıb bu kəlmə. Gedənlər qayıda bilir əslində.Amma heç nə əvvəlki kimi  davam edə bilmir.Heç sən də əvvəlki adam olmursan.Bu virusu düşün bir.Mutasiyaya uğrayır, amma eyni bədənə dəfələrlə fərqlə tərzdə gəlir, nə sən eyni reaksiyasını verirsən, nə də onun simptomları eyni olur.Bir onu bilirsən ki, hamının bildiyi, hər kəsin dilində əzbərlənən kəlmədir…
Birləşməyin yox, ayrılıqların mutasiyaya uğraması ilə qurulub bu dünyanın təməli. Sonda duyğularımız da, hətta ruhumuz da ayrılır cismimizdən.Nə qalır bizdən geriyə? Ruhsuz, Qupquru, cansız, duyğusuz bədən.Ən dəhşətlisi  isə o da yavaş-yavaş çat verir, parçalanır, didilir, çürüyür…Bir də sağlığında səni əl üstdə tutanlar var idi guya.İlahi, ən vahiməlisi  isə o “guya”ların üzə çıxmasıdır…
Ayrılıqların gözünə dik baxın.O olmasa dünyanın nəbzi dayanar, o olmasa dünya dövr etməz, o olmasa hər şey monotonlaşar.Bədəninizi yaşadan, daxilinizdə görmədiyiniz qana bənzədin ayrılıqları.Dövr edir, dövr etdikcə ürəyiniz inkişaf edir, döyünür…
Əbədi ayrılıqları gülə-gülə, yarımçıq ayrılıqları doya-doya, içdən yaşayaraq qarşılayın…
Sonsuzluğa gedən yollar ayrılıqlardan keçir, sonsuzluğa çatdığımızda isə o ayrılıqlar bitir, bütövləşirik , qovuşuruq…
Bütün ayrılıqların cəmi ( “+”) , bərabərdir ( “=” ), sonsuzluqdakı vəhdətə …
Sonsuzluqda görüşənədək ….


Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru