“ Yaralı “ çəkmə
Müharibənin odlu – alovlu günləri olsa da , kənd əhalisi kəndi boşaltmamışdı . Öz dogma yurd – yuvalarını tərk etməməkdə israrlı görsənirdilər .
Hər gün eşidilən silah səsləri onları qorxutmur , əksinə qələbə əzmi ilə yaşayırdılar .
Asif meşəyə getməyə hazırlaşırdı . Odun ehtiyyatları tükənmək üzrə idi . Meşəyə belə vaxtı getmək təhlükəli oldugundan , o həmişə getdiyi cıgırdan yox , başqa istiqamətdən getməyi planlaşdırırdıç .
Baltasını götürüb meşəyə yollandı . Evdən çıxarkən hər kəslə sagollaşdı . Geriyə qayıtmaya da bilərdi , axı .
Tanımadıgı yeni cıgırla səssiz addımlarla irəlləməyə başladı . Yaxınlıqdan gələn vahiməli mərmi səsləri onu diksindirsə də , özünə təsəlli verib heç nə olmamış kimi yoluna davam edirdi .
Canlar alan müharibə , bitmək bilmirdi . Hərdən sərhəd kəndi oldugu üçün əsgərlər görsənərdi onların kəndində . Çox sevirdi əsgərləri . Özünün yaşı əsgərliyə çatmırdı . Əsgər görən kimi həsədlə baxırdı onların özlərinə , geyimlərinə . Əsgər gedəcəyi günü səbrsizliklə gözləyirdi .
Yolu azmamaq üçün getdiyi yerlərə işarələr qoyurdu . Hərdən gələn şıqqıltı səslərindən diksinir , sonra toxtayıb yoluna davam edirdi .
Payız fəsli oldugundan agaclar
paltarların ” soyunmaga” başlamışdılar . Ona görə hər yeri aydın görmək olurdu .
Aha, deyəsən qabaqda istədiyini tapmışdı . Baltanı bərk vura bilməyəcəkdi deyəsən , buralıq tam açıqlıq idi . Səsi aləmi götürəcəkdi . Eləcə yerə tökülən agacların qol budagından yıgıb tez uzaqlaşmalı idi . Çünki yaxınlıqdan silah səsləri ilə bərabər , qarışıq danışıqlar da eşidilirdi . Yolu da aza bilərdi , Çox irəli getmişdi deyəsən.
Deyəsən buralıga mərmi düşmüşdü . Hər yer darmadagın idi . Ayagını irəli atmışdı ki , gözünə əsgər çəkməsi dəydi . Ürəyi əsə – əsə yaxınlaşdı. Həmişə müqəddəs bildiyi çəkməni yaxından görmək istədi .Böyrü üstə düşən çəkməni qaldırmaq üçün aşagı əyildi . Və həmin anda , az qaldı ki ürəyi getsin. Çəkmənin içində qanlar içində , dizdən aşagı kəsilmiş əsgər ayagı var idi . Qanı qurumayan ayagın təzəlikcə bura düşdüyü açıq – aydın görsənirdi .
Asif nə edəcəyini bilmədi.
Bir az özünə gəlib , elə həmin yerdəcə çəkməni basdırmaga qərar verdi . Əlindəki baltayla torpagı bir qədər qazıb , çəkməni özünə bir tikə çörək qoyub gətirdiyi torbaya büküb , elə ordaca basdırdı . Sonra həmən yerə bir daş qoyub , baş tərəfinədə bir agac basdırdı ki yeri itməsin. Agacın üstünə baltanın tini ilə “ yaralı “ çəkmə yazdı .
Bir az çıl – çırpı topalayıb ordan uzaqlaşdı .
Axır ki , neçə – neçə ailələri başsız qoyan , evlərin çıragını söndürən lənətə gəlmiş müharibə bitdi .
Asif də artıq böyümüşdü . Bu gün sabah əsgər gedəcəkdi. Meşədə gördüyünü heç kimə danışmamışdı ,amma yadından da çıxmırdı . Hər gün o ayagın sahibinin ayaqsız necə yaşadıgını düşünür , pis olurdu . Bəlkə də heç həyatda deyildi , o
“ yaralı” çəkmənin sahibi ..
Bir gün kəndə səs düşdü . Əsgərlər gələcəkdi kəndə . Hamı onlara qələbə sevincini yaşadan o igidləri görmək istəyirdi . Müharibənin bitməsindən üç il keçməsimə baxmayaraq hələdə qələbə abu -havası hökm sürürdü .
Budur , əllərində bayraq bir neçə gənc , əsgər paltarında kəndin mərkəzinə dogru irəlləyir . Bütün kənd burda idi . Asifin boyu hündür oldugundan , əsgərləri daha yaxşı görür , ətrafındakılara məlumat verirdi .
Şəhid bulagının yanına gələn əsgərlər , əl -üzlərini yuyub qoyulan stullarda oturdular . Onlar artıq əsgər deyildilər . Əyinlərindəki geyimə görə hər kəs ;
- Eşq olsun bizim ordumuza – deyib qışqırırdı .
Bəzilərinin yaralı oldugu hiss olunurdu . Asifin diqqətini kənarda sakitcə oturub , uzaqlara qəmli – qəmli baxan oglan çəkdi .
Bir – bir müharibə baglı xatirələrini danışan komandirin gözləri dolub – boşalırdı . Keçdikləri o şərəfli yolda ,qazandıqları qələbədə hər kəsin əməyi oldugunu söyləyir ,həm maddi , həm mənəvi cəhətdən onların yanında,olan kənd camaatına öz dərin minnətdarlıgını bildirirdi.
Sonra bir – bir əsgərlər müharibə ilə baglı agrılı – acılı xatirələrini bölüşdülər .Asifin diqqətini çəkən o gəncə söz verildi .Utana – utana ayaga qalxan gəncin dizdən aşagı ayagının olamadıgını görən Asif hayqırmaq istədi. Özünü güclə saxlayıb , gəncin danışıgına diqqət kəsildi .
Gənc dili – dodagı əsə əsə bir- iki kəlmə danışdı.Sonda üzünü meşəliyə tutub ; - Mənim yeriyən ayagım bu meşəlikdə gəzir .Mən onu sizlərə ənanət verdim.Keşkə bircə hara düşdüyünü biləydim.
Asif qabaga şıgıyıb ,oglanı bərk – bərk qucaqladı .Ürəyi az qala yerindən qopub çıxacaqdı. Hər kəs nə baş verdiyini anlamaga çalışdıgından ,səs – küy aləmi götürmüşdü.
Hamı Asifdən açıqlama gözləyirdi .
Asif aglaya – aglaya ;
-Arxamca gəlin – dedi.
Hər kəs səssizcə onun arxasınca düşdü.
Budur , Asifin çəkməni basdlrdıgı yer.
İlahi ,gənc necə aglayırdı.
Əlləri ilə həmən yeri qazıb ,çəkməsini çıxartdı.
Maraqlıdı ,çəkmənin içində ayaq tam çürüməmişdi.
Asifi qucaqlayan gənc necə minnətdarlıq edəcəyini bilmirdi.
Asif onu sakitləşdirib; - Qardaşım ,bu gün çox xoşbəxtəm ,sənin əmanətini qoruyub saxlaya bilmişəm.Sənin o bir parçan ,bizim can parçamızdı ,qardaş.
” Yaralı ” çəkmə basdırılmaq üçün gəncə verilsə də,gənc onu götürmədi. - Vətənimə canım qurban olsun.
Qoy mənim bir parçam bu meşəlikdə uyusun.
” Yaralı” çəkmənin basdırıldıgı yer o vaxtdan ziyarət yerinə çevrildi.
Müəllif:Leyla YAŞAR
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru