ŞƏLALƏ CAMAL – ŞEİRLƏR

Şəlalə CAMAL – şair, yazar.

ÜSTÜNDƏYƏM MƏN
Bu gün qəribə bir yuxu görmüşəm,
Sanki bir nərdivan üstündəyəm mən.
Nə göydə, nə yerdə, nə asimanda,
Əcəl köhləninin üstündəyəm mən.
* * *
Görürəm daşlar da dilə gəlibdir,
Dərdimi dünyadan başqa kim bilir?
Dilim dayanmadan dualar edir,
Əcəl köhləninin üstündəyəm mən.
* * *
Görürəm hamıyla sağollaşıram,
Hamıyla əl verib qucaqlaşıram.
Anamla, atamla halallaşıram,
Əcəl köhləninin üstündəyəm mən.
* * *
Dostlarla əbədi vidalaşıram,
Dünyayla əbədi sağollaşıram.
Zəncirtək köhlənə çox dolaşıram,
Əcəl köhləninin üstündəyəm mən.
* * *
Sevgimi birində qoyub gedirəm,
Yaramı dərində qoyub gedirəm.
Dünyadan biryolluq doyub gedirəm,
Əcəl köhləninin üstündəyəm mən.
* * *
Əlvida hər şeyim, ey varım, yoxum,
Əlvida kamanım, əlvida oxum.
Sən idin dünyada şipşirin yuxum,
Əcəl köhləninin üstündəyəm mən.
* * *
Sanki dodaqların gülüş görməyib,
Ey ləbi dodağı gülüş görməyən.
Bil ki, mən ölsəm də ruhum ölməyib,
Əcəl köhləninin üstündəyəm mən.

DE NİYƏ?
Nə oldu ki, ayrılırıq biz indi?
Ağlamağa tab gətirmir göz indi.
Danış bilim, de mənə bir söz indi,
Aramızdan yel də əsmir de niyə?
* * *
Ayrılırıq, dözə bilmirəm buna,
Sevgimi sən indi yetirdin sona
Qəlbimi vermərəm yad bir oğlana
Aramızdan yel də əsmir de niyə?
* * *
Qəlbim quş qəlbitək indi döyünür,
Sevənlərə baxıb hər kəs öynür,
Ayrılıq deyəndə qəlbim göynüyür,
Aramızdan yel də əsmir de niyə?
* * *
Darıxdığım zaman təsəllim olmur,
Ağlayıram amma gözlərim dolmur,
Əllərim əlinə dəyməyib donur,
Aramızdan yel də əsmir de niyə?

GEDİRƏM
Yoluma bax gizli-gizli köks ötür,
Ürəyində qubar bağla, gedirəm.
Gəlib ürəyimi təkcə sən götür,
Yasıma gələrək ağla, gedirəm.
* * *
Ürəyim çırpınır quş qəlbi kimi,
Artıq günəş belə üşüdür məni.
Xətrimə dəymisən, neynirəm səni?
Yasıma gələrək ağla, gedirəm.
* * *
Məktubları saxla, yadigar olsun,
Sevgilim deyirsən, qoy xitab olsun,
Qəlbin başqasına qoy mehtab olsun,
Yasıma gələrək ağla, gedirəm.
* * *
Başım gicəllənir, görmürəm heç nə,
Yanımdan beləcə ötəri keçmə.
Sevgi şərabından sən hələ içmə,.
Yasıma gələrək ağla, gedirəm.
* * *
Yenə səni xoşbəxt görmək istərəm,
Uşaq kimi coşub-çağla gedirəm,
Məni heç düşünmə, amma bircə gün,
Yasıma gələrək ağla, gedirəm.

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer.

ŞƏLALƏ CAMALIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir gün özünə söz verdiyin sözü də salıb itrərsən – PƏRVİZ YƏHYALI

PƏRVİZ YƏHYALI – YAZAR

Bir gün özünə söz verdiyin sözü də salıb itrərsən
(hekayə)
– Bağışlayın siz allah! Bu istidə sizi çox gözlətdim
– Eybi yoxdur
– Bu nədir siz suyun içindəsiz. Heç olmasa kölgədə dayanardım. Qan-tərsiz ki
– Üçcə saat gözləmək nədir, sizi bütün ömrüm boyu -ardını deməyə imkan vermədi.
– Yaxşı da
Onlar yaxınlıqdakı bağın kənarındakı çayxanada əyləşdilər. Nə içəcəksiz sualına çiyinlərini çəkib, dostunun üzünə baxdı
– ürəyim heç nə istəmir. Çay içsəm lap sizin kimi tər-su olaram
– Onda zəhmət olmasa iki stəkan buzlu su gətirin – deyə sifariş verdi.
Ofsiyant sifarişi gətirəndə
– Aa bu sizi öldürər! – deyə ucadan, həyacanla səsləndi
– Heç nə olmaz
– Yaxşı da, içməyin belə. Xahiş edirəm. Axı tərlisiz, xəstələnərsiz
– Bir halda təkid edirsiz içmərəm, amma doğrudan çiyərim yanır
– Gəlin mən suyunuzu isidim
– Necə?
Bax belə deyib, o, stəkanı iki ovcunun arasına sıxdı. Sonra isə əlavə etdi:
– Qoy mənim daxili hərarətim sizin suyunuzu azacıq da olsa isitsin. Xəstələnsiz, günah mənimdir axı. Gözlətmişəm sizi, özü də al-günün altında
– Siz belə çox etmisiz?
– Yox birinci dəfədir. Nə bilim. Bəlkə də uşaqlıqda olub.- sonra nə fikirləşdisə əlavə etdi:
– Orta məktəbdə oxuyanda rəfiqəm üçün etmişəm. İdman dərsindən sonra, eynən sizin kimi çox tərləmişdi
– Siz yaxşısız?
Telefonda salamsız ilk sözü belə oldu
-Sizin kimi xanımın əllərinin hərarətindən isinmiş suyu içən yaxşı olar da. Elə bil əllərinizin hərarətilə bərabər ətriniz də hopmuşdu o suya. O cür şərbətmi deyim, məlhəmmi deyim, suyu içən adam dirilik suyu içmiş kimi min il yaşayar
– Yaxşı sən allah, sənə qaldı sözə qaldı. Şükür ki, xəstələnmədiz
– Olar sizdən bir xahiş edim?
– Buyurun
– Sizdən rica edirəm, əllərinizi odu ilə heç vaxt heç kimə su istməyin! Qoyun bu xatirə, ancaq ikimizlə bağlı qalsın! Mənim ömür boyu yadımdan çıxmayacaq sizlə bağlı əziz xatirə
– Yox söz verə bilmərəm, birdən oldu
. Deyək ki, atam üçün, ya nə bilim….
– Bir kiçicik xahiş nədir ki, onu mənə….
– Dayan bir. Başqa planetə uçursan? Elə danışırsan guya daha bir də bir-birimizi görməyəcəyik.
Onların bir-birinə alışması vardı, amma bu məhəbbət deyildi bəlkə də. Hər görüşdən sonra biri bir addım geri çəkilir, o biri isə bir addım irəli gedirdi. Beləcə sanki geri çəkilən addımları irəli təqib edən addımlar yolun sonuna çatdırdı. Qəribə tale idimi, qəribə qismət idimi bilinmirdi. Geri çəkilən addım üçün yol bitdi sanki, uçurum qayalara dirənib dayandı. Onu təqib edirmiş kimi irəlləyən addımın sahibi dilema qarşısında qaldı. Ya ilahi bir eşqlə sevdiyi xanım dönüb ona sarı gəlməli, ya da uçrumun kənarında ondan qaçan addımı ilə üzüldüyünü hayqıraraq, bəsdir əl çək! Mümkün olmayanı mümkün edə biləcək nağıllardan gerçəklərə dön! Dedizdirdi. Əslində dönüb ona sarı qovuşmaq bütün dünyaya üsyan idi. Üsayanı ya anlaqsızlar edər, ya da güclülər. O, anlaqsız deyildi. Nə baş verdiyinin fərqində idi. Güclü sözünün özü isə belə zərif çiyinlərə dünyalarca ağırdan ağır yük dür. Zərif çiyinlər cəsarətin vahiməli vicudundan tir-tir əsib qorxaqlığın təhlükəsiz ağuşuna sığınmağı seçər. Hətta bəhanələr də tapırdı. Bütün dinləri əfsanə və puç mif adlandırsa da ağlına belə gətirməyə qorxduğunu, həm də allaha asi düşmək olardı fikirini təlqin edirdi özünə.
Nə vaxtsa ürəkdən gələn sözlər ironik istehzaya dönüb geri çəkilən addımların sahibinin dodaqlarından sürüşüb ayaqlar altına düşürdü. Anca bərabər, qanca bərabər düşünəclərimiz birdir ifadəsini nə vaxtsa dilinə gətirməyini belə xatırlamaq istəmirdi. Ortaq duyğular, eynən düşünmək, o demək deyil ki, hislərimiz də üst-üstə düşür.
Ziddiyətlərin düyünlənən ilmələri getdikcə elə mürəkkəbləşirdi ki, fələyin özü münəccim olsa belə, bu düyünləri açmaqda aciz qalardı. Qaçan addımlar arada bir dayanır, təngiyən nəfəsini dərib ah çəkir və ürəyimin ən əzizisən deyirdi. Az keçməmiş o yoluna davam edir və əsəbi halda arxaya qanrılaraq deyiləm heç nəiyn sənin nidası ilə zəhərli ox sancırdı. Bilmək olmurdu bu “ürəyinin əzizi “
dayanıb nəfəs almaqdan ötrü işlənən fənd idi, yoxsa insafın ağlına güc gəldiyi məqam. Divanəlik libasının alabəzək uyğunsuzluğunu əks etdirən tanrı cəzasına da oxşayırdı. Amma nə olsun ki, bütün bunlarla möhtəşəm idi. Vazkeçilməz sevdaydı.
Hərdən düşürdü yadına. Xatirələrin qalaq-qalaq saralmış vərəqlərini yaddaşında çevirdikcə, birdən qarşısına çıxıb, boynu bükük-bükük ona baxan sətirlər sataşırdı gözünə. Qeyri-adi ifadə gəlib müsafir olurdu simasına. Heç özü də bilmirdi dodaq büzür, yazığı gəlib acıyır, peşmançılıq çəkir….. Bəzən hafizədəki xatirələr elə qeyri-müəyyənlik qəblindən olur ki, sahibi yaddaşın saxlanc arxivində onun üçün nə xüsusi yer ayırır, nə də heç bir təsnifata uyarlığı olmadığından ad qoyulası qovluq. Eləcə böyük mühafizə anbarının sərbəst xatirə sakinləri birdən hardan olsa çıxıb üzə xatırlanırdı. O gün doğan da da vardı, qürubda da. Küləklərlə də gələ bilirdi, yağışlarla da süzülə, kədərli vaxtlarında ona söylənilən lətifələrin rabitəsizliyində də. Anlayırdı ki, çaş-baş qalıb, axı bunun indi yeridir dediyi dodaqqaçdı, bir vaxtlar onun ovqatının təlx vaxtında sadəcə bir oyunbazlıq imiş.
Ancaq qayğılar da yaman tərsdilər ha. Heç qoymurlar darıxmağa, xatirələrlə baş-başa qalmağa. Özü seçdiyi qaça-qaç vurğunluğu….. heç özü bilmirdi qaça-qaçı sevir, ya sakitliyi. Bəlkə elə hamısından bir az. Yağışı da,küləyi də, qarı-çovğunu da, bürkünü də yumurlayıb bir neçə anın içinə pərçim etdiyi kimi.
– Bu nədi nə gündəsən? Sənə min dəfə demişəm az qaç! Gəl dəyiş paltarını. Oynamağın da bir vaxtı-vədəsi olmalıdır axı.
– Ana nolub sənə, bütün uşaqlar oynasın mən dayanım ki,anam icazə vermir. Gülməzlər mənə?
– Ay mənim ağıllı balam belə də yox da. Keç yuyun!
-Yaxşı ana.
– Sən neynirsən! Dəlisən! Tərli-tərli soyducunun buzluğundan su götrüb içirsən!
– Ana ciyərim yanır. Qurban olum… içməsəm…
– Dayan can bala, bircə əlimlə də olsa ilidim o suyu.
– Ay ana ilıq olsa onu içməyə dəymir ki…
– Dayan bir – o uşağın əlindən aldığı stəkanı iki ovcunun arasında bərk-bərk sıxdı.
-Yaxşı ana narahat olma! indi çay içərəm.
– Aaaa mən ki… özümə söz vermişdim
– Ana niyə ağlayırsan?
Yaxşı. Bir də səndən icazəsiz futbol oynamağa getməyəcəm. Yaxşı da ana, elə bərkdən ağlayırsan… Elə bil cinayət eləmişəm. Bir də olmayacaq!
– Yaxşı-yaxşı fikir vermə mənə. Get yuyun! Sən mənim ağıllı balamsan! Ağıllı balalar heç vaxt cinayət eləməz.
Sonra lap astadan: heç xatirələrinə də – dedi.

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QURBAN BAYRAMOV

Q. BAYRAMOV – 75

Qurban BAYRAMOV

Bayramov Qurban Fərman oğlu (30 may 1946, Əlimədətli, Ağdam rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985), Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü (2001), Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü (2003), filologiya üzrə fəlsəfə doktoru (1979), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi.

HƏYATI
Qurban Bayramov 1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur. Orta təhsilini burada almış, indki N.Tusi adına ADPU-nin filologiya fakültəsini (1963-1967) bitirmişdir. Orta məktəbdə müəllim, tədris işləri üzrə direkor müavini vəzifələrində çalışmışdır (1967-1971). Hərbi xidmətdə olmuş (1967-1968), aspirantura təhsili almışdır (1970-1974). 1972-ci ildən Ədəbiyyat İnstitutunda baş laborant, elmi işçi, baş elmi işçi olmuşdur. Hazırda həmin institutda aparıcı elmi işçi vəzifəsində fəaliyyət göstərir.

1979-cu ildə “Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi” mövzusunda dissertasiya müdafiə etmişdir. Dövri və elmi mətbuatda 300-dən çox məğalə dərc etdirmiş, “Vurğun poeziyası”, “Lirik qəhrəman və zaman”, “Yaşar Qarayev: Milli yaddaş təlimi – Azərbaycançılıq” elmi-nəzəri, “Yaralı Vətənin yaralı övladları” bədii-publisist kitabları var. Onun “Müasir Azərbaycan poeziyasında üslubi meyillər”, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik”, “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı”, “Səməd Vurğun dünən, bu gün və sabah”, “M.H.Şəhriyar poetik üslubu”, “Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər” kimi tədqiqat işləri vardır.

Azərbaycan ədəbiyyatının əksər nümayəndələri barəsində məqalə yazmış, fikir söyləmiş, elmi və bədii kitabların redaktoru olmuş, onların bir çoxuna ön söz yazmış, xüsusən, “Azərbaycan poeziyası”na dair ədəbi icmallar yazmışdır.

Uzun illər “Gənclik” nəşriyyatında rəsmi rəyçi, Azərbaycan Dövlət Televiziyasında “Ədəbiyyatşünaslıq və zaman”, “Ədəbiyyat” (1982-1992) elmi-kütləvi, tədris televiziya verilişlərinin müəllif-aparıcısı, Ədəbiyyat İnstitutu Elmi Şurasının, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidentinin bir illik fərdi təqaüdçüsü olmuşdur(2011).

Azərbaycan MEA-nın Rəyasət Heyətinin (2016), Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin (2011), Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının Fəxri fərmanlarına(2016, 2019), “Tanınmış Vurğunşünas alim”(2011), “Fədakar alim”(2011), “Elm fədaisi”(2012) fəxri diplomlarına, “Səməd Vurğun mükafatı”na(2011), “Avropa Nəşr Mətbu Evi”nin “Qızıl medal”ına (2011), AMEA-nın Azad Həmkarlar İttifaqının “Fəxri fərmanı”na (2016),Beynəlxalq statuslu “Vintsas” Mükafatı diplomuna (2020) və “Ziyadar” Mükafatı diplomuna (2021) layiq görülmüşdür.

ƏSƏRLƏRİ
Vurğun poeziyası, B., Elm, 1976, 78 səh., 1.000 nüsxə.
Lirik qəhrəman və zaman (Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi.), B., Elm, 1986, 140 səh., 1.200 nüs.
Tarixilik və müasirlik – “Sosialist realizmi müasir mərhələdə” kitabı (kollektiv), B., Elm, 1988, 388 səh., 1.800 nüs.
Yaşar Qarayev: Milli yaddaş təlımi – azərbaycançılıq, (Jalə Qurbanqızı ilə birgə) B.,BDU-nun nəşriyyatı, 2001, 138 səh., 500 nüs.
Poeziyanın sirri: Çaylar geri axmır, dənizə can atır və yaxud, qəlbini nar təkin kağıza sıxan şair Şahməmmədin poeportreti (mini-modern monoqrafiya), B., “MBM”, 2009, 104 səh., 500 nüs.
Əli İldırımoğlunun yaradıcılıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi və yaxud, müasir Azərbaycan ədəbiyyatında avtobioqrafik roman janrının təkamülü (monumental monoqrafiya), B., “Nurlan”, 2009, 560 səh., 500 nüs.
Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə (Jalə Qurbanqızı ilə birlikdə), Bakı, “Yazıçı”, 2014, – 272 səh.
Xalq şairi Nəriman Həsənzadə (akademik İsa Həbibbəyli ilə birlikdə). – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, I c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.529-560. – 800 s.
Şeirlərindən görünən şair – Musa Yaqub. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, I c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.623-638. – 800 s.
Hidayətin poeportretindən cizgilər. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, II c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.29-48. – 1088 s.
Çağdaş poeziya – ədəbi istiqamətlər, mövzu aktuallığı, sənətkarlıq məsələləri. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, II c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.548-563. – 1088 s.
Sonsuzluğun ahəngini yazan şair – Əhməd Qəşəmoğlu. – “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” 2 cilddə, II c., (kollektiv), Bakı, “Elm və təhsil”, 2016, s.714-724. – 1088 s.
Yaşar Qarayev: Azərbaycan istiqlalı – yaxın və uzaq tarixlər… (Jalə Qurbanqızı ilə birlikdə), – kollektiv, Bakı, “Sabah” nəş., 2016, s.162-186. – 404 s.

HAQQINDA
Şahməmməd. Qurban Bayramov – şəxsiyyətin böyüklüyü, böyüklüyün şəxsiyyəti (essevari publisist tədqiqat) B., MBM, 2011, 480 səh., 1500 nüs.
Qurban Bayramov -70. Azərbaycan Yazıçıları Birliyinin təbrik məktubu. “Ədəbiyyat qəzeti”, 28.05.2016, şənbə, № 20(5039), s.4.
Mahir Qabiloğlu.Professor Qurban Bayramova təbrik-70. 27.05.2016, “Modern.az”.
Asif Rüstəmli. Tənqidçi səmimiyyəti. “Ədəbiyyat qəzeti”, 28.05.2016, şənbə, № 20(5039), s.4-5.
Qələndər Xaçınçaylı. Sözün qüdrətinə ilahi gözlə baxan alim. “Həftə içi” qəzeti, 27.05.2016.
Asif Rüstəmli. Ədəbi tənqidimizin fədaisi. “525-ci qəzet”, 04.06.2016,№ 100(4596), s.19; “Kredo”, № 22(883) 30.05.2016,s.13.
Ədəbi tənqiddə bənzərsiz ifadə tərzi. “Azertag.az” Xəbərlər, 06.06.2016. (Təqdim edən: Elçin Kamal.)
Rəhim Əliyev. Tənqidçi ürəyinin miqyası. “525-ci qəzet”, say.119(4615), 05.07.2016, s.7;”Bütöv Azərbaycan” qəzeti, say:22(306),14-20.07.2006.
Mənzər Niyarlı. “Ah, bu nəvələr, bu nəvələr”, Qurban Bayramovun 70-illik yubileyinə sənədli hekayə. 05.07.2016.; “Ədəbiyyat qəzeti”, 02.08.2016, say.25(5044), s.26-27.
Asif Rüstəmli. Təbrik məktubu, Qurban Bayramlı-70.
Müşfiq Borçalı, Yazıçılar Birliyində Yubiley tədbiri, Qurban Bayramov-70.
Aslan Salmansoy. Ruhların da, sevindiyi o gün… “Bütöv Azərbaycan” qəzeti, say 19(303), 9-15.06.2016., s.2.; “Kredo”, №21(882) 13.05.2016,s.4.
Akif Bayram. Tanınmış tənqidçi, vətən sevdalı alim. “Respublika” qəzeti, say.131(5582), 19.06.2016, s.5.
Əli Rza Xələfli. Tənqidçi meyarı – sözün əyarı. Söz içində sözü görmək, yaxud tənqidçinin adı, istedadı.”Kredo”, №21(882) 13.05.2016,s.1.
Qəzənfər Kazımov. Ustadları kimi. “Kredo”, №21(882) 13.05.2016,s.3.
Qurban Bayramov – 70. Azərbaycan Yazıçılar Birliyinin təbrik məktubu. “Kredo”, №21(882) 13.05.2016,s.3.
İsmayıl Kazımov. Kimin kim olduğu bilinməlidir. “Kredo”, №21(882) 13.05.2016,s.8.
Şakir Qabbısanlı (Həmzəyev). Qurban Bayramov-70. Pərəstiş ediləsi alim, Nə yaxşı ki, sən varsan Qurban Bayramov. “Respublika gəncləri” qəzeti, № 78(699), 15.06.2016, s.8.
Şahməmməd. “Sözün də çəkisi var” (Tənqidçi haqqında poema), Bakı, “Ekoprint” nəş., 2017. – 143 səh.
Şahməmməd. Qurban Bayramovun yaradıcılığı və şəxiyyəti (müəllifdən), (Sözün də çəkisi var (poema), Bakı, “Ekoprint” nəşriyyatı, 2017 kitabında, s.3-14.
İsa Həbibbəyli. Mən heç inanmırdım ki… (“Ön söz əvəzi), ( Sözün də çəkisi var (poema), Bakı, “Ekoprint” nəşriyyatı, 2017 kitabında, s.15-17.
Tahir Taisoğlu. Redaktordan son söz əvəzi. ( “Sözün də çəkisi var” (poema), Bakı, “Ekoprint” nəşriyyatı, 2017 kitabında, s.138-142.
Aqil Hüseynov . Şairin yeni poeması və onun qəhrəmanı (Yeni kitab təqdim edirik), “Təzadlar” qəzeti, 16.05.2017, say: 18(2114), s.15; “Zim.AZ.” saytı, 10.05.2017; “Media.İnfo.Az.”, 08.05.2017.
Qarabağ Azərbaycandır, Azərbaycan isə dünyamız! – Yubiley təbriki DƏYƏRLİ ALİM QURBAN BAYRAMOVUN 75 İLLİYİNƏ – Zaur Ustac.
Asif Rüstəmli. Qurban Bayramlı tənqidinin, ədəbi düşüncəsinin keyfiyyət göstəriciləri. “Aziya.İnfo” elm və araşdırma portalı, 30-05.2017.
Qələndər Xaçınçaylı . Tənqidçi- ədəbiyyatçünas Qurban Bayramova doğum günü təbriki , “Yazarlar” jurnalı, may 2021, say: 05(05), s.4-8.

Mənbə: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru