Bu sevgimi???
Necə deyim, heç bilmirəm
Bu sevgimi???
Mənə səndən sənə məndən
Qonaq gələn
saf duyğular
Bu sevgimi???
İstəkləri arzularla
qarışdıran
xoş xəyallar
Bu sevgimi???
Yalanları özümüzə
doğru sayıb
yaşananlar
Demək artıq alışmışıq
Hər zövqdən
Tək tək dadmağa
Köhnədir deyə sıxılıb
Yeniyə
Tez tez qaçmağa
Ya bu sevgi mənlik deyil
ya da səndən öyrənirəm
Ya sevilməkdi məqsədim,
bunu səndən istəyirəm
Ya yuxudu etdiklərim,
ayılmağı gözləyirəm.
Daha sevmirəm səni, bağışla məni…
Unutmuşam adını, baxışlarını
Unutmuşam səninlə, yaşananları
İnan daha hiss etmirəm, varlığını
Çoxdan unutmuşam, olub keçəni
Daha sevmirəm səni,
bağışla məni
De hardan başladıq,
harada bitdi
Nələri yaşadıq,
nələrçün gecdi
Tək sevgi bizə uzaq,
bizə yad idi
Qaytarmaq olmaz,
bəhanəsiz gedəni
Daha sevmirəm səni,
bağışla məni.
Bəlkə də günəşin batışıdır,
bu gediş…
Bəlkə də sənsizliyin naxışıdır,
bu gediş…
Yorğun fikirlərin yatışıdır,
bu gediş…
Sənin hisslərinin satışıdır,
bu gediş…
Mən ki, tanımamışam,
məni sevəni
Daha sevmirəm səni,
bağışla məni…
Ad verməyək bu görüşə…
Bu görüşə nə ad verək
sən söylə
Təsadüfün bizə hədiyyəsidir
Yoxsa bir anlıqdır,
o ötəridir.
Bəlkə bir sevdanın xəbərçisidir.
Amma görürsən,
bu düşüncələr…
Çox qarışıqdı,
həm qəribədir…
Bu görüşün adı nədir???
Ad verməyək,
bu görüşə..
Qoy bu görüş,
Sabahlarda səni
məni
biz eləsin.
Qoy bu görüş,
bizə bizdən
xəbər versin.
Qoy bu görüş,
arzuları ümidləri
gerçək etsin.
Qoy bu görüş,
səni mənə
məni sənə
möhtac etsin.
Müəllif: Ayxan HÜSEYNLİ
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, Doktorant.
AYXAN HÜSEYNLİNİN YAZILARI
“YAZARLAR” JURNALI PDF
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru