Xocalıda azı 3813 nəfər qətlə yetirilib – Tamxil ZİYƏDDİNOĞLU

Tamxil ZİYƏDDİNOĞLU

Xocalıda azı 3813 nəfər qətlə yetirilib
Onlardan 613 nəfəri cəsədləri əlimizə gələn, ictimaiyyətə məlum olanlardır, qalanları barədə erməni mənbələrində məlumat verilir. 2000-ci ildə nəşr olunmuş “Xaç naminə” kitabında Daud Xeyriyan yazırdı:
“Bu şaxtalı qış səhərində Daşbulaq yaxınlığında bir kilometrlik bataqlıqdan keçmək üçün insan meyitlərindən körpü salmalı olduq. Mən meyitlərin üstü ilə getmək istəmirdim. Mayor Ohanyan işarə elədi ki, qorxmaq lazım deyil, müharibənin öz qanunları var. Mən ayağımı qan içində olan 9-11 yaşlarında qız uşağının sinəsinə basıb irəlilədim. Çəkmələrim, şalvarım tam qana batmışdı. Bu qaydada 1200 meyitin üzərindən keçib getdim.
…Martın 2-də “Qaplan qrupu” (bu qrup meyitlərin yandırılması ilə məşğul idi) 2000-ə yaxın iyrənc monqol (Xocalı türklərini nəzərdə tutur) meyitini topladı və onları ayrı-ayrı topalarla Xocalının təxminən bir kilometrliyində yandırdı.”
Yuxarıda qeyd olunanlardan da görünür ki, yer üzündən silinmiş bir şəhərin qırılmış əhalisinin sayı qəsdən az göstərilib. O zaman Xocalıda 8 min yerli əhali olub, 2 min nəfər də Ermənistandan qovulanlardan pənah gətirib. İndi deyə bilən varmı 10 min əhali hardadır?! Düşmənin dezinformasiya təxribatı burda da işləyib.
P.S. 1992-ci ilin aprelində Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədovdan müsahibə alırdım. Dedi:”Öldürülənlərin, yaralananların, itkin düşənlərin, girovluqdan qutara bilənlərin sayı dəqiqləşdirilir”.
Belə məlum oldu ki, Xocalı soyqırımından 40 gün keçməsinə baxmayaraq 5 min nəfərdən xəbər-ətər yoxdur…
Müəllif: Tamxil ZİYƏDDİNOĞLU
“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru,
“Hərbi Jurnalistlər Birliyi”nin sədri.

İlkin mənbə:butov.az

* Bu qəbildən olan siyahıların dəqiqləşdirilməsi bütün itkinlərimiz haqqında tam dəqiq məlumat əldə etdikdən sonra başa çatacaq.

TAMXİL ZİYƏDDİNOĞLUNUN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir