Qənirə Paşayeva haqqında
Paşayeva Qənirə Ələsgər qızı (7 mart 1975, Düz Qırıqlı, Tovuz rayonu) — Azərbaycan siyasətçisi, jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
HƏYATI
Qənirə Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur.
AİLƏSİ
Subaydır. Firuzə adlı mənəvi qızı var.
TƏHSİLİ
Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
FƏALİYYƏTİ
Jurnalist fəaliyyəti
1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır.
2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdur.
Siyasi fəaliyyəti
Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
MÜKAFATLARI
30 sentyabr 2011-ci il tarixində “İslahatçı Gənclər” İctimai Birliyi Qənirə Paşayevanı hər il ənənəvi olaraq təqdim etdiyi “Xəzər” Milli Mükafatının qaliblərindən biri elan edib.
“İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən 2013-cü ildə Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə və bu siyasətin təbliğindəki xidmətlərinə görə Qənirə Paşayevanı Fəxri Diplomla təltif edib. Gürcüstanın fəxri vətəndaşıdır.
SƏFƏRLƏRİ
Somali səfəri
Qənirə Paşayeva 2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım etmişdir.
ƏSƏRLƏRİ
Kitabları
Nobel mükafatlı qadınlar. Bakı: “Elm və təhsil”, 2009. 456 səh. 1000 nüsxə
Tarixə adını yazan qadınlar, 3 cilddə. Bakı: Ozan, 2011.
Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. H. Məmmədova ilə birgə. Bakı: “Elm və təhsil”, 2011.
Səndən sonra. Təbriz: 2020
Məqalələri
“Bülbül kimi gül aşiqi”, “Ozan dünyası” jurnalı, №3(10) 2012.
FİLMOQRAFİYA
Apreldən əvvəl may… Azərbaycan Xalq Cümhuriyyəti (film, 2001)
Erməni soyqırımı. Türkün sözü (film, 2001)
Mənə inanın! (film, 2007)
Ruhum qarabağlıdır (film, 2012)
Bu gün Qənirə xanımın doğum günüdür. Biz də “Yazarlar” jurnalı olaraq, Qənirə xanımı təbrik edir, həyat və fəaliyyətində yeni-yeni ailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun, Qənirə xanım!
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru