
Bəsdi yük elədim səni özümə
Bəsdi yük elədim səni özümə,
Çıx get,rahat olsun qolum-qanadım.
Nə sevgi kar edir, nə də ki, hicran,
Səbrlə soyumur artıq inadım.
* * *
Mən çoxdan bilirəm sən kimsən,nəsən,
Abrıma qısılıb ar eləmişəm.
Sən başdan -ayağa saxta adamsan,
Gör, kimi özümə yar eləmişəm.
* * *
Çıx get, gözlərimə görünmə bir də,
Mən saxta adama ürək vermirəm.
Sən mənə ya dost ol, ya da ki düşmən,
Mən düşmən olana çörək vermirəm.
* * *
Bəsdi fağır-fağır üzümə baxdın,
Çıx get, rahat olsun qolum-qanadım.
Nə sevgi kar edir ,nə də ki, hicran,
Səbrlə soyumur mənim inadım.
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Müəllif: Sona ABBASƏLİQIZI
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru