Ayxan Hüseynli – Yeni şeirlər…

Ayxan HÜSEYNLİ

Bağışla məni…

Unutmuşam adını, baxışlarını

Unutmuşam səninlə,

                               yaşananları

İnan daha hiss etmirəm,

                                varlığını

Unutmuşam artıq,

                                olub keçəni,

Daha sevmirəm səni,

                                 bağışla məni…

De hardan başladıq,

                                  harada bitdi.

Nələri yaşadıq,

                               nələrçün gecdi.

Tək sevgi bizə uzaq,

                               bizə yad idi.

Qaytarmaq olmaz,

                            bəhanəsiz gedəni,

Daha sevmirəm səni,

                             bağışla məni…

Bəlkə də günəşin batışıdır,

                                        bu gediş…

Bəlkə də sənsizliyin naxışıdır,

                                         bu gediş…

Yorğun fikirlərin yatışıdır,

                                         bu gediş…

Sənin hisslərinin satışıdır,

                                         bu gediş…

Mən ki, tanımadım

                                     məni sevəni,

Daha sevmirəm səni,

                                    bağışla məni…

Məndən bir məktub yaz sənə

Məndən bir məktub yaz sənə,

Yalan olmasın içində,

                    həqiqətlə onu bəzə.

Elə məktub yaz ki, sənə

Dediyimi düşüncəndə böyüdəsən,

Sonra …

         hərf-hərf ağ vərəqə köçürəsən,

Hisslərimi hisslərinlə qarışdırıb,

                         cümlələrə ötürəsən.

Unutma ki, mən yazıram bunu sənə,

Amma …

         Yazan əllər səninkidir,

         O fikirlər düşüncələr səninkidir.

Məndən bir məktub yaz sənə,

Oxuyanda inam olsun,

                               səndən mənə

məni özündə hiss elə,

Onda doğru yazılacaq,

            yazılan bütün kəlmələr.

Demək, heç fərq etməyəcək,

Məktub necə yazılıbdır.

Məndən sənə, səndən mənə

Əsas odur, yazılıbdır

                bir sevginin xatirinə.  

Müəllif: Ayxan HÜSEYNLİ

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, Doktorant.

AYXAN HÜSEYNLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir