YUXULARIN ÇİN OLACAQ DEYİRDİN… Yuxuların çin olacaq deyirdin, Qovuşacıq bir təndə bir can kimi. Tərs yozumun xatirinə gözlədik, Ömür bitdi ” bir” deyilən an kimi. * * * Kimdən umaq bir ömürlük səadət, Umduğumuz sayılacaq qəbahət. Qınayacaq bizi bu el, bu adət, Ürək qəmdən dəlik-dəlik, şan kimi. * * * Taleyimiz pərən-pərən, didərgin, Sevgim üçün nələr, nələr edərdim. Bu dünyanın bu üzündən gedərdim, O üzündə mövludum ad-san kimi. 29.01.2022. Quba-Zərdabi.
MƏN YOL ADAMIYAM… Şairəm söyləyən ürək səsiyəm, Oxumaq istədim mən də quş kimi. Sən demə buludun kövrək səsiyəm, Göyə toxuyurdu sətirlərimi. * * * Mənasız görünər hər səs, hər avaz Sevinci kədərlə qoşalaşmasa. Bahar məhəbbətə yaxa tanıtmaz, Belə qaynamasa, belə coşmasa. * * * Görürük, duyuruq hansı həvəsdə Qayanın əbədi ağlamağını. Hər səhər günəşin qolları üstə, Bir yeni sevginin doğulmağını… * * * Bu dünya min duyğu, min yeni ahəng, Həyatla, ölümün can otağıdır. Gözəllik möhtəşəm, sözlər rəngbərəng Yerləri bəzəyən göy qurşağıdır. * * * Hər yolun sonunda işıq görünür, Mən yol adamıyam fikirləri dəm. Ömür yaşamışam soyuq bir ömür, Baharın əlindən tutub gəlirəm…
DÜŞÜNCƏLƏRİM… Hissiz,duyğusuzdur gülümsəməyən, Allah qar yağdırır baxıb dağına. Sədəğə istəmə ömürdən, gündən Yıxılıb zamanın ayaqlarına. * * * Qartal qanadından bir lələk düşdü, Çapırdı dördnala bir qoca atlı. Sevinc qapılarda kirayənişdi, Dərdin mənzilidi köksümün altı… * * * Zülmət sevinməsin batsada günəş, Gedişin təzədən dönüş vaxtı var. Dünya qaydasını dəyişə bilməz, Bir gün yoxuşun da eniş vaxtı var. * * * İnsan yaşamayan sehirli yurddu, Keçilməz yolu var zirvələrin də. Zirvədən daş qopdu, dərələr uddu Acgöz tamahı var dərələrin də… * * * Dənizdə doğulur dəli küləklər, İstinin,soyuğun döz havasına. Dalğalar sahili niyə döyəclər, Ömür tək sıgmayır öz məcrasına. * * * Ruhumun bir ovuc buluduyam mən, O hansı qüvvədir özünə dartır. Tutsada göylərin ətəklərindən, Torpağa qayıdır,yerə qayıdır. * * * Çalınan fələyin kəməncəsidir, Duymaz bu mənanı biganə adam. Hər axşam, hər səhər zumzuməsidir, Çayın bəstəsidir dağlar oxuyan. * * * Əlində çırpınıb xəyallarımın, Sözün qucağında fikir uyuyur. Bir səs qulağıma gəldi ayıldım, Gördüm pəncərəmdə bir quş oxuyur…
SALAM ALLAH SALAMIDIR Biri şərqə, biri qərbə Gedir güman səpə-səpə. Həyat yolu çox qəribə, Hərə bir yol adamıdır. * * * Astarı nə, üzü nədi Dilimdə sözü göynədi. Söz daşlaşan bir əbədi, Qədim Misir ehramıdır. * * * Salam şeirin dilidir, Salam haqdan qopub gəlir. Salamsız fikir ölüdür, Salam Allah salamıdır. * * * Sevgi bahar, sevgi payız Qoy dolaşsın ağız-ağız. Deyəcəklər bir sevdasız Günlər ömrün haramıdır. * * * Ocaq çatıb, od qalayıb, Dərmədiyim gülə hayıf. Faniliyə baş bulayıb, Gedən ölüm karvanıdır.
MƏNİ TUFAN DOĞUB… Yağıb sətir-sətir varaqlar üstə, Kükrə, çaylar kimi yenidən kükrə. Döyüb pəncərəmi əsən dan yeli, Çəksin xəyalımı dərinliklərə… * * * Möhtəşəm olursan qovuşmağınla, Ruhumun göyləri sonsuz və dərin. Ana laylası tək özünə çəkir, Əlindən yapışıb şeirlərimin. * * * Məni tufan doğub min ildən bəri, Ulayan boz qurdun uzaq səsiyəm. Yatıb,dincəlməyən dənizlər kimi, Bəlkə də taleyin uzaq səsiyəm. * * * Sonum belədirsə, əvvəlim belə Ağacam,torpağam,suyam,buludam. Könlümün harayı mələr bir quzu, Gözünün yaşını qurutmalıyam. * * * Məni də qapından keçir qoy gedim, Hər kəsin gözündə ikili dünya. Gördüm mürgüləyir səssiz duyğumun, Sığınıb köksünə mürgülü dünya. * * * İnsanlıq diz çökür azadlığına, Bəs niyə dünyanın evi dar imiş. Bir möhnət görürəm hər addım başı, Ürək viran imiş, tarimar imiş. * * * Kukrəyim, çağlayım dalğalar kimi, Ayağa qaldırım tufan ordumu. Yox-yox quş avazlım, əfv elə məni, Gərim yer üzünə qanadlarımı…
DOĞULDUM… Mələk gəldi quş təki, Dodağında təbriki. Əlimi tanış təki Sıxan vaxtı doğuldum. * * * Həyat,ölüm savaşı, Ömür bir sapand daşı. Ayrılığın göz yaşı Yağan vaxtı doğuldum… * * * Dünya eşqin gözəli, Ətəyində bir əli. Bir əlində yaz seli Axan vaxtı doğuldum. * * * Yollar küsgün, can talan Sevgisidi azalan. Haqqımızı şər, yalan Boğan vaxtı doğuldum. * * * Ana doğan mərddimi, Kim eşidib əhdini. İpə,sapa dərdini Yığan vaxtı doğuldum. * * * Vətən ayrılıq yurdu, Kədər mərəkə qurdu. Ovundurub buludu Şağan vaxtı doğuldum. * * * Qış qovurdu baharı, Kimsə yorub yolları. Kəsib qoca çinarı Yıxan vaxtı doğuldum. * * * Səhərəcən quş oyaq, Oxuyurdu cosaraq. Günəş dağdan aşaraq Çıxan vaxtı doğuldum….
Azərin son gülü Ağstafada heç vaxt olmamışam. Amma Qazax, Ağsatafa camaatının mərd, qorxmaz və etibarlı olduğunu çox eşitmişəm. Ürəyimdə gedib o dilbər guşəni görmək arzusu həmişə olsa da oralara qiyabi səfər edəcəyim haqda heç düşünməmişdim. Ancaq Ağstafaya məhz qiyabi səyahət etməli oldum, çünki haqqında yazacağım qəhrəman Ağstafada anadan olub. O, Ağstafanın Böyük Kəsik kəndində ziyalı ailəsində dünyaya gəlib. Anası Məmmədova Yeganə xanımın dərs dediyi orta məktəbi bitirib. Yeganə xanım oğlunu həm evdə, həm məktəbdə əsl azərbaycanlı oğul , vətənpərvər bir şəxsiyyət kimi böyütmüşdü. İndi onun adını daşıyan Böyük Kəsik kənd məktəbinin şagirdləri 44 günlük Vətən müharibəsi qəhrəmanının adına layiq böyüməyə çalışır və onun kimi vətənpərvər olmağa söz verirlər. O, adında Azərbaycanın bir hissəsini daşıyırdı. Valideynləri Azər adı vermişdilər ona. Vətən sevgisi ilə, vətən məhəbbəti ilə bir yerdə yaşadırdı bu adı Azər. Ailədə iki qardaş idilirər. Azər fərqli idi . Elə uşaqlıqdan fərqli idi. O, həmişə, hər yerdə öndə olmağı sevərdi. Hər kəsin dərdinə ilk o yarayardı. Hamının sevincini də ilk bölüşənlərdən olmaq istəyərdi. Hər yerdə fərqləndiyi kimi 44 günlük Vətən müharibəsində də fərqləndi və 9 dekabr 2020 – ci ildə Ali baş komandan İlham Əliyevin əmri ilə Vətən müharibəsi qəhrəmanı kimi yüksək ada layiq görüldü Azər. Görünür, qəhrəmanlar elə anadan qəhrəmanlıq üçün doğulurlar. Azər hələ uşaq vaxtlarından hərbçi olmaq arzusuyla böyüyürdü. 2012- ci ilin aprel ayında hərbi xidmətə yollanmış, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11 – ci bölüyündə kiçik çavuş rütbəsində xidmət etmişdir. Xidmətini bitirdikdən sonra hərbiçi olmaq arzusu onu Sərhəd qoşunlarına, daha dəqiq desək, Cəlilabad rayon Göytəpə sərhəd dəstəsinin 2003 №li hərbi hissəsinə gətirib çıxarır. Burada xüsusi bacarığı və idman hazırlığı ilə fərqləndiyinə görə Azər Xüsusi Təinatlı dəstəyə göndərilir və Tovuz döyüşlərində artıq kəşfiyatçi kimi fəaliyyətə başlayır. Hələ orta məktəbdə oxuyarkən torpaqlarmızın işğal altında olması Azəri çox narahat edirdi. Elə bu narahatlığın nəticəsi olaraq Vətən müharibəsinin ilk günlərindən bir çox gərgin döyüşlərdə iştirak edib qəhrəmanımız. Azər Yusifli Füzulu , Cəbrayıl, Qubadlı, Hadrut, Zəngilanın azad edilməsində şücaət göstərib. Cəbrayıl rayonu azad edilərkən Xudafərin körpüsünə və Zəngilan şəhər prokurorluğunun binasına Azərbaycan bayrağını məhz Azər Yusifli sancıb. – Yolumuz Şüşaya, Xankəndinədir! – deyirdi Azər onun halını soruşanlara. İndi atası Nazim müəllim Azərdən danışanda ürəyində oğul itkisi gövr edir, əbədi sağalmayan yarası sızıldayır. “Cəbrayılda bir neçə gün vuruşub oğlum. Düşmən irəliləməyə qoymurmuş bizim əsgərləri. Yüksək rübəli komandirin dediyinə görə Azər o döyüşdə böyük şücaət göstərib və düşmən səddinin yarılmasında fədakarlıq nümayiş etdirib. Təkcə bir döyüşdə düşmənin 30-a yaxın canlı qüvvəsini və 4 zirehli texnikasını sıradan çıxarıb”,- deyə Nazim müəllim kövrələ-kövrələ, lakin qürurla oğlundan danışır. Azərin dayısı Fərman müəllim deyir ki, Azər bir neçə yaralı əsgəri ölümdən qurtarıb. Döyüş meydanında bir nəfər də olsun yaralı qoymayıb. Hamısını od-alov içərisindən təkbaşına çıxarıb, ölümdən xilas edib. Həqiqi xidmətini başa vurduqdan sonra Azər qayıdıb doğma kəndində 12 il əhdinə vəfalı olduğu nişanlısı Songül adlı qızla ailə qurub yaşaya bilərdi. Lakin o, sevdiyi qıza bir qızıl gül bağışlayıb “Getməliyəm!” deyir və ordudan ayrılmamağı qərara alaraq Vətən müharibəsində iştirak edib qəhrəmancasına vuruşur. Bu gülün Azərin Songülə bağışladığı son gül olacağını heç kim güman etmirdi. Hamı elə bilirdi ki, Azər o qədər cəsur, o qədər güclüdür ki, ölüm ona qalib gələ bilməz. Azər əsl Azərbaycan kişisi idi, Azərbaycan qəhrəmanı idi. – Bu müharibədə geriyə dönüş yoxdur. Biz ancaq irəli gedəcəyik!- deyirdi Azər. O, dediyi kimi də oldu. Ordumuz düz Şüşüya qədər dönmədən , yorulmadan irəlilədi və sonda qələbə çaldı. Lakin… Azər o qələbəni görmədi. Zəngilan döyüşlərinin birində ağır yaralanan Azər qəhrəmancasına həlak oldu. Şəhidlik zirvəsinə ucaldı o gün Azər. Göstərdiyi şücaətə və qəhramanlığa görə Azər Nazim oğlu Yusifli “Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra), “Vətən uğrunda medalı”(ölümündən sonra),”Cəbrayılın azad olunmasına görə”(ölümündən sonra) medalla təltif olunub . Martın 28-i Azərin anadan olduğu gündür. Yaşasaydı həmin gün 28 yaşını qeyd edəcəkdi… Bu gün mənim qiyabi səfər etdiyim Ağstafa şəhərinin küçələrinin biri Azər Yusiflinin adını daşıyır. Söz verirəm ki, bir gün mən də Azərin məzarını ziyarət edib ona yaşadığım üçün, qoğma Qarabağımı mənə qaytararkən canindan keçdiyi üçün ona mütləq təşəkkür edib bir ömür ona və onun kimi minlərcə şəhidlərimizə borclu olduğumu bildirəcəm. İndi isə bilirəm ki, bu bahar günündə məzarının üstündə pərvaz vuran quşlar, minlərlə insanın ona gətirdiyi güllər, çiçəklər onun ölməz ruhunu oxşayır. Bu məzarı ziyarət edən hər kəs “ Allah rəhmət eləsin sənə, igid! Ruhun şad olsun!”- deyir.
Elm – işıqdır, Allah nurundan yaranıb. Əsl alimlər bu nurun daşıyıcıları, qaranlığı, nadanlığı, məchulluğu parçalayıb yaran, bəşərin qəlbinə, ruhuna, idrakına işıq paylayan fəzilət sahibidirlər. Elm işığında öyrənmək, işığın içində işığı aramaq – elə Allahın işığına doğru daha bir addım da yaxınlaşmaq deməkdir. Yeni Eranın Elmi “Alternativ psixologiya” elminin müəllifi Akademik Yaşar İbadovun sözü, işi, əməli, şəxsiyyəti Allah nurundan yaranmışdı. O, İnsanın,İnsanlığın xilasına öz elminin gücü ilə töhvələr verir. Məhz belə insanların simasında Məhəmməd peyğəmbərin (ə.s.) bu kəlamı öz yerini tapır: “Bir insanın qiyməti onun elmi, biliyi qədərdir”.İnsanların sağlam,mənəvi cəhətdən daha güclü olması: Onun özünə hörməti, özünün,döğmalarının və ətrafının qorunmasına məhs saf niyyəti, təmənnasız xidməti təminatdır.Yaradanın yaradıqlarını sevməklə qorumağanın yolu: İlahi eşqidən, Mənəviyyatdan ,Halal və Düz yolda olmaqdadır.
Fəxr olunası,Qürur duyulası :-Allahın dəyər verdiyi,xüsusi qabiliyyət və Elm verdiyi, Tibbi biologiya elmləri doktoru,professor,dünyanın aprıcı ölkələrinin ABŞ, İngiltərə,Türkiyə,Avropa, Rusiya, Ukrayna,Gürcüstanın Fəxri Akademiki, nüfüzlü Beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüş ,orijinal dəsti-xətti olan, elmi naliyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunan , akademik Yaşar Saday oğlu İbadov(Ağdam şəhəri,Şelli Qaradağlı kəndində anadan olub) İnsanların sağlamlığının qorunmasina öz əvəzsiz tövhəsini verməkdədir!!! Yer kürəsində yeganə alimdi, Elmi var!!! Həm nəzəri, həmdə praktik nəticələri var!!! Müəllifi olduğu “Alternativ Psixologiya” elminin metodologiyası əsasında İnnovativ İxtiraları (saat əqrəbinin əksi istiqamətində hərəkət edən qarmanizatorları,saatları və s.) Hər bir fərdin, ətraf aləmin,həmcinin Təbiyyətdə harmoniyanın bərpasına xidmət edir!
Oksford Universitetinin akademiki, “Alternativ Psixologiya” elminin müəllifi , Alternativ Psixologiya Beynəlxalq Məktəbinin rəhbəri, tibbi-biologiya elmləri doktoru, professor, Azərbaycan Təhsil İnstitutunun “Psixogigiyena və tibbi-psixoloji diaqnostika laboratoriyası”nın direktorui Yaşar Saday oğlu İbadov İlahın dəyər verdiyi, xüsusi qabiliyyət və Elm verdiyi, ,dünyanın aprıcı ölkələrinin ABŞ, İngiltərə,Türkiyə,Avropa, Rusiya, Ukrayna,Gürcüstanın Fəxri Akademiki, nüfüzlü Beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüş ,orijinal dəsti-xətti olan, elmi naliyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunur. Beynəlxalq səviyyədə Dünya təbabətinə elmi yeniliklər gətirmiş azərbaycanlı alim akademik Yaşar Saday oğlu İbadov Tibbi biologiya elmləri doktoru, professor “Alternativ psixologiya” elminə 3 mart 2003-cü ildə Moskva şəhərində müəlliflik şəhadətnaməsi (№ 6274) almışdır.
Müasir insanın tərbiyəsi və hərtərəfli inkişaf etdirilməsində “Alternativ psixologiya” elminin verdiyi yeni imkanlar.
“Alternativ psixologiya” şifahi xalq yaradıcılığından bu günə qədər təkamül yolu keçmiş müasir elmlərin çərçivəsində inteqrasiya xəttində formalaşmış yeni bir elmdir. Şüurun məhsulu kimi formalaşmış bu elm insana müasir elmlərin alternativ prizmasından baxışda ən şüurlu seçimə əsas verir, cəmiyyətdə layiqli yer tutmaqda və yaranmış problemlərin həllində ona kömək edir.
“Alternativ psixologiya” (“alternative” – sözü bir – birini istisna edən iki və daha çox ehtimalın arasında seçim zəruriliyi mə’nasını verir) – insanın zaman və məkan kateqoriyaları ilə qarşılıqlı tə’sirindən yaranan problemlərinin həlli yolundakı suallara cavab verə bilən psixologiya elminin yeni sahəsidir. Bu elmin metodları: mücərrəd kompozisiyalar şəklində tibbi – pedaqoji – psixoloji testlər, psixoqrafiya, psixokorreksiya, faza portret – sistem və s. ibarətdir. Alternativ psixologiyanın metodlarında situasiyaların faza vəziyyətlərindən və sərhədlərindən, daha sonra isə blokadaedici situasiyalarda yaranan enerjinin informasiyalarından istifadə olunur. Faza dəyişikliklərində əmələ gələn metamorfozalar və onların səbəbləri haqqında məlumatlar bu elmin metodlarının vasitəsilə – enerqoinformasion təsvir şəklində alınır. Ona görə də psixoqrafiya metodu insanlığın öyrənilməsində yeni istiqamət kimi qiymətləndirilə bilər. Burada biz şəxsiyyəti onun öz səviyyəsində və şüuraltı təfəkkürünün yaratdığı obrazlarda öyrənə bilirik. Bu elm zaman və məkanda canlı sistemlərin şəkil dəyişməsini – bir haldan başqa hala keçməsini və hərəkət tərzini öyrənir. Tədqiq olunan obyektin öyrənilməsi prosesində – metamorfozanın səbəbləri üzərində aparılan işlərdə bu metodların vasitəsilə korreksiya edilir, enerqoinformasion vəziyyət tənzimlənir və ətraf mühitlə insan arasında harmoniya yaradılır.
Elmin tətbiq sahələri:
1. Dilçilikdə .
2. Pedkaqogikada, tərbiyədə.
3. Səhiyyədə.
4.Psixoloji köməkdə.
5. Şəxsiyyətin təhlükəsizliyində.
6. Ümumi psixologiyada.
7. Etnoqrafiyada.
Dilçilik.
Hal-hazırki vaxtda insan psixikasını öyrənmək üçün bütün əsas funksiyaları özündə birləşdirən, bütün mümkün ünsiyyət formalarını üzə çıxaran metad ilə ehtiyac duyulur. Hazırki situasiyada belə bir nəticəyə gəlmək olar ki, psixoqramma dili dilçiliyin bu tələblərini ödəyir.
Alınmış psixoqramma səssiz ünsiyyətin psixiyazısınınin formasiyasıdır. Bu ünsiyyət növü dünyada ilk dəfə təcrübədən keçirilir. Çünki bu yazı forması bizə tanış olan ünsiyyət növlərindən heç birinin köməyinə müraciət etmədən informasiya verir. İstənilən və eləcədə bu dilin xüsusiyyəti məlumatı almaq və ötürməkdir. Psixoqrammanın əsasında psixoqrafiyanın əlifbasını işləyib hazırlamaq və bu əsasda təbiətin özünün dilini – simvollarının, enerjinin verbalizasiyasız hərəkətinin dilini yaratmaq üçün ilkin şərait vardır. Nümunə kimi belə dilin ilkin formasını – Qobustan qayalarındakı qrafik təsvir-şəkil- məlumatları misal göstərə bilərik.
Psixoqrammanı psixikanın yazı dili kimi təqdim etməklə biz müasir dilçiliyin imkanlarını genişləndiririk. Buna təsdiq olaraq Dədə Qorqud haqqındakı şəkil-yazıların yeni metodla – Alternativ Psixologiyanın təklif etdiyi psixoqrafiya metodu ilə oxunmasından alınan infolrmasiyanı misal göstərmək olar.
Psixoqrammanın dili dedikdə oradakı elementlərin mənasını başa düşmək və onu özdilində ifadə etmək nəzərdə tutulur. Yəni psixoqrammanın dilind əsəs atributu yoxdur. Orada ancaq təsvir və yazılı ifadə var. Bu yazının elə bir formasıdır ki, orada şəkil – yazılardan, obrazlı ifadədən, simvolikadan hətta müxtəlif əlifbalara aid hərf və rəqəmlərdən istifadə edilir. Ancaq yuxarıda qeyd etdiyimiz kimi bunlar psixoqrafın öz istəyi ilə deyil, pasientin psixienerjisinin daşıdığı informasiyaya uyğun işarəli ünsiyyətdir. Sadəcə həmin yazıdakı işarələrin daşıdığı informasiyanı təyin etdikdə onu pasienti nözverdiyi məlumatlarla tutuşdurmaq, müqayisə edərək, daha da dəqiqləşdirmək lazımdır. Bu zaman pasientlə psixoqrafarasında fikir birliyi yaranır və psixoqrammadakı çox dəqiq verilmiş məlumatların hər iki tərəf üçün ən düzgün variantda izahlı analizi aparılır.
Əgər təkamül prosesində insanın yaranmasında ünsiyyət vasitəsi kimi səsdən istifadə edilibsə bu ünsiyyətdə iki duyğu üzvü iştirak edir. Danışıq aparatı və eşitmə aparatı. Ancaq ünsiyyətdə elə çətinliklər olub ki, onu səslə çatdırmaq mümkün olmayıb. Buna görə dəşəkillərdən, qrafik təsvirdən, piktoqrammadan, fikir yazılarından istifadə etmək taləbatı yaranıb ki, bu, ünsiyyətin gözlə görünüb şüur və təfəkkürün gücü ilə dərk edilə bilən bir forması deməkdir. Yəni burada görmə və digər duyğular işə düşür. Təkamülün davamı ilə şifahi xalq yaradıcılığından yazılı ədəbiyyata keçid ünsiyyətinin formalaşmasının ən geniş yayılma xətti olmuşdur. Ancaq yazı dilin atributu kimi səsdən qabağa düşdüyü xətlər vardır ki, bu xətlər özünə məxsus xüsusiyyətləri ilə seçilir.
Psixoqramma yazı forması kimi məhz ikinci xətti keçir. Yəni, burada əvvəlcə yazı yazılır. Xətlər fikri ifadə edir. Həmin xətlər xəstənin psixikasını təşkil edən psixi enerjisinin yaratdığı yazıdır. Bu yazı təkamül prosesində yazı mədəniyyətinin formalaşmasında və müxtəlif əlifbaların yaranması prosesində müxtəlif dərəcədə öztəsirini göstərmiş və bugün kü semiotikada özcizgilərini saxlayır. Bu gün insanların psixoloji mənada problemlərini psixikanın özdilində öyrənməyin yolu açılır.
.Pedaqogika, tərbiyə.
Bu məqsədlə yeni yanaşmada Tibbi-Pedaqoji-Psixoloji testlərdən istifadə olunur. Həmin testlər 1999-cu ildən dərc olunmuşlur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tövsiyəsi ilə psixoqrafiya metodu ilə alınmış qrafik təsvirlərdən istifadə olunmuşdur. Bunlar inkişaf etməkdə olan gənc nəsildə yüksək təfəkkür qabiliyyətinə nail olmaq üçün əyani vasitə kimi müəyyən əhəmiyyət kəsb edirlər. Yəni, testlərdən istifadə prosesi insanın təfəkkürünü məşq etdirməklə yanaşı obrazlı düşüncə, müəyyən vərdişlər və ideasioniş xüsusiyyətlərini formalaşdırmağa ildə müəllimlərin Elmi Məruzələrinin Respublika Müsabiqəsində Respublika Təhsil Nazirliyinin I dərəcəli diplomuna layiq görülmüşdür
. Psixoloji kömək.
Bu metodka taklizmlər zamanı insanlarda yaranan stresslərin operativ götürülməsində və həmçinin ayrı – ayrı adamların psixoloji reabilitasiyasında xüsusi əhəmiyyət kəsb edir. Təhsil Nazirliyinin Respublika Səhiyyə Nazirliyinin müraciətinə razılığı ilə (məktub № 46-14-144/16,11.01.2001-ci il tarixli) 2002 – ci ilin noyabrında baş vermiş zəlzələ nəticəsində stress keçirmiş uşaqların psixoloji riablitasiyasında Respublika ərazisində bizim metod tətbiq olunmuş və çox gözəl nəticələr əldə edilmişdir.
O zaman biz bütün bu işləri səyyar şəkildə həyata keçirdik. Alınmış yaxşı nəticələrə əsaslanaraq biz, bu işləri daha yüksək təşkilati səviyyədə həyata keçirmək üçün “Yaşadan Əllər” Tibbi-Psixoloji Mərkəzini yaratdıq.
Qeyd etmək lazımdır ki, bir çox psixoloji problemləri olan xəstələrin reabilitasiyasına düzgün yanaşmaq üçün xüsusi psixoloji xidmət kabinələri olmalıdır ki, onlar ağır psixi vəziyyətdə psixiatrların dərman müalicəsi altına düşməmiş əsas səbəb düzgün təyin edilsin və vaxtında aradan qaldırılsın.
Şəxsiyyətin təhlükəsizliyi.
Psixoqramma insan həyatında və eləcə də fəzanın problemli yerlərində qəza situasiyalarının inkişafını təyinetməyə və dayandırmağa imkan verir. Bədbəxt hadisələrin qarşısını almaq üçün psixoqramma və fazaportretləri çəkməklə prosesləri diaqnozlaşdırmaq, analiz etmək və korreksiya etmək imkanları əldə edilir.
.Ümumipsixologiya.
Alternativ Psixologiyanın metodları Ümumi Psixologiyanın imkanlarını genişləndirir. Ümumi Psixologiya psixi-prosesləri öyrənir. Alternativ Psixologiya Ümumi Psixologiyanın ayrı – ayrı qollarının cavablandırmağa çətinlik çəkdiyi suallara inteqrasiya yolu ilə cavab verə bilir.
Etnoqrafiya.
İnsan cəmiyyətinin və onun elminin təkamülündə elə bir an gəlib çatır ki, geniş əhəmiyyətli elm sahəsində yeni elmi təkanavəsıçrayışa ehtiyac duyulur Yerin və ya Kainatınin form sahəsindən buna bənzər enerjiləri çəkib çıxaran xüsusi energetik köklənmə yaranır. Və onlar enerqo informasion axınlarda gəlir. Onlar Yerkürəsində yaşayan bir çox adamlarınin form sahələrindən sürətlə ötüb keçir. Bu cür məlumatin formasiya axınında və Kainatınin formasion sahəsində yerləşir.Psixoqrafiya metodu vasitəsilə tarixi şəxsiyyətlər haqqında Kainatınin form sahəsindən məlumat almaq və onlar haqqında olan məlumatları dəqiqləşdirmək olar.
“Alternativ Psixologiya” elmi Azərbaycanda yaransa da, ümumbəşəri bir elmdir və bütün dünya üçün yararlıdır: “Alternativ psixologiya Yer kürəsinin qlobal problemi olan “İnsan ekologiyası”na yenilik gətirən bir elmdir. Bu elm kainatın informasiya modelində var idi. Alimin fikrincə, indi Yer kürəsinin əsas problemlərindən biri insanların öz enerjilərinin təbiətini bilməməsi ilə əlaqədardır.: “Hazırda qızlarda oğlanlaşma (masklinizasiya), oğlanlarda qızlaşma (feminizasiya) prosesi gedir. Hər bir insanda in-qadın, yan-kişi enerjisi var. Lakin müvafiq olaraq oğlan və qızlarda bu balansın pozulması problemlər yaradır. Məsələn, hazırda oğlanların əksəriyyəti əsgərlikdən yayınmağa çalışır. Buna səbəb onlarda olan qadın enerjisinin artmasıdır ki, bu da kişilərə xas olan keyfiyyətlərin azalmasına səbəb olur. Hazırda Təhsil Problemləri İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyamız bu enerjini təyin edir və pozulmuş disfunksiyanı balanslaşdırır.” Həkimin bildirdiyinə görə, hansı sahənin mütəxəssisi olmasına baxmayaraq, hər bir şəxsə insanlığa xidmət edən yeni elmin sirləri açıla bilər: «Psixikamızda yaranan gərginlik özümüzdən əlavə ətrafımıza da təsir göstərir və bu, bir zəncir şəklində yayılmaqda davam edir. Həmçinin yaşanan gərginlik əlavə xəstəliklərin yaranmasına gətirib çıxarır. Odur ki, yaranan gərginliyi aradan qaldırmaq üçün cəmiyyətdəki sağlam düşüncəli adamların sayını artırmaq lazımdır. Və belə adamlar energetik yolla təkcə öz nəslini yox, həm də müəyyən mənada öz millətini, xalqını qoruya bilər. Bu məqsədlə yaradılan məktəbimiz tam mənada insanlığa xidmət edir.”
“Alternativ Psixologiya ” elminin müəllifi akademik Yaşar İbadovun keçirdiyi dünyavi seanslar Təbiyyətin, Cəmiyyətin harmoniyasına, İnsanların sağlamlığın energetik balansda normalaşdırılmasına kömək etməklə, onların aktiv fəaliyyətlinə müsbət təsir edir. Eranın Elmi Insanlığa Xidmət edir! Fəxr duyuruq istedadlı alimimizlə!
ELM GÜNÜ MÜNASİBƏTİLƏ YENİ ERANIN ELMİ “ALTERNATİV PiİSİXOLOGİYA” ELMİNIN MÜƏLLİFİ AKADEMİK YAŞAR SADAY OĞLU İBADOVU TƏBRİK EDİRİK!