GECƏNİN BİR ALƏMİ… – Eldar BAXIŞ

ELDAR BAXIŞIN YAZILARI

GECƏNİN BİR ALƏMİ…
Sonra nə oldusa, yadıma gəlmir,
Onu bilirəm ki, qanım qaynadı.
Onu bilirəm ki, ruhum oynadı,
Sonra nə oldusa, yadıma gəlmir.
* * *
Tez durub geyindim, çıxdım küçəyə,
Küçə sizə sarı çəkirdi məni.
Ulduz sizə sarı, ay sizə sarı,
Gecə sizə sarı çəkirdi məni.
* * *
Gecədən, ulduzdan, aydan da betər,
Ürək sizə sarı çəkirdi məni.
Fələyə nə deyim, tutub qolumdan,
Fələk sizə sarı çəkirdi məni.
* * *
Küçənin, gecənin, ulduzun, ayın,
Ürəyin sözündən çıxa bilmədim.
Tanrının sözündən çıxa bilmədim,
Fələyin sözündən çıxa bilmədim.
* * *
Alnıma toxundum, gördüm tərləyib;
Dodağıma baxdım, uçuqdu gördüm.
Bütün darvazalar gördüm bağlıdı,
Sizin darvazanız açıqdı gördüm.
* * *
Keçdim darvazadan, çıxdım həyətə,
Arzu, istək məni yaxalamışdı.
Ulduz oyaq idi, ay oyaq idi,
Tanrı oyaq idi göyün üzündə…
Qapınızın zəngi yuxulamışdı.
* * *
Qapını oyatdım, zəngi oyatdım,
Oyatdım yuxudan zəngin səsini.
Daha düşünmədim, fikirləşmədim
İşin avandını, işin tərsini.
* * *
İş belə oldu ki, zəngin harayı,
Yuxudan yarımçıq qaldırdı səni.
Durna qatarında uçub gedirdin,
Durna qatarından saldırdı səni.
* * *
Sən oyanan kimi, sən duran kimi,
Əllərin oyanıb qalxdı yuxudan.
Yastığın üstünə sərilib qalan,
Tellərin oyanıb qalxdı yuxudan.
Çiyinlər oyandı -pambıq çiyinlər;
Addımlar oyandı- kövrək addımlar.
* * *
Nə gözəl olurmuş, Allah, yuxudan
Yarımçıq duranda gözəl qadınlar.
Həmişəki kimi “eşş” eləmədin,
Bir sözü çevirib beş eləmədin,
Sağını-solunu eşələmədin,
Yüyürdün qapıya, çatdın qapıya.
* * *
Uzandı işığa süd barmaqların,
Evin süd işığı alışdı, yandı.
Sonra nə oldusa, yadıma gəlmir,
Sonra vaxt dayandı, zaman dayandı.
* * *
Sonra söndü evin süd işıqları,
Elə bil əridi, çürüdü, getdi.
Ulduzun yanına, ayın yanına,
Tanrının yanına yeridi getdi.
* * *
O süd işığından nə qaldı bizə?
Ağ yastıq, ağ döşək, ağ yorğanüzü.
Sənin baxışının odu, alovu,
Mənim baxışımın çınqısı, közü.
Od-oda qarışdı, alov-alova,
Köz-közə qarışdı, çınqı-çınqıya.
* * *
Əl ələ qarışdı, barmaq barmağa,
Dil dilə qarışdı, yanğı yanğıya.
Sən mənə dedin ki, lap elə belə?
Mən sənə dedim ki, lap elə belə.
* * *
Bu mənim telimdi, bu sənin telin.
Axtara bilirsən, tapa bilirsən,
Axtar elə-belə, tap elə-belə.
* * *
Gecə çırpınırdı, gecə əsirdi,
Gecə titrəyirdi, nə titrəyirdi,
Sinəmiz gecəni: -bu xoş keçəni
Bir daş ütü kimi ütüləyirdi.
* * *
Gecənin sümüyü sürmə olmuşdu,
Dişinə dəyirdi dişi gecənin.
Bütün qitələri bölüşdürmüşdük,
Biri bizim idi, beşi gecənin.
* * *
Sonra nə oldusa, yadıma gəlmir,
Onu bilirəm ki, səhər açıldı.
Onu bilirəm ki, əlim səyridi,
Açıq pəncərədə baxdım səmaya
Tanrı bizə baxıb gülümsəyirdi…

İlkin mənbə: edebiyyatqazeti.az

Müəllif: Eldar BAXIŞ

ELDAR BAXIŞIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əsgər Ordubadlı – Gülər

ƏSGƏR ORDUBADLININ YAZILARI

Gülər
(hekayə)
Gülər zəng vurub keçən dərsin yerini soruşanda onun nə qədər kədərli olduğunu səsindən hiss etmişdim.
Səhər dərsə gələndə isə sanki ağlamaqdan gözləri şişmiş, yanaqları qızarmışdı.
Hər zaman gülərüz, şən görünən bir məktəbli qızın bu qəmgin siması çoxlarını təəccübləndirmiş, hətta bunu dil və ədəbiyyat müəllimimiz Anar müəllim də asanlıqla hiss etmişdi.
Tənəffüs zəngi çalınanda Anar müəllimi dəhlizin bir küncündə Gülərlə söhbət etdiyi səhnəni hələ də xatırlayıram.
Gülərin yanağına süzülmüş göz yaşları, Anar müəllimin onu bir ata nəvazişi ilə bağrına basaraq “Narahat olma qızım, bu iş tezliklə sənin xeyrinə bitəcək” deməsi bu gün hələ də xəyalımdan çıxmamışdır.
* * *
Növbəti dərs zamanı artıq Gülərin çöhrəsinə qonmuş kədərli ifadələrin artıq yavaş-yavaş yox olaraq, o gözlərə azacıq da olsa təbəssüm qonmasının şahidi oldum.
Sanki o Anar müəllimlə söhbətdən sonra kədərini unutmuş, ona ümid bağlayaraq hər şeyin gözəl olacağına inanıb, arxayınlaşmışdı.
Gülər mənim parta yoldaşım olduğundan və aramızda olan yoldaşlıq bağlarımızın möhkəmliyindən heç nəyi bir-birimizdən gizlətməzdik.
Bəlkə elə buna görə də o bütün olanları mənə açıq danışmışdı.
O deyirdi ki “Axşamdan bəri ağlayıb, göz yaşı tökmüşəm. Dadıma yetən bir kimsə olmayıb. Bəkə də atam sağ olsaydı belə olmazdı. Kimsə məni sahibsiz zənn etməzdi.
Onun sonrakı danışıqları isə sözün həqiqi mənasında mənə lap şok yaşatmışdı.
Deyir – Axşam bizə elçilər gəlmişdi. Nişan üzüyünü zorla barmağıma taxdılar. Nə qədər ağlasam da göz yaşlarımı silən olmadı. Hamı yalandan “xoşbəxt ol” deyib getdi.
Heç belə xoşbəxtlikmi olar?
Oğlanın otuz iki yaşı var, mənimsə on beş yaşım hələ tamam olmayıb…
Növbəti gün Gülərin nişan üzüyünü qaytardığını eşitdik. Düzü bu xəbəri eşidəndə sevincimin həddi – hüdudu yox idi.
O qədər sevinmişdim ki hətta Güləri təbrik edib, Anar müəllimə təşəkkür də etmişdim. Anar müəllimə elə ürəkdən təşəkkür etmişdim ki, Güləri bəlkə mən istiyirəm deyə şübhələnmişdi də…
Sonra Anar müəllimlə bir xeyli söhbət etdikdən sonra isə o hər şeyi anladı və başa düşdü ki mən Gülərin yox, haqqın tərəfindəyəm, ədalətin tərəfində, kimsəsiz, əlacsız olanların, düz olanların, haqqlı olub, haqqı tapdananların tərəfində…
Anar müəllim özü də çox gözəl bilirdi ki, Rasimdən Gülərə ər olmaz. Nə olsun pulu var.
O günləri pulnan ala bilməz. Atasız, kimsəsiz, kasıb bir ailənin qızı olanda nə olar ki..
Yox, bu sevgi deyil.Gülər təhsil almalıdır. Onun da arzuları var axı.
Bu hadisənin üstündən illər keçdi. Orta məktəbi bitirdik. Gülər Ali məktəb imtahanlarından uğurla keçib tələbə adını qazandı.
* * *
Həkimlik ixtisasına yiyələnən Gülər Ali məktəbi bitirdikdən sonra bir müddət Mərkəzi Xəstəxanada işlədi. Artıq gənc bir həkim kimi fəaliyyətə başlayan Gülər həkim yaxın bir zamanda böyük nüfuz qazandı.
Xasiyyətcə mülayim təbiətli, açıq ürəkli həkim qızın yanına gələn xəstələrin sayı günbəgün durmadan artırdı.
Kasıbları, sahibsizləri pulsuz müalicə edən Gülər həkimi hamı çox sevirdi. O hətta imkansız xəstələri pulsuz müalicə etməklə bərabər hətta onların bir çoxunun dərmanlarını da özü alırdı.
Düzdür onun varı – dövləti yox idi, lakin milyonlardan üstün olan təmiz qəlbi, gözəl xasiyyəti vardı.
* * *
27 sentyabr 2020- ci il İkinci Qarabağ savaşı başlananda bu xəbəri eşidən Gülər həkim bütün işlərini yarıda qoyaraq, dərhal Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Xəstəxanasına qaçdı. O yaxşı bilirdi ki, Qəhrəman qardaşlarını müalicə etmək üçün onun kimi mərd ürəkli bir bacıya ehtiyacları var.
Gülər həmdə çox vətənpərvər bir gənc idi. Onun Vətənə olan bağlılığı isə lap uşaqlıqdan yaranmışdı.
O zaman hələ beşinci sinifdə oxuyurduq. “İyirmi Yanvar ” mövzusunda inşa yazısını müəllimə təqdim edəcəkdik.
Gülər də hamı kimi bu mövzunu böyük vətənpərvərliklə hazırlamışdı. Sadəcə onun inşasını oxumağı hamımızdan fərqlənirdi.
O cümlələri ürəkdən oxuyur, hər Şəhid kəlməsinə göz yaşı töküb ağlayırdı.
Müqəddəs Şəhid adı gələndə onun göz yaşları dayanmırdı. Torpağına, millətinə, dövlətçiliyinə bağlı vətənpərvər biri idi.
O vətənpər qız ki, indi vətənin müdafiəsinə, torpaqlarımızın azadlığına qalxan Qəhrəman qardaşları ilə eyni cərgədə vətənə xidmət edirdi.
Şanlı qələbəmizlə başa çatan bu qırx dörd gün ərzində o bir dəfə də olsun evinə getməmişdi.
Gülər həkim deyirdi ki, vətənin ağır günlərində mənim evim elə buradır. Mən qeyrətli qardaşlarımı yaralı halda qoyub heç yerə gedə bilmərəm…
(ardı var)

Müəllif:Əsgər ORDUBADLI

ƏSGƏR ORDUBADLININ YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

M.S.Ordubadinin 150 illiyinə həsr olunmuş tədbir keçirilib

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

M.S.Ordubadinin 150 illiyinə həsr olunmuş tədbir keçirilib

Yasamal MPS-nın X.B.Natəvan adına 4 saylı kitabxana filialı nəzdində fəaliyyət göstərən S.Vurğun poeziya ocağında M.S.Ordubadinin 150 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə müxtəlif muzeylərin rəhbərləri , tanınmış ziyalılar iştirak edirdilər . Tədbiri giriş sözü ilə poeziya ocağının direktoru Zərəngiz xanım açdı. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sözü ilk olaraq M.S.Ordubadi muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçısı Lalə Abaszadəyə verdi.
Lalə xanım ədibin həyat və fəaliyyəti haqqında,onun yaradıcılıgında “Molla Nəsrəddin” jurnalının rolundan ətraflı söhbət açaraq dinləyicilərə maraqlı məlumatlar verdi. Ədibin “Dumanlı Təbriz”, Döyüşən Şəhər”, “Gizli Bakı”, “Qılınc və Qələm”, “Qanlı İllər” və s. digər əsərləri və gizli imzalarla “Molla Nəsrəddin “jurnalında “Qəflət” şeirinin dərcindən danışdı. Bu jurnalda 25 il ədəbi fəaliyyəti müddətində M Ə.Sabir, Ə.Haqverdiyev və digər şair, yazıçıların da yazılarının çap olunması, xalqın qəflət yuxusundan oyatmalrı üçün çalışmarı qeyd olundu . Ədib hələ 1905-ci il qadın azadlığından bəhs etmişdi.
Tanıınmış rus ədibi M.Qorki yazırdı: “Şəxsiyyət ilə yaradıcılığı arasında üzvi bağlılıq olmalıdır. Pis adam yaxşı əsər yaza bilməz. Yaxşı əsərləri yaxşı adamlair yazar…”
Əməkdar İncəsənət Xadimi, tarixi romanlar müəllifi, yazıçı-dramaturq, jurnalist M.S.Ordubadinin əsərləri 7 may 2019 cu ildən “Dövlət varidatı” siyahısına aid edilib. Xüsusən”Dumanlı Təbriz”, (5 hissəli) “Qılınc və Qələm” (2 hissəli) yenidən nəfis şəkildə nəşr olunaraq oxucuların ixtiyarına verilmişdir
Sonra söz kitabxananın direktoru, Şəhid Vüsal Babayevin həyat yoldaşı Aynur Babayevaya verildi. O, şəhidlərə göstərilən dövlət qayğısından danışaraq ölkə başçısına dərin minnətdarlığını bildirdi, toplaşanlara ədibin yubileyinin təntənəli şəkildə dövlət səviyyəsində qeyd olunmasını arzuladı.

Söz “Dünya Türk Ocaqları Genel Mərkəzin” başqanı Aygün İbrahimovaya və həmin Mərkəzin”Qadın Qolları” mediya başqanı Validə Vəliyevaya verildi.
Maraqlı keçən tədbirdə “Cabir Novruz” Fondunun əməkdaşı, “GünAz” saytının redaktoru Rəsmiyyə Heybətağa qızı və digər çıxış edənlər öz fikirlərini toplantı oiştirakçılarına çatdırdilar. Sonda M.S.Ordubadi” muzeyinin əməkdaşı Rasimə Əhmədova toplantı iştirakçılarına minnətdarlığını bildirdi.

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

AJB-nin üzvü, “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru