Şah İsmayıl Xətayi – Qravitsiya sahəsi və Big-bang

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

Şah İsmayıl Xətayi – Qravitsiya sahəsi və Big-bang

Biz Şeyx Xətayinin yaradıcılığında müxtəlif elmi və fəlsəfi məsələlərə toxunmuşuq. Bu tezisimiz isə şairin yaradıcılığında “big-bang” partlayışı, eləcə də insanın bioloji yol ilə yaranmasıdır. Big-bang partlayışı kainatın yaranmasına dair ən geniş yayılmış nəzəriyyə hesab olunur. Belə ki, astronomlara görə kainat var olmazdan öncə, ağ və ya qara rəngli(duman formasında) ərazi bütövlüyü mövcud idi. Böyük partlayış yəni big-bang nəzəriyyəsini irəli sürən Edvin Hablın fikrincə, ağ və ya qara ərazidə 13.8 milyard il öncə bir partlayış olmuş, bununla da kainat yaranmışdır. Alim qeyd edir ki, kainat yarandığı gündən hələ də genişlənməkdədir. Düzdür, bu nəzəriyyə XX əsrdə irəli sürülsə də Şah İsmayıl Xətayi XVI əsrdə böyük partlayışa dair fikir irəli sürmüşdür.

Yox ikən kövnü məkanü sahilü ağü qara

 Cuşə gəldi şövq ilə bəhri-məhəbbət ibtida,

Daşə çaldı şişəsin, etdi təməvvüc hər yana,

 Sərbəsər əşyayi seyran eylədi çunü çəra,

Şair birinci beytdə yerin, göyün, məkanın, habelə rənglərin olmadığı bir dövrdə Allahın cahanı məhəbbətindən yaratması fikrini qeyd edir. Belə ki, ət-təsəvvüfdə belə bir anlayış var ki, Allah hər şeyi(insanı, kainatı və.s)öz sevgisindən yaratmışdır. İkinci beytdə bigbang elementlərini görmək mümkündür. Belə ki, bu nəzəriyyəni müdafiə edən bir neçə alim söyləmişdir ki, big bang partlayışı iki müxtəlif zərrənin təsadüfən toqquşması nəticəsində həyata keçmişdir. Xətayi II beytdə poetik formada qeyd edir ki, Allah-təala öz şüşəsini daşa çırpmış (daşa çırpılan şüşə silisium parçalarına bölünərək partlayır), bununla da yaradılış hər yana təməvvüc etmiş, yəni yayılmışdır.

 Şairin külliyyatında sufizm elementləri olduğu üçün o elmi nəzəriyyələri sufiyanə, habelə eyni zamanda poetik formada insanlara çatdırmışdır. Güman edirik ki, Xətayi bu fikiri Qurani-Kərimin Zariyat surəsinin 47-ci ayəsindən və Ənbiya surəsi 30 cu ayədən təsirlənərək qələmə almışdır.

وَالسَّمَاءَ بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ

Və göyü (Öz) qüdrət əlimizlə ucaltdıq. Şübhəsiz, Biz (onu və onun sakinlərinin ruzisini) genişləndirənik.

أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا ۖ وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ ۖ أَفَلَا يُؤْمِنُونَ

Məgər kafirlər (qəlb gözü) ilə görmədilər ki, göylər və yer (göydəki planetlər və yer kürəsi) bir-birinə birləşik idilər və Biz onları parçalayaraq(partlayışla) bir-birindən ayırdıq və sonsuz planetlər yaratdıq?

 Biz hər bir canlı varlığı sudan yaratdıq. Yenə də iman gətirmirlər?!

İslam dininə , habelə klassik ədəbiyyata görə Allah yer kürəsini yoxdan var edərək xəlq etmişdir.

بَدِيعُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ أَنَّىٰ يَكُونُ لَهُ وَلَدٌ وَلَمْ تَكُنْ لَهُ صَاحِبَةٌ ۖ وَخَلَقَ كُلَّ شَيْءٍ ۖ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

O göyləri və yeri yoxdan var edəndir…

(Ənam surəsi 101)

 Şair bu ayəyə uyğun formada qəsidə qələmə almışdır.

Ey ki, yoxdan bu cəhanı var edən pərvərdigar,

 Yeri qaim, gögləri dəvvar edən pərvərdigar.

 Yuxarıda da qeyd etdiyimiz kimi həm islam dinində, həm də böyük partlayış nəzəriyyəsində Yer kürəsi, habelə eyni zamanda kainat yoxdan(duman formasında olan arealdan) var olmuşdur. Maraqlı bir məlumat da qeyd edək ki, şair Beytin ikinci misrasında yer kürəsini və göyləri(kosmos və planetləri) dövr etdirənin də Allah olmasını qeyd edir. Qeyd etmək lazımdır ki, fəzada cazibə qüvvəsinin olmasını İmam Əli(ə) də söyləmişdir.

Allah-təala fəzada cazibə qüvvəsini yaratdı..

 İbni Meysəm, Şərhe Nəhcül- bəlağə, cild 1, səhifə 138.

Nikolay Kopernik nəzəriyyəsi:

Nikolay Kopernikə görə Günəş fəzada sabitdir və bütün planetlər onun ətrafında dövr edir. Astronomlar bu fikirə heliosentrik nəzəriyyə adını vermişdirlər. Qeyd edək ki, planetlərin Günəş ətrafında dövr etməsi yəni toqquşmaması cazibə qüvvəsi və Qravitsiya sahəsinin təsirindən aslıdır.

Qravitsiya sahəsinin düsturu

Haşiyə :

Nyutonun “Ümumidünya cazibə qanunu” məhdud səviyyəli qanundur. Yəni bu qanun yalnız Yer kürəsinin Qravitsiya sahəsini hesablaya bilir. Digər planetlərin və kosmosun cazibəsini hesablamaq üçün isə Albert Eynşteynin irəli sürdüyü “Eynşteyn sahə tənliklərindən” istifadə edilir.

Eynşteyn tenzoru

 Onu da qeyd edək ki, müasir Astronomiya elmində Günəşin də sabit olmadığı, onun da daim hərəkətdə olduğu fikri təstiq edilir. Çünki, fəlsəfədə də qeyd edilir ki, bir məfhum daim hərəkətdə olduğu müddətcə yaşayır, hərəkətetmə qabiliyyəti öldüsə, o məfhum da ölümə məhkumdur. Maraqlı bir fakt da qeyd edək ki, Günəşin hərəkətdə olma fikri Qurani-Kərimdə belə izah edilir.

وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَهَا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ

Günəş də özü üçün müəyyən olunmuş qərargahına yetişmək üçün daim hərəkətdədir. (Planetlər sistemində onun seyr etməsinin) bu təqdir(i) və ölçü(sü) yenilməz qüvvət sahibi və (hər şeyi) bilən (Allah)dandır.

                                  Yasin surəsi :38-ci ayə

O kəsin adı ilə (başlayıram) ki, varlıq ondan ad alıb

Fələk hərəkəti, yer üstə sükunəti ondan alıb

                                  Nizami Gəncəvi (Xosrov və Şirin)

Fəqət, Xətayidən fərqli olaraq Azərbaycanın böyük filosof-şairi Nizami Gəncəvi cazibə qüvvəsi haqqında Kopernik(Heliosentrik) təlimi deyil, Ptolemey modelini qəbul etmişdir. Bu modelə görə Yer kürəsi sabitdir, Günəş və digər planetlər onun ətrafında dövr edir.

Mənbələr :

Şah İsmayıl Xətai şeirləri Bakı-1975

Qurani-Kərim

İsaak Nyuton – Ümumidünya cazibə qüvvəsi

İbni Meysəm, Şərhe Nəhcül- bəlağə, cild 1, səhifə 138.

Əhmədağa Əhmədov- Nizami Elmşünas Bakı-2001

Müəllif : Tanrıverdi ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏJDƏR ƏLİZADƏ – “QİYASLI” ŞEİRİ

ƏJDƏR ƏLİZADƏNİN YAZILARI

QİYASLI…
Dahiləri bu dünyaya gətirdi,
Zeynalovlar, Dadaşovlar yetirdi.
Tağıyevtək şəxsiyyəti itirdi,
Ağdamımın varlı kəndi, Qiyaslı,
Alma, heyva, narlı kəndi, Qiyaslı…
* * *
Qasımovlar insanlığın əsliydi,
Ulu Səfi Heydərlinin* nəsliydi.
Şahmalı bəy Kürdoğlu gur səsliydi,
Ağdamımın varlı kəndi, Qiyaslı,
Hər fəsildə barlı kəndi, Qiyaslı…
* * *
Adamları etibarlı, xətirli,
Meyvələri şirin, dadlı, ətirli.
Bulaq başı, salxım söyüd çətirli.
Ağdamımın varlı kəndi, Qiyaslı,
Durna, qəvvas, sarlı kəndi, Qiyaslı…
* * *
Yaşasam da Ağdamımın özündə,
Ucalırdı bu kənd elin gözündə.
Yer alıbdır bu Əjdərin sözündə:
Ağdamımın varlı kəndi, Qiyaslı,
Musiqili, tarlı kəndi, Qiyaslı…
* –Səfi Heydərli — Azərbaycan KP MK – katibi olub, Fəxri Xiyabanda abidəsi ucaldılıb.
17.06.2022.

Müəllif:Əjdər ƏLİZADƏ

ƏJDƏR ƏLİZADƏNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru