“Əliş bəy Kərəmliyə də heykəl qoyulmalıdır…” Tanınmış ziyalıdan təklif…

moderator.az

Ölkə başçısı və birinci xanımın mədəniyyət xadimləri ilə görüşü zamanı aktyor Bəhram Bağırzadənin mesenat Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulması təklifi insanlar tərəfindən də müsbət qarşılanıb. 

Tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov buna görə çox sevindiyini bildirib:

“Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulacağı çox gözəl təklifdir. Buna görə həm ölkə başçısına, həm də aktyor Bəhram Bağırzadəyə də minnətdarlıq edirəm. Gördünüz ki, B.Bağırzadə ölkə başçısının qəbulunda özü üçün heç nə istəmədi, amma dedi ki, Hacı Zeynalabdin Tağıyevə heykəl qoyulsun. Milləti yüksəyə qaldıranlar bu cür insanlardır. Nəinki Hacı Zeynalabdin Tağıyevə, həmçinin Əliş bəy Sübhan oğlu Kərəmliyə də heykəl qoyulmalıdır. Ə.Kərəmli on dördüncü əsrin sonunda Moskvada Kremlin ilk daş divarlarının tikilməsinə rəhbərlik edib. O dövrdə tanınmış memar-inşaatçı olub. Onu Moskvaya aparmaq üçün Şamaxıya gəlib xahiş ediblər. Amma çox təəssüf ki, sonradan sui-qəsd nəticəsində Ə.Kərəmlini öldürüblər. 

Bu gün bizim orta məktəb dərsliklərinə “Məlikməmməd”in nağılın və yalan-yalan şeylər salırlar. Olmazmı ki, Əliş bəy Kərəmli də dəsrliklərə salınsın və bizim gənclərimiz bilsin ki, Kremli tikən azərbaycanlı olub. Bu gün Hacı Zeynalabdin Tağıyevi necə tanıyırlar, Ə.Kərəmlini də o cür tanımalıdırlar. Pakistanda insanlar xəstəlikdən qırılanda H.Z.Tağıyev onlara vaksin göndərib, insanları ölümdən xilas etdi. Pakistanda H.Z.Tağıyevi dərsliklərə salıblar. Bizim insanların çoxu isə H.Z.Tağıyevin etdiklərindən xəbərsizdir. Ona görə də Pakistan dünyada üçüncü ölkədir ki, müstəqilliyimizi tanıyıb. Bunları yazmaq lazımdır ki, bizim millət ağıllı, savadlı nümayəndələrinin olduğunu bilsin. H.Z.Tağıyevin heykəlinin qoyulmasında kimin əməyi varsa, onlara minnətdaram”.   

İlkin mənbə: moderator.az

Müəllif: Vasif Əlihüseyn

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.