Həsən bəy Zərdabi 28 iyun 1837-ci ildə Zərdab rayonunda doğulmuşdur

Bu gün (28 iyun) Azərbaycanlı jurnalist, pedaqoq, maarifçi, naşir, yazıçı Həsən bəy Səlim bəy oğlu Məlikovun (Həsən bəy Zərdabinin) doğum günüdür!!
Həsən bəy Zərdabi 28 iyun 1837-ci ildə Zərdab rayonunda doğulmuşdur!
Həsən bəy Zərdabi Azərbaycanda ilk dəfə 22 iyul 1875-ci il tarixindən 29 sentyabr 1877-ci il tarixinə qədər ayda 2 dəfə, 300-400 tirajla nəşr olunan, cəmi 56 nömrəsi işıq üzü görən “Əkinçi” adlı qəzeti çap edərək Azərbaycan milli mətbuatını yaratmışdır!!
Həsən bəy Zərdabi 28 noyabr 1907-ci ildə Bakı şəhərində iflic xəstəliyindən vəfat etmiş, əvvəlcə Bibiheybət məscidinin yaxınlığında dəfn edilmişdir!!
Ancaq 1937-ci ildə onun məzarı dağıdılmış, mərhumun sümükləri bir neçə il ailəsinin yanında saxlanılmışdır!!
1957-ci ildə Həsən bəy Zərdabinin vəfatının 50 illiyi ilə əlaqədar olaraq onun sümükləri 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir!!
Allah rəhmət eləsin!!
Hazırladı: Araz Məmmədli

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir