Daha nağıllara inanmıram mən,
İndi Şaxta baba hədiyyə vermir.
İndi nağılların son hissəsində
Göylərdən üç alma düşmür ki, düşmür….
Bizi aldatdılar, hey aldatdılar….
“Yeməyini yesən parka gedəcik”
Dedilər, yalandan vədlər verdilər..
Bizi parka belə aparmadılar….
Dizimiz qanadı, keçər dedilər…
Bizim yaramızı sağaltmadılar,
Necə inanmışıq o yalanlara
Bizə çox laqeyd, vecsiz qaldılar…
Oğlan əl üstündə tutulan oldu,
Qızını döyməyən dizini döyər
Söylə günahımız bizim nə oldu?
Saçımıza sığal çəkən olmadı…
Daha nağıllara inanmıram mən,
Qorxu fəlakətlər nağıldan gəlir…
Məktublar yazmışam Şaxta babama…
İllərdir hədiyyəm gəlmir ki gəlmir…
Atam da həmişə aldatdı məni
Payını gətirir, yoldadı dedi…
Elə ki Yeni il astanasında
Dedi Şaxta baba yolda əridi…
Daha nağıllara inanmıram mən,
İçimdəki uşaq indi böyüyüb,
İndi gəncliyimin gülər çağına
Uşaqlıq ilimdən bir düyün düşüb.
* * *
Elə yaddaşımdan silinmisən ki,
Köhnə şəkillərə ağlamıram da….
O qədər içimi yox etmisən ki,
Ən ağır sözlərə qırılmıram da…
Özümü o qədər güclü sayıram,
Elə bil paslanmaz poladam, nəyəm…
Qadınam, ruhumu öldürsən də sən,
Aləmin ən xürrəm bəxtəvəriyəm.
Daha qorxularım içimdə yoxdur,
Daha qorxulası səbəb də yoxdur….
Daha kimim qalıb itiriləsi?…
Başımı salası məbəd də yoxdur…
Kitabdan, dəftərdən ayrı düşmüşəm,
Payımda yalnızlıq, təklikdir ancaq.
Bəlkə də sonuncu misramdır mənim,
Səninçün əbədi misram qalacaq.
Müəllif: Şəlalə CAMAL,
Yaradıcılıq məsələləri üzrə menecer, AYB-nin üzvü.
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru