Azərbaycanlı alimin Uğurları

İBADOV YAŞAR SADAY OĞLU

Azərbaycanlı alimin Uğurları

Yaşar Saday oğlu İbadov 1960-cı ildə Ağdam şəhəri, Şelli Qaradağlı kəndində anadan olmuş, orta təhsilini həmin kəndin orta məktəbində aldıqdan sonra ATU-nun pediatriya fakultəsində ali təhsil almışdır.

1985-87-ci illərdə təyinatla Əsgəran rayonunun Naxiçevanik kəndində, təyinat müddəti başa çatdıqdan sonra Bərdə rayonunda, 1995-ci ilə qədər isə Ağdam rayonunun Keştazlı və İsmayılbəyli kəndlərində baş həkim işləmişdir.

Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq 1996-2001-ci illərdə Bakı şəhərində məskunlaşdıqdan sonra “Maarif” sanatoriyasının baş həkimi işləmişdir. O, həm də daimi olaraq elmi axtarışlarda olmuş və dövri mətbuatda mütamədi elmi məqalələrlə çıxış etmişdir. Tibbdə müalicəsi çətin olan və ümumiyyətlə müalicəsi olmayan xəstəliklərin etiopatogenetik səbəblərini araşdırmış, bir çox yenilikləri aşkar etmişdir. Xalq təbabətindən irəli gələn sirli məqamların elmi izahını vermiş və yeni-yeni müalicə üsulları tapmışdır. Xəstələrin müayinəsi və müalicəsində qrafik təsvirlərin mahiyyətini analiz edərək, çox maraqlı və əhəmiyyətli bir yeniliyə qol çəkmişdir. İbadov canlı və cansız aləmin enerjisini qrafik təsvir formasında əks edərək, həmin təsvirlərin informasiya yazısını simvolların dili ilə oxumağın yolunu tapmışdır. Əldə etdiyi nailiyyətləri tam yeni bir elm şəklində tərtib etmiş və müzakirə üçün dünya alimlərinin müzakirəsinə vermişdir.

Beynəlxalq səviyyədə Dünya təbabətinə elmi yeniliklər gətirmiş azərbaycanlı alim akademik Yaşar Saday oğlu İbadov “Alternativ psixologiya” elminə 3 mart 2003-cü ildə Moskva şəhərində müəlliflik şəhadətnaməsi (№6274) almışdır.

Sonra Bakıda elmi prezentasiya keçirmiş və Azərbaycan Elmi İctimaiyyəti tərəfindən onun elmi yekdilliklə qəbul edilmişdir. İbadovun elminin ilk tətbiqi də Azərbaycan Təhsil İnstitutunda həyata keçirilmişdir. Belə ki, həmin institutda nizamnamə əsasında həkimin bu günə qədər fəaliyyət göstərdiyi “Psixogigiyena və tibbi-psixoloji diaqnostika” laboratoriyası yaradılmışdır. Həkim 20 ildən artıqdır ki, həmin laboratoriyanın müdiri vəzifəsində çalışır və xalqımıza xidmət edir öz elminin metodları vasitəsilə. Metodların tətbiqi bioenergetik matrisanı tədqiq etməkdə və enerqoinformasion gigiyena elmində yeni yollar açır, sağlamlıq proqramının enerqo informasion səviyyədə bərpa olunmasını mümkün edir.

“Alternativ psixologiya” şifahi xalq yaradıcılığından bu günə qədər təkamül yolu keçmiş müasir elmlərin çərçivəsində inteqrasiya xəttində formalaşmış yeni bir elmdir. Şüurun məhsulu kimi formalaşmış bu elm insana müasir elmlərin alternativ prizmasından baxışda ən şüurlu seçimə əsas verir, cəmiyyətdə layiqli yer tutmaqda və yaranmış problemlərin həllində ona kömək edir.

Bu elmin metodları: psixoqrafiya, psixokorreksiya, mücərrəd kompozisiyalar şəklində tibbi-pedaqoji-psixoloji testlər, faza portret – sistem ilə iş və s. ibarətdir.

Alternativ psixologiya elmi Səhiyyədə, Ümumi psixologiyada, Fəlsəfədə, Pedaqogikada, İncəsənətdə, Dilçilikdə, Etnoqrafiyada, Folklor və Mədəniyyət tariximizin öyrənilməsində və s. elm sahələrində öz tətbiqini tapmışdır.

Professor Y.S.İbadovun tibb sahəsində olan elmi yenilikləri yüksək qiymət­ləndirilmiş və Avroasiya ölkələri üzrə “Enerqoinformasion diaqnostika və müalicə üsulu” adında 29 dekabr 2005-ci il tarixli patent almışdır №006449 (protokol № a 20040215, 21.10.2004-ci il). Professor Yaşar İbadov müəllifi olduğu “Alternativ psixologiya” elminin metodologiyasi əsasında etdiyi elmi ixtiraları və nanotexno­logiya ilə hazırlanmış olan harmanizatorları Avropa keyfiyyət nişanına və lisenzi­yasına layiq görülmüşdür. O, nüfüzlü Beynəlxalq təşkilatların yüksək mükafat­larına layiq görülmüş, orijinal dəsti xətti olan, nəzəri və praktik elmi nailiyyətləri Azərbaycanda və onun hüdudlarından kənarda uğurla təqdim olunan alimdir.

Azərbaycan Təhsil İnstitutunun “Psixogigiyena və tibbi-psixoloji diaqnostika laboratoriyası”nın direktoru Yaşar Saday oğlu İbadov dünyanın aparıcı ölkələrin­dən olan ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Avropa ölkələrinin akademiyalarının fəxri üzvü, Ukrayna və Gürcüstanın Milli Elmlər Akademiyalarının həqiqi üzvü, bu günlərdə Özbəkstanın Beynəlxalq Sistemologiya Akademiyasının həqiqi üzvü seçilmişdir.

O, dünya tarixində ilk dəfə “Faza Portret” adlanan rəsmlərin yaradılmasına elmi istiqamətdə əsaslanan yeni bir yol açmışdır. Ölkəmizdə və onun hüdudla­rından kənarda uğurla təqdim olunan tarixi şəxsiyyətlərin Dədə Qorqud, Nəsrəddin Tusu, Odinin, o cümlədən Nuh peyğəmbərin Faza Portretlərinin müəlifidir.

Rəssamlıq tarixində yeni janrda çəkdiyi rəsmləri “Qəlbin Gözü ilə” adlı sərgidə ictimaiyyətə geniş şəkildə nümayiş etdirdikdən sonra Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdir.

Beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüş, orijinal dəsti-xət­tinin və elmi nailiyyətlərinin əsasında Dədə Qorqudun Faza Portretinın müəllifi kimi, onun tarixi şəxsiyyət olmaqla doğum və ölüm tarixi haqqında informasiyanın dəqiqləş­dirilməsi istiqamətində Azərbaycan elminə verdiyi elmi töhfələrinə görə Dədə Qorqud Milli Fondu və “Azərbaycan Dünyası“ Beynəlxalq Jurnalının, Dünya Azərbaycanlıları­nın qərarı ilə “DƏDƏ QORQUD” Milli Mükafatına layiq görülmüşdür.

O, Dədə Qorqudun şəxsiyyəti və tarixi haqqında özünəməxsus rəmzlərlə verilmiş kodlu məlumatları açıqlamış və onun mifik obraz deyil, tarixi şəxsiyyət olması faktını müəllifi olduğu “ Faza Portret-sistem iş” metoduyla sübut etmişdir.

Dədə qorqudun İslama qədərki obrazı

Dədə Qorqudun İslamı qəbul edəndən sonrakı obrazı

Dədə Qorqudun Avesta təqvimi ilə “Ağ yapalaq” ilində doğulmasını

göstərən Faza portret

Bu faktlar respublikanın tanınmış qorqudşünas alimləri və elmi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmış və bu barədə rəsmi şəkildə rəylər verilmişdir.

Professor İbadov Avropa Tibb Birliyinin (Belçika) həqiqi üzvü, beynəlxalq tibbi konqres və konfranslarının iştirakçısıdır. Yaşar İbadovun tibb və psixologiya sahəsindəki xidmətləri beynəlxalq aləmdə tanınmışdır. Avropa tibb assosiyasının 2021-ci ildə dərc etdirdiyi Sokrat Almanax ensiklopedik kitabında Yaşar İbadovun yeni elmi metodologiyası tibb və sağlamlıq yolunda ən yaxşı təcrübə kimi təbliğ edilir və ona aid məqaləyə “Elm Cəngavəri” adı verilmişdir.

Hər bir Vətəndaşımızın milli və bəşəri dəyərlərə sahib olması İnsanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürur vericidir. Akademik Yaşar İbadov İnsanlığın xilasına öz elminin gücü ilə töhfələr verir. Onun həm nəzəri, həm də praktik nəticələri, müəllifi olduğu “Alternativ psixologiya” elminin metodologiyası əsasında İnnovativ İxtiraları (saat əqrəbinin əks istiqamətində hərəkət edən saatları, korreksiya edici eynəklər, “Həyat açarı”, “Həyat güzgüsü” və s.  harmonizatorları) vardır. Onun elmi yenilikləri hər bir fərdin, ətraf aləmin, həmcinin təbiətdə harmoniyanın bərpasına xidmət edir!

Xoşbəxtliyini İnsanların sağlamlığna xidmətdə görən Yaşar həkim üçün dün­yada ən böyük dəyər insanlıqdır! Öz elmi və xidmətləri ilə Dünyada Vətənimizi təmsil edən akademik Yaşar Saday oğlu İbadovun uğurları qururvericidir!

Beynəlxalq ” Dədə Qorqud “Konqresində yeni elmi məlumat təqdim edildi.

Türkiyyənin İzmir şəhərində 2-3 sentyabrda keçirilən V Beynəlxalq Dədə Qorqud Konqresində “ Alternativ Psixologiya “ elminin müəllifi, Tibbi biologiya Elmlər Doktoru, Professor Yaşar Saday oğlu İbadovun “Dədə Qorqud tarixi şəxsiyyətdir” mövzusunda təqdim etdiyi elmi yenilik maraqla qarşılanmışdır.

Yaşar Saday oğlu İbadov müəllifi olduğu “Alternativ Psixologiya“ elminin metodologiyasına aid olan Faza – Portret sistem metodu ilə Dədə Qorqudun 3 sayda Faza Portretinı yaratmış, orijinal dəsti-xətti və elmi nailiyyətləri əsasında onun doğum və ölüm tarixi haqqında informasiyanı dəqiqləşdirmişdir. Həmin faza portretlər əsasında Dədə Qorqudun şəxsiyyət və avtobioqrafiyası haqqında özünəməxsus rəmzlərlə verilmiş kodlu məlumatları açıqlamış və onun mifik obraz deyil, tarixi şəxsiyyət olması faktı bu metodla bir daha təsdiqlənmişdir. Azərbaycan elminə verdiyi elmi töhfələrə görə Dədə Qorqud Milli Fondu və “Azərbaycan Dünyası“ Beynəlxalq Jurnalının, Dünya Azərbaycanlılarının qərarı ilə “DƏDƏ QORQUD” Milli Mükafatına layiq görülmüşdür.

Şübhəsiz Dədə Qorqud haqqında üç mücərrəd şəkil yazısının alınması türk xalqlarının, eləcə də Azərbaycan xalqının tarixi yaddaşında ilk hadisə olmaqla bərabər həm də psixoloji qanunauyğunluqlardan doğan bir zərurətdir. Tibbi biologiya elmləri doktoru, professor Yaşar Saday oğlu İbadovun elmi nailiyyətləri şəkksizdir və böyükdür. Dədə Qorqudun doğum və ölüm tarixini (560-819-cu illər) müəyyənləşdirməsi, əldə olunan Dədə Qorqud obrazı əsl yeni tarixi nailiyyətdir. Ən maraqlı faktlardan biri də odur ki, İbadov XIII-XIV əsr tarixçisi Rəşidəddinin yazdığı “Cəmaət Təvarix” əsərində Dədə Qorqudun 295 il ömür sürməsi haqqındakı məlumatı dəqiqləşdirmiş, Dədə Qorqudun yaşının 259 olduğunu “polindrom ədədlərin güzgü əksliyi qanunu” ilə sübut etmişdir.

O, konqresdə maraqlı və aktiv çıxışı ilə bərabər, yeni nəşr etdirdiyi:

  1. DƏDƏ QORQUD “Alternattiv Psixologiya” elminin gözü ilə və
  2. Dədə Qorquddan soraq verən FAZA PORTRETLƏR

adlı kitablarının uğurla təqdimatını keçirmişdir.

Azərbaycanlı alimin fitri istedadının məhsulu kimi əldə edilən elmi naliyyətlər yeni tədqiqatlara yol açır. Dədə Qorqud işığına toplanmış elm adamlarının əməkdaşlığının uğurları zamanın diqtəsidir.

Eranın Elmi Insanlığa Xidmət edir! Fəxr duyuruq istedadlı alimimizlə!

YENİ ERANIN ELMİ “ALTERNATİV PSİXOLOGİYA” ELMİNIN MÜƏLLİFİ AKADEMİK YAŞAR SADAY OĞLU İBADOVU TƏBRİK EDİRİK!

 Müəllif: Ramazan QAFARLI

Filologiya üzrə elmlər doktoru, professor

AMEA-nın Folklor İnstitutunun

“Dədə  Qorqud”  Şöbəsinin müdiri,

”Dədə Qorqud” jurnalının

Baş redaktoru

İBADOV YAŞAR SADAY OĞLU HAQQINDA

RAMAZAN QAFARLININ YAZILARI



MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir