
KƏDƏRLİ DAĞLAR
Gələni, gedəni qeybə çəkilib,
Bu dağların üzü daşa dönübdü.
Başına göylərdən bulud tökülüb,
***
Dağlar qəribsəyir,köksün ötürür,
Çəməni çiçək yox,qanqal bitirir,
Sanki qəm şəllənir,kədər götürür,
Ağlını itirmiş başa dönübdü.
***
Duman, çən alıbdı dar bələnləri,
Ta görünmür sazı, söz bilənləri,
Arana yollayıb qız — gəlinləri,
Yayın ortasında qışa dönübdü.
***
Mayıl, artıq burda qulaqlar batır,
Deyirlər, göylər də bu dağda yatır,
Burda,kədər gözəlliyə qəm qatır,
Qanadı qırılmış, quşa dönübdü.
Müəllif: Mayıl DOSTU
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru