«Parerga und Paralipomena» XVII başlıq: Qadınlar haqqında A. Şopenhauerdən tərcümə Mətnlə müxalifət təşkil edən fikirlərimi “Psixoloji anlaşmazlığın bədii ədəbiyyata təsiri” məqaləmdə göstərmişəm. Mənbə: “Məhəbbət və doqquz görüş” kitabı. Mütərcimdən § 362 Viktor-Jozef Eten de Juidən bir neçə söz: “Sans les femmes, le commencement de notre vie serait prive de secours, de milieu de plaisirs, et la fin de consolation”[1] ifadəsi daha yaxşıdır, nəinki Şillerin antiteza və ziddiyyət əsasında yazılmış “Wurde der Fraue”[2] şeiri ki, qadınları ürəkdən tərifləyir. Bundan daha təsirli şəkildə Bayron “Sardanapal” [akt 1, səhnə 2] pyesində deyir: The very first Of human life must spring from woman’s breast, Your first small words are thought you from her lips, Your first tears quench’d by her, and your last sighs Too often breathed out in a woman’s hearing, When men have shrunk from the ignoble care Of watching the last hour of him who led them. [3] Bu və ya digər parçalarda qadının qiyməti düzgün tərənnüm olunmuşdur. § 363 Qadının görünüşündən nə böyük zehni, nə də fiziki əmək üçün yaranmadığı bəllidir. O, həyati borcunu müəyyən fəaliyyətlə yox, doğuş əzab-əziyyətilə, uşağa baxmaqla, ərinə tabe olmaqla, hansı ki, ona səbr və ruhlandırıcı həmrahlıq etməlidir, ödəyir. Böyük sevinc və kədər, güc nümayişi qadın təbiətinə uyğun deyil; onun ömrü kişiyə nisbətən sakitcə, nəzərə çarpmadan, mahiyyətcə, nə çox xoşbəxt, nə də çox bədbəxt, iddiasız axıb keçməlidir. § 364 İlk uşaqlıq illərimizdən qayğımıza qalmaq və bizi tərbiyə etmək qadına xas xüsusiyyətdir, məhz ona görə ki, özləri də uşaq kimidir: deyingən və korafəhm, bir sözlə, ömürləri boyu uşaqla əsl insan olan kişinin arasında uşaq kimi də qalırlar. Bir qızın bütün günü uşaqla necə oynayıb, əylənib mahnı oxumağına nəzər salın və sonra da onun yerində, ən xoş niyyətli olsa belə, bir kişini təsəvvür edin. § 365 Təbiət qızların, buna dramaturq dillə “gurultulu effekt” də deyirlər, ömürlərinin bir neçə ilini qalan illəri müqabilində gözəllik, məlahət, füsunkarlıqla bolluca təmin edib ki, bu illər ərzində kişi təxəyyülünü əhatə edib doldursunlar və onları bir ömür öz qayğılarına qalacaq qədər həvəsləndirsənlər: görünür, bu addım düşüncənin məhsulu deyil, əks halda bu qədər zəmanətlə təmin ola bilməzdi. Beləliklə, təbiət qadını da ehtiyacı olduğu müddətcə öz varlığını qorumaqdan ötrü başqa varlıqlar kimi silah və vasitələrlə yaradıb, əks halda özlərinəməxsus qənaətcillikləri olardı. Eynilə döllənmədən sonra dişi qarışqalar artıq onlara lazım olmayan və yumurtalara qulluq göstərməyə maneə yaradan qanadlarını itirir, çox güman ki, eyni səbəbdən, qadınların da əksəriyyəti bir, ya iki doğuşdan sonra gözəlliklərini qoruyub saxlaya bilmirlər. Buna görə də, gənc qızlar ürəklərinin dərinliklərində ev və əl işlərinə nəsə ikinci dərəcəli münasibət bəsləyir, ola bilsin, hətta onları bir əyləncə hesab edirlər, yeganə olaraq üstünlüyü, məhəbbəti, ancaq bunlarla bağlı olan hər şeyi ciddi qəbul edirlər, məsələn, geyim, rəqs və s. § 366 Hər hansı yaradılış nə qədər alicənab və nöqsansız olarsa, o qədər də gec kamilləşər. Kişi zehni yetkinliyə və mənəvi qüdrətə iyirmi səkkiz yaşında güclə çatır, qadın isə on səkkiz. Lakin onun bu yetginliyi son dərəcə zəif ölçülü ağla mütabiq olur. Bu səbəbdən qadınlar bütün ömürləri boyu uşaq kimi qalırlar, ancaq yaxını görürlər, bu gündən yapışırlar, şeylərin mahiyyətinə varmaqdansa, mühüm hesab etdikləri xırdalıqlara üstünlük verirlər. Ağıl məhz odur ki, sayəsində insan heyvandan fərqli olaraq yalnız indiki zamanda yaşamır, diqqətlə keçmişi və gələcəyi də düşünür; onun ehtiyatlılığı, qayğıkeşliyi, vaxtaşırı narahatlığı da bununla bağlıdır. Qadın öz ağlınin zəifliyindən bu kimi üstünlük və ya çatışmazlıqlarda nisbətən az iştirak edir; amma mənəvi cəhətdən korafəhm varlıq sayılsa da, hissi qavrama və onun məntiqi əsasında yaxını yaxşı görür, əlbəttə, görüş dairəsi məhdud olur, uzaq hədəfi nişan ala bilmir, buna görə də, bütün yerində olmayanlar, keçmişdə qalanlar, gələcəkdə olacaqlar onlara bizlərdən az təsir edir; zərif cinsdə tez-tez, bəzən ağılsızlıq həddinə qədər baş verən israfçılıq həvəsi də eyni Δαπανηρά φύσει γυνή [4] mənşədən qaynaqlanır. Qadınlar ürəklərinin dərinliklərində əmindirlər ki, kişinin təyinatı pul qazanmaq, özlərinin işi, əksinə, mümkün olduğu qədər ərinin sağlığında, olmasa, ölümündən sonra onları xərcləməkdir. Kişinin təsərrüfatın idarəçiliyi üçün pul ayırması onlardakı bu inamı daha da qüvvətləndirir. Bütün bunlar özlüyündə ziyanla nəticələnsə də, hər halda üstün cəhəti də var: onlara zamandan daha çox istifadə etmək imkanı yaranır, nəinki bizə və buna görə də, qadınlar bir az ehtiyatla tərpənsələr, daha çox zövqə sahib olarlar ki, ehtiyac zamanı narahat bir kişiyə istirahət vermək, təsəlli bəxş etmək kimi işə yarayan qadın sevincinin əsasını məhz bu təşkil edir. Qədim almanların çətin vəziyyətlərdə qadınları məşvərətə çağırmaları kimi adətlərinə laqeyd yanaşmaq olmaz: sonuncuların gerçək hadisələri qavramaq qabiliyyəti bizim eyni cəhətimizdən fərqlidir, ən əsası da odur ki, qadınlar məqsədə yaxın yolu tez mənimsəyirlər, ümumiyyətlə, yaxında olana diqqət yetirirlər, halbuki biz burnumuzun ucunda baş verən hadisələrin böyük hissəsini görə bilmirik, sadə və uyğun nöqteyi-nəzər əldə etməkdən ötrü yenidən geriyə qayıtmağımız lazım gəlir. Nəticə etibarı ilə qadınlar gerçəkliyi bizdən daha ayıq seyr edirlər, eyni vaxtda biz baş verənləri, ya ayıq ehtirasla böyüdür, ya da asanlıqla təxəyyülümüzün məhsuluna çeviririk. Eyni səbəbdən qadınlar, kişilərə nisbətən, daha çox rəhmli, insansevər və bədbəxtlərə qarşı mərhəmətli olurlar, əlbəttə, ləyaqətli, düzgün, vicdanlı olmaq məsələsində ikincilərdən geri qalmaq şərtilə. Ona görə ki, düşüncə qabiliyyətinin zəifliyinə görə onların üzərində bu günki, əyani, vasitəsiz gerçəkliklər daha çox hökmə sahibdir; mücərrəd fikirlər, daimi məqsədlər, qəti qəbul edilmiş qərarlar, ümumiyyətlə, keçmiş və gələcək, gözlə görünməyən, uzaqda olanlar haqqında düşüncələr nadir hallarda uyğun təsirə malik olur. Buna görə də, qadınlar yaxşılıqlar üçün əsl mövcudiyyət olaraq birinci yeri tutsalar da, ikinci dərəcəli, lazımi vasitələrdən məhrumdurlar. Uyğun səbəbə görə onları ödü olmayan qaraciyərə bənzətmək olar. Bu məsələyə görə oxuculara “Əxlaqın əsasları haqqında” yazımın 17-ci paraqrafına nəzər salmağı məsləhət görürəm. Qadın xüsusiyyətinin əsas çatışmazlıqlarından biri də ədalət hissinin yoxluğudur. O, dərrakəli və düşüncəli olmamaqla yanaşı zəif təbiətinə uyğun xüsusiyyətilə güc göstərməyə yox, hiyləgərliyə meyilidir ki, instinktiv məkrliliyə və dəf olunmayan yalana səy göstərməsi məhz bu cəhətindən qaynaqlanır. Necə ki, təbiət şiri caynaq və dişlə, fili xortumla, qabanı çığırtı ilə, öküzü buynuzlarıyla, mürəkkəbbalığını suyu bulandıran maye ilə təchiz edib, buna oxşar olaraq qadını da qorunma və özünümüdafiə üçün hiyləgər yaradıb və bütün bu qabiliyyətlər kişidə cismani möhkəmlik və dərrakə şəklində təzahür edirsə, qadında danışmaq istedadı ilə özünü göstərir. Demək olar ki, riyakarlıq qadının təbiətindədir, ağılsızında olduğu qədər də ağıllısındadır. Ondan hər fürsətdə istifadə etmələri hücum qaşısında heyvanların öz müdafiə silahlarını işə salmaları qədər təbiidir və bu anlarda özlərini hüquqlarından müəyyən həddə qədər yararlanırmış kimi hiss edirlər. Bu mənada qadının tamamilə ədalətli, yaxud səmimi olması kafi həddə deyil. Bəlkə də bu səbəbdən qadınlar yalanı daha asan aşkarlayırlar; hər kəs ki, aidatmaq kimi cəhdlərlə onlara yaxın düşmək istəyir, nəticəsi yaxşı olmur. Yalançılıq, sədaqətsizlik, xəyanət, nankorluq və s. kimi cəhətlər yuxarıda göstərilən dezavantajdan irəli gəlir. Qadınlar, kişilərlə müqayisədə andlarını daha çox pozurlar. Vaxtaşırı şahidi olduğumuz hadisələrdən biri də qadının ehtiyacı olmadığı təqdirdə mağazadan gizli (Əlbəttə, kişilər oğurluq etməyəcək qədər müqəddəsdir. G. K) nəsə götürməsidir. §367 Təbiət insan nəslinin davam etməsi, degenerasiyanın əngəllənməsi üçün gənc, sağlam və gözəl kişilər yaradır. Təbiətin qəti iradəsi bununla izah olunur; qadın ehtirası isə bu iradəyə xidmət edir. Bu qanun güc və uzunömürlülüyünə görə digərlərindən üstündür. Kədərlisi odur ki, qadınlar qarşılarında kimin haqq və maraqlarını hiss etsələr, nə təəssüf, ola-olmaya, danışıla-danışılmaya, onu ilk lazımi şəraitdə rəhmsizcəsinə ayaq altına alırlar. Çünki qadının gizli, ağlasığmaz, düşünülməmiş fitri əxlaqı belədir: “Fərd olaraq bir az qayğımıza qaldıqlarına görə növün üzərində ağalıq etmək fikrinə düşənləri aldatmaqda haqlıyıq. Qohumluq və bu səbəbə görə növün doğmalar vasitəsilə rifahı baxımından özümüzdən əmələ gələn nəsli bizim ixtiyarımıza, qayğımıza əmanət edirlər: biz onu vicdanla yerinə yetiririk”. Lakin qadınlar bu yüksək əsas qanunu in conkreto olaraq dərk edir, heç bir halda in absrtacto kimi başa düşmürlər, münasib şəraitlərdə baş verən davranışlarını nəzərə almasaq, ifadə etməyə ayrıca sözləri belə yoxdur; buna baxmayaraq vicdanları bizim təsəvvür etdiyimizdən daha rahatdır, yəni onlar ürəklərinin dərinliyində anlayırlar ki, individə münasibətdə öz öhdəliyinə laqeydlik göstərməklə daha geniş hüquqa sahib olan növə nisbətən öz işlərini yaxşı yerinə yetirirlər. Bu barədə daha ətraflı məlumatı mənim əsas sayılan əsərimin ikinci cildinin 44-cü paraqrafından əldə etmək olar. Qadınlar mahiyyətcə nəslin çoxalması üçün nəzərdə tutulublar, hansı ki, təyinatları bununla da tamamlanır, eyni səbəbdən də onlar həmişə individdən çox, nəsil üçün yaşayırlar, nəslin tələblərini özlərinə daha yaxın hiss edirlər, nəinki fərdin. Bu isə onların bütün mövcuddiyyətinə, özlərini sadələövh aparmalarına kişidən əsaslı şəkildə fərqlənən bir istiqamət verir ki, hətta normal hesab edilən çoxsaylı boşanmaların və kəbin mübahisələrinin əmələ gəlməsinə də səbəb yaradır. §368 Kişilər arasında təbiətən laqeydlik, qadınlar arasında anadangəlmə düşmənçilik hökm sürür. Yəqin ki, bunun səbəbi odium figulinum [5] (peşəkar bədxahlıq) sənətinə sahib insanların kişilər arasında məhdud olmasıdır, qadınlarda isə bu bütün cinsi əhatə edir, çünki onların hamısı eyni peşəlidir. Artıq küçədə görüşdükləri zaman onlar bir-birinə gvelflər və gibelinlər (İtaliyada XII–XV əsrlərdə müxalif siyasi hərəkatlar) kimi nəzər salırlar. Dəqiqi belədir ki, birinci tanışlıqda iki qadından biri digərinə tam sərhəd çərçivəsində və artıq dərəcədə qeyri-səmimi yanaşır, nəinki uyğun şəraitdə iki kişi. Eyni səbəbdən iki qadın arasında qarşılıqlı komplementlər də gülməli alınır, kişilər arasında təbii. Digər tərəfdən istənilən kişi, hətta fərq olunacaq qədər özündən aşağı olan birilə humanizm və qaydalara uyğun hörmətlə danışır, lakin əksər hadisələrdə kübar qadının özündən aşağıda olanla, xidmətçiləri olmadıqlarına rəğmən, dözülməz şəkildə təkəbbür və nifrətlə danışmasının şahidi oluruq. Bu, ona görə baş verir ki, mövqe sahibi olmaq kişilərə rəğmən qadınlar üçün daha çətindir; mövcud fərq çox tez-tez dəyişə, yox da ola bilər, çünki bizim fikrimizi yüzlərlə məsələnin miqyası dolduran vaxt onlarda həlledici amil kimi hansı kişinin xoşuna gəlmək istəyi çıxış edir; xanımlar mövqe fərqliliyini əqidələ baxımından bir-birinə kişilərdən daha yaxın olduqları üçün qabardırlar. §369 Balacaboy, çiyni dar, genişombalı, qısa qıçlı cinsi ancaq cinsi instinktdən beyni dumanlanmış bir kişi gözəl adlandıra bilər: elə bu instinktlə də qadının keyfiyyəti tamamlanır. Qadın cinsini ecazkar və qeyri-estetik adlandırmamaq böyük haqla mümkündür. Onlar musiqiyə, poeziyaya, heykəltəraşlığa həqiqi meyil və həssaslıqla yanaşmırlar; əgər incəsənətin növlərindən həyəcana gəldiklərini göstərməyə çalışırlarsa, bu ədabazlıq, gözə kül üfürmək istəyindən savayı heç nə deyil. Nəticə etibarı ilə qadınlar, nə olursa, olsun, obyektiv düşünə bilmirlər, bunun səbəbini, fikrimcə, növbəti cümlədə axtarmaq olar. Kişi, həqiqətən, hər kəsin və hər şeyin üzərində onları başa düşdüyünə, yaxud üstün olduğuna görə ağalıq etməyə cəhd göstərir. Qadın isə həmişə və hər yerdə dolayısı, yəni məhz kişinin köməyilə ağalıq etməyə məcburdur, çünki yalnız onlar vasitəsiz göstərişlər verə bilirlər. Buna görə də qadınlar təbiətən hər şeyə kişiləri fəth etmək vasitəsi kimi nəzər salmağa meyillidir; onların başqalarına maraqları istehzalı, ikibaşlıdır və s. Həmişə də naz-qəmzə, əzilib-büzülməklə başa gəlir. Artıq Russonun da qeyd etdiyi kimi: “Les femmes, en général, n’aiment aucun art, ne se connaissent à aucun, et n’ont aucun génie” [6] (letter à d’Alembert, note XX). Hər kəs ki, aldadıcı görkəmdən uzaq görür, yəqin ki, söylənənlərin fərqindədir. Fikrin doğruluğunu bilmək üçün onların konsertdə, operada və teatrdakı davranışına, əsərlərin çox gözəl yerində uşaqcasına söhbət aparmalarına nəzər salmaq kifayət edər. Əgər yunanlar, həqiqətən, öz teatrlarına qadınları buraxmırdılarsa, onlar tərəfindən bu, çox müsbət hərəkət sayılmalıdır, azından sözü gedən tamaşalarda nəsə eşitmək mümkün olurmuş. Bizim zəmanəmizdə «Taceat mulier in ecdesia» [7] cümləsi «Taceat mulier in theatro» [8] cümləsilə əvəz edilməli və böyük hərflərlə səhnənin pərdəsi üzərinə həkk olunmalıdır. Diqqət etsək ki, qadınların ən zəkalıları belə incəsənət sahəsində gerçəkdən gözəl, orijinal, həqiqi heç nə yaratmayıblar, ümumiyyətlə, dünyaya bir dəfə də olsa, ölməz əsər bəxş etməyiblər, deməli onlardan bundan artıq nəsə gözləmək düzgün deyil; hətta səylə məşğul olduqları və sənət texnikası baxımından kişilərdən o qədər də geri qalmadıqları nəqqaşlıqda belə, ortaya böyük rəsm əsəri çıxarmayıblar; çünki subyektivlikdən uzaqlaşa bilmədiklərindən rəssamlıqda daha çox tələb olunan obyektivlik hissindən məhrumdurlar. Buna uyğun olaraq kütləşüurlu qadınların, hətta rəssamlığı dəyərləndirmək qabiiyyəti də yoxdur: çünki natura non facit saltus. [9] Budur, Huarte üç yüz il bundan əvvəl məhşurlaşan “Examen de ingenios para las sdendas” (Amberes, 1603) kitabında qadınların ali qabiliyyətə malik olmalarına mübahisəli yanaşır. Hətta giriş (p.6) hissədə o, deyir: “La compostura natural, que la mujer tiene en el celebro, no es capaz de mudio ingenio ni de mucha sabiduria”. [10] Daha sonra 15-ci başlıqda filosof davam edir(p. 382): “Quedando la mujer en su disposition natural, todo genero de letras y sabiduria, es repugnante a su ingenio” [11]; (p. 397, 398) : “Las hembras (por razoh de la frialdad y humedd de su sexo) profundo: solo veemos que hablan con alguna aparencia de habilidad, en materias livianas y faciles” etc.[12] Tək-tək, natamam istisnalar məsələni dəyişmir, belə ki, qadınlar ən dərin və sağalmayan münafiqlərimiz olaraq qalırlar. Bu səbəbdən də onlar qüvvədə olan son dərəcə axmaq qanuna görə adını və mövqeyini bölüşməklə kişilərin layiq olmadıqları şöhrətpərəstliyin həmişəlik törədicisinə çevrilirlər; uyğun xüsusiyyətlər baxımından müasir cəmiyyətdə qazandıqları ağalıq və ton sonradan həmin cəmiyyətlərin korlanmasına bais olur. Bir qayda olaraq mövcud olana nisbətən Napoleonun hökmünə riayət etmək lazım gəlir: “Les femmes n`ont pas de rang”[13], amma Şamfor bu məsələyə daha ədalətli yanaşır: “Elles sont faites pour commercer aves nos faiblesses, avec notre folie, mais non aves notre raison”. II existe entre elles et les hommes des sympathies d`epiderme, et trés-peu de sympathies d`esprit, d`ame et de caractére6.[14] Onlar sexus sequior, [15] bütün münasibətlərdə geri qalmış ikinci cinsdirlər, hansı ki, zəifliklərinə ehtiyatla yanaşmalıyıq, lakin qadınlara nə zaman həddən çox ehtiram bəsləyirik, bu bizi gülməli edir və onların gözündə alçaldır. İnsan cinsini ikiyə ayıranda təbiət xətti ortadan çəkməyib. Bütün əksliklərdə müsbət qütb ilə mənfi arasındakı fərq təkcə keyfiyyət deyil, həm də kəmiyyət baxımından inkişaf edir. Bu keyfiyyətləri nəzərə alaraq həm qədim xalqlar, həm də Şərq əks cinsin nümayəndələrinə layiq olduqları yeri daha düzgün göstəriblər, nəinki qədim fransız nəzakəti və gülünc qadın ehtiramı ilə biz; xristian-alman səfehliyinin belə yüksək şəkildə çiçəklənməsi onların daha da xudbin və təkəbbürlü olmasına xidmət göstərib ki, yadımıza tez-tez ülvilik, toxunulmazlıq düşüncəsilə özlərinə hər işi rəva bilən müqəddəs Benares meymunları düşür. Qadın Qərbdə, xüsusilə də, “xanım” fause position [16], çünki onlar qədimilərin haqlı olaraq adlandırdıqları kimi ancaq sexus sequior cinsdir, heç vəchlə şərəf və hörmətimizin predmeti olmamalı, başlarını kişilərdən uca tutmamalı, bizimlə eyni hüquqları bölüşməməlidirər. Biz bu fausse position ifadəsinin nəticəsini kifayət qədər görürük. Buna görə yaxşı olardı ki, ikinci dərəcəli hesab edilən insan cinsinin Avropada da təbii yerini təyin edib, qadın ifratçılığına son qoysunlar; hansı ki, buna nəinki bütün Asiya, hətta Yunanıstan, Roma da gülər, təklif olunan tədbir ictimai yerlərdə, mülki və siyasi münasibətlərdə saysız-hesabsız fayda verə bilər. Necə ki, sali qanunlarında artıq truism`e [17] tamamilə ehtiyac yoxdur. Əslində avropa qadınları adlandırılan varlıqlar belə tanınmalı deyillər, ev sahibəsi, yaxud ev sahibəsi olmaq istəyən qızlar olmalıdırlar ki, onlara da təkəbbür yox, evdarlıq, təvəzökarlıq öyrətmək lazımdır. Xüsusilə, ona görə ki, Avropada aşağı sinifdən olan xanımların, daha doğrusu, qadınların əksəriyyəti Şərqə nisbətən müqayisə olunmaz dərəcədə pis şəraitdə yaşayırlar. Lord Bayrona (Letters and Journals – Məktub və jurnallar by Th. Moore, vol.2, p. 399) diqqət edək: “Thought of the state of üomen under the ancient Greeks – convenient enough. Present state, a remmant of the barbarism of the chivarlry and feudal ages – artificial and unnatural. They ought to mind home – and be üell fed and clothed – but not mixed in society. Well educated, too in religion – but to read neither poetru nor politics – nothing but books of piety and cookery. I have seen them mending the roads in Epirus with good success. Why not, as well as hay-making and milking?” [18] §370 Evlənmək bizim dünyanın təkarvadlılıq hissəsində hüquqların yarıya bölünməsi, cavabdehliyin iki dəfə çoxalması deməkdir. Bir halda ki, qadına kişilə eyni hüquq verilir, o zaman onlar kişi zehni ilə də təmin olunmalıdır. Təcrübədə isə qadınlar üçün qəbul edilmiş qanunlar şərəf və hüquqdan çox onların təbiətini üstələyir, xüsüsilə də, bu öz üstünlüklərdən həqiqi mənada istifadə edənlərin sayını o dərəcədə azaldır ki, layiq olmayanlar layiq olanların haqqını mənimsəmiş olurlar. Çünki qadının qeyri-təbii tək arvadlılıq, yaxud qanuni nigahla ona əlavə olunan əlverişli mövqeyi, hansı ki, kişilə qadına eyni prizmadan yanaşılır, uyğun əlaqədə olmayan ağıllı və ehtiyatlı kişiləri qeyri-bərabər şərtlərlə yekunlaşan böyük qurbanvermələrdən çəkindirir. [19] Çoxarvadlılığın geniş yayıldığı xalqlarda istənilən qadın özünə müdafiəçi tapa bilir, lakin təkarvadlılığın hökm sürdüyü xalqlarda nigahlı qadınların sayı məhduddur və bu mənada nigahda olmayan çoxluq köməksiz qalır, hansılar ki, yuxarı təbəqələrdə qarımış qız timsalında məqsədsiz ömür sürür, aşağılarda ağır zəhmət, ya da onun ağırlığı qədər çətin olan fahişəliklə məşğul olurlar; şərəfsiz olduğu qədər də sevincsiz, lakin eyni səbəbdən mötəbər sinif kimi tanınan, xüsusilə də, taleyin məhvolma təhlükəsilə üz-üzə qalan ərli, ya da özünə ər seçmək ümidində olan xoşbəxt qadınları mühafizə etmək məqsədilə rəsmi şəkildə kişilərə lazım olan həyatı yaşayırlar. Təkcə elə Londonda 80 min fahişə var. Onlar qadın kimi yox, monoqamiyanın dəhşətli şəkildə cəzalandırdığı məhkumlar kimi təmsil olunurlar; bunlar monoqomiya qurbangahına gətirilmiş həqiqi qurbanlardır. Qeyd edildiyi kimi, belə axmaq vəziyyətə düşən qadınlar avropa qadınlarına qarşı onların təkəbbür və iddiaları ilə yanaşı qaçılmaz müxalifət yaradırlar. Ümumiyyətlə, poliqamiya qadın cinsinə qarşı xeyirxah əməldir. Digər tərəfdən, bunun ağlabatan izahı yoxdur ki, arvadı xroniki xəstəlikdən əziyyət çəkən, yaxud sonsuz olan, yaxud da onun üçün tədrici qocalığa məruz qalan kişi nəyə görə ikinci qadınla evlənə bilməz? Mənim fikrimə görə, mormonluğu qəbul edənlər başqa tərəfdarları kimi qeyri-təbii saydıqları monoqomiyanı aradan qaldırmağa çalışırlar. [20] Eləcə də, qadınlara qeyri-təbii hüquqların tətbiqi onların üzərinə qeyri-təbii ökdəliklərin qoyulması deməkdir ki, pozulması, heç nəyə baxmadan, bədbəxtliyə səbəb olur. Bu mənada əksəriyyət kişilər üçün nigah, əgər vəziyyəti yüngülləşdirən hər hansı amil yoxdursa, sinfi və maddi baxımdan arzuedilən deyil. Bu sayaq kişilər şəxsi imkanlarına münasib – ehtiyaclarını ödəyən, özünün və uşaqlarının yaxşı təmin olunması şərtlərinə uyğun gələn qadınla bir arada olmağa çalışırlar. Tutaq ki, bu şərtlər ədalətli, münasib, ağıllı olsun, yaxud qadın nigahın onlara vəd etdiyi əndazəsiz hüquqlardan istifadə etməsin, yenə də vətəndaş cəmiyyətinin əsasını təşkil edən evlilik şərəfsiz bir şəkildə sevincsiz bir həyata gətirib çıxaracaq; axı insan başqalarının fikrinə həddən ziyadə əhəmiyyət verəcək bir təbiətdə doğulub. Əgər qadın nigahdan kənar münasibətlərlə razılaşmasa, onu qanuni şəkildə sevmədiyi kişiyə arvad olmaq, ya da qarımış qız kimi qocalmaq təhlükəsi gözləyir: çünki mövqeni müəyyənləşdirmək üçün tələb olunan vaxt çox qısadır. Bu cəhətin təfsilatına varmaqdan ötrü bizim monoqamiya institunun böyük alimi Tomazinin yüksək səviyyədə yazılmış “De conncubinatu” əsərini oxumaq lazımdır: oradan görünür ki, konkubinat bütün mədəni xalqlarda həmişə olmuş, lüter Reformasiyasına qədər qanuni sayılmışdır, yəni qanunla tanınmışdır və institut tərəfindən şərəfsizlik kimi dəyərləndirilməmişdir, lakin lüter Reformasiyası onu öz pilləsindən aşağı endirmişdir, Lüter bunu din xadimlərinin evliliyinə haqq qazandırmaq kimi qəbul etdiyindən katolik tərəf öz işini onun əksinə davam etdirməyi münasib saymamışdı. Poliqamiyanı müzakirə etmək yox, hər yerdə baş verən fakt kimi qəbul etmək lazımdır; məsələ onun düzgün tənzim olunmasındadır. Həqiqətən, monoqom olan kimsə varmı? Biz hamımız həmişə əsas hissəsini poliqamiya təşkil edən müəyyən vaxtlarda yaşayırıq. Əgər kişi çox qadınla münasibətdə olursa, bu onlara verilən azadlıq, hətta çox qadının qayğısına qalmaq vəzifəsi kimi ədalətli işdir. Bu zaman qadın da öz təbii və həqiqi – tabe olan varlıq vəziyyətini bərpa edəcək ki, avropa sivilizasiyasın möcüzəsi və xristian-alman səfehliyinin nəticəsində yaranan ehtiram və hörmətlə bağlı gülünc iddialı xanımlar yer üzündən yox olacaq, ancaq qadınlar qalacaq, daha bütün Avropanı ağzına alan bədbəxt qadınlar olmayacaq. Mormonlar haqlıdır. § 371 Hindistanda asılı olmayan qadın yoxdur, orada istənilən qadın, Manu, başlıq 5, səh.148 qanununa uyğun olaraq atasının, qardaşının, oğlunun, yaxud ərinin himayəsində yaşayır. Əlbəttə, qadınların ərlərinin cəsədi ilə birlikdə yandırılması zalımanədir, daha dəhşətlisi isə onların sevgililərilə ölmüş ərlərinin sərvətini israf etmələridir ki, ömürləri boyu çətin zəhmət hesabına uşaqları üçün toplayıblar. Mediam tenuere beati. [21] Ana məhəbbəti ilkin vəziyyətində eynən heyvanlarda olduğu kimi instinktivdir və bu o zamana qədər davam edir ki, uşaqlarda fiziki cəhətdən köməksizlik başa çatır. Bu vaxtdan başlayaraq onun yerini vərdiş və zehnə əsaslanan məhəbbət tutur ki, bu da öz növbəsində ərini sevməyən qadınla həmişə baş vermir. Atanın övladına sevgisi onu öz daxili varlığı kimi tanıdığı üçün tamamilə fərqli və müqayisəedilməz dərəcədə möhkəmdir: metafizikidir. Demək olar ki, bütün qədim və müasir xalaqlarda, hətta hottentotlarda da [22] torpaq, mülkiyyət məhz kişi irsilə mirasa yetişir; zadəganlıq xaric, təkcə Avropa bu adətdən yayınmışdır. Beləliklə, kişilər tərəfindən ağır, davamlı və acınacaqlı zəhmət hesabına toplanmış vəsait qadınların əlinə keçir, onlar da ağılsızlıqları ucbatından az müddət içində onu havaya sovururlar, ya da hansısa başqa üsulla xərcləyirlər ki, bu, ədalətsizlik qədər mühüm hadisədir, hansı ki, qadının miras və mülkiyyət hüququnu məhdudlaşdırmaqla bunun qarşısını almaq olar. Mənə belə gəlir ki, ən yaxşısı dul qadınlar və qızlar üçün, əgər kişi cinsindən varis yoxdursa, qayda tətbiq olunmalıdır ki, mirası ömürlərinin sonuna qədər qətiyyən mülkiyyət və kapital formasında yox, ipoteka ilə təyin olunmuş gəlir şəklində alsınlar. Vəsait qazananlar kişilərdir, qadınlar deyil, bu mənada sonuncuların qeyri-şərtsiz sahiblik və əmlakı idarə etmək hüququ da olmamalıdır. Qadınlar heç vaxt sərbəst şəkildə miras kimi əldə etdiklər vəsaiti, o cümlədən, evi, kapitalı, əmlakı, sözün həqiqi mənasında, idarə etməli deyillər. Həmişə mühafizəçiyə ehtiyacları var deyə onlara heç öz uşaqlarının da qəyyumluğunu etibar etmək olmaz. Qadınlarda şöhrətpərəstlik, hətta kişilərdən çox olmasa da, tamamilə maddiyatla əlaqəli olduğu üçün pis cəhətdir, onların gözəllikləri, o cümlədən, cazibələri, geyimləri, bər-bəzəkləri də məhz bu keyfiyyətdən qaynaqlanır. Buna görə də cəmiyyət qadın üçün əsl stixiyadır. Onların, xüsisilə, israfçılıq meyilləri düşüncəli olmadıqlarından irəli gəlir ki, artıq bu barədə qədim müdriklər söyləyiblər: Δαπάνηρόν φύσει γυνή. [4] Şöhrətpərəst kişi isə, əksinə, maddiyata həvəs göstərmədən ağla, biliyə, qətiyyətə və s. doğru ictiqamətlənir. Aristotel Politika kitabının II hissəsinin 9-cu başlığında qadınlara həddən ziyadə hüquq verdikləri (Onlar mirasdan, cehizdən və azad fəaliyyətdən yararlanırdılar.) üçün spatanların böyük ziyana uğradıqlarını söyləyir, hətta izah edir ki, bu hal Spartalıların tənəzzülünə də öz güclü təsirini göctərmişdir. Bəlkə də Fransada saray və hökümətin tədricən dağılmasına səbəb XIII Lüdovikin vaxtından başlayaraq artan qadın nüfuzudur ki, əvvəl inqilaba və sonra da çevrilişə gətirib çıxardı. Hər halda qadın cinsinin xanım qismində öz parlaq ifadəsini tapan yalançı mövqeyi cəmiyyətin orqanik qüsurudur və ölümcül təsirini onun ürəyindən başlayıb qalan hissələrə də yayır. Qadının itaətə məhkum təbiəti hər məsələdə özünü göstərir; onlardan kimsə təbiətlərinə xas olmayan tam müstəqil mövqeyə yetişsə belə, dərhal özünə idarəçi və hakim ola biləcək kişi tapmağa çalışır, çünki rəhbərə ehtiyacı var. Əgər qadın cavandırsa, bu rəhbər onun üçün sevgili, yaşlıdırsa, rahib olacaq. Mündəricat: 1. Qadınlarsız həyatımızın əvvəlində köməkdən, yarısında zövqdən, sonunda təsəllidən məhrum olardıq. 2. «Qadın ləyaqəti» 3. «İnsan həyatına ilk güc bəsləyən – qadın sinəsidir, Birinci sözləri sizə öyrədən – onun dodağıdır. İlk göz yaşlarınız, son ahlarınız Qadın tərəfindən aram olunur. Nəfəsinizi ən yaxından hiss edən – onun qulağıdır. Həvəslə olmasa da, idarəçi kişilərə axır anlarında gözətçidirlər». 4. Bədxərclik qadının təbiətindədir. (yun.) 5. Peşəkar bədxahlıq, yaxşı qazananlara paxıllıq. (lat.) 6. Ümumiyyətlə, qadınlar incəsənəti başa düşmədikləri üçün sevmirlər, onların arasından dahi çıxmır.(fr.) 7. Kilsədə qadınlar susmalıdır. (lat.) 8. Teatrda qadınlar susmalıdır. (lat.) 9. Təbiət sıçrayışlar etmir. (lat.) 10. Qadın beyninin təbii quruluşu onun ağıllı qərarlar verməsinə və əksər elmlərə yiyələnməsinə qarşılıq vermir. 11. Qadın təbiətinə məxsus meyillər saxlandığı qədərilə elmin və ədəbiyyatın istənilən növü onun ruhuna yaddır. 12. Qadınlar öz yarısoyuqluq və gözyaşlarına görə ruhun bütün dərinliklərini əhatə edə bilməzlər, onların əhəmiyyətsiz və çətin olmayan hadisələr və s. haqqında hansı iddia və bacarıqla danışdıqlarını görürük. (isp.) 13. Qadınların rütbəsi və dərəcəsi olmur. (fr.) 14. Qadınlar bizim zəifliklərimiz və dəliliklərimizдə uyğun gələ bilərlər, lakin ağlımızla yox. Qadınlarla kişilər arasında ancaq zahiri rəğbət var, əqli, ruhi, xüsusiyyət baxımından oxşarlıq cüzidir. 15. Onlar dəyərsiz cinsdirlər. 16. Kinayəli vəziyyətdədirlər. (ώr.) ? 17. Qarışmış, çeynənmiş frazadır. (φr.)? 18. Qadınların vəziyyəti qədim Yunanıstanda normal olmuşdur, lakin bizdə hələ də cəngavər və feodal barbarlığının qalıqları kimidir: – süni, qeyri-təbii; qadının yeri evdir, cəmiyyət yox. Qadın ev işlərini idarə etməli, gözəl geyinməli, yaxşı tərbiyə almalı, sağlam və dindar olmalıdır; siyasət və poeziya zərif cinsin işi deyil, əvəzində mətbəx və dinə aid kitabları qiraət etməli, musiqi, rəsm, rəqs, bir az da əkinçilik və bağçılıq öyrənməlidir; Epirdə onlar yolları müvəffəqqiyyətlə təmir edirlərsə, bu işə bərabər tutulan saman yığımı və inək sağımı ilə niyə məşğul olmasınlar?(ing.) 19. Lakin nigaha girmək imkanı olmayanların sayı da kifayət qədər çoxdur. Bu kimi kişilər yaşlı qızların sayını da artırırlar: sonuncular, əsas etibarı ilə, təchizatsız qalırlar və böyük ehtimalla, öz cinsinin həqiqi nümayəndəsi olmaq arzularına yetişmirlər, az, ya çox, fərqi yoxdur, onlar bədbəxtdirlər. Digər tərəfdən evlənəndən sonra bəzi kişilərin arvadları 30 il davam edən xroniki xəstəliyə tutlur, belələri nə etməlidir? Başqalarının arvadları çox qocalır, daha başqalarının ki, əsaslı nifrətə səbəb olur. Asiya və Afrikadan fərqli olaraq Avropada ikinci arvad almaq mümkün deyil. Və əgər təkarvadlı cəmiyyətlərdə sağlam və güclü kişinin cinsi instikti həmişə… Наес nimis vulgaria et omnibus nota sunt [Həm də bayağı olmaqdan çox, hamıya məlum şəkildə. (lat.)] 20. Diqqət yetirsək, görərik ki, cinsi əlaqə qeyri-təbii təkarvadlılığa görə dünyanın bir hissəsi olan Avropa kimi amoraldır, başqa heç nə. 21. Qızıl orta qaydasına əməl edənlər xoşbəxtdir. (lat.) 22. “Chez les Hottentots, tous les biens d’un père descendent a l’aîné des fils, ou passent dans la même famille au plus proche des mâles. Jamais ils ne sont divisés, jamais les femmes ne sont appelées à la succession”. Hottentotlarda atanın bütün mülkiyyəti böyük oğula, yaxud da həmin ailənin ən yaşlı kişisinə yetişir. Heç vaxt əmlak bölgüsü və qadınların miras hüququ olmur.(fr.) [Ch. G. Leroy. Lettres philosophiques sur l’intelligence et la perfectibilité des animaux, avec quelques lettres sur l’homme. Nouvelle édit. Paris, an X (1802), p. 298)] Mütərcim:Göyərçin KƏRİMİ