LEYLİ NOVRUZOVA. BİR HƏSRƏT BİTDİ.

LEYLİ NOVRUZOVANIN YAZILARI

BİR HƏSRƏT BİTDİ
Mən bu gün qələm götürüb bir az həyatın o şirin nemətindən dadan, həm də həsrətində və həmin nemətə biganə baxan, ana adına layiq olmayan, ana adını daşıyan analardan yazmaq isrəyirəm.
Mənim oxucularım, ilk növbədə bir sual meydana çıxa bilər ki, görəsən həqiqətən belə analar həyatda varmı?
Bəli, mən bu gün ancaq reallıqdan yazacağam. Mən bir çox verlişlərə baxıb ürək sarsıntısı keçirirəm. Ana verlişə gəlib övladını axtarır, niyə?
O, övladından imtina edirsənsə, illərdən sonra niyə axtarırsan?
Axı o, körpənin nə günahı olub ki, sən onu atıbsan? Axı sən ana adını daşıyırsan. İlk növbədə onu dünyaya gətirmə. Bu elə bir hisdir ki, bəzən çox qadınlarımız o hissin həsrətin çəkirlər.
Mən ilk növbədə heç kəsdən yox, özümdən danışmaq istəyirəm. Otuz üç yaşımdan heç kəsin köməyi olmadan tək, göydə Allahın köməyi ilə dörd övlad böyüdüb, oxudub, boya-başa catdırmışam. Demirəm asandlıqla, çox cətin yollar keçmişəm. Mənə də çoxları deyirdi, dörd uşağa baxa bilməzsən, ya atasına, ya da uşaq evinə ver cavansan. Sənə çox çətin olacaq və daha nələr-nələr. Amma mən həyatda çox istədiyim övladlarımı böyüdüb, oxudub, sənəd sahibi etmək, bir-birindən ayırmamaq üçün mübarizə aparmışam, tək özümü düşünməmişəm. Həyatda başqalarına görə hər sənətə yiyələnmişəm. İndi isə mən övladlarımla fəxr edirəm ki, belə övladlar böyüdüb boya-başa çatdırmışam.
Əziz oxucularım, mənə yaxın olan bir ananın kədərli həyatından söhbət açacağam.
Axı biz anayıq. Bağışlamağı bacarmalıyıq. Həmin qadının öz dediklərindən.
-Bacı iyirmi il öncə başıma gələn bir hadisədən danışacağam. Qadının danışdıqlarını sizlərə çatdırıram.
“Ləman ana” Türk vətəndaşı ilə ailə qurur (nigahsız). Onların bir qız övladı dünyaya göz acır. Ancaq bu qızcığaz bilmir ki, onu nələr gözləyir. “Ləman xanım” İbo ləqəbli sevgilisindən səkkiz ay yaşadıqdan sonra ayrı düşəcəyini bilmirdi. Lakin həyat ona bu anı qismət eylədi. Vaxt kecir, “Ləman xanım”ın vəziyyəti, yaşayış tərzi çətinləşir. O, dünyaya gətirdiyi körpəsindən də ayrı düşür. Deyəcəksiz niyə?
Ata-anasının təkidi ilə öz şirin balasını uşaq evinin qapısına qoymağa məcbur olur. Ləman xanımın ata evindən başqa yaşamağa yeri yox idi. Həmin gündən onun həyatı tarumar olur. Onun üçün məhəbbət eşqi həmişəlik sönür.
Ləman xanım deyir:- Leyli xanım, mənim övladımı mən özüm yox, özümə yaxın olan Firuzə adlı bir xanıma verdim ki, apar uşaq evinin həyətinə qoy, ancaq and verdim ki, uşağı hansı uşaq evinə qoyduğunu mənə deməsin. Elədə oldu. Özümü hər şeydən məhrum etdim. Valideynlərimi övladıma görə cəzalandırdım. Mənə nə qədər elcilər gəlsədə heç birinə hə cavabı vermədim.
Ulu Tanrı insana bir dəfə şans verir. O da mənə verilmişdi. Mən o şansın qədrini bilmədim. Amma mən həyatda bircəciyim üçün yaşayırdım ki, nə vaxtsa onunla qovuşacağam. İllər keçdi. Onu da deyim ki, yuxularımda qızıma yaxın düşə bilməmişəm. Həmişə elə bilirdim ki, bu yaşadıqlarım bir yuxudur;
Ancaq qızıma ad günü qeyd edirdim.
Ləman xanıma sual verdim:
Ad günü qeyd etdikdə kimlər olurdu?-Heç kəs, tək özüm …
Mən ilk ad günündən başlayaraq mağazinlərdən hər il qızımın ad gününə gözəl donlar seçib alırdım. Son illər idi, artıq qızımın on səkkiz yaşı tamam oldu. Qızım yuxuma gəldi, ana, mənə don alma. Bir ağ örpək al. Yuxudan dik atıldım.
Ulu Tanrım görəsən qızıma nə olub? Mənə niyə belə dedi? Yuxularımda axı həmişə məndən uzaq qaçıb. Allaha dualar eylədim ki, on səkkiz il mən əzab içində yaşamışam, nə olar mənə rəhmin gəlsin. Ölən günümə bir gün qalmışda olsa məni qızıma qovuşdur.
Ləman xanım axı siz qızınız çox körpə ikən ondan ayrılmışsınız. Nə adı,nə ünvanı heç nəyi yox idimi sizdə?
Demişsiniz körpə doğuş evində yox, ev şəraitində anadan olmuşdur. Heç bir adıda yox idi. Siz onu necə axtarıb tapa bilərdiniz?
Bilirsin ki, Firuzə canıma and içmişdim ki, səni narahat etməyəcəyəm. Amma bilirdim qızıma hayatda rastlaşsam onu həmən tanıyacağam.
Nədən?
Qızımın sol qolunda biləkdən yuxarı noxud boyda qırmızı xalı var idi.
Ləman xanım həmin qadınla siz görüşürdünüz?
-Yox, o, ucqar bir kəndə ərə getmişdi, əlaqəmiz tamam kəsilmişdi.
Bəs bu həsrət necə sona yerdi?
Bayaq danışdığım yuxudan sonra çox narahat idim. Bir gün bizim adresimizə bir xanım gəldi.
Mənə elə gəlirdi ki, bu xanımı haradasa görmüşəm. Xanım mənə çox tanış gəlirdi. Gəlin, xoş gəlmisiniz, buyurun əyləşin. Təəccüblə üzümə baxdı. Siz Ləman xanımsız?
-Bəli dedim. Bilmək olar siz kimsiz? Sözüm ağzımda qaldı. O, hönkürtü ilə yüksək səslə ağlamağa başladı.
Mən yerimdə donub qalmışdım. Gəlinimiz məni sirkələdi, ay qız nə donub qalmısan, su gətir görək , kimdi, nəçidi, nə olub, nə demək istəyir?
Səsə qardaşım gəldi. Ay qız nə olub? Bu xanım kimdi?
Mən başımı tərpədib dedim:
Bilmirəm:
Su gətirdim, için dedim. Sakitləşin.
O, suyu içib bir az sakitləşdi və çantasından bir dəftər çıxarıb vərəqlərin arasından bir şəkil götürüb mənə sarı uzatdı. Həmin şəkil mənlə Firuzə xanımın birgə çəkdirdiyimiz şəklimiz idi. Onda başa düşdüm ki, bu qız Firuzə xanımın qızıdı. Bəli, bu qız elədi ki, var, elə bil bir alma idilər yarı bölünüb. Onda qəhər məni boğdu, hıçqıra-hıçqıra dedim Firuzə xanım niyə gəlmədi?
Ondan gözləmədiyim bir xəbər aldım. Anam uzun sürən xəstəlikdən dünyasını dəyişdi. Bu sizə çatacaq anamın xatirə dəftəridir. Mənə vəsiyyət etmişdir sizi gəlib tapım və bu dəftəri sizə verim. Yenidən bir-birimizə sarılıb ağlaşdıq.
Ləman xala, tez olun dəftəri açın, anamın nə yazdığını birgə oxuyaq. Heç kəs oxumayıb, bilinməyib orda nə yazılıb.
Ürəyimə ilk növbədə qızım barədə yazı olduğu gəldi. Elə də oldu. Qızım barədə çox gözəl yazılmışdı. Firuzə xanım düz on il qızımın yanına qızımı görməyə gedibmiş hamıdan xəbərsiz. Onun kim olduğunu qızımda bilməyib. Lakin son illər səhhəti ona imkan verməyib ki, qızımı görməyə getsin.
Belədə yazılıb xatirə dəftərində.
Qızımın dedikləri: niyə daha o xala məni görməyə gəlmir? Bəs deyirdi yenə gələcəyəm. Müəlliməsini qucaqlayıb ağlayırmış. Uzun illər qızımın gözü qapıda qalıb.
Firuzə xanım qızımın hansı adresdə olduğunu dəftərdə qeyd etmişdi. Xatirələri ilə birlikdə qızımın bir yaşından on yaşına qədər şəkillərinidə yığıb saxlamışdı. Mən həmin ünvana getdim. İçəri keçməyə cəsarətim çatmırdı. Qapıdan çox boylandım, heç nə görə bilmədim. Birdən qapı aralandı, bir göyçək xanım qapıdan boylandı.
Mənə tərəf baxıb sual verdi.
Anacan sizə nə lazımdı, kimi axtarırsız?
Elə bil dünyanı mənə verdilər. Birdə cəsarətimi topladım. Vallah bilmirəm necə deyim, necə soruşum.
De, anacan kömək edərəm..
Elə bil bir qüvvə məni ona tərəf cəlb etdi. Qızım bilmirəm hardan, nədən başlayım.
Mən on səkkiz il bundan öncə bir qız övladımı bu uşaq evinin həyətinə gətirib qoymuşam, indi onu axtarıram.
-Niyə?
Vallah qızım desəmdə niyə, inanmayacaqsız.
-Niyə ki, inanarıq,
Adını, atasının adın deyin yoxlayım..
Ay bala, bu qızımın yaşamağı üçün bu addımı atmışam. Atası məni xəbərsiz tərk edib gedəndə hələ qızımız dünyaya göz açmamışdı. Tək qalmışdım, bircə ata evində var idi yaşamaq ümüdümüz. Valideynlərim məni uşaqla qəbul etmirdilər. Ona görə də məcbur qalıb hələ təzəcə dünyaya göz açmış körpə balamı yaşatmaq üçün anaların, körpələrin ümüd yeri olan uşaq evinin həyətinə qoydurmuşam.
-Necə bəyəm qoydurmuşam?
-Eh, qızım uzun hekayədir. Bir yazıq rəfiqəm var idi, ondan xahiş etmişdim uşağı hansısa uşaq evinin həyətinə qoysun, ona and içdirmişdim mənə yerini deməsin.
-Niyə?
-Çünkü, gedib təzədən götürərəm, axı anayam, ürəyim qan ağlayırdı.
O, körpəni götürəcəydim.. Harda saxlayardım? Axı özümündə yaşamağa yerim yox idi.
Bəli, rəfiqəm elədə etdi. Körpəni xilas etdi. Ozü ucqar bir kəndə ərə getdi. Onuda sonradan bildim. Rəfiqəmin adı Firuzə idi. Oda uzun sürən xəstəlikdən erkən vəfat edibmiş.
Odur gələn, onun yadigarı, su almağa getmişdi. Bura onun əlindəki cansız, həm də mənə dünyalar qədər əziz olan xatirə dəftəri ilə gəlmişəm. Bəlkə məni balamla qovuşdurdu. Bircə rəfiqəm qızımı bura qoyduqdan sonra, həmişə hamıdan xəbərsiz o, qızından elaqəni kəsməyib. Ta xəstə olana qədər. Hamsını xatirələrdə qeyd etmiş və şəkilləri var.
-Baxmaq olar?
-Hə, niyə olmur.
-Ay qızım, o dəftəri ver. Bu qızımız baxsın.
Amma hiss etdim ki, bayaqdan mənlə söhbət edən qız heç özündə deyil. O, cəld dəftəri əlimdən aldı. Açıb vərəqlədi, vərəqləyərkən arasından yerə sürüşüb düşən şəkli görüb huşunu itirdi. Özümdə çaşpaş qalmışdım və qışqırdım su gətirin. Hamı başına yığışdı. Bu vaxt göycək bir qız uşağı atasının əlindən çıxıb qışqıra-qışqıra bizim tərəfə gəldi. Ana -ana deyib ağlayırdı. Atasıda yaxınlaşıb cəld bu qızı qucağına alıb yol verin, yol verin deyib icəri otağa keçirtdi.
Mən isə çox peşiman olmuşdum. Fikirləşdim ki, söhbətimlə yazıq qızı yordum. Bir azdan qız asta-asta ozünə gəlməyə başladı. Oyanıb mənə tərəf baxıb qışqırdı.
Anacan, bilirdim gələcəksən!!! Firuzə ana həmişə mənə deyirdi. Mənlə qucaqlaşıb hönkürtü ilə ağlaşırdıq. Bu mənim qızım idi. Qızım son qədər gözəl olduğuna görə körpələr evində ona Sona adı verilmişdir. Sona elecə uşaq evindən olan oğlanla ailə qurub bir qız övladı olmuşdur.
Elə həmin uşaq evində də işləməyə başlamışdır. Bəli, Leyli xanım hekayətimiz belə olmuşdur. Beləcə Sona balamla və Firuzə xanımın bizə yadigar qoyub getmiş qızı Fatimə ilə qovuşdum. İlk öncə Firuzə xanımın məzarını ziyarət etdik, ona rəhmət dilədik.
Bəli analaradır sözüm, mən belə bir addım atmışam. Amma sizlərə belə balanıza qovuşmağı arzulamıram. Qoy körpələriniz ana qucağında işinib boya-başa çatsınlar.
Bəli, mən artıq getməliyəm Leyli xanım. Qız nəvəmi məktəbdən götürməliyəm, gecikməyim.
Get bacım, Allah yar olsun.
Ana anadır, o, həmişə bağışlayan və bağışlanandır. Həyatda elə bir addım atın ki, bağışlanasız.
Sizə uğurlar arzulayıram Ləman xanım. Sənin atdığın addımın aqibəti belə olmalı idi.
Sona və Fatimə balaları Allah qorusun.
Allah amanında.

Müəllif: Leyli NOVRUZOVA


LEYLİ NOVRUZOVANIN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir