Osloda “Azərbaycan dili beynəlxalq aləmdə: təbliği və tədrisi məsələləri” adlı vebinar keçirilib.

Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu məktəbinin koordinatoru Günay Əliyevanın və Bakı şəhəri 220 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi filologiya üzrə fəlsəfə doktoru Xanım Qasımovanın birgə təşkilatçılığı ilə “Azərbaycan dilinin beynəlxalq aləmdə təbliği və tədrisi məsələləri” adlı vebinar keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, Bakı Musiqi Akademiyasının kafedra müdiri fil.ü.e.d., professor Tərlan Quliyev, Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri fil.ü.f.d. Aqşin Əliyev, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyev, yazıçı Eluca Atalı (İsveç), şair, pedaqoq Zaur Ustac və başqalarının iştirak etdikləri görüşdə Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, dünya miqyasında tanıdılmasının əhəmiyyəti, xarici ölkələrdə tədrisi məsələləri və sairə müzakirə edilmişdir.
   “Azərbaycan dilinin beynəlxalq aləmdə təbliği: dil siyasəti və strateji hədəflər” adlı məruzə ilə çıxış edən professor Sevinc Əliyeva dil siyasətinin formalaşması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi, nüfuzunun yüksəldilməsində ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulamışdır. O, Dünya Azərbaycanlılarının V Qurultayında ölkə başçısının diaspor nümayəndələri ilə görüşü zamanı Azərbaycan dilinin qorunmasına dair verdiyi tövsiyələri qeyd etməklə onlara əməl olunmasının zəruriliyini nəzərə çatdırmışdır. Azərbaycan dili xaricdə yaşayan üçüncü nəsil azərbaycanlıları öz mədəniyyətinə bağlayan və onları birləşdirən əsas amil kimi dəyərləndirilmişdir. Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsinin Mərkəz üçün də xüsusi əhəmiyyət daşıdığını qeyd edən S.Əliyeva ölkə xaricində Azərbaycan dilinin tədrisi və təbliği məqsədilə diaspor nümayəndələri ilə vaxtaşırı görüşlərin təşkil olunduğu, qarşılıqlı əməkdaşlıq çərçivəsində müvafiq tədbirlərin həyata keçirildiyini bildirmişdir. Xaricdə yaşayan soydaşlarımızın dilimiz və mədəniyyətimizin təbliğinə dair fəaliyyətlərini yüksək qiymətləndirən natiq azərbaycançılıq ideologiyası ətrafında birləşən, dövlətimizin dil siyasətinə sadiq olan hər bir həmvətənimizlə Monitorinq Mərkəzinin əməkdaşlığa hazır olduğunu nəzərə çatdırmışdır.
   Digər iştirakçılar “Xarici ölkələrdə Azərbaycan dilinin tədrisi məsələləri”, “Azərbaycan dilinin beynəlxalq tədrisinin məzmunu”, “Xaricdə doğulub-böyüyən uşaqlar üçün ana dilinin tədrisinin əhəmiyyəti haqqında”, “Ana dilinin tədrisində ədəbiyyatın rolu” adlı məruzələrlə çıxış etmişlər. Məruzələrdə Azərbaycan dilinin ölkə xaricində tədrisində mövcud çətinliklər, resurs və dərsliklərin bəzən qənaətbəxş olmaması, lazımi ədəbiyyatın çatışmazlığı kimi məsələlər qeyd olunmuşdur. Səsləndirilən təkliflər arasında ana dilinin beynəlxalq aləmdə tədrisi coğrafiyasının genişləndirilməsi, Azərbaycan mərkəzlərinin yaradılması, Azərbaycan dilinin beynəlxalq miqyasda ayrıca ixtisas kimi tədris edilməsi və s. öz əksini tapmışdır. Fotolar:

SƏLİM ABBASZADƏNİN ÇƏKDİYİ RƏSM

MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səma Muğanna. Tanrı kraliçası.

SƏMA MUĞANNANIN YAZILARI

                       Tanrı kraliçası  

İşığın kainatda parıldamasından hiss etdim ki, bu işıq mənə işarə göndərir.Bu işıqda müxtəlif rənglər var idi: sarı, mavi, yaşıl və bəyaz. İşığın enerjisindənmi,yoxsa nədir bilmirəm, mən mavi işığı seçirəm-dedim. Qəflətən işıqdan insan siması peyda oldu. Qarşımda gördüyüm bu insan siması məni təəccübləndirdi. Ona yaxınlaşmaq istəsəm də, qorxub geri çəkildim. Körpətək ağlayıb boşluqda qaçmağa başladım.
Boşluq dərin olduğundan qaça bilməyib dayandım. Artıq güc-qüvvətim tükənmişdi deyə, qaça bilmirdim. Bu an kiminsə çiyinlərimdəki qanadlara sığal çəkdiyini hiss etdim. Dönüb baxmaq istədiyimdə icazə verməyib qulağıma yavaşca pıçıldadı:
-Əziz Səma, sən işıqda kimi axtarırsan?
   Bir anlıq təəccübləndim ki, axı bu şəxs adımı hardan bilir? Sadəcə səsindən bildim ki, bu qadındır.
-Siz kimsiniz? Adımı hardan bilirsiniz?
-Sən kainatda ən çox hansı rəngi sevirsən? Mavi?
   Qadın suallarıma sualla cavab verirdi elə bil.
-Bəli.
-Sən göy üzünə heç baxmısan?
-Həmişə baxıram. Göy üzündəki ulduzlar qədər yaşım var. Axı mən göylərin adamıyam.
-Yaxşı. Bəs o göy üzündə sən mavi rəngi hər zaman görə bilirsən?
  Ətrafa sükut çökdü, amma qadın heç gözləmədən bu sükutu pozmaq üçün qanadlarımdan tutub məni göyə qaldırdı.
-Əziz Səma, indi nə hiss edirsən?
-Mən.. Mən bilmirəm. Qorxuram!
   “Qorxuram” dediyim an qadının siması gözümün önündə göründü. Gözlərim bulanıq seçirdi, lakin addım-addım qanadlarım və ayağımın köməyi ilə boşluqda qadının addımlarını izləyərək kainata çıxmağı bacardım! Və o an qadının siması gözləriminin önündə canlandığında göz yaşlarım mirvari kimi yanaqlarımdan axdı. Qadın başındakı tacı çıxarıb saçlarıma taxdı və göz yaşlarımı maviyə boyanmış zərif barmaqlarıyla sildi.
-İndi azadsan, əziz Səma!
-Siz göy üzünün kraliçasısınız! Yox, Tanrı kraliçası!
Və kiçik körpənin anasına sarıldığı kimi qadının boynuna atladım. Bu qadın göy üzünün Tanrı kraliçası, mənim üçün isə əbədi yanan şam idi! Bu Elnarə Nərimanova idi!

Müəllif: Səma MUĞANNA

Gənc yazar, AYB üzvü.


SƏMA MUĞANNANIN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru