Akademik Azad Mirzəcanzadə

Akademik Azad Mirzəcanzadə

23 yaşında elmlər namizədi, 29 yaşında elmlər doktoru, 31 yaşında professor, 34 yaşında Elmlər Akademiyasının müxbir, 40 yaşında isə həqiqi üzvü olan Azad Mirzəcanzadə haqqında maraqlı faktlar:

Rüstəm Behrudi yazır:

Rəhmətliklər Azad Mirzəcanzadə və Həsən Turabov, gözəl ziyalımız Kamal Abdulla ilə bir yerdə söhbət edirdik.

Azad Mirzəcanzadə birdən qayıtdı ki, sən çox istedadlısan, ancaq savadsızsan. Təbii ki, o dövrdə şöhrətli vaxtım idi, mənə belə söz demək olmazdı.

Bu söz mənə çox ağır təsir eləmişdi. Ona görə də növbəti dəfə yemək-içməyə dəvət edəndə getmədim. Sonrakı görüşümüzdə bildi ki, incimişəm.

Dedi istedad Allahın verdiyi bir şeydir, savadı isə sən qazanmalısan. Mənə məsləhət bildi ki, heç olmasa yatmazdan qabaq yarım saat, bir saat kitab oxu. Bu məsləhət mənim bütün həyatımı dəyişdi. O vaxtdan hər gecə yatanda bir saat kitab oxumamış yatmıram.

– O, həyatda ən çox sevdiyi bacısının ölümündən bir il sonra, onun öldüyü palatada, onun yatdığı çarpayıda və onun öldüyü gün vəfat etmişdi (iyunun 17-si).

– 77/78 yaşında vəfat edən alim, ömrünün sonuna qədər evlənməmişdi.

– Elm Komitəsi və Ali Attestasiya Komissiyasının sədri olan zaman qulluqçuya iş masasının üstünü təmizləməyi, oranı sahmana salmağı qadağan etmişdi. Özünün də dediyinə görə, masanın üzərindəki qarışıqlıq onun iş rejimini əks etdirirdi.

– Hər gün fasiləsiz elmlə məşğul olan alimin gündəlik yeməyi əsasən kolbasa, pendir və “selyodka” idi.

– Neft sənayesi üzrə böyük mütəxəssis olsa da, iş otağında və evində masanın üzərində yalnız bir adamın şəkli olardı – Üzeyir Hacıbəylinin…

Çoxları professor adını ancaq öləndə baş daşı üzərində yazdırmaq üçün istəyirlər.

Azad Mirzəcanzadə

Müəllimlərdən bəzisi dinlədikləri əsərləri başa düşməsələr də Azad müəllimə hörmət əlaməti olaraq səslərini çıxartmırlarmış. Azad müəllim isə onlara deyirmiş ki, “başa düşməsən də sonacan qulaq as. Bu dəfə başa düşməyə bilərsən, gələn səfər qulaq asanda nələrisə anlayacaqsan”.

Azad müəllim tələbələrinin verdiyi sualları cavablayıb, izah edəndən sonra “başa düşdün?” demirdi, əksinə,”izah edə bildimmi?” deyə soruşardı.

XIII əsrdə alman kralı II Fridrix bilmək istəyirdi ki, əgər uşaqlar anadan olan gündən onlarla heç kim ünsiyyət qurmasa hansı dildə danışacaqlar. Bu məqsədlə uşaqlara baxanlara əmr verir: uşaqlara lazımı qulluq edin, yedizdirin, çimizdirin, lakin onlarla danışmayın. Kral istəyinə çata bilmədi, çünki onların hamısı öldü. Sonradan araşdırdılar ki, uşaqlar qayğıkeş, mehriban sifətlərdən və onlara baxanların nəvazişli sözlərindən məhrum olduqlarına görə ölüblər.

Mənbə- Mirzəcanzadə A. “XXI əsrə aparan yol”

Azad Mirzəcanzadə yazırdı:

Eyni bir məkanda iki bənna işləyirmiş. Birinci bənnadan soruşurlar:

-Nə ilə məşğulsan?

-Əl arabası ilə daş daşıyıram,-deyə cavab verir.

İkincidən soruşurlar:

-Bəs sən nə ilə məşğulsan?

-Şartr məbədini tikirəm.

Aydındır ki, ikinci bənnanın cavabı daha dolğun və məzmunludur, çünki o, öz əməyini son məqsədlə bağlayır.

1928-ci ildə Bakıda anadan olan Azad müəllimin atası Xəlil Cənubi Azərbaycanın Sərab şəhərindən olub.

15 yaşındaykən axşam fəhlə-gənclər məktəbində riyaziyyatdan dərs də deyirmiş …

A.Mirzəcanzadə həmişə deyərdi ki, “Elmi bazara çevirmək olmaz…Məhəmməd Peyğəmbərin belə bir kəlamı var: hər kəsin qiyməti onun biliyi qədərdir”

1987-ci ildə onu “Neft və Kimya İnstitutu”ndan guya yaxşı alim, yaxşı müəllim olmadığına görə çıxarırlar.Elə bu məqamda onun dadına 1987-ci ildə Mərkəzi Komitənin elm və təhsil şöbəsində işləyən Rafiq Əliyev çatır. Rafiq müəlliim şəxsən onun qolundan tutaraq kafedraya gətirir…

Ə. Elçibəy Azad Mirzəcanzadəyə Bakı Dövlət Universitetinin rektoru olmağı təklif edəndə əvvəl razılaşmayıb. Amma sonra Ali Attestasiya Komitəsinin Sədri olmağa razılaşıb .. 1993-2001-ci illərdə isə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir.

… Həmişə Şekspirin “həyat bir teatrdır” fikrinə münasibət bildirirək auditoriyadakı tələbələrinə deyərdi: “İngiltərənin baş naziri Toni Bleyer deyir: biz hamımız oynayırıq. Ancaq elə oynamalıyıq ki, İngiltərə yüksəlsin”… Hər adamın öz oyunu var. Biz də Vətənin ucalığı naminə oynayırıq…

...Akademik Azad Mirzəcanzadə dünyanın yeganə alimlərindəndir ki, 60 illik elmi fəaliyyəti ərzində 100-ə yaxın elmlər doktoru, 300-dən çox elmlər namizədi yetişdirib. Bu böyük alimin elmi irsində dünyanın nüfuzlu jurnallarında çap olunmuş 500-ə yaxın elmi məqaləsi, 100-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaiti, 50 ixtirası və elmi kütləvi əsərləri də xüsusi yer tutur.

Hələ sağlığında onu sevənlər arasında belə bir rəvayət dolaşırdı: “Azad müəllimə yaxın düşərsən, yandırar, uzaq düşərsən, dondurar”.

İlkin mənbə:Qılman İman


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir