AMEA-nin Folklor İnstitutunda “Dədə Qorqudun portreti nümunəsində tarixi şəxsiyyətlərin faza portretlərinin yaradılması metodikası” adlı seminar
Müəllifi olduğum “Alternativ Psixologiya” elmi, yeni əsrin elmi kimi Zamanın movcud olan problemlərinin həlli istiqamətində öz tövhəsini verə biləcək Bəşəriyyətə xidmət edən informasiya elmidir!
Akademik Y.S.İbadov
İnsanlığın təkamülündə olan yeni etap insanı öyrənmək yolunda novator elmi yanaşmalar tələb edir. II minilliyin sonlarına yaxın məlum oldu ki, insanlığı dərk etmək yolunda Zaman, Enerji, İnformasiya, Kainat kimi anlayıslarsız insanı dərk etmək mümkün olmayacaq. İndiki zamanda elmlərin yeni sahələri və istiqamətləri onlara istinadən inkişaf edir. Əminliklə demək olar ki, müəllifi olduğum ”Alternativ psixologiya” elmi müasir elmi fikirlərin inkişafı yolunda yeni bir qoldur. Yeni eranın özünəməxsus xüsusiyyətlərindən biri dünyanın güc, qüvvə tətbiq etməklə deyil, ağıl və intellektlə idarə olunacağının proqnozlaşdırılmasıdır. Təsadüfi deyil ki, XXI əsr BMT tərəfindən “İntellekt əsri – təhsil əsri” elan olunmuşdur. Bütövlükdə XXI əsr ağlın, intellektin təntənəsi əsridir. Əsrin yeni elmi “Alternativ psixologoya” metodologoyası əsasında müxtəlif sferalarda aparılan maarifləndirmə və praktik işlərin (“Mücərrəd kompazisiyalar şəklində tibbi-pedaqoji-psixoloji testlər”, “Faza portretlər”, informasiya təbabəti və nanotexnologiya sahəsində bir sıra ixtiralar, çox sayda harmonizatorların tətbiqi və.s.) nəticəsində elmi yeniliklər hər bir fərdin, ətraf aləmin, həmcinin təbiətdə harmoniyanın bərpasına xidmət etməklə, insanlar arasında ünsiyyətin yaxşılaşmasına, bütövlükdə sağlam harmoniyanın bərpasına kömək etmiş olur.
Tibb elminin müəyyən xəstəliklər və problemlər qarşısında aciz qalması halları məni çox düşündürürdü və mən daim elmi axtarışda idim. Elmi ədəbiyyatdaki yenilikləri izləyirdim, ancaq məni qane edən informasiyaları tapa bilmirdim. Elm – işıqdır, Allah nurundan yaranıb. Əsl alimlər bu nurun daşıyıcıları, qaranlığı, nadanlığı, məchulluğu parçalayıb yaran, bəşərin qəlbinə, ruhuna, idrakına işıq paylayan fəzilət sahibidirlər. Elm işığında öyrənmək, işığın içində işığı aramaq – elə Allahın işığına doğru daha bir addım da yaxınlaşmaq deməkdir. Məhz belə insanların simasında Məhəmməd peyğəmbərin (ə.s.) bu kəlamı öz yerini tapır: “Bir insanın qiyməti onun elmi, biliyi qədərdir”
1990-cı ildən başlayaraq mən maraqlı qrafik təsvirlər çəkirdim. Bu təsvirlər pasienti qəbul edərkən onun xəstəliyi və problemləri haqqında çəkilirdi. Pasient danışmadan, ondan anamnez toplamadan təsvirlərdə onun xəstəliyi haqqında məlumatlar alırdım. Daha sonralar mən boş vaxtlarımda mücərrəd kompozisiyalardan ibarət qrafik təsvirlər çəkməyə başladım, hansı ki, bu təsvirlər qələmi kağızdan aralamadan bir dəfəyə çəkilirdi. Həmin təsvirlər hamının böyük marağına səbəb olmuşdu. Müşahidələrim göstərdi ki, həmin təsvirlərə baxan adamlar çox qəribə psixo-reabilitasiya edici effekt alırlar. Ona görə də həmin təsvirləri xəstələrimin müalicəsində əlavə vəsait kimi tətbiq edirdim. Beləliklə, çox maraqlı və gözəl nəticələr almağa başladım.
Həmin təsvirlərdən bir neçəsini seçərək onlardan “Mücərrəd kompozisiyalar şəklində tibbi pedaqoji-psixoloji testlər” tərtib etdim və 1999-cu ildə çap olundu.
Testlərdə olan mənəvi duyum və maraq hissi gənclərin asudə vaxtlarınnın daha səmərəli təşkil olunmasına, istedadlı və qabiliyyətli övladlarımızın sayının artırılmasına kömək edir. Dünya praktikasında istifadə edilən testlərin əksəriyyəti ya müəyyənedici, ya da təyinedici xarakter dayışıyır. Mücərrəd kompozisiyalardan təşkil edilmiş bu testlər isə həmin keyfiyyətləri saxlamaqla yanaşı, həm tərbiyəvi təsirə, həm də öyrədici keyfiyyətə malikdir. Belə testlərin işlənməsi prosesi duyğu üzvlərinin fəaliyyətini gücləndirir, qavrama və cavabvermə reaksiyasını sürətləndirməklə yanaşı estetik duyumu artıraraq nitq mədəniyyətini yüksəldir. Bu isə birinci və ikinci siqnal sistemi arasında əlaqənin yaradılması deməkdir. Testlərin tədqiqi və tətbiqi yerlərdə psixoloq və pedaqoqlar tərəfindən çox maraqlı izlənmiş, istedadların üzə çıxarılmasına kömək etmişdir.
Ümumtəhsil məktəblərində təfəkkür və təxəyyülün tərbiyə üsulu kimi tətbiqi məsləhət görülən bu testlər tibbi-psixoloji yönümdən sakitləşdirici və son nəticədə müalicəvi əhəmiyyətə malikdir. Ən mühüm cəhətlərdən biri də odur ki, digər testlərdən fərqli olaraq mücərrəd testlər insan şüurunu hərtərəfli axtarışa cəlb edir.
Testlərin tətbiqində əsas məqsəd təkcə şagirdlərin qabiliyyətini aşkar etməklə qurtarmır. Burada ən əsas mücərrəd təfəkkürün senzitiv yaş dövründə abstrakt təfəkkürün inkişafı yolu ilə bədii yaradıcılığın gücləndirilməsi hesabına daha istedadlı gənclərin formalaşması məqsədi güdülür. Prosesin beyində gedən əsas mexanizmi isə aşağıdakı kimi izah edilir: – Şagirdlərin, xüsusən cinsi yetişkənlik dövründə hormonal sistemdə gedən oyanma ilə əlaqədar psixi enerjisi normadan artıq olduğuna görə onlarda emosional gərginlik prosesi yaranır. Ona görə də bu dövrdə şagirdəlirin psixi cəhətdən oyanıqlığı müşahidə edilməklə onların ailədə və məktəbdə təlim-tərbiyə məsələlərində daha çətin bir keçid dövrü əmələ gəlir. Bu dövrdə beyində artıqlıq edən psixi enerji bədii yaradıcılıq enerjisi formasında sərf edildikdə emosional gərginlik azalır, nəticədə beyin sakitləşir, onların tərbiyə prosesi asanlaşır, neqativ keyfiyyətlər azalır. Şagirdlər testlər haqqında şəxsi rəylərini bildirməklə ağlın müstəqilliyini işə salır, öz fikirlərini sərbəst şəkildə ifadə etməyi öyrənirlər.
Bu testlər qələmi kağızdan aralamadan çəkilmiş qrafik təsvirlər əsasında tərtib edilmişdir.Testlər dünyada ilk dəfə respublikamızda, daha sonra respublikamızın sərhədlərindən kənarda, xarici ölkələrdə uğurla öz tətbiqini tapmış və XXI əsrin dərs vəsaiti titulunu almışdır.
*testlərlə işləyəndə əvvəlcə ordakı obrazları tapmaq, sonra onları rəngləmək və daha sonra isə ifadəli şəkildə bədii təsvir verilməsi təklif edilir.
*testlər təkcə psixodiaqnostika məqsədiylə deyil, həm də öyrədici, tərbiyəedici, inkişaf etdirici və psixokorreksiya və müalicəvi məqsədlə istifadə edilir.
*testlərlə işləmək üçün yaş məhdudiyyəti yoxdur, ancaq ən yaxşı effekt senzitiv yaş dövrlərində (11-14 yaşlarda) əldə edilir.
Belə ki, mücərrəd təfəkkürün inkişaf etdirilməsində və irsiyyətdən gələn yaradıcılıq qabiliyyətlərinin və potensiallarının açılması istiqamətində çox gözəl nticələr alınır.
İnsana özü-özünün xilaskarı olduğunu anlatmaq, onun mənəvi cəhətdən zəngin, dəyərli bir şəxsiyyət kimi formalaşmasına kömək etmək, sağlam gənc nəslin formalaşdırılması, onların ekoloji biliklərinin inkişaf etdirilməsinə nail olmaqdır.
Daim elmi axtarışda olmağım və apardığım tədqiqatların hesabına çox maraqlı yeniliklər və sevindirici nəticələrə nail olurdum. Bunlardan bir hissəsi də insanın canlı sistem olaraq xüsusi bir enerji və informasiya sisteminə malik olması ilə əlaqədar topladığım yeni biliklərimdən irəli gəlirdi.
“Sistemə maddi, energetik və informasion mahiyyətlərin ayrılmaz vəhdəti olan obyekt kimi baxmaq ən müasir və ziddiyyətsiz baxışdır” (В.A.Шевченко. “Универсальный природный цикл”. 1992).
Real aləmdə təcrid olunmuş sistemlər mövcud deyildir–bütün reallıq qarşılıqlı əlaqədədir və qarşılıqlı şərtlənmişdir. Bu əlaqələr güclü və zəif ola bilər, lakin onlar həmişə mövcuddurlar. Belə aydın olur ki, Tibb Universitetində tədris proqramında insanın bioenergetik anatomiya və fiziologiyası haqqında heç bir tədris olmadığına görə və mövcud olan məlumatlar və biliklər verilmədiyinə görə, həkimlərin bu sahədə biliyi və savadı yetərincə deyil. Bu isə Tibbi kadrların xəstəliklərin etiopatogenezini daha dərindən başa düşməsinə mane olur. Elmi axtarışlarım nəticəsində əldə etdiyim təcrübə bu istiqamətdə problemlərə yeni bir aydınlıq gətirdi.
Məsələn, hamımızın yaxşı tanıdığımız psixosomatik xəstəliklərin əsasında müxtəlif emosiyaların olduğunu bilirik, amma apardığım tədqiqatlar nəticəsində məlum oldu ki, bu və ya digər xəstəliklərin və problemlərin kökündə bir çox səbəblərdən biri kimi ünsür faktorları adlanan, əslində təbiətlə bağlı olan faktorlar dayanır.
Biz təmamilə yeni bir diaqnostika və müalicə üsulunun formalaşdığının şahidi olurduq. Bu tədqiqatlarımı Dünya şöhrətli alim V.P. Qoç ilə birlikdə konsepsiya şəklində işlədik və Dünya xalqlarının tarixi qədim mənbələrdə Ünsür faktorlarına aid olan yaranmış xaotik biliklərinə aydinlıq gətirərək, həmçinin ünsürlərin simvollarını təyin edərək ümumdünyəvi təsnifat cədvəlini tərtib etdik. Eyni zamanda ünsürlərin qarşılıqlı təsirində yarana biləcək faza çevrilmələrdə baş verə biləcək kombinasiyaları təyin etdik. Həmin konsepsiya (“Öz mahiyyətini dərk etmə” konsepsiyası) patentləşdirilmişdir.
Mən canli sistemlərin xəstəlik və problemlərinin qrafik təsvirlərini çəkir və onların mənasını aça bilirdim. Belə bir axtarış və nəticələr mənə yeni bir elmin izinə düşməyimə kömək etdi. Bu elmi “Alternativ Psixologiya ”(AP) adlandırdım.
3 mart 2003-cü ildə Moskva şəhərində yeni yaratdığım “Alternativ psixolgiya” elminin müəlliflik şəhadətnaməsini (№ 6274) almışam. Həmin elmin prezentasiyası Azərbaycanda elmi ictimaiyyət tərəfindən yekdilliklə qəbul edilmişdir.
2003-cü ildən müəllifi olduğum “Alternativ Psixologiya” elminin metodologiyasının tətbiq edilməsi əsasında Azərbaycan Təhsil İnstitutunda fəaliyyət göstərən “Psixogigiyena və tibbi-psixoloji diaqnostika” laboratoriyasının müdiri vəzifəsində çalışır və müəllifi olduğum “Alternativ Psixologiya” elminin metodologiyası əsasında yaradıcılıq fəaliyyəti göstərir.
29 dekabr 2005-ci il tarixli “Enerqoinformasiyon diaqnostika və müalicə üsulu” adında Avroasiya ölkələri üzrə patent (№ 006449) aldım.
2003 və 2007-ci illərdə təkrar nəşr edilən “Psixoqrafiya” adlı kitabımda Alternativ psixologiya elminin əsasları haqqında elmi ictimaiyyətə geniş məlumat vermişəm. “Faza Portret” adlanan rəsmlərin yaradılmasına əsaslanan elmi istiqamətdə yeni bir yol aça bildim və rəssamlıq tarixində yeni janrda çəkdiyim rəsmləri “Qəlbin Gözü ilə” adlı sərgidə ictimaiyyətə geniş şəkildə nümayiş etdirdikdən sonra Azərbaycan Rəssamlar İttifaqının üzvü seçildim.
“Alternativ psixologiya” elminin metodologiyası ilə çəkilmiş şəkil – yazı, faza portretlər sırasında tarixi şəxsiyyətlərlə bağlı olanları da var. Bu faza portretlər milli mədəniyyətimiz barədə bir çox faktların dəqiqləçdirilməsində xüsusi rol oynamışdır. Buna misal olaraq “Kitabi – Dədə – Qorqud” un 1300 illik yubleyi ərəfəsində Dədə – Qorqudun 3 faza portret sistemini göstərə bilərik. Həmin faza portretlər əsasında Dədə – Qorqudun şəxsiyyət və avtobioqrafiyası haqqında özünəməxsus rəmzlərlə verilmiş kodlu məlumatlar açıqlanmış və onun mifik obraz deyil, tarixi şəxsiyyət olması faktı bu metodla bir daha təsdiqlənmişdir. Bu faktlar respublikanın tanınmış qorqudşunas alimləri və elmi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmış və bu barədə rəsmi şəkildə rəylər verilmişdir. Radio və televiziya verilişlərində, müxtəlif mətbuat səhifələrində bu barədə dönə – dönə ətraflı məlumat verilmişdir.
15 fevral 2001-ci ildə Azərbaycan MEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində əsasən Qorqudşünas alimlərin iştirakı ilə keçirilən elmi praktik konfransda bu metodla tərəfimdən aparılan elmi – tədqiqat işləri böyük maraqla qarşılanmış və elmdə tamamilə yeni bir istiqamətin açılması kimi qiymətləndirilmişdir.
Orijinal dəsti-xəttim və elmi nailiyyətlərim əsasında Dədə Qorqudun Faza Portretinın müəllifi kimi, onun tarixi şəxsiyyət olmaqla doğum və ölüm tarixi haqqında informasiyanın dəqiqləşdirilməsi istiqamətində Azərbaycan elminə verdiyim elmi töhfələrimə görə Dədə Qorqud Milli Fondu və “Azərbaycan Dünyası“ Beynəlxalq Jurnalının, Dünya Azərbaycanlılarının qərarı ilə “DƏDƏ QORQUD” Milli Mükafatına layiq görülmüşəm. Dədə Qorqud Milli Fondunun, Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm.
22-24 Sentyabr 2022-ci ildə Sevastopolda keçrilən XVIII Beynəlxalq İxtiralar və Yeni Texnologiyalar “YENİ ZAMAN” Salonu tərəfindən “Dədə Qorqudun Faza portreti nümunəsində tarixi şəxsiyyətlərin Faza portretlərinin yaradılması metodikası” Qizil medala və Diploma layiq görülmüşdür. Öz elmimi dünyanın aparıcı ölkələrində uğurla təqdim edərək əldə etdiyim nəticələr yüksək mükafatlara, sertifikatlar və diplomlara, orden və medallara layiq görülmüşdür.
Dünyanın aparıcı ölkələrindən olan ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Avropa ölkələrinin akademiyalarının fəxri üzvü, Ukrayna və Gürcüstanın Milli Elmlər Akademiyalarının həqiqi üzvüyəm. Bu ilin avqust ayında Beynəlxalq Sistemologiya Akademiyasının üzvü seçilmişəm.
Moskvada Beynəlxalq Enerqoinformasion Xalq Təbabəti Akademiyasının fəxri üzvüyəm, UNECKO xətti ilə Beynəlxalq Elmi Koordinasiya Şurasının daimi üzvü, Beynəlxalq Valeologiya və Enivaleologiya mərkəzinin üzvü, Ənənəvi xalq təbabəti mütəxəssislərinin, Psixoloq və Təbiblərin Beynəlxalq Assosiasiyasının həqiqi üzvüyəm. Ənənəvi xalq təbabəti üzrə “Eniom” Ümumrusiya elmi-tədqiqat mərkəzi-komplementar təbabətin beynəlxalq qeydiyyatının həqiqi üzvü, Azərbaycan Asiya ölkələri Sosial Mədəni Əməkdaşlıq Assosiasiyasının fəxri şurasının üzvüyəm.
Bu günə qədər etdiyim elmi ixtiralar və nanotexnologiya ilə hazırlanmış olan harmonizatorlar Avropa keyfiyyət lisenziyasına və nişanına layiq görülmüşdür.
5 kitab, 8 elmi monoqrafiya və 29 elmi məqalənin müəllifiyəm. 12 sayda müəlliflik şəhadətnaməsi almış və patentləşmiş nəzəriyyə, konsepsiya və ixtiraların müəllifiyəm.
Mənim ən böyük ixtiram isə “Alternativ psixolgiya” elminin yaradılmasıdır.
“Alternativ psixologiya” (“alternative” – sözü bir – birini istisna edən iki və daha çox ehtimalın arasında seçim zəruriliyi mə’nasını verir) – insanın zaman və məkan kateqoriyaları ilə qarşılıqlı tə’sirindən yaranan problemlərinin həlli yolundakı sualları cavablandıran psixologiya elminin yeni bir sahəsidir.
“Alternativ psixologiya” ümumi psixologiyanın predmeti olan psixikanı bütünlükdə bir inform sistem kimi psixi enerjinin tədqiqatı istiqamətində öyrənir.
Elmin metodologiyasıTəbiət Qanunlarına əsaslanır, insanın həyat yolunun asanlaşdrılması məqsədilə, onun ətrafında baş verən hadisələri anlaması üçün nəzərdə tutulmuşdur.
Bu elmin metodları:
psixoqrafiya,
psixokorreksiya,
mücərrəd kompozisiyalar şəklində tibbi – pedaqoji – psixoloji testlər,
faza portret – sistem işi və s. ibarətdir.
Alternativ psixologiyanın metodlarında situasiyaların faza vəziyyətlərindən və sərhədlərindən, daha sonra isə blokadaedici situasiyalarda yaranan enerjinin informasiyalarından istifadə olunur. Bu metodlarda gipnozdan, şüurun dəyişmiş vəziyyətlərindən və magiyadan istifadə edilmir.
Tədqiqatlar prosesində AP holoqrafik obraz, bioenergetik matrisa və canlı aləmin faza portretlər-sisteminə söykənir. AP-nin tədqiqat obyekti biopsixososial sistemlərin həyat fəaliyyətinin enerqoinformasion aspektləridir, onun predmeti isə xarici aləmlə zaman və məkan koteqoriyalarında qarşılıqlı təsir prosesində canlı sistemlərin metamarfozasıdır.
Metodların vasitəsilə zaman və məkanda canlı sistemlərin şəkildəyişməsini – bir haldan başqa hala keçməsini və hərəkət tərzini öyrənirik. Bu proseslər Faza çevrilmələr adlanır. Bu çevrilmələr arasında faza sərhədləri mövcuddur. Faza dəyişikliklər faza sərhədlərdən keçir. Bunlara faza keçidlər deyilir. Bütün bu proseslər Metamorfoza adlanır.
Metamorfoza proseslərində əmələ gələn disharmoniya və pozulmalar mutasiyalara səbəb olur. Bu isə müxtəlif şiş xəstəliklərinə səbəb olur
Tədqiq olunan obyektin öyrənilməsi prosesində metamorfozanın mutasiyaya çevrilmə səbəbləri üzərində aparılan işlərdə bu metodların vasitəsilə ona aid olan problemlər əvvəlcə təyin edilir, sonra isə korreksiya edilir, enerqoinformasion vəziyyət tənzimlənir və ətraf mühitlə insan arasında harmoniya yaradılır. Beləliklə, şiş xəstəliklərinin profilaktikasının yolu açılır.
Alternativ psixologiya elmi Səhiyyədə, Biologiyanın müxtlif sahələrində, Fəlsəfədə, Ümumi psixologiyada, Pedaqogikada, İncəsənətdə, Dilçilikdə, Etnoqrafiyada, Folklor və Mədəniyyət tariximizin öyrənilməsində və s. elm sahələrində öz tətbiqini tapmışdır və tapmaqdadır.
Son zamanlar dünyada yeni elmi istiqamətlər yaranmış və uğurla inkişaf etməkdədir, məsələn, “İnformasiyanın bərpası ilə müalicə”, “Enerqoinformasion gigiyena”, “Vibrasion Tibb”, “Çoxölçülü təbabət”, “İnteqrasiya təbabəti” və s. Bu istiqamətdə Alternativ psixologiya elmi təbabətə yeni bir töhfə verə bildi. Belə ki, 29 dekabr 2005-ci il tarixli “Enerqoinformasiyon diaqnostika və müalicə üsulu” adında Avroasiya ölkələri üzrə patent (№ 006449) almışam.
Marqarita Tonenkova “Услышь мой зов ” kitabında yazır: – “İnsan orqanizmindəki informasiya əlaqəsinin pozulması bizim xəstəliklərimizin ən başlıca səbəblərindən biridir”. Ona görə də İnsanı ilk öncə bir informasiya daşıyan obyekt kimi öyrənmək tələbi yaranır.
Psixoqrafiya metodunun vasitəsilə Faza dəyişikliklərində əmələ gələn informasiyalar–metamorfozalar və onların səbəbləri haqqında məlumatlar enerqoinformasion qrafik təsvir şəklində alınır. Alınmış təsvirlər səssiz ünsiyyətin psixi yazısınınin formasiyasıdır.
Bu təsvirlərə psixoqramma deyilir. Bu təsvirləri oxumaq üçün psixoqrammanın dili adlanan və təbiət dili olan simvolların dilini tətbiq edirəm və onu getdikcə təkmilləşdirirəm. Bildiyimiz kimi çoxlu sayda simvollar haqqında kitablar və ensiklopediyalar yazılmışdır, ancaq onların təsnifatı hələ də yoxdur və ən əsası simvolların faza çevrilmələri haqqında tədqiqat aparılmamışdır. Bu istiqamətdə tədqiqatlarımız davam edir və yaxın zamanlarda bu barədə yeni kitab dərc ediləcək.
2003-cü ildə Simferopol şəhərində dərc etdirdiyim Psixoqrafiya kitabının giriş hissəsində sitat kimi verdiyim Məhəmməd Peyğəmbərin (s.ə.s.) kəlamında deyilir:– “Əgər Kainatı öyrənmək istəyirsizsə, ən düzgün yol kamil insanı öyrənməkdir”.
İnsan canlı sistem olaraq Kainatla daim enerji və informasion olaraq qarşılıqlı əlaqədə olan bir varlıqdır. İnsan Kainata aid olan informasiyalara malik olsa da, təbii ki, o özü bu informasiyaları danışa bilmir, amma peyğəmbərimizin kəlamında deyildiyi kimi kamil insan bu məlumata malikdir və həmin informasiyaları öyrənmək olar və bu mümkündür. Bunlar İngilis alimi, Nobel mükafatı laureatı Devid Bomun yaratdığı “Kosmik Holoqrafiya nəzəriyyəsi”-ndə öz təsdiqini tapmışdır.
Qeyd etmək istərdim ki, AP-nin metodologiyası və psixoqramma dili bu yolda insanlığa yeni imkanlar açır və açacaq!
Hazırki situasiyada belə bir nəticəyə gəlmək olar ki, psixoqramma dili dilçiliyin qarşısında duran yuxarıda deyilən tələbləri ödəyə biləcək bir funksiya daşıyır. Ona görə də Ap-nin metodları və psixoqrammanın dili Kainatın və insanlığın öyrənilməsi yolunda yeni istiqamət kimi qiymətləndirilə bilər.
İstənilən dilin və eləcə də bu dilin xüsusiyyəti məlumatı almaq və ötürməkdir. Psixoqrammanın əsasında psixoqrafiyanın əlifbasını işləyib hazırlamaq və bu əsasda təbiətin özünün dilini – simvolların və enerjinin verbalizasiyasız hərəkətinin dilini yaratmaq üçün ilkin şərait vardır. Bu dilin ilkin forması olaraq nümunə kimi – Qobustan qayalarındakı qrafik təsvir-şəkil məlumatları misal göstərə bilərik. Belə ki, həmin təsvirlər adi rəsmlər deyildir və onların kodlarında dərin fəlsəfi fikirlər öz əksini tapmışdır.
Əgər təkamül prosesində insanın yaranmasında ünsiyyət vasitəsi kimi səsdən istifadə edilibsə bu ünsiyyətdə iki duyğu üzvü iştirak edir: danışıq aparatı və eşitmə aparatı. Ancaq ünsiyyətdə elə çətinliklər olub ki, onu səslə çatdırmaq mümkün olmayıb. Buna görə də şəkillərdən, qrafik təsvirlərdən, piktoqrammalardan, fikir yazılarından istifadə etmək tələbatı yaranıb ki, bu, ünsiyyətin gözlə görünüb şüur və təfəkkürün gücü ilə dərk edilə bilən bir forması deməkdir. Yəni burada görmə və digər duyğular da işə düşür. Təkamülün davamı ilə şifahi xalq yaradıcılığından yazılı ədəbiyyata keçid ünsiyyətin formalaşmasının ən geniş yayılma xətti olmuşdur. Ancaq yazı dilin atributu kimi səsdən qabağa düşdüyü xətlər vardır ki, bu xətlər özünə məxsus xüsusiyyətləri ilə seçilir.
Psixoqramma yazı forması kimi məhz ikinci xətti keçir. Yəni, burada əvvəlcə yazı yazılır. Xətlər fikri ifadə edir. Həmin xətlər xəstənin psixikasını təşkil edən psixi enerjinin yaratdığı yazıdır. Bu yazı təkamül prosesində yazı mədəniyyətinin formalaşmasında və müxtəlif əlifbaların yaranması prosesində müxtəlif dərəcədə öz təsirini göstərmiş və bugünkü semiotikada öz cizgilərini saxlayır. Bu gün insanların psixoloji mənada problemlərini psixikanın öz dilində öyrənməyin yolu açılır.
Psixoqrafiya metodu vasitəsilə əldə olunan psixi enerjinin yazısında – psixoqrammada insana, canlı və cansız aləmə aid olan enerqoinformasion məlumatlar üzə çıxarılır və onların sonrakı tədqiqatına yeni imkanlar yaranır.
Psixoqrafiya – faza portret – sistemlə aparılan işdən sonra psixo analiz və psixo diaqnostika yolu ilə alınan informasiyanı xəstənin və ya pasientin verdiyi informasiya ilə müqayisə etməklə, hətta onun özünə məlum olmayan, lakin ona aid olan elementləri də aşkar etmək olur.
Psixoqramma sözlə ifadə olunmayan psixi proseslərin informasiyasını açır, izah edir, öyrənir və eyni zamanda xəstəliklərin, həyati problemlərin səbəblərini araşdırmağa imkan verir, həmçinin onların korreksiyasını həyata keçirməyəbir vəsait kimi real şərait yaradır. Bu vəsait pasienti energo informasion nöqteyi nəzərdən xarakterizə edir, onun orqanizmindəki neqativ enerjinin mənbəyini və həm də səviyyəsini müəyyənləşdirməyə kömək edir.
Mənim tərtib etdiyim testlər yuxarıda sadalanan bu keyfiyyətləri özündə birləşdirir və yaradıcılıq fəaliyyətini genişləndirərək metamorfozanın pozulmasının qarşısını alır. Bunu daha əyani aşağıdakı şəkildə görə bilərsiz.
Şəkil 1: Psixi enerji, metamorfoza və yaradıcılıq fəaliyyəti arasındakı mövcud əlaqə.
ММ- metamorfoza; PE – psixi enerji; YF – yaradıcılıq fəaliyyəti.
Bu şəkildən aşağıdakı nəticələri alırıq:
● PE–YF ilə qarşılıqlı təsirdə metamorfoza harmoniyaya gətirilir;
● YF–metamorfozaya pozitiv təsir eləməklə psixi enerjini keyfiyyətcə yaxşılaşdırır;
● İnsanın YF-dən əmələ gələn metamorfozanın harmoniyası PE-nin keyfiyyətinə və balansına pozitiv təsir edir.
Psixoqrafiya metodu ilə görülən işin tamamlanması və mükəmməl mərhələsi faza portretlərin çəkilməsidir.Faza portret neqativ enerjidən təmizlənmiş, energetik balansı və harmoniyası bərpa olunmuş pasientlərin təmiz enerjiyə köklənməsi ilə aparılan korreksiya mərhələsidir. Təmiz enerji dedikdə həyatın əsasını təşkil edən psixi enerjidən danışılır. Burada biz şəxsiyyəti onun öz səviyyəsində və şüuraltı təfəkkürünün yaratdığı obrazlarda öyrənirik.
A.Yeryomkin həyatın əsas substansiyası haqqındakı fikirləri belə şərh edir:
“ Həyat özü –enerjidir. Enerji isə pisixi enerjidir. Psixi enerji-hər şey deməkdir. Psixi enerji o enerjidir ki, hər şeyin başlanğıcının əsasında durur. Psixi enerji o enerjidir ki, dünyanın yaranmasının əsasında durur. Psixi enerji o enerjidir ki, kosmik substansiyada obrazlar nəqş edir.”.
(Еремкин А. Школа одаренности. Тайны рождения гениев.М, NİF Print, 2003,325 c).
Həmin obrazlar Faza portretlərdə üzə çıxan obrazlardır. Faza – portretlər sisitemi kamil obrazın formalaşması işinin aparılması deməkdir. Faza portretlərin çəkilməsi anı təbiət proseslərinin dinamikasında yeni etapdan xəbər verən bir məqamdır.
Bu günkü elmlər fikirlə fiziki bədən arasındakı qarşılıqlı əlaqəni sübut edir.
Hələ eramızdan əvvəl yunan filosofu Aristotel “ həyat nədir?” sualına belə cavab vermişdir: “Həyat ağlın hərəkətidir!” Sözün işə və yaxud işin sözə çevrilməsi də metamorfoza prosesidir. Həyatın hər bir anında insan orqanizmində yeni hüceyrələr yaranır və hər bir yeni hüceyrə ya mənfi, ya da müsbət fikrə köklənərək əmələ gəlir. İnsanın fikri formaya düşərək, onun bədəninə çevrilir. Atomu öyrənən fiziklər sübut edirlər ki, insan bədəni 7-14 ay içərisində tamamilə təzələnir. Professor Pol Ebersold özünün “Atomlar iş dalınca” kitabında yazır: ”Bədənimizin 98%-i bir il ərzində dəyişir.” Konkret bir şəxsin faza portretinin çəkilməsi anı onun sonrakı həyatının yeni bir mərhələsi hesab edilir. Belə ki, Faza portret çəkildikdən sonra əmələ gələn yeni hüceyrələr keyfiyyətcə daha mükəmməl şəkildə formalaşır və beləliklə də orqanizm pozitivə doğru dəyişir, sanki yenidən yaranır.
Faza portret həm də həyatın inkişafı və qaydaya salınması yollarını reallaşdırmağa imkan verən mükəmməl bir vəsaitdir və vasitədir.
Psixoqramma faza-sistemlərin qarşılıqlı təsirlərinin faza portretini və onun zaman daxilində dinamikasını müəyyənləşdirir. Faza portretlər faza dəyişikliklərini– informasiyaları göstərir.
İnformasiya materiyanın bir formadan başqa formaya keçməsindən ibarət olan faza çevrilmələri vasitəsilə ötürülür və onların arasında iz qalır. Zamanda iz – matrisadır. Proseslərdə, metamarfozalarda qalan izlər isə faza portretlərdir.
Əgər metamarfozaların izi keçmişdən neqativdirsə, təhriflər çıxarılmır və iki istiqamətdə gedir:
1. Zamanda təhrif.
2. Çevrilmə mexanizmində, ötürülmədə təhrif.
İnsan zamanda yaşayır. Hər bir an öz-özünə yadda qalır – bu matrisadır. Matrisa işlənilir. Qeyd etmək lazımdır ki, biz pasientin qeyri mükəmməl bioenergetik matrisasını yeni metodumuzla mükəmməl formaya gətiririk. Matrisa psixoqrafiya metodu vasitəsilə və onun ən yeni forması ilə – faza portretin çəkilməsi ilə işlənilir. Nəticədə təhrif də aradan götürülür.
Hər bir insan müəyyən kod – kosmik həyat kodu daşıyan mikrokosmos, başqa sözlə sanki kiçik bir kosmik tamlıqdır. Hər bir planetin hərəkət trayektoriyası olduğu kimi, hər insanın da özünəməxsus informasiya xətləri mövcuddur. İnsan hər bir an dəyişir və onlar informasiya xətlərində də dəyişkənlik törədir. Devid Bomun kosmik holoqrafiya nəzəriyyəsinə istinadən həqiqətən bu informasiyalar makrokosmda saxlanılır (Y.S.İbadov Kainat, informasiya və insan “Elm” qəzeti.- Bakı 19 sentyabr 2002-ci il).
Zaman və məkan içərisində həmin dəyişikliklər iz buraxır. Bu isə DNT strukturunda dəyişikliyə səbəb olur. DNT-nin yaddaşı və informasiyası dəyişir. Bu proseslər yeni elmlərdə faza çevrilmələri adlanır. Orqanizmdə olan neqativ və pozitiv enerjinin keyfiyyət nisbətindən asılı olaraq canlı sistem metamorfozaya uğrayır.
Faza portreti çevrilmə proseslərinin əsasıdır. Faza portret canlı və cansız sistemlərin mikro və makromir səviyyədə zaman və məkan kateqoriyalarında, xarici aləmlə qarşılıqlı təsirlərində enerqoinformasion obrazının faza çevrilmələrinin güzgü əksliyidir.
Portretin çəkilməsi prosesində aparılan psixokorreksiya irsiyyətin enerqo informasion yaddaşından onun nəslinin və əcdadlarının buraxdığı səhvlərə səbəb olan neqativ enerjiləri və informasiyaları (neqativ enerji insanın enerqo informasion yaddaşında və obrazında informasiya şəklində iz qoyur və gələcək nəslin normal inkişafına mənfi təsir göstərir) silir.
Faza portretlər özündə enerqo informasion dalğaları birləşdirir, təkrar ideasion iş isə onları yenidən daha pozitiv olaraq doğurur. Bu isə insanın ideasion şüur mərhələsinə yüksəldilməsi ilə Ali Kosmik idrakla və Təbiətlə informasiya əlaqəsi yaradır.
İnformasiya sistem yaradan amildir və informasiya kainatın quruluşu, onun ayrı – ayrı qanunları və qanunauyğunluqları haqqında məntiqi bitkin fikirləri özündə cəmləşdirir. Bu cür məlumatların informasiya axınında Kainatın inform sahəsindən buna bənzər enerji və informasiyaları çəkib çıxaran xüsusi energetik köklənmə yaranır. Və onlar enerqo informasion axınlarda gəlir. Onlar Yer kürəsində yaşayan bir çox adamların inform sahələrindən sürətlə ötüb keçir, lakin tez-tez, fəal axtarışla məşğul olan, problemlə çoxdan tanış olan, məhz bu problemin həlli barədə düşünən və gələcəkdə onu səmərəli surətdə tətbiq etmək məqsədi olan insanların, mütəxəssislərin inform sahəsinə doğru yönəlir. Məhz belə alimlər lazımi informasiya axınlarını özlərinə cəlb edir və onları dərk edirlər. Dünya tarixində demək olar ki, bütün qanunlar, nəzəriyyə və konsepsiyalar konkret alimlər tərəfindən kəşf edilmiş, icad və ixtiralar edilmişdir. Bəzən bu qanunlar ardıcıl olaraq bir neçə alimlər tərəfindən aşkar edilir. Təbii ki, burada onlar bir-birinə stimul verir və bir-birini tamamlayırlar. Məsələn, Psixoqrafiya kitabının 8-ci səhifəsində çəkdiyim misalda olduğu kimi, Alman həkimi Robert fon Mayer enerjinin saxlanması qanununu kəşf etmişdir. Rusiya alimi Lomonosov isə maddə kütləsinin saxlanması qanununu tapmışdır. Alman fiziki Eynşteyn isə bu iki qanunu birləşdirmiş enerji və maddə kütləsinin saxlanması qanununu təyin etmişdir, hansı ki, bunları E=mc2 düsturu ilə ifadə etmişdir. Bu misalda hər bir alim özünə məxsus informasiya almışdır, amma onların hamısı kainatın informasiya dalğalarına köklənmiş və öz potensiallarına uyğun ixtiralar etmişlər. Eynşteyn isə malik olduğu inteqrativ yanaşma qabiliyyətindən irəli gələn nəticə çıxara bilmişdir. Bu onun abstrakt təfəkkürə malik olmasından xəbər verir. Mənim çəkdiyim mücərrəd kompozisiyalardan tərtib etdiyim “Tibbi-pedaqoji-psixoloji” testlər məhz abstrakt təfəkkürün vaxtında açılmasına və daha da yaxşı inkişaf etdirilməsinə xidmət edir. Qeyd edim ki, bu testlərlə çalışan şəxslərdə abstrakt təfəkkürdən formalaşan konkret yanaşma tərzi güclənir. Ona görə də xüsusilə senzitiv yaş dövründə bu testlərdən düzgün istifadə edilməsi gələcəkdə cəmiyyətimizə daha mükəmməl və talantlı şəxsiyyətlər verəcəkdir. Psixoqrammanı psixikanın yazı dili kimi təqdim etməklə biz müasir dilçiliyin imkanlarını genişləndiririk. Buna təsdiq olaraq yeni metodla – Alternativ Psixologiyanın Faza portret–sistem metodu ilə Dədə Qorqud haqqında alınmış şəkil-yazıların psixoqramma dili ilə oxunmasından alınan infolrmasiyaları misal göstərmək olar.
DƏDƏ QORQUD – TARİXİ ŞƏXSİYYƏTDİR
“Alternativ psixologiya” hər bir xalqın daşıdığı yaradıcılıq enerjisinin məhsullarını öyrənərək, müasir elmlərin çərçivəsində alternativ yanaşmanın özünəməxsus xüsusiyyətlərini göstərir və intqerasiya xəttində yeni tədqiqatlar aparmağa şərait yaradır. Hər bir xalqın yaradıcı şəxsiyyəti əslində onun informasion təbiətinin mənbəyi haqqında məlumat verir. AP elminin metodologiyası ilə çəkilmiş şəkil – yazı, faza portretlər sırasında tarixi şəxsiyyətlərlə bağlı olanları da (Dədə Qorqud haqqında, Nuh peyğəmbər haqqında, Davinçı haqqında, Odin, Tusi haqqında, və s.) vardır.
2000-ci ildə “Kitabi – Dədə – Qorqud” un 1300 illik yubileyi ərəfəsində Dədə – Qorqudun 3 sayda faza portretini çəkdim. Dədə Qorquddan soraq verən şəkil yazılarda verilən məlumatlar olduqca zəngin və maraqlıdır. AP elminin faza portret-sistem metodikası əsasında Dədə Qorqud haqqında çəkilmiş (3 sayda faza portret) şəkillərdəki kodlu informasiyalarını, Faza portretdəki kodları açmaqla Dədə Qorqudun doğum və vəfatı tarixini də tapa bildim:- Dədə Qorqud 560-cı ildə anadan olmuş 819-cu ildə vəfat etmişdir.
Yaşar Saday oğlu İbadov
“Alternativ psixologiya”elminin müəllifi
Tibbi Bologiya Elmləri doktoru, professor
Oksford Universitetin Akademiki.
AMEA Folklor İnstitutunda“Dədə Qorqudun portreti nümunəsində tarixi şəxsiyyətlərin faza portretlərinin yaradılması metodikası” adlı seminar təşkil olundu. Seminarda “Alternativ psixologiya”elminin müəllifi Tibbi biologiya elmləri doktoru, professor Oksford Universitetinin Akademiki Yaşar Saday oğlu İbadovun eyni adlı məruzəsi dinlənildi.
Seminarı giriş sözü ilə açan Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov məlumat üçün bildirdi ki, professor Y. S. İbadov “Alternativ Psixologiya” elminin müəllifidir. Müasir dövrdə multidissiplianar istiqamətdə elm sahələri çox inkişaf edir və böyük kəşfər müxtəlif elmlərin çarpazlaşmasında – kəsişməsində mümkün olur. Bugünkü dünyanın ən müxtəlif sahələrində çalışan alimlərin fəaliyyəti bu istiqamətdə diqqəti daha çox cəlb edir. Bu mənada “Alternativ psixologiya” elminin mədəniyyət, etnoqrafiya, psixologiya ilə yanaşı, bizim sahə ilə – folklorla da birbaşa əlaqəsi var: “Elmin ayrı-ayrı sahələri ilə bağlı olması bizim diqqətimizi cəlb elədiyi üçün Yaşar müəllimin məruzəsinə qulaq asmagı, onu dinləməyi qərarlaşdırdıq. Çünki sonrakı mərhələlərdə bu sahə ilə necə əlaqə qura biləcəyimizi yəqinləşdirmək olar”.
Mövzu ilə əlaqədar İbadovun nümayiş etdirdiyi video – slayd təqdim olundu.
Professor Y.İbadov Dədə Qorquddan soraq verən “Faza Portretlər” adlı monoqrafiyasını və “Dədə Qorqud Alternativ psixologiya elminin gözü ilə” kitablarını təqdim etdi. Tanınmış alim dörd dildə nəşr etdirdiyi II kitabında Dədə Qorqudun şəxsiyyəti ilə bağlı yeni tədqiqatların olması haqda kifayət qədər məlumat verib.
“ Alternativ psixologiya” elminin metodologiyası ilə çəkilmiş şəkil –faza portretlər əsasında Dədə Qorqudun şəxsiyyət və avtobioqrafiyası haqqında özünəməxsus rəmzlərlə verilmiş kodlu məlumatlar açıqlanmış və onun mifik obraz deyil, tarixi şəxsiyyət olması faktı bu metodla bir daha təsdiqlənmişdir. Bu faktlar respublikanın tanınmış qorqudşünas alimləri və elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb və bu barədə rəsmi şəkildə rəylər verilib. Sadalanan bu və digər elmi naliyyətləri həm respublikmızda, həm də dünyanın aparıcı ölkələrində yüksək mükafatlara layiq görülən Y.İbadovun məruzəsi və seminar üçün hazırlanmış video-prezentasiya materialı böyük maraq və məmnunluqla izlənilib.
AMEA Folklor İnstititunun “Dədə Qorqud” şöbəsinin müdiri filologiya elmlər doktoru Ramazan Qafarlı, Y. S. İbadovun orijinal dəsti-xətti olan elmi naliyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunub. O, Dədə Qorqudun faza portretinin yaradıcısı kimi elmdə yeni bir istiqamətin açılmasına xidmət edir. Orijinal dəsti-xətti olan, elmi naliyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunan, azərbaycanlı alim Yaşar Saday oğlu İbadovun uğurları qürurvericidir. Sevindirici haldır ki, dünyada barmaqla sayılan qədər fenomen insanlardan biri kimi Yaşar müəllimi İzmirdə Türk dünyası yenidən kəsf etdi.”
Vurğulanan fikirlərə görə, Alternativ psixologiya hər bir xalqın daşıdığı yaradıcılıq enerjisinin məhsullarını öyrənərək, müasir elmlərin çərçivəsində özünəməxsus alternativ yanaşma xüsusiyyətlərinə uyğun inteqrasiya xəttində yeni tədqiqatlar aparmağa şərait yaradır.
Orijinal dəsti-xətti və elmi nailiyyətləri əsasında Dədə Qorqudun Faza Portretinın müəllifi kimi, onun tarixi şəxsiyyət olmaqla doğum və ölüm tarixi haqqında informasiyanın dəqiqləşdirilməsi istiqamətində Azərbaycan elminə verdiyi elmi töhfələrimə görə Dədə Qorqud Milli Fondu və “Azərbaycan Dünyası“ Beynəlxalq Jurnalının, Dünya Azərbaycanlılarının qərarı ilə “DƏDƏ QORQUD” Milli Mükafatına layiq görülmüdür.
22-24 Sentyabr 2022-ci ildə Sevastopolda keçrilən XVIII “YENİ ZAMAN” İxtiralar və Yeni Texnologiyalar Beynəlxalq Salonu tərəfindən “Dədə Qorqudun Faza portreti nümunəsində tarixi şəxsiyyətlərin Faza portretlərinin yaradılması metodikası” Qizil medala və Diploma layiq görülmüşdür.
Tədbirdə iştirak edən respublikanın əməkdar müəllimi, ADPU-nin EMT elmi işçisi Zülfiyyə Vəliyeva tanınmış alim Y. S. İbadovun irəli sürdüyü metodologiya ilə bağlı fikirlərini bölüşüb.
Seminarın sonunda Folklor İnstitutunun rəhbərliyi tərəfindən bir çox nəşrləri və diskləri hədiyyə edilib, xatirə şəkilləri çəkilib.
Daha dolğun materialı aşağıdakı linkə daxil olaraq əldə edə bilərsiniz:
Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru