Leyla Yaşar. Payızın “zəfər” payı.

LEYLA YAŞARIN YAZILARI

Payızın ” zəfər “ payı..

Gülnar arxın qıragında oturub, əlindəki çubuqla suyun üzərində özünə yer tutan yarpaqları o tərəf , bu tərəfə yönəldirdi. Payız yarpaqlarının üzərinə düşən , günəşin işıldayan şüaları , ona xüsusi gözəllik verirdi .
Gülnar sevirdi payızı . Yadındadı uşaq vaxtı küləyin süpürüb bir yerə topaladıgı xəzəllərin altında gizlənmişdi.Ailəsi onu tapınca bir xeyli axtarmalı olmuşdu . Xüsusilə anasının necə həyəcanlı oldugu , onu tapanda sevindiyindən agladıgını hələ də unuda bilmirdi.
Xəyal selindən onu raketin səsi ayıltdı . Bu birinci dəfə deyildi.
Tez qaçıb evə girən Gülnar , əlindəki telefonun mesaj bölməsinə girib yoxladı . Yeni heç nə yox idi .
Nişanlı idi Gülnar . Özünün sevib – seçdiyi qəhrəmanı Cəmillə .
Müharibənin öz el – obasından ayrı saldıgı ailələrdən idi , hər ikisinin də ailəsi .
Agrılı – acılı günləri ala – toran xatırlayıdı Gülnar . Yadında qalan kənddən çıxarkən yolda anasından çörək istəməsi idi . Çörək üçün necə yana – yana agladıgını indi də unuda bilmirdi . Heç kim onu sakitləşdirə bilmirdi . Hərə bir tərəfdən sakit ol , səsini eşidib gəlib bizi də öldürəcəklər dedikcə , o səsinin tonunu daha qaldırır , kirimək bilmirdi . Birdən qəribə bir şey oldu . Qonşuları Tavat xala əlindəki kuklanı ona uzatdı . Hamı mat – məəttəl , hüzn dolu baxışlarını Tavat xalaya dikdi . Gülnar kuklanı almaq istəyəndə anası qoymadı . Yenicə səsini kəsən uşaq , daha da bərkdən qışqırmaga başladı . Anası onu özünə sıxıb , qulagına :

  • Qızım , onu almaq olmaz- dedi .
    Nədənsə Gülnar səsini kəsdi .
    İllər sonra öyrəndi ki , Tavat xalanın qızı həyətdə oynayakən, mənfur ermənin gülləsinə tuş gəlibmiş . Aysun balanı elə ordaca həyətdə heyva agacının altında dəfn edən qonşular ,havalanmış Tavat xalanı həyətdən güc – bəla ilə çıxardıb maşına əyləşdiriblərmiş . Əlindəki kukla da Aysunun imiş . Nə yaxşı ki Aysunun son yadigarını almayıb Gülnar . Çünki Tavat xala bir neçə il o kuklanı əzizləyib saxladı.Sonralar yazıq qadın bala dərdinə dözə bilməyib , həyətdə özünü yandırdı .Bir neçə gün yaşasa da , həyatını xilas etmək mümkün olmadı.Yazıq ana çox keçmədi ki , öz balasına qovuşdu .
    Gülnar yenidən həyətə çıxdı . Payızın sərin , bir az qışı xatırladan havası var idi .
    Sərin külək onun alnına tökülən saçlarını dagıdır , sanki nəsə demək istəyirdi .
    Arıq qız idi Gülnar, Cəmil əsgər gedəndən çəkisi daha da azalmışdı . İştahı da tamam kəsilmişdi . Heç nə ona maraqlı gəlmirdi.
    Bu gün Cəmilin ona aldıgı qırmızı koftasıyla , cins şalvarını geyinmişdi . Bu paltarını geyinəndə çox ümüdlü olurdu.Elə bilirdi Cəmil bu dəqiqə qapıdan girəcək .
    Ona görə bu paltara ad da qoymuşdi. -“ Ümüd paltar” ı.
    Cəmildənsə neçə vaxtı xəbər yox idi.
    Müharibənin başlamasını eşidən kimi Cəmil , könüllü olaraq orduya yazılıb ,döyüşə yollanmışdı . Cəmil neçə illər Vətən həsrətilə yaşayan igidlərdən idi. Müharibənin başlanmasını səbrsizliklə gözləyirdi . Evin tək oglu olsa da valideyinləri onu sevə – sevə yola salmışdı . Anası alnından öpüb;
  • İgid balam , qisasımızı almamış qayıtma demişdi .
    Atası onu qucaqlayıb :
  • Oglum bir şeyi bil , ölməyə yox , öldürməyə gedirsən . – demişdi .
    Gedəndən sonra imkan tapan kimi ata – anasına ,Gülnara zəng vurub , möhkəm olmagı,hər şeyin yaxşı olacagını deyirdi Cəmil.
    Çoxdandı Cəmildən xəbər olmadıgından , Gülnar onlara getməyi düşünürdü . Nişanlı qızın hələ gəlin köçmədiyi evə getməsi , adətlərimizə uygun gəlmdəyini yaxşı bilirdi. Cəmilə görə çox narahat oldugundan qəti qərar vermişdi , getməliydi.
    Oktyabr ayının son günləri idi . Neçə vaxtı isti keçən hava birdən – birə soyumaga başlamışdı . Kənddən əsgərlərimizə yardımlar göndərirdilər , bu dəfə Gülnar öz da cehiz yorgan – döşəyini yardımlar arasına qatmışdı .
    Budur , Cəmilgilin qapısı . Utana – utana qapını döydü . Alabaşın səsi aləmi götürdü .
    Öz yurd – yuvalarından qaçqın düşən bu ailələr , başqa rayonun kəndində məskunlaşmışdılar .
  • Aha, deyəsən gələn var.
    Qapı yavaşca açıldı . Məsmə xala idi , gələcək qaynanası . Gülnarı görüb çaşdı, tez özünə gəlib qızı qucaqladı .
  • Xoş gəlmisən , ay bala .Gəl , utanma , evimin yaraşıgı .- deyib onu oxşadı . Bu dəmdə Rəhman dayı qapıda görsəndi .
    -Xoş gəlmisən , ay bala . Elə bildim Cəmil gəlib . Niyə ayaq üstəsən gəl otur . Müharibənin üzü qara olsun , ay bala .
    Gülnar başını aşagı dikdi .
    Məcbur onu otuzdurdular .
  • Məsmə xala..
  • Can xala .Nədi qurban olum?
  • Cəmil sizinlə də danışmır?
  • Yox ,ay bala . Amma o gün qonşular yardım aparanda görüblər ,deyib yaxşıyam .
    Məsmə xala Cəmilin yaralı olub ,xəstəxanada yatdıgını Gülnardan gizlətdi .Rəhman kişiyə də bu haqda danışmaması üçün işarə etdi.Bir qədər oturan Gülnar sagollaşıb gedərkən ;
    -Məsmə xala ,bura gəldiyim üçün məni bagışlıyın .
    -O nə sözdü ay bala ? Ər- arvad ikisi də birdən dilləndi .
    Gülnarın üzünə qızartı çökdü .Sagollaşıb uzaqlaşdı.
    Məsmə xala dərindən ah çəkdi.
  • Cəmilin yaralı oldugunu özüm demədim.Nişanlı qızdı,niyə narahat olsun,onun nişanlısıyla gözəl günlər keçirən vaxtıdı. -İnşallah Cəmil sag salamat gələr ,daha gözəl günlər keçidərlər ay Məsmə .- dedi Rəhman dayı.
    Günlər getmək bilmirdi. Ordumuzun neçə- neçə rayonu , kəndi işgaldan azad etdiyi haqda xəbərlər hər kəsi sevindirirdi.Bununla yanaşı neçə- neçə evlərə gələn şəhid xəbərləri el- oba üçün matəmə çevrilirdi .Elnən gələn toy – bayramdı deyən hər kəs bir yumruq kimi birləşib ordunun arxasında dag kimi dayanmışdı.
    Sentyabrın 27 -dən başlayan Vətən müharibəsi hər kəsi həm sevinc ,həm də kədər göz yaşlarında bogurdu .
    Noyabr ayı gəlmişdi artıq.Keçən ilin bu ayında nişanlanmışdı Gülnarla Cəmil .Noyabrın 8- də Gülnarın dogum günü idi. Nədənsə Gülnar ayın 8- ni səbrsizliklə gözləyirdi. Çox ümüdli idi .Cəmilin sag – salamat gələcəyi günü gözləyirdi.Qara xəbəri özünə yaxın qoymurdu.
    -Allah etməmiş Cəmilə nəsə olarsa ,mən də o gün ölərəm deyirdi.
    Bir neçə yerindən qəlpə yarası alan Cəmil tam sagalmagını gözləmədən ,yenidən orduya qayıtmışdı..
    Cəmil qaçqın düşdükləri günü unuda bilmirdi.Necə aglaya – aglaya çıxmışdı həyətlərindən.Onda cəmi 8 yaşı vardı Cəmilin .Həyət qapısını örtəndə demişdi.
  • Aglamayın ,bu evə qaytaracagam sizi .
    Həmin anda heç kimi bu balaca ,şir ürəkli uşaga fikir verməmişdi.
    İllərlə özündə yaşatdıgı o qisas hissini gerçəkləşdiyi məqam yetişmişdi artıq. Cəmil neçə – neçə ermənini məhv etmişdi.
    Öz şücaətilə hər kəsin rəgbətini qazanan bu qaragöz oglan,ailəsi üçün,nişanlısı üçün çox darıxırdı.
    Əlaqə saxlamaga imkan olmadıgından bir aydan çox idi heç kimlə danışmırdı.
    Gülnar günü – gündən saralıb solurdu .Cəmildən xəbərin olmaması onun ümüdlərini azaltsa da ,tükədə bilməmişdi.
    Ordumuzdan şad xəbərlər gəlməkdə idi.Bir neçə şəhərlərimiz ,onların kəndləri yagı düşməndən təmizlənmişdi.
    Bu gecə yuxu görmüşdü Gülnar.Cəmili onu çagırırdı.Yuxudan yarımçıq qalxıb həyətə düşdü.Anası məktəbə getmişdi.Atası da yox idi.Yəqin ki mal -qaranı örüşə aparıb deyə düşündü.Adəti üzrə telefonun mesaj bölməsinə baxdı.Heç nə yox idi.Neçə vaxtdı internet olmadıgından ,hər şeydən xəbərsiz idi. İnanmırdı Cəmil ona vaxt tapıb, whatsappdan nəsə yaza .Ona görə internet də ona maraqlı gəlmirdi.Bilirdi ki Cəmilin vaxtı olsa ya zəng edər, ya da bir kəlmə mesaj yazar.
    Evə keçib televizoru yandırdı.Yuxunu o qədər aydın görmüşdüki, elə bilirdi bu dəqiqə Cəmil qapıdan girəcək.
  • Bəlkə başına bir iş gəlib ?
  • Yox,yox ola bilməz.Cəmilə heç nə ola bilməz . Pis şeylər düşünmək belə istəmirdi.Özü – özündən qorxurdu.
    Hazırlaşıb yenidən Cəmilgilə getmək istədi.Anasının sözü yadına düşdü:
    -Ay bala ,ayıbdı,bir dəfə getmisən,bir də getmə.Bilirəm narahat olursan,biz də narahat oluruq.Onlar hamımızın balalarıdı.İnşallah sag salamat geri dönərlər.Anasının bu sözündən incisə də , büruzə verməmişdi.Anası haqlı idi.Amma onu da başa düşmək lazım idi.
    Fikir yagışı onu Cəmilli günlərə qaytardı. Cəmil həmişə ona öz kəndlərindən danışırdı.Ayrı – ayrı kənddən olduqlarından maraqlı gəlirdi Cəmilin ona danışdıqları.
    Cəmil danışırdı ki,qonşularında bir erməni ailəsi var idi, oglanları mənlə yaşıd idi.Atam harasa gedib gələndə mənə nə alardısa,birini də ona alardı.
    Biz həyət qapımızı baglayıb çıxanda o ailəni orda dayanan gördüm.O uşagın gözündəki kini,nifrəti hələ də unuda bilmirəm.Nə vaxtsa müharibə olsa ,ilk işim o uşagı öldürmək olacaq.Gülnarın niyə məhz o uşaq ,onun böyükləri varkən?
  • Sənə o hissi izah edə bilmərəm demidi.- Cəmil.
    Bu gün Gülnarın ad günü idi.Noyabrın 8 -i .Cəmil mütləq ona zəng vuracaqdı.
    Elə bu dəmdə telefonuna gələn səs onu xəyaldan ayırdı.Tanımadıgı nömrə oldugundan bir qədər tərəddüt etdi. Həmən anda gözü televizora sataşdı.Deyəsən canlı yayım idi.
    İnsanlar küçələrə axışmışdı.Əllərində bayraqlarla rəqs edirdilər.Pultu tapıb televizorun səsini qaldırdı.Yenə də zəng gəldi .Bu dəfə tez – tələsik yaşıl düyməni basdı.Televizorun səsi Cəmilin səsinə qarışdı.
    -Gülnar,Gülnar bu mənəm Cəmil. Biz qalib gəldik Gülnar.Şuşanı işgaldan azad etdik.Qələbə qazandıq Gülnar, eşidirsən.Qalib olduq biz! Çox danışa bilməyəcəm.
    -Səni təbrik edirəm!
    Yerində quruyub qalan Gülnar bilmədi hisslərini necə bildirsin.Sevincdən aglamaga, qışqırmaga başladı.
  • Bilirdim,mənim qəhrəmanım qalıb gələcək.Bilirdim,mənə ad günümə ən yaxşı xəbəri hədiyyə edəcək. Bu mənim ömrümə payızın yazdıgı ” zəfər” payıdı ,əzizim.həsrətlə yolunu gözləyirəm!

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

One thought on “Leyla Yaşar. Payızın “zəfər” payı.”

  1. Leyla, qələminə, ürəyinə qüvvət. Təsirli hekayədir. Hekayənin sonluğunu həyəcanla gözləyirdim. Yaxşı ki, sevinc hissi ilə bitdi.
    Uğurlu yaradıcılıq arzulayıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir