ŞEİRLƏR
- ALLAH heç nəyi ŞAHİD siz YARATmır.
ADƏM yarananda Mələklər və İblis şahidlik etdi;
Mələklər SƏCDƏ etdi, İblis isə asi oldu.
Allah şahidiyəm (hansından?)
- Mən NƏFƏSəm Tanrı VERmiş PAYımı
Əlim QƏLƏM TUTsun ,VERim PAYını
DANIŞanda itirmə sən SAYĞInı
İncidərsən Allah verər payını….
- Mənim şeirlərim SƏSdir,
Hər sətri də bir NƏFƏSdir,
Səsli oxu, səsli DİNLƏ
MƏNi GÖRdün?.. Bax QƏLBinə…
- Mən qəlbləri OXUyuram,
Taleyimi TOXUyuram
qoy bitirim, İSTİ olsun,
bu istidən hər kəs ALsın….
- QURU deyiləm ki…
boğazda qalım..
YAŞ deyiləm ki əyəsiz…
Məni sanmayın YİYƏsiz….
- Kitab mənimlə yatıb..
Bədən yorğun,
Beyin ac.
GÖYə zillənmiş
GÖZlər şahid…
- MƏN başqalarının TALEyini
oxumaq istəmirəm,
OXUduqca başıma gəlir…
sonra yata BİLmirəm…
- Məni düşürənlərlə düşünənlər arasında qalmışam
Düşməsəydim…
düşünməzdim….
- Məni istəyən oğlan-
Hansı tərəfimi istəyirsən?
AĞ tərəfimi, yoxsa QARA tərəfimi.
…sonra qara tərəfimi göstərib…
ağ tərəfimi də qaral(a)tma,
korlama “mən”i.
- Sən- payızın əvvəli kimi:
sakit, kövrək və təmkinli
mən – payızın sonu kimi:
çılgın, qarlı və dumanlı
bir YAZ(ı) GÜNəşində göründük bir-birimizə
Payızın tən ortasında düyünləndik
Mən sən oldum…
Sən də mən…
- Mən elə bilirdim ki…
Yolunda böyüdüm, gözlədim səni
Yolunda dayandım – gördün sən məni
Yolumuz birləşdi – biz yoldaş olduq.
Yolunda su daşıdım,
Yolunda daş daşıdım,
Yolunda övlad daşıdım,
Sənlə nəfəs aldım,
sənlə böyüdüm
sənlə qırılıb dağıldım…
…yığıb parçalarımı birləşdirib
yenidən yaratdım özümü.
Baxıb tanımadım özüm-özümü.
Sən demə –
O, MƏNi cilalayırmış.
- Suallarımla özümü yordum
Özümü bezdirdim cavab tapmayınca
yenə özümü yoldum….
O isə gülümsəyərək
Başımı əyib SƏCDƏyə getməyimi istədi: Əlhəmdulillah.
- Bütün PƏRDƏləri ARAlama,
içəridə MƏN VARam,
nə istərsən al götür
Hisslərim(n)lə oynama…
- Bİr BƏDƏNdə iki RUHam,
həm ANAyam, həm ATAyam,
Üç YETİM var ətrafımda;
bilmirəm hansına çatam.
Yetiş YA DOST köməyimə,
lütfünü SƏN əsirgəmə!
BİR OLsan da ehtiyac var
Sadiq dosta, keşikçiyə…
- Dost HAQQını kimsələrə Yedirtməm
Ahı TUTar, bir-bir gələr gözümdən
Qarışqaya verdiyin o DÖZÜMdən
VERə bilSƏN heç DÜŞMƏrəm GÖZündən
Müəllif: AFƏT ŞAHİD
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru