MƏN və SƏN
- Gözəl günlərin birində
yeriyirdim uça-uça …
Universitet yolunda
biri dedi:olar sənlə tanış olum?…
- Görüşə gəlirdin cəsarətin yox,
qorxurdun ilk sözü sən başlamağa…
susub sən arxamca gəlirdin amma,
mənimlə birgə gələcək qurmağa…
- Sən- payızın əvvəli kimi:
sakit, kövrək və təmkinli
mən – payızın sonu kimi:
çılğın, qarlı və dumanlı…
Bir yaz günəşində göründük bir-birimizə
Payızın tən ortasında düyünləndik…
MƏN SƏN oldum,
SƏN də MƏN…
- Məni küncə sıxışdırıb,
yazıq etdın acımadın,
QISQANClığın məni döydü;
mənsə sənə GÜVƏNmişdim…
- Sevin bir-birinizi!
Qoy DÜŞMƏN çatlasın!
O heç əvvəllər də sevməmişdi
ADƏM babamızı,
HƏVVA anamızı,
HAMIMIZI….
- Burası mənim ÖZəlim
Nə baxırsan GÖZəlim
Tut Əlimdən gəzəlim
ÖZƏL və GÖZƏLim….
- Gəl YAT
qoy RUHun
ÇIXsın
GƏZ məyə
GÖR nə var nə yox
Bizim tərəflərdə…
- Məni(-m rəsmimi) çəkmə,
O QƏDƏR AGIRam ki …
ÇƏKə bilməzsən YÜKümü…
Külək əsmir mən gedəndə,
Bulud yağmır mən GÜLəndə…
- Uşaq vaxtı bərkdən güləndə
anam deyərdi gülmə .
O vaxtdan gülmək yasaq…
GÜLlər məni SEVinDİRİr
Güllər acıqlanmırlar…
Elə gül kimidirlər….
- Nəfəsin nəfsimə …
Ruhun ruhuma…
dəng gəldiyi üçün
mən yanındayam….
- Dərdlərini…
mənə danış.
Mən — DƏNİZəm:
həm DUZluyam,
həm dəcələm,
həm TƏMİZəm…
- Gözlərin qalıb gözümdə,
Nəfəsin var üzərimdə
qəlbimiz çarpır birlikdə,
gəl YOLA ÇIXaq birlikdə
- ÜMİD hələ ölmədi ki…
SEVGİ hələ bitmədi ki…
Hələ bu can var üstündə
RUHun göyə uçmadı ki…
- Gəl birlikdə gəzək sənlə küçəni,
çıxaq gecələri gəzək şəhəri…
Əl-ələ tutunaq buraxma məni,
son ümidin kimi qoru sən məni…
- Nəmli payız havasında
ürəklər qızınsın, qəlblər isinsin.
Verdiyim sevgini qoru sevgillim,
Qoy səni qorusun, həm sevindirsin…
Müəllif: AFƏT ŞAHİD
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru