AFƏT ŞAHİD. YERə DÜŞən TOXUM…

AFƏT ŞAHİDİN YAZILARI

SOY KÖK

BİR GÜN DEDİ:

Yeri, yürü, get YERə, orda YERLƏŞdir  ÖZ(ün)ü Torpa(k)qla BİR et, yerli ol YERlə …

YERə DÜŞən TOXUM…

Yerə düşən TOXUM qabığın SOYdu,

Yağışda islandı, qarda yuyundu.

Günəşdə isindi, boy atdı yerdən,

Göyə uçmaq üçün əlin uzatdı.

YARADAN dedi ki, hələ tələsmə…

Hələ çox islanıb quruyacaqsan.

Kölgə salacaqsan isti olanda,

Küləklər o yana, bu yana əsib,

Qolunu,budağın sındıracaqlar…

Odun edəcəklər lazım olanda…

Çoxalıb,çoxalıb TÖRƏyəcəksən…

Torpağa daha çox KÖKlənəcəksən…

Göydə budaqların, yerdə köklərin,

Arğac olub, hər gün xalı toxusun.

Yel əsəsndə şarkı, nəğmə oxusun,

RƏBBim, sən istədin, mən QULam sənə,

ŞAHİDim yanımda  baş əydim sənə!

  • Söz SAHİBinə çatanda  rahatlanar: onu DAŞIyan da, ALan da, SÖZ də….
  • Birini öldürməyə nə var ki, BACARırsansa DİRİlt onu, çətin OLanı budu. Rəbbim üçün çətin olan yoxdur: həm öldürür, həm dirildir.

Bizi Diri saxla, ey YERin GÖYün SAHİBi…AMİN.

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHİDİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir