XALİQ AZADİ. AİDƏ.

XALİQ AZADİ MƏMMƏDOVUN YAZILARI

Xaliq Timur oğlu Məmmədov 13 aprel 1964-cü ildə Gədəbəy rayonu, Çayrəsullu kəndində anadan olub. Hazırda Rusiya Federasiyası, Krasnoyarsk şəhərində yaşayır.

Rusiya Yazıçılar Birliyinin üzvüdür.

AİDƏ

1

May ayı gələndə kəndə, sanki, vəlvələ düşürdü: yaylaqlara köçmək vaxtı yetib. Kolxozun sahələri “qoruq” elan olunurdu. Bu o demək idi ki, “filan gündən, filan tarixdən şəxsi həyətlərə məxsus mal-qara, qoyun-quzu nəzarət altında olmalıdırlar”. Əgər, kiminsə inəyi, danası kolxozun qoruq elan olunan sahəsinə girsə üç manat, qoyun-quzu bir manat cərimə olunurdu.

Hər bölgənin öz briqadiri düşürdü yollara, hamını xəbərdarlıq edirdi:

-Filan gündən dağa köç başlayır. Hazır olun!

Hamı mal-qarasını yaylağa çıxarmalıydı. Əsasən, nənələr-babalar köçərdilər. Kimin nənə-babası yoxuydusa, gərək mal-qarasını qoşaydılar kimlərəsə. Adətən, çətinlik çəkən olmurdu. Bərk axtarış edən olsaydı, kənd-kəsək hamısı kökdən bir-birinə qohum çıxacaqdı. Ona görə də, mal-qarası kənddə sahibsiz qalan olmurdu.

Bizdə isə lap asan idi. Gözümü açandan rəhmətlik babam ferma müdiri olub. Rəhmətlik nənəm də yanında, ömür-günü yaylaqlarda, ya da qış otlaqları sayılan örüşlərdə keçib. Qış otlaqları bizim kolxoz üçün Kür çayının sağ sahillərində, “Ceyrancöl” deyilən ərazidə ayrılmışdı. Babamın hər mövsümün sonunda evdə olduğu vaxtlar mənə nağıl kimi danışdığı əhvalatlarda tez-tez, “Girzan”, “Qışlaq” kimi adlar eşidərdim. 

Ona görə də, dediyim kimi, bizdə mal-qaramızın yaylağa aparılması heç bir sual doğurmurdu. Kolxozun fermasına müdirlik edən babam hayımıza çatardı. Kolxozun köçü yaylaqlara gedəndə bizim heyvanları da qoşub aparardı. Heyvanlar dəstələnərdi, kolxoz köç aparmağa bir-iki yük maşını ayırardı. Nənə-babalar yaylaq dəm-dəsgahlarını yükləyərdilər kolxozun maşınlarına, düşərdilər yola.

May ayından payızın ortalarınadək Keçəl Dağının yamacları binələrin çadırları ilə bəzənərdi. Dərslər qurtarantək mən də olardım yaylaqlı. 

Əsas yaylaq yerimiz indi sahibsiz qalan Əvəlikli və Mahmudlu yaylağının yuxarı “döşü”, düz ermənilərin sərhədi idi. Vəzifəm nənəmin ocaqda köz altında bişirdiyi “kömbəni” qaymaqla-yağla yeyib gəzmək, həm də buzovlara nəzarət etmək idi. Düz zirvədə, erməni sərhədinə yüz-iki yüz metr qalmış Soyuqdərə deyilən yer vardı. Gün qızanda qaçardım ora, qar yeməyə. Avqust ayında da qar olardı orada. Üstünün tozunu silərdim, ovuclayıb ləzzətlə təbii dondurmanı yeyərdim. Orada hərdən erməniyə rast gəlmək olardı. Hərdən soruşardılar, “hansı köçdənsən?” Heç vaxt onlardan qorxmazdım, diri cavab verərdim.

Palıdlı, İsə bulağı, Soyuqdərə,  Köç yeri, Mahmudlu, Bərə – uşaqlıq dünyamın, nənəli-babalı xoşbəxtliyin şirin xatirəsi, ermənilərə qalmış xatirəsi…

2

Qonşu kəndin köçü üzbəüz dağın əks döşündə yerləşirdi. İri malları həmişə nəzarət altında otarırdılar. Amma buzovlarımız çox vaxt özbaşına buraxılmış olduqları üçün, bəzən, dağın döşünü aşıb keçərdilər qonşu kəndlərin binələrinin örüşlərinə.

Günlərin birində itmiş buzovu gəzəndə həmin dağın yamacında, “Qayalıq” deyilən bir yerdə çiyələk yığan bir qıza rast gəldim. İlk baxışdan, mənimlə yaşıd görünürdü. Bir-iki həftə dostluğumuzdan sonra bildim ki, məndən bir yaş kiçikdir.

-Olar, mən də yığım çiyələk? – dedim.

-Mənim deyil ki, bu dağ! – cavabını erdi. – Ürəyin nə qədər istəyir, yığ

Soruşdum, Aidə idi adı. Çiyinləri bərabərində kəsilmiş gözəl sarışın saçları vardı. Gözəl üzü sanki, ay parçası idi. Özümü saxlaya bilməyib:

-Sən necə gözəlsən, Aidə! – dedim.

-Bilirəm, hamı deyir mənə bu sözləri! – nazla cavab verdi.

Yığdığımız çiyələyi bir yerdə yedik. Xeyli oturduq, ayrılanda sabah görüşməyi şərtləşdik. “Bizim çadır odur ey, filanıncı. Bax bu qayanın yuxarısından məni səslə, nə vaxt gəlsən. Gələcəm”.

Səhərisi gün Qayalığa gələndə gözümə görünən çiçəklərdən bir dəstə topladım. Haradan bilirdim ki, vurulduğun qıza gül bağışlamaq lazımdır, bilmirəm. Yəqin, oxuduğum kitabçalardan… Aidə gül dəstəsinə sevindi, alıb iyləyərək:

-Atam anama hərdən gül bağışlayır, anam çox sevinir belə olanda, – dedi.

O gündən yaylaq həyatım şirin duyğulu, şirin-şəkər arzulu bir dövrə çevrildi. Əgər nənəmin – babamın qadağası olmasaydı, gecələri də oturardım Aidə ilə Qayalıqda. Aidə özü də etiraz etməzdi, belə imkanımız olsaydı. Amma Aidənin də nənəsi vardı, gecikəndə Aidədən sorğu edirdi.

Artıq, onların şəhərdə yaşadıqlarını bilirdim. Atasının böyük vəzifədə işlədiyini dedi. “Hər gün papamı işə maşınla aparıb gətirirlər!” – dedi Aidə qürurla.

Aidə ilə tanışlığımın ikinci həftəsində nənəmdən: “Nənə, uşaq üçün elçi getmək olarmı?” -soruşdum. “Bıy, sənə qurban olum! Evlənməkmi istəyirsən?” – öpdü nənəm məni. “Yox, nişanlanardım ki, heç kim məndən almasın Aidəni!” “Əgər, sən Aidənin xoşuna gəlirsənsə, narahat olma. Heç kim sizi ayıra bilməz!” – dedi nənəm.

Nənəmin sözlərini Aidəyə çatdırdım. Həmin gün, ilk dəfə dilimizə söz gəldi: “səni sevirəm!” ifadəsi. Mənasını başa düşürdükmü bu ifadənin, sevməyin – oğlan-qız sevgisinin nə olduğunu anlaya bilirdikmi o günləri? Əlbəttə, yox, uşaqlıq ağılı, düşüncəsi.

Nənələrimiz ləzzətli nə hazırlasaydılar, hökmən bir-birimizə pay gətirərdik. Bir dəfə isə, Aidəylə görüşə xüsusi hədiyyə ilə getmək istədim.

Soyuqdərəyə qalxdım. Çoxdan idi buraya qalxmırdım, Aidə ilə tanış olandan. Papağımı soyuq və təmiz qarla doldurdum. Aidəmə verəcəkdim təmiz qarı. Mən Qayalığa gəlib çıxanacan qar yoxa çıxdı, əridi. Qayanın başından səslədim Aidəni. İkicə dəfə “Aidə!” deyən tək çıxdı bayıra. On dəqiqəyə yanımdaydı. Gün əyilənəcən bir yerdə olduq.

-Tezdən oyana bilərsən?” – soruşdum.

-Sənə lazımsa, oyanaram! Nə olub?

-Sənə təmiz qar gətirəcəm. Günorta o dağdan bu dağa gələnəcən qar əriyir. – Papağımı göstərdim. – Səhərlər bir elə isti olmur.

-Yaxşı olardı gətirə bilsəydin! Xarlamış qar yeyərdik bir yerdə! – dedi Aidə.

Səhərisi tezdən durub qalxdım zirvəyə. Soyuq qarı papağıma yığıb götürüldüm üzü aşağı. Elə o dəqiqə də ayağım dolaşıb yıxıldım. Kəllə-mayallaq getsəm də, papağı elə sıxmışdım ki, qar yerə dağılmadı. Zirvədən ətəyə, ətəkdən başqa dağın zirvəsinə çıxanacan qar …əridi! Aidəmlə görüşə hədiyyəsiz gəldim! Bərk dilxor olmuşdum. Aidə qəşəng əlləri ilə əllərimi tutaraq incə səslə:

-Alınmır, alınmasın. Canın sağ olsun! – dedi. – Bikef olma, biz ki, bir yerdəyik!

Bir neçə gün belə keçdi. Artıq, avqustun ortaları olardı. İki ay idi Aidə ilə tanışlığım. İlahi, necə də tez keçərmiş günlər! Hələ də Aidəyə qar çatdırmağı unuda bilmirdim. Axşamların birində dərdimi nənəmə söylədim. “Canım canına qurban, ay balam!” – dedi nənəm. Səhər duranda nənəm mənə bir 4-5 litrlik bidon(qab) və bir dəsmal verdi. “Şahzadə balam, igid balam! Qabı doldur qarla. Bu dəsmalı da yaxşıca bürü qaba, apar sevgilinə!” Elə də etdim. Qarla dolu bidon əlimdə Qayalığa çatdım! Nə qədər sevinirdim! Qalxdım adət etdiyimiz qayanın başına: “Aidə! Aidə!” – səslədim sevinclə. Aidə çıxmadı bayıra. Handan-hana nənəsi çıxıb cavab verdi: “Yorma özünü, bala, sakitləş, və çıx get! Aidə getdi şəhərə, evlərinə! Atası apardı”. “Necə evlərinə, bəs mənə demədi!” “Get, bala, gələn il görüşərsiniz!” Yastı daşın üstündə həmişəki yerimizdə oturdum, nə qədər – bilmirəm. Dünyamı itirmişdim! Məni boşluq əhatəsinə almışdı…

Qarı yeyə bilməzdim, Aidəm üçün gətirmişdim. Atmağa da əlim gəlmirdi. Həmişə yan-yana oturduğumuz Yastı daşın arxasından qayanın altını eşdim. Çiçəklərdən yığıb döşəkcə düzəltdim. Qarı ehtiyatla boşaltdım çiçəklərin üstünə. Yenidən çiçək yığıb qarın üstünü bağladım. Daha sonra isə bir qaya parçasını sürüyüb saldım yuvanın ağzına. Niyə belə etdim, bilmirəm. Yəqin, ümid edirdim ki, qarı saxlayacam gələn iləcən. Ya da, sevgimin, uşaqlıq məhəbbətimin nişanəsini əbədiləşdirmək istəyirdim, bilmirəm.

Gələn il isə Aidəm yaylağa gəlmədi…

Müəllif: XALİQ AZADİ MƏMMƏDOV

XALİQ AZADİ MƏMMƏDOVUN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Avdı Qoşqar. Murad Məmmədova açıq məktub.

MURAD MƏMMƏDOVUN YAZILARI

MURAD MƏMMƏDOVA AÇIQ MƏKTUB
Özümü biləndən tanıyıram onu…Bir kənddə, obada böyümüşük. Eyni havanı udmuşuq, eyni sudan içmişik. Eyni təmizliyi ruhumuzla dadmışıq. Üç-dörd yaş məndən cavan olmalıdır. Murad Məmmədovu deyirəm. İstisasca mühəndis olan “qoca” gənc şairi…Muradın ata tərəfində də, ana tərəfində də duyğusallıq var, həssas insanlardır, sözə,şeirə,hikmətə, haqqa meylləri çoxdur. Yurdumuzun şair oğlu Aslan Kəmərli atasının xalası oğludur, dayıları Xəmmət adı ilə tanınan Aslan Carçalovun, Şamxal Carçalovun gözəl şeir, saz ruhu var. Alma budağından gen düşmür axı. Murad Məmmədov da eləcə…təmsil elədiyi gen yaddaşını canıyla, qanıyla, ləyaqətlə yaşadır.
Şeirlərini mənə təqdim eləyəndə təəccüb qarışıq sevinc qığılcımları gözümü işıqlandırdı. Lakin səmimi deyim , bir qədər ciddi baxmadım. Fikirləşdim ki, yəqin ruhsal duyğusunu sazda oxunan qoşma, gəraylı üstündə qələmə alıb. Şeirlərlə tanış olanda gördüm ki, ədəbiyyatımız Murad Məmmədov imzalı bir qələm adamını, bir şairini çox səxavətlə itirib. Yazdığı şeirləri mənə bunu deməyə imkan verir. Şeirlərinin ən yaxşı cəhəti odur ki, nə fikrin, nə bədii ifadənin ibtidai formasında vurnuxmur. Bəs olan qədər cilalı fikirləri bədii səviyyəyə qaldıra bilir. Bu yerdə bir təəssüfümü bildirim ki, kaşki ədəbiyyatla ciddi məşğul olaydı. Ədəbiyyatın istiqamətini müəyyən edən bir çox əsərləri mütaliə eləmiş olsaydı, bədii manerasını daha samballı detallarla zənginləşdirə bilərdi. Şeirlərdəki ayrı-ayrı qığılcımlar ruhu silkələmək gücündədir.
Dərd içində iş getmir,
Həvəs ölür, baş ötmür.
Dərdə bax, heç üşütmür,
Qar adamı yandırı…
Və ya
Ay haqqı salamı tapdayan adam…
Lap adamı ritmə uyğun içindən oynada bilir misralar.
Doğulduğum el ulu,
Şah İncəmin bir qolu,
Yüz xatirəylə doluu
Könlüm Kəmənd dağında…və ya
Neyləyim söz məni rahat buraxmır…
Söz, duyğu istini, soyuğu görmüş ürəyinə, hissinə elə oturub ki, bu yaşda qovub çıxartmaq istəsən də mümkün olmayacaq, səndən əl çəkməyəcək əzizim , gözüm Murad Məmmədov. Mən bilən indi sənə qalır yarı gərdişin, zamanın ətəyindən tutmaq, yarı isə şeirin,sözün. Beləcə bir təhər özünü ovut, gör ovuda bilirsənmi… Düşüncə, təfəkkür tərzin elədir ki, ağır mövzulara qucaq açırsan. Həyatın qəm ağacını silkələyirsən, ölüm-qalım havasında əlləşirsən. Bir az boş ver…milyon illik həyatdı. Yaranışdan bu yana belədi, belə də olacaq. Özün demişkən:
Ömür sınağıymış gec başa düşdüm,
Bütöv qınağıymış gec başa düşdüm,
Gələn qonağıymış, gec başa düşdüm,
İlahi, rəhm elə, keç günahımdan…
Heç anlamamaqdan, gec də olsa, başa düşmək ötədir. Şeir həm də gözəl etirafdır. Həmişə səmimi ol, həmişə var ol. Dərin sayğılarla
Müəllif: Avdı QOŞQAR

AVDI QOŞQARIN YAZILARI


MURAD MƏMMƏDOVUN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ömrün Payız Duyğuları… – Həzi Həsənli Yazır:

MURAD MƏMMƏDOVUN YAZILARI

ÖMRÜN PAYIZ DUYĞULARI…
Deyirlər, insanın 60 yaşı ömrün zirvəyə həsrətlə boylanan çağıdır. Ömrünün 60-cı baharını yaşayan dostum Murad Məmmədovun şeir yazdığını son bir ildə bilmişəm. Adətən 60 yaşında şairlərin seçilmiş əsərləri nəşr olunur. Amma Murad yaşının bu cağında şeirlərini təzə-təzə işıq üzünə çıxarmağa başlayıb. Onun bu yaşda şeir yazmağa başlaması bir çoxlarını təəccübləndirsə də, şəxsən bu, mənə heç də qəribə təsir bağışlamadı. Çünki insan həyatda ömrü sınağa çəkən elə anlarla qarşılaşır ki, bəzən kədərlənir, bəzən sevinir. Bu da insanın hiss- həyacanına təsir edir. Bu mənada Murad da özünə- sözünə əmin olduğu üçün yazır, öz yaşantılarını yazır, özünü yazır. Bununla yanaşı, öz müşahidələrini də qələmə alıb, şeirə-sözə çevirir.
Yəqin ki, bu da ömründən ötənləri dilə gətirmək ehtiyacından və səmimiyyətindən doğur. “Neynəyim söz məni rahat buraxmır”,-deyir. O, sazlı-sözlü İncə dərəsində doğulub, boya- başa çatıb. Saza-sözə vurğunluğu ana laylası kimi beşikdən başlayır.
Şeirlərində illərin bəxş etdiyi müdrikliklə yanaşı, gənc yaşlarındakı saflığını əks etdirən duyğuların da nəfəsi duyulur:
Bir kənddən şəhərə heç nəyə satdı,
Məni gəncliyimdən qoparan yollar.
Yaman dilə tutdu, yaman aldatdı
Qazaxdan Bakıya aparan yollar.
* * *
Yüz arzu vəd etdi, gözüm qamaşdı,
Beynim dumanlandı, əlifim çaşdı.
Önümdə yeni bir mənzərə aşdı
Qazaxdan Bakıya aparan yollar.
Muradın duyğuları düşdüyü ovqatın obrazlı mənzərəsini də yarada bilir:
Baxıram bu ömrə, bu günə yadam,
Söz məni dünyamdan, özümdən alır.
Ona sevinirəm, bir ona şadam,
Yazdığım nə varsa nişanə qalır…
Murad Məmmədov ixtisasca mühəndisdir. Uzun illər istehsalada çalışıb. Yaradıcılıq sahəsindən uzaq olsa da, ruhən saza- sözə bağlıdır. Bu da səbəbsiz deyildir. O, şairlər diyarı, sazlı-sözlü Qazaxdandır. Muradın saza- sözə bağlılığından el-oba mehri duyulur. Bakıda yaşasa da, doğulduğu yurddan ilham alır. Saz ovqatına köklənməsi şeirlərini bir qədər də şirinləşdirir, incəlilərə sevdirir. Muradın şeirlərinin qayəsini insanın mənəvi saflığı, mənəvi bütövlüyü təşkil edir:
Bir ömür yaşadım bildiyim kimi,
Səssizcə gedəcəm, gəldiyim kimi.
Neçə günahları sildiyin kimi,
İlahi, rəhm elə, keç günahımdan.
* * *
Bilmədim, kiminsə haqqına girdim,
Bəzən gec anladım, səhvimi gördüm.
Oldu ki, nahaqdan yüz günah dərdim,
İlahi, rəhm elə, keç günahımdan.
* * *
Mən elə yaşdayam məramım bəlli,
Üzümdə yalvarış, gözdə təsəlli,
Nə desən razıyam, indi beşəlli,
İlahi, rəhm elə, keç günahımdan.
Murad Məmmədovun duyğular aləmi mənə də məhrəm və doğmadır. Qısa da olsa, onun duyğu dünyası ilə sizi tanış etməyə çalışdım. O, ilk şeir toplusunu sizin mühakimənizə verir. Düşünürəm ki, onun şeirlərini küll halında oxusanız, özünüzdə aydın təsəvvür yaranacaqdır.
Müəllif: Həzi HƏSƏNLİ ,
Şair-publisist.

HƏZİ HƏSƏNLİNİN YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ

Salam, Dostlar!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edirəm! Yola saldığımız 2022-ci ildə Sizlərlə birlikdə böyük nailiyyətlər əldə etdik. Bütün bu uğur və nailiyyətlərin həqiqi səbəbkarı kimi Sizə təşəkkür etmək istəyirəm! Məhz Sizin əvəzsiz sevginiz və misilsiz dəstəyiniz sayəsində biz özümüzü gündən-günə daha da təkmilləşdirdik və yola saldığımız il bizim üçün həqiqi dönüş nöqtəsi oldu.

Hər ilin sonu olduğu kimi bu il də Sizlərin qarşısında hesabat təqdim etməyi özümə borc bildim.

Keçən ildə biz birlikdə bir çox nailliyyətlər əldə etdik və 2023-cü ildə bu istiqamətdə uğurlu fəaliyyətimizi daha da genişləndirərək davam etdirməyi planlaşdırırıq. Bizə yazdığınız rəylərə görə təşəkkür edirik – bu bizim üçün ən yaxşı motivasiya və ümumi inkişafımıza xidmət edən böyük töhfədir .

Ümid edirik ki, 2023-ci ildə də Siz bizimlə birgə olmağa davam edəcək və yeni üfiqlər fəth edəcəksiniz!

Hörmətlə: Zaur Ustac

(“Yazarlar” redaksıyası.)

Təqdim etdi: TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN 2022-Cİ İL ÜÇÜN HESABATI

ZAUR USTACIN YAZILARI

ZAUR USTAC MƏTBUATDA-2022
(hesabat)
1. “Baş redaktordan”, “Yazarlar” jurnalı, yanvar – 2022, say: 01 (13), s.3.
2. Qurban Bayramov, “Zaur Ustac – Qələmdar olmaq missiyası”, “Yazarlar” jurnalı, yanvar – 2022, say: 01 (13), s.4-10.
3. Akif Abbasov – Zaur Ustacın “Uşaq boğçası”, “Yazarlar” jurnalı, yanvar – 2022, say: 01 (13), s.11-12.
4. Kamal Camalov “Zaur Ustac uşaq ruhunun bilicisidir”, “Yazarlar” jurnalı, yanvar – 2022, say: 01 (13), s.13-15.
5. Ayətxan Ziyad (İsgəndərov) “Zaur Ustacın öyrətmə yöntəmi”, “Yazarlar” jurnalı, yanvar – 2022, say: 01 (13), s.16-19.
6. Zaur Ustac “BB” (hekayə), “Yazarlar” jurnalı, yanvar – 2022, say: 01 (13), s.20-33.
7. Tuncay Şəhrili “Zaur Ustacın 33 illik hesabatı”, “Yazarlar” jurnalı, yanvar – 2022, say: 01 (13), s.109-116.
8. Kənan Hacı “Xəzər deltasında göyqurşağı” (Zaur Ustacın yeni kitabı haqqında), “Bütöv Azərbaycan” qəzeti, 20.01.2022, say: 03 (430), s.10.
9. Kənan Hacı “Xəzər deltasında göyqurşağı” (Zaur Ustacın yeni kitabı haqqında), “Həftə içi” qəzeti, 20-26.01.2022, say: 03 (3419), s.8.
10. Kənan Hacı “Xəzər deltasında göyqurşağı” (Zaur Ustacın yeni kitabı haqqında), “ Ədəbiyyat qəzeti”, 22.01.2022, say: 02 (5340), s.25.
11. Kənan Hacı “Xəzər deltasında göyqurşağı” (Zaur Ustacın yeni kitabı haqqında), “Təzadlar” qəzeti, 25.01.2022, say: 03 (2332), s.13.
12. Zaur Ustac “Ustacam” şeiri (Şiirlei derleyen: Kemal’eren / Kemal Berk), “Sungurlu Gazetesi”, 31.01.2022, Pazartesi, sayı: 225, s.7.
13. “Baş redaktordan”, “Yazarlar” jurnalı, fevral – 2022, say: 02 (14), s.3.
14. Zaur Ustac “MİQ-17” (hekayə), “Yazarlar” jurnalı, fevral – 2022, say: 02 (14), s.26-29.
15. Zaur Ustac “Hər gün nəfdir” (şeirlər), “Yazarlar” jurnalı, fevral – 2022, say: 02 (14), s.100-106.
16. Zaur Ustac “Qırmızı yarpaqlı ağac” (hekayə), “Xəzan” jurnalı, yanvar-fevral – 2022, say: 01 (38), s.107-119.
17. Zaur Ustac – Lətifə Orucun “Sirli gedişlər”inin sehri (kitab haqqında düşüncələr), “Bütöv Azərbaycan” qəzeti, 11 fevral 2022-ci il, say: 06 (433), s.13.
18. “Baş redaktordan”, “Yazarlar” jurnalı, mart – 2022, say: 03 (15), s.3.
19. Zaur Ustac “Qismət” (hekayə), “Yazarlar” jurnalı, mart – 2022, say: 03 (15), s.48-53.
20. Zaur Ustac, Şeirlər, “Yazarlar” jurnalı, mart – 2022, say: 03 (15), s.126-130.
21. Zaur Ustac, “Göyçə gölünün sonası”- təqdimat, “Yazarlar” jurnalı, mart – 2022, say: 03 (15), s.131-135.
22. Zaur Ustac – “Göyçə gölünün sonası”, “Bütöv Azərbaycan” qəzeti, 4 mart 2022-ci il, say: 09 (436), s.9.
23. Publisistika – Vüqar Əhməd, “Ədəbiyyat qəzeti”, 5 mart 2022-ci il, say: 08 (5346), s.26.
24. Zaur Ustac – “Xəyallarım Borçalıda, Yuxularım Göyçədədi.” (Rahilə Qaralovanın özü və sözü), “Bütöv Azərbaycan” qəzeti, 11 mart 2022-ci il, say: 10 (437), s.8.
25. Zaur Ustac – “Ruhu duru, sözü bütöv Əsgər Ordubadlı”, “Bütöv Azərbaycan” qəzeti, 18 mart 2022-ci il, say: 11 (438), s.13.
26. “Baş redaktordan”, “Yazarlar” jurnalı, aprel – 2022, say: 04 (16), s.3.
27. Zaur Ustac “Göləqələmsancan” (hekayə), “Yazarlar” jurnalı, aprel – 2022, say: 04 (16), s.43-46.
28. Zaur Ustac, Yeni şeirlər, “Yazarlar” jurnalı, aprel – 2022, say: 04 (16), s.95-98.
29. Zaur Ustac – “Mənə bircə gilə göz yaşı bəsdi”, “Bütöv Azərbaycan” qəzeti, 8 aprel 2022-ci il, say: 13 (440), s.8.
30. Zaur Ustac, “BB” (hekayə), “Xəzan” jurnalı, Mart-aprel – 2022, say: 02 (39), s.125-128.
31. Zaur Ustac – “Mum kimi – “Daş adam””, “Bütöv Azərbaycan” qəzeti, 15 aprel 2022-ci il, say: 14 (441), s.12.
32. Zaur Ustac “Vallah, kəhrizdən ayıbdı…” (şeir), “Təzadlar” qəzeti, 19.04.2022, say: 13 (2342), s.15.
33. Zaur Ustac “Vallah, kəhrizdən ayıbdı…” (şeir), “Kredo” qəzeti, 20.04.2022, say: 16 (1096), s.15.
34. Zaur Ustac “Vallah, kəhrizdən ayıbdı…” (şeir), “Həftə içi” qəzeti, 21-27.04.2022, say: 15 (3431), s.8.
35. Zaur Ustac – “Əbülfəz Əhməd – “Gəldim””, “Bütöv Azərbaycan” qəzeti, 22 aprel 2022-ci il, say: 15 (442), s.14.
36. “Baş redaktordan”, “Yazarlar” jurnalı, may – 2022, say: 05 (17), s.3.
37. Zaur Ustac “Qismət” (hekayə), “Yazarlar” jurnalı, may – 2022, say: 05 (17), s.100-105.
38. Zaur Ustac – “Yeni şeirlər”, “Bütöv Azərbaycan” qəzeti, 6 may 2022-ci il, say: 16 (443), s.9.
39. Ayətxan Ziyad “Uşaq şeirimizdə sərlövhə adlar” (Zahid Xəlilin və Zaur Ustacın yaradıcılığı nümunəsində), “Kredo” qəzeti, 20.05.2022, say: 20 (1100), s.7.
40. Zaur Ustac “Hermafrodit” (şeirlər), “Ədəbiyyat qəzeti”, 21.05.2022, say: 18 (5356), s.26.
41. Vaqif Yusifli “Çiçəklər, dağlar… və Xudayar dastanı” (Zaur Ustacın söz çələngi haqqında), “525-ci qəzet”, 26.05.2022, say: 91 (5897), s.14.
42. Vaqif Yusifli “Zaur Ustacın söz çələngi” (çiçəklər, dağlar… və Xudayar dastanı), “Həftə içi”, 26 may – 01 iyun 2022, say: 20 (3436), s.7.
43. “Baş redaktordan”, “Yazarlar” jurnalı, iyun – 2022, say: 06 (18), s.3.
44. Zaur Ustac “Psixoloqun qəbulunda” (hekayə), “Yazarlar” jurnalı, iyun – 2022, say: 06 (18), s.32-59.
45. Zaur Ustacdan yeni şeirlər “Yazarlar” jurnalı, iyun – 2022, say: 06 (18), s.87-91.
46. “Ziyadarla” bağlı layihə (hekayə), “Yazarlar” jurnalı, iyun – 2022, say: 06 (18), s.107.
47. “Günahın kölgəsi” təqdim olundu, “Təzadlar” qəzeti, 14 iyun – 2022, say: 20 (2349), s.15.
48. “Seymur sönməzin söz dünyası”, “Kredo” qəzeti, 15 iyun – 2022, say: 24 (1104), s.16.
49. Zaur Ustac, “Psixoloqun qəbulunda” (hekayə), “Xəzan” jurnalı, İyun – 2022, say: 04 (41), s.68-75.
50. Rəmzi Dönməz yeni kitabını təqdim edib, “Bütöv Azərbaycan” qəzeti, 17 iyun – 2022, say: 22 (449), s.14.
51. “Qaçqın-köçkün olmaq öz evində qonaq kimi yaşamaqdır…”, “Vətən səsi” qəzeti, 17 iyun – 2022, say: 22 (1486), s.4.
52. Zaur Ustac “Növbətçi xəstə” (hekayə), “Ədəbi ovqat” dərgi, aprel-iyun – 2022, say: 04 (4), s. 37 – 40
53. “Baş redaktordan”, “Yazarlar” jurnalı, iyul – 2022, say: 07 (19), s.3.
54. Vaqif Yusifli “Çiçəklər, dağlar … və Xudayar dastanı” (Zaur Ustac sözünün sehrində), “Yazarlar” jurnalı, iyul – 2022, say: 07 (19), s.29-37.
55. Zaur Ustac “Mələk” (hekayə), “Yazarlar” jurnalı, iyul – 2022, say: 07 (19), s.41-50.
56. Zaur Ustac “Vallah kəhrizdən aybdır…” (şeir), “Yazarlar” jurnalı, iyul – 2022, say: 07 (19), s.63-56.
57. “Zaur Ustacın Yurd həsrəti”, “Yazarlar” jurnalı, iyul – 2022, say: 07 (19), s.84-89.
58. “Sözün Ağ rəngi layihəsi” (Şahmar Əkbərzadə), “Yazarlar” jurnalı, iyul – 2022, say: 07 (19), s.100-105
59. Səma Muğanna “Tanrı evində gizlənən sevgi” (“Əliş və Anna” poemasından), “Həftə içi”, 7 – 13 iyul 2022, say: 26 (3442), s.8.
60. Tuncay Şəhrili – “Yazarlar jurnalının iyul sayı Ağdama həsr olnub”, “Bütöv Azərbaycan” qəzeti, 8 iyul 2022-ci il, say: 24 (451), s.13.
61. Zaur Ustac “Səkkiz şeir və sonsuzluq” (Polkovnik İlqar Mirzəyevə həsr olunmuş şeirlər), “Həftə içi”, 14 – 20 iyul 2022, say: 27 (3443), s.8.
62. Zaur Ustac – “Qardaş” (Polkovnik İlqar Mirzəyevə həsr olunmuş şeirlər), “Bütöv Azərbaycan” qəzeti, 15 iyul 2022-ci il, say: 25 (452), s.8.
63. “Baş redaktordan”, “Yazarlar” jurnalı, avqust – 2022, say: 08 (20), s.3.
64. Zaur Ustac “And olsun Qələmə” və insan ömrü. (Ayətxan Ziyad İsgəndərov haqqında), “Həftə içi”, 4 – 10 avqust 2022, say: 30 (3446), s.7.
65. Zaur Ustac – “And olsun Qələmə” və insan ömrü. (Ayətxan Ziyad İsgəndərov haqqında), “Bütöv Azərbaycan” qəzeti, 5 avqust 2022-ci il, say: 28 (455), s.8.
66. Zaur Ustac – “Ağ adam” (Rəşad Məcidin doğum gününə), “Həftə içi” qəzeti, 18-24 avqust 2022-ci il, say: 32 (3448), s.7.
67. Zaur Ustac – “Ağ adam” (Rəşad Məcidin doğum gününə), “Bütöv Azərbaycan” qəzeti, 19 avqust 2022-ci il, say: 30 (457), s.13.
68. Zaur Ustac – “Ağ adam” (Rəşad Məcidin doğum gününə), “Olaylar” qəzeti, 19-25 avqust 2022-ci il, say: 159 (4915), s.12.
69. Zaur Ustac – “Ağ adam” (Rəşad Məcidin doğum gününə), “Ədalət” qəzeti, 20 avqust 2022-ci il, say: 37 (5974), s.5.
70. Zaur Ustac – “Ağ adam” (Rəşad Məcidin doğum gününə), “Ədəbiyyat qəzeti”, 20 avqust 2022-ci il, say: 31 (5369), s.10.
71. Tuncay Şəhrili – “Nuranə Rafailqızı ilk kitabını təqdim edib”, “Bütöv Azərbaycan” qəzeti, 26 avqust 2022-ci il, say: 31 (458), s.19.
72. Zaur Ustac, “Çiçəklər ruhumun yelləncəyidir” silsiləsindən şeirlər, “Xəzan” jurnalı, İyul – Avqust 2022, say: 05 (42), s.92-93.
73. Zaur Ustac – “Uşaq ədəbiyyatı” (məktəbəqədər səviyyədə), “Həftə içi” qəzeti, 1-7 sentyabr 2022-ci il, say: 34 (3450), s.7.
74. Zaur Ustac – “Uşaq ədəbiyyatı” (məktəbəqədər səviyyədə), “Bütöv Azərbaycan” qəzeti, 2 sentyabr 2022-ci il, say: 32 (459), s.14. (I hissə)
75. Zaur Ustac – “Uşaq ədəbiyyatı” (məktəbəqədər səviyyədə), “Bütöv Azərbaycan” qəzeti, 9 sentyabr 2022-ci il, say: 33 (460), s.14. (II hissə)
76. “Baş redaktordan”, “Yazarlar” jurnalı, sentyabr – 2022, say: 09 (21), s.3.
77. Zaur Ustac “Uşaq ədəbiyyatı” (məktəbəqədər səviyyədə), “Yazarlar” jurnalı, sentyabr – 2022, say: 09 (21), s.17-23.
78. Baş redaktordan”, “Yazarlar” jurnalı, oktyabr – 2022, say: 10 (22), s.3.
79. Zaur Ustac “Mütaliə niyə vacibdir?!” (V YAZI), “Yazarlar” jurnalı, oktyabr – 2022, say: 10 (22), s.25-30.
80. Zaur Ustac, “Mələk” (hekayə), “Xəzan” jurnalı, Sentyabr – Oktyabr 2022, say: 06 (43), s.73-75.
81. Zaur Ustac – “22 oktyabr Xudayarın şəhid olduğu gündür” (sonet çələngi), “Olaylar” qəzeti, 21-27 oktyabr 2022-ci il, say: 167 (4923), s.23.
82. Baş redaktordan”, “Yazarlar” jurnalı, noyabr – 2022, say: 11 (23), s.3.
83. Zaur Ustac “Xudayar dastanı” (sonet çələngi), “Yazarlar” jurnalı, noyabr – 2022, say: 11 (23), s.57-66.
84. Zaur Ustac – “Ədəbiyyatımızın baş qəhrəman problemi” (Təranə Məmməd sirri “Sirr” ilə çözdü), “Həftə içi” qəzeti, 17-23 noyabr 2022-ci il, say: 44 (3460), s.7.
85. Zaur Ustac – “Araz” (Səmamız masmavi, göy üzü təmiz! Gözün aydın olsun, sevin a Təbriz!), “525-ci qəzet”, 23 noyabr 2022-ci il, say: 213 (6019), s.12.
86. Zaur Ustac – “Araz” (Səmamız masmavi, göy üzü təmiz! Gözün aydın olsun, sevin a Təbriz!), “525-ci qəzet”, 23 noyabr 2022-ci il, say: 213 (6019), s.12.
87. Zaur Ustac – “Araz” (Səmamız masmavi, göy üzü təmiz! Gözün aydın olsun, sevin a Təbriz!), “Türküstan” qəzeti, 29 noyabr – 5 dekabr 2022-ci il, say: 45 (734), s.11.
88. Əli bəy Azəri – “Zaur Ustac nasir kimi” (“BB” hekayəsi – böyük bir sahənin söz mənzərəsi), “Həftə içi” qəzeti, 8-14 dekabr 2022-ci il, say: 47 (3463), s.8.
89. Mina Rəşid – “Qırmızı yarpaqlı ağaclar” (Yazı şair, publisist Zaur Ustacın hekayələri, xüsusi ilə “Qırmızı yarpaqlı ağac” əsəri haqqında yazılıb), “Bütöv Azərbaycan” qəzeti, 9 dekabr 2022-ci il, say: 46 (473), s.15.
90. Baş redaktordan”, “Yazarlar” jurnalı, dekabr – 2022, say: 12 (24), s.3.
91. Zaur Ustac “Yeni şeirlər” (Cənub mövzusu), “Yazarlar” jurnalı, dekabr – 2022, say: 12 (24), s.46-53.
92. Zaur Ustac – “Qarabağ sinəmdə açılan şırım” (Şair Budaq Təhməzin yaradıcılığı haqqında), “Həftə içi” qəzeti, 15-21 dekabr 2022-ci il, say: 48 (3464), s.7.
93. Vaqif Yusifli, “Çiçəklər, dağlar… və Xudayar dastanı” (Zaur Ustac sözünün sehrində), “Xəzan” jurnalı, Dekabr 2022, say: 08 (45), s.47-49.
94. Zaur Ustac, “Xudayar dastanı” (sonet çələngi), “Xəzan” jurnalı, Dekabr 2022, say: 08 (45), s.50-53.
95. Zaur Ustac – “Sevin, a Təbriz!”, “Xalq qəzeti”, 25 dekabr 2022-ci il, say: 283 (30111), s.12.
*Davamı 2023-cü il siyahısında.

ZAUR USTAC KİTABLAR-2022
(hesabat)

MÜƏLLİF ƏSƏRLƏRİ
1. “Xəzər deltasında göy qurşağı” – şeirlər,
2. “BB” – hekayələr,
3. “Qələmdar-2” – məqalələr,
4. “39 həftə” – proqram,
5. “Güllünün şeirləri” – uşaq şeirləri,
6. “Çiçəklər, dağlar və Xudayar dastanı” – şeirlər,
7. “Xudayar dastanı” – şeirlər,
8. “Yulğun çiçəyi” –şeirlər,
9. “Dağ” – sonetlər,
10. “Seçilmiş əsərləri” – birinci cild,
11. “Seçilmiş əsərləri” – ikinci cild,
12. “Seçilmiş əsərləri” – üçüncü cild,

ANTOLOGİYALAR
1.“Həsrətin sonu” – poeziya,
2.“Sevgilim, yuxunu dənizə danış” – poeziya,
3.“Gəlirik, Qarabağ!!!” – poeziya,
4.“Gözüm yolda, könlüm səsdə” – poeziya,
5.“Gəlin, gedək Ağdama” (birinci hissə) – toplu,
6.“Gəlin, gedək Ağdama” (ikinci hissə) – toplu,
7.“Bayraq hekayələr toplusu” (22 yazıçı) – toplu,

HAQQINDA YAZILANLAR
1. “Zaur Ustac yaradıcılığı ədəbi-tənqid müstəvisində” – məqalələr. Tərtibçi: Ayətxan Ziyad (İsgəndərov).
2. “Caroline Laurent Bakıda” – fotolar, (Zaur Ustacın və Caroline Laurent Turuncun fotoları). Tərtibçi: Tuncay Şəhrili (Mustafayev).
3. “Mustafa Müseyiboğlu-1” – resenziyalar, (“BB” kitabı haqqında). Tərtibçi: Tuncay Şəhrili (Mustafayev).

MÜKAFATALAR-2022
1.2022-ci ilin yekunlarına görə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin “Fəxri Fərmanı” ilə təltif olunub.

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ərmuğan (Əsgərov). “MİQ-17” də orijinallığı ilə seçilir

ZAUR ƏRMUĞANIN YAZILARI

“MİQ-17” də orijinallığı ilə seçilir
Zaur Ustacın “BB” hekayələr kitabına daxil olan nümunələr içərisində diqqət çəkən hekayələr sırasında “MİQ-17” adlı hekayə öz bədii tutumu, məzmun və forma vəhdətinin dolğunluğu baxımından uğurlu sayıla bilər. Kitabda yer almış “Psixoloqun qəbulunda”, “Növbəti xəstə”, “Cücə oğrusu”, “Mələk”, “Qırmızı yarpaqlı ağac” və digər hekayələr kimi, “MİQ-17” də orijinallığı ilə seçilir. Mövzu aktuallığı ideya-bədii xüsusiyyətlər fonunda nə qədər cəlbedici görünürsə, hekayədəki ədəbi qəhrəmanın bir obraz kimi xarakterinin açılması da müəllif təhkiyəsi ilə həmahənglik təşkil edə bilir. Hesab etmək olar ki, bu, ilk növbədə müəllif qələminin yaradıcı işləkliyi, yazıçının həyat müşahidələrinin zənginliyi ilə sıx bağlıdır.
Hekayədə müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən imtahana gəlmiş şəxsin düşüncələrindən, keçirdiyi daxili hiss və həyəcanlardan, rastlaşdığı hadisələrdən söhbət açılır. 2017-ci ilə təsadüf edilən tarix əslində ümumiləşdirilmiş zaman anlamındadır. Hekayədə adı çəkilməyən (elə digər iki qadın obrazının da adı çəkilmir və bunun özü belə oxucunun diqqətini mətnə kökləyir) əsas personaj imtahanda iştirak edən şəxs timsalında dəqiq və tutarlı faktlarla verilmişdir. İmtahan həyəcanı bu insanın da daxili aləmindən yan keçə bilməmişdir. Cibində evin açarı, xırda-xuruş pul (yol xərci) və cib dəsmalından başqa bir şey olmayan iştirakçı buraxılış məntəqəsindən ta imtahan zalına kimi bütün həyəcanları ilə birlikdə lazımı sənədlərlə bərabər nəzarət altında öz yerində əyləşincə imtahanqabağı düşündüklərinin hamısını bir anlıq unudur, masa arxasına keçərək öz taleyi ilə “çarpışıb-vuruşur”. Qəribədir ki, imtahan zalında əyləşən bir qadın isə bütün saatı yalnız tamaşaçı qismində iştirak edir. Əvvəlcə nəzarətçi qadınla yer üstündə qarışıq vəziyyət yaranır, sonra bir başqasının ona yaxınlaşıb astaca nəsə deməsindən sonra iştirakçı rahatlaşa bilir və əda ilə başqa bir yerdə əyləşərək imtahanın sonuna kimi özünü yelpikləməklə məşğul olur. Yaxın masaların birində əyləşən digər iştirakçı qadın isə həyəcanlıdır, partanın üzərinə üz-gözünü, alnını sildiyi salfetlər yığılıb. İmtahan suallarına döğru, dürüst cavablarla münasibətini ifadə edən və yaxın cərgələrdə əyləşmiş bu iki qadına diqqət yetirən şəxsin isə öz halal zəhməti ilə oxuyub dərs aldığı, indi də işə düzəlmək üçün imtahanda yalnız bilik və savadına arxalanması real faktlarla üzə çıxır. Sanki tamaşa salonunda əyləşibmiş kimi, imtahanı seyr edən, yer üstündə dolaşıqlıq yaradıb yersiz əda ilə öz müştəbehliyini nümayiş etdirən qadının necə təhsil alması, imtahanda nəyə və kimlərə arxalanması gözdən yayınan hal deyildir. Bununla müəllif sözü gedən sahədə baş verən neqativ halları pisləyir, qələmə aldığı hekayədə özünə məxsus yanaşma üsulu ilə bu kimi yarıtmaz vəziyyətlərə etirazını bildirir.
Zaur Ustacın bu hekayəsində bəzi xırda qüsurlu cəhətləri nəzərə almasaq, ümumilikdə deyə bilərik ki, hekayədə müəllif öz niyyətinə nail ola bilmişdir.
MÜƏLLİF: ZAUR ƏRMUĞAN

ZAUR ƏRMUĞANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zülfiyyə Vəliyeva. Həmrəylik günü.

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

Hər bir azərbaycanlı üçün birlik, həmrəylik günü

İnsanığın qorunması üçün bir olaq, birləşək

       Azərbaycan həqiqətlərinin yorulmadan təbliği, Azərbaycan reallıqlarını olduğu kimi təqdim etmək hər bir vətəndaşımızın namus və şərəf işidir. İnsanlığa xas olan ən vacib xüsusiyyətlər dövlətə, dövlətçiliyə xidmət, Vətəninə, dilinə, dininə olan sevgi və xidmətlər, xalqının bəşəriyyətə bəxş etdiyi qiymətli dəyərlərin təbliği, dünya azərbaycanlılarının birliyinin yaranması və qorunması üçün yorulmadan çalışmaq vacibdir. “Vətənimizin qüdrətinin artması naminə hər birimiz əsgər olmalıyıq”- istiqamətində aparılan işlərin nəticələri sevindiricidir. Azərbaycan məktəbi, Azərbaycan müəllimi fəxr edib, qürur duyur. Onun yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını düşmən tapdağından təmizlənməsinə imza atmışlar! Allahın qüdrəti, Zamanın diqtəsi: Azərbaycan dövlətinin Zəfər yürüşü, Qayıdışın başlanmasının nəticəsidir Qələbə! Dünyanın Azərbaycan maraqları, heyranlığı, dilə gətirdiyi: -Azərbaycanın öz torpaqlarının işğaldan azad etdiyi döyüşlərdə hərbi qüdrəti, döyüş taktikası, müasir texnologiyalardan istifadə məharəti! Xalqın, dövlətin, Silahlı Qüvvələrin birliyi! Vətən sevgisi! İgid oğulların göstərdikləri rəşadətlərlə Qürurlanırıq! Azərbaycanın hər bir vətəndaşı səfərbərdir! Müstəqil dövlətimizin müdafiəsi, qorunması dünyanın hər çür var-dövlətindən, nemətindən qiymətlidir! Məkrli düşmən hiyləsinə qalib gəlmək üçün bir olub yumruq olmaq zamanın diqtəsi və tələbidir! Unutmayaq: Verilənin dəyərini, qiymətini vaxtında bilmək gərəkdir! Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı. Vətənin sevən Vətən oğulları. Onlar Azərbaycan xalqının 28 illik Vətən həsrətinə son qoydu. Milyonlarla insanın vətən həsrətinə son qoymaq naminə öz canlarından keçən bu igidlər xalqın, əzizlərinin ürəyində yaşayacaq. Cözün aydın Azərbaycan Dünyası! AZƏRBAYCAN BAYRAĞI ŞUSADA DALĞALANIR! Xoşbəxt Xalqıq, Birliyimiz Qələbəmiz! Güclü Liderimiz, tarix yazan Sərkərdəmiz var! Torpağında Şəhid yatan Qarabağımız var! Allahın Qüdrəti yar oldu bizə! Gözlərimizdə sevinc yaşları!. Vətəni Sevmək İmandandır!Vətəndən öncə heç nə yoxdur! Hamılıqla məsuliyyət daşıyırıq! Bir olaq güclü olaq, ədalətli olaq! Vətən hamının dünyaya göz açdığı, torpaqinda uyuduğu məkandır! Vətənini, dilini, dinini sevəsən, sevmək azdır, həm də onu sevdirəsən! Olum-ölüm məqamında edilən səhvi Allah heç bir bəndəsinə bağışlamaz! Qəlbimizdə olan ambisiyaları öldürək, Vətənimizin, dövlətimizin,dövlətçiliyimizin qorunması üçün bir olaq!

Hər zaman düşünək:- Vətən bizim üçün hər şeydir. Biz Vətən üçün nə etmişik! “Vətən anadır” – kəlməsi eşidə-eşidə böyüyürük. Torpağın üstündə addımladıqca yavaş-yavaş dizlərimiz bərkiyir, qollarımıza qüvvət gəlir. Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq. Yurdumuzda gözü olan düşmənləri qəlbimizdəki Vətən sevgisinin gücü, Vətən məhəbbətinin atəşi ilə yandırıb məhv etməliyik. Vətən yalnız ona görə böyük deyil ki, onun sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izləri vardır. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir. Hər bir insan üçün əvəz olunmaz məkandır onun Vətəni. Olan Vətən sevgisi. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Onu qazanmaq və qoruyub saxlamaq qurban tələb edir. Qarabağ uğrunda şəhid olan generalımız Polad Haşımovun, yüksək rütbəli zabit və əsgərlərimizin, mülki vətandaşlarımızın, nigaran ruhlarımızın bizim Qarabağ torpağını düşmən tapdağından azad etməyimiz ola bilərdi. Şükür bu baş verdi. Qarabağda Vətənin azadlığı uğrunda əbədiyyətə qovuşmuş şəhidlərin məzarı başında hörmətlə dayanıb, sevinc göz yaşları içində: -Gözünüz aydın Vətən oğullarl, biz yurdumuzu yağılardan azad etdik sözünü deyə bildik! Bu gözəl həyatda yaşamaq, var olmaq Allahın insanlara bəxş etdiyi paydır. Ancaq əsl məharət bu həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir. Hər bir Vətəndaşımızın mill və bəşəri dəyərlərə sahib olması İnsanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürurvericidir. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağıtək isti və doğmadır. Deməyək Vətən bizim üçün nə edib, deyək ki, biz Vətən üçün nə etmişik! Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir.

VƏTƏNİN OLMAQ GƏRƏK! Gözün aydın Azərbaycan Dünyası! Yolumuz Haqq yoludur! Bir yumruquq, Birliyimiz Əbədi! Sözümüzün var kəsəri! Dünya nizamına imza atırlq! Azərbaycan Türkiyə modeli yaradırıq! Azərbaycan Sərq ilə Qərb arasında Qapıdır! Dünya üçün Böyük İpək Yoludur! Üzüyünün Qaşı, Başimizın Tacı Qarabağ! Qürurumuz Dövlətimiz, Millətimiz, Ordumuz! Tarix yazan Ali Baş Komandanımız! Şəhidlər Ölməz, Vətən Bölünməz! Qarabağda dalğalanan Bayraq, Bir daha enməz!!

Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin yazılmasında imzası olan Vətən övladlarına mənəvi dəstək olmaq əsas qayəmizdir.Tarixi torpaqlarımızın düşmən tapdağından təmizlənməsində əldə etdiyimiz uğurlar Allahın qüdrəti, zamanın diqtəsdir. Dünyanın Azərbaycan maraqları , heyranlıqla dilə gətirilən:-Azərbaycannın öz torpaqlarını işğaldan azad etdiyi döyüşlərdə hərbi qüdrəti, döyüş taktikası, müasir texnologiyalardan istifadə məharəti!Vətən müharibəsinin 44 günə başa catmısı üçün Xalqımızın birliyi, igid oğullarimizin göstərdikləri rəşadətlər Qürurvericidir!

Yurd yerinin həsrətinə son verildi! Xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etmək xoşbəxtlikdir. Vətənə, Xalqa, Dövlətə, Dövlətçiliyə hörmət və məhəbbətlə xidmət yolu keçən, fəaliyyətinin yeni səhifəsi Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin yazılması birliyimizin təntənəsidir. Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasında imzası olan oğullarımızın, həmçinin Dünya Azərbaycanlıların xaricdə aksiyalar keçrilmiş, döyüş bölgəsinə maddi, mənəvi dəstək göstərilmişdir. Azərbaycandan kənarda yaşayan şəhid ailələrinə mənəvi və maddi dəstək göstərmiş soydaşlarımız vardır.

Rahat olub Şəhid ruhları! Əllərdə olan Azərbaycan övladları! Günahsız Körpələrimiz!!! Gəncəmiz, Bərdəmiz,Tərtərimiz! Bütöv Azərbaycan gözlərin aydın Bayrağımız Şusada Dalğalanır! Şuşa Azərbaycanın ürəyidir! .Xilaskar Azərbaycan ordusunun qanı ilə, canı ilə Şuşanı 30 il yarımdan sonra azad etməsi bizim üçün:

-Qeyrətimizin, namusumuzun üzərindən ləkənin götürülməsi, sınmış ruhumuzun qaytarlması, Şəhidlərimizin ruhunun şad olması, Xocalının qısası,mənfur düşmənə verdiyimiz tarixi dərsdir! Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq.Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir! Qarabağın azad olunmasında şəhid olmuş Vətən oğullarımız , Qazilərimiz cəmiyyətin həssas üzvü olmaqla diqqət, qayğı, hörmət və ehtirama layiqdirlər. Gərəkdi onların səsi vaxtında eşidilsin, problemləri dərhal həll olunsun. Buna gücümüz yetər!

  Vətənə, Xalqa, Dövlətə, Dövlətçiliyə hörmət və məhəbbətlə xidmət yolu keçən, fəaliyyətlərinin yeni səhifəsində Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin yazılmasında imzası olan Vətən övladlarına mənəvi dəstək olmaq əsas qayəmizdir! Vətən müharibəsində ömrünü, sağlamlığını xalqına, Dövlətinə, dövlətçiliyin möhkəmləndirilməsndə həsr etmiş, böyük zəhmətlər bahasına əldə olunan uğurlara imza atmış oğulların ömür yolu gənclər üçün öyrənilməli nümünədir!

Dünyada yaşayan bütün azərbaycanlılar bu gün qüdrətli, Qalib,müstəqil Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edirlər! Müstəqillik bizim üçün ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Dünyada yaşayan bütün azərbaycanlıların dünya xəritəsində Azərbaycan kimi dövləti var, öz sözünü deyir, deyəcək, uğurlu inkişafımız bundan sonra da təmin ediləcəkdir. Dünyamızı qorumaq, İnsanığın qorunsası üçün bir olaq birləşək! Türk xalqları arasında birlik və dostluğun gücləndirilməsi birgə əməkdaşlıq, dəyərlərin qorunması və təbliği, Vətənə və İnsana sevgi! Yaradanın yaradıqlarını sevməklə qorumağanın yolu: İlahi eşqidən, mənəviyyatdan ,halal və düz yolda olmaqdadır! Yeni Era Türk erasıdır.Türk dünyasının uğurlarına dəstək olmaq, dünyada sülhün, əmin amanlığın qorunmasına töhfə vermək üçün daha səylə çalışmaq gərəkdir.

Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi. . 1991-ci ilin 16 dekbrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.

        Əziz Vətən Övladları:-Bir olaq, Güclü olaq, Vətənimizə Dəstək Olaq! Vətənimizin qüdrətini artmasına öz töhfəmizi verək!

Müəllif: Zülfiyyə VƏLİYEVA       

ADPU-nun ETM-nin elmi işçisi,      Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi      Layihəsi üzrə Milli məsləhətçi,  Əməkdar müəllim.


ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞİRİNGÜL MUSAYEVA. SƏKİNƏ

ŞİRİNGÜL MUSAYEVANIN YAZILARI

ŞİRİNGÜL MUSAYEVA

Şiringül Musayeva 01 yanvar 1964-cü ildə Qobustan şəhərində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

SƏKİNƏ

Artıq 35 yaşı var, adam bu yaşı bir qız kimi dеyəndə utanır və içində san­ki nə isə оvu­lub-tö­kü­lür. Bu yaş­da qa­dın­la­rın çохu öz is­tə­dik­lə­rinə nail оlub, arzularına ça­tıb­lar, — han­sısa ailə qurub, han­sısa bir sə­nə­tin da­lın­ca gе­dən ar­tıq sеç­diyi yо­lun yоl­çu­su­dur…

Sə­kinə isə bu­dur baх, ayaq­la­rını şap­pıl­da­da­raq ma­ğa­zaya gеdir, əy­nin­də nazik, nim­daş хalat, əlin­də yеkə ağ zən­bil. Bu Sə­kinə kim idi, hə­yat­dan nə is­tə­yir­di, han­sı ar­zu­lar­la ya­şa­yır­dı? – Bir az qə­liz sual­dır. Lap əv­vəl­lər Sə­kinə bir qız uşağı idi, qaç­malı, оy­na­malı, dər­sə gеt­məli idi. Sоn­ra bir az bö­yüdü. Ar­tıq еv iş­ləri gör­məli, anaya, qar­daş ar­vad­la­rına kö­mək еt­məli, qar­daş uşaq­la­rı­nın sa­çını da­ra­malı, pal­ta­rı­nın sö­kü­yünü tik­məli, qоca ata­nın yе­mə­yini vaхt­lı-vaх­tın­da ha­zır еlə­məli idi. Hər­dən də хəl­vət­də qоca ana ilə fər­siz, «pul qa­za­nıb ba­şını saх­laya bil­mə­yən» qar­daş­la­rın, 70 ya­şın­da yеr-göy id­dia­sın­da оlan ata­nın, hə­rəsi bir ka­sıb ai­lə­dən gə­lib bu еvdə хa­nım­lıq id­dia­sın­da оlan gə­lin­lə­rin, Sə­ki­nə­nin ba­şın­da qоz qı­ran qar­daş uşaq­la­rı­nın qеy­bə­tini еt­məli idi. Elə bu qеy­bət­lər də Sə­ki­nə­nin öm­rü­nün az-çох dadı-duzu, mə­nası idi. Anası ilə хıs-хıs da­nış­dıq­ca Sə­kinə il­hama gəlir, göz­ləri par­la­yır, ürəyi hə­yə­can­la dö­yü­nür­dü.

Sə­kinə hеç bil­mədi ki, vaхt, za­man nеcə gə­lib kеç­di və özü də hiss еt­mə­dən ar­tıq yaşı kеç­miş qıza döndü. Bu il­lər ər­zin­də Sə­kinə ca­van qız оl­ma­mış­dımı? – Nə üçün о, gö­zəl yaş dövr­lə­rini yеlə vеrdi, – hеç оnun adını çəkən, ma­raq­la­nan da оl­madı.

Hə-ə-ə… Mə­sələ yеnə qə­liz­ləş­di, dе­yə­sən. Sə­kinə bu yaş dövr­lə­rin­də ca­van оl­ma­ğına ca­van idi, ərə gеt­mək is­tə­yinə də qalsa, ürəyi əsir­di ərə gеt­mək üçün. Amma… Am­ması bu idi ki, Sə­kinə bu yaş­la­rın­da ərə gеt­mək is­təsə də, bu is­tək оnun da­хi­lin­də giz­lən­məli idi. Sə­kinə bu is­təyi, yеr-göy id­dia­sın­da оlan ata­dan, ərə gеt­mək is­tə­yini Sə­kinə üçün bö­yük qə­ba­hət bi­lən ana­dan, hər za­man çığır-ba­ğıra, dava-da­laşa ha­zır оlan gə­lin­lər­dən giz­lə­məli idi. Sə­kinə gö­zəl gе­yinə bil­məz­di, Sə­kinə bə­zə­nib-dü­zənə bil­məz­di, Sə­kinə hət­ta «gözəl» yеyə də bil­məz­di, çün­ki bun­lar üçün növ­bədə du­ran­lar var idi. Gе­yim­lə­rin gö­zə­lini gə­lin­lər gеy­məli idi, — оn­lar gə­lin idi, yad еv­dən gəl­miş­di – ti­kə­nin dad­lı­sını qar­daş­lar, ata, uşaq­lar yе­məli idi – ata ata idi, qar­daş qar­daş, uşaq da uşaq…

Bе­ləcə, Sə­kinə ha­mını yоla vеrə-vеrə vaх­tın­dan əv­vəl ağ­bir­çək­ləş­di. Vaх­tın­da sə­hər­dən-aх­şama qə­dər iş-güc görən, gah zahı gə­linə, gah qırх­lı uşağa qul­luq еdən, gah su, gah çö­rək da­lın­ca qaçan, gah еv yı­ğış­dı­ran, gah хö­rək bi­şi­rən, nə bilim, dün­yada qa­dın üçün, qız üçün nə­zər­də tu­tu­lan çə­tin iş­lə­rin ha­mı­sını qеyd-şərt­siz еlə­məyə məc­bur оlan Sə­ki­nə­nin hеç cı­rıq dо­nunu tik­məyə, pırt­la­şıq sa­çını da­ra­mağa da bə­zən vaх­tı çat­mır­dı. Bеlə bir və­ziy­yət­də Sə­kinə han­sı ki­şi­nin, оğ­la­nın хо­şuna gələ bi­lər­di ki? Ara­bir Sə­ki­nəyə yaşlı; ar­vad bо­şa­mış, ar­vadı öl­müş ki­şi­lər еlçi dü­şür­dü ki, bun­ları da anası rədd еdir, «öz­gəyə uşaq saх­la­maq­dan­sa еlə özü­mün­kü­ləri saх­la­yır­san», dе­yir­di.
Ar­tıq cana dоy­muş Sə­kinə bə­zən anası ilə da­la­şır: «Gе­də­cə­yəm, saх­la­ya­ca­ğam öz­gəyə uşaq, – dе­yir­di, – sə­nin kü­çük­lə­rini saх­la­mı­ram məgər?»

“Öz­gə­nin dərdi-azarı şi­rin­di də sənə?”

“Nə еdim bəs, qız qa­rı­yım?”

“Ay qız, utan­mır­san, ərə gеt­mək­dən ötrü anan­la da­la­şır­san, abrın-hə­yan yох­dur?”

Gün­lər bе­ləcə kе­çir­di. Budur, ar­tıq оnun 35 yaşı var. Оnun tay-tuş­ları qız­la­rını ərə vеr­məyə ha­zır­la­şır, о isə hələ hеç özü də ərə gеt­mə­yib.

Hə-ə-ə… Bеlə işlər. Bəs Sə­kinə qız dе­yil­dimi, qa­dın dе­yil­dimi, ərə gеt­məli dе­yil­dimi?
Sə­kinə dəli dе­yil­di, Sə­kinə şi­kəst dе­yil­di, Sə­kinə хəs­tə dе­yil­di, kоr dе­yildi, kе­çəl dе­yil­di. Nə üçün hеy­van­lara da nə­sib оlan bu «ərə gеt­mək» səa­dəti оna nə­sib оl­ma­malı idi?

Aхı Sə­kinə için­də özünü bir qız kimi, qa­dın kimi ta­nı­yan­dan ya­ra­nan əzəli bir arzu ilə ərə gеt­mək is­tə­yir­di, hər nə idisə о «nе­məti» dad­maq is­tə­yir­di, оnu dad­ma­mış, оğul-qız yi­yəsi оl­ma­mış bu dün­ya­dan gеt­mək is­tə­mir­di.

İndi isə 35 yaşı var. – 35 yaş, — bir qız, qa­dın üçün im­kan­la­rın tü­kən­diyi yaş. 35 ya­şın­da bir qız, qa­dın kimə la­zım­dır aхı? Han­sı оğ­lan haq­qın­da dü­şün­mək оlar? Baх­ma­ya­raq ki, Sə­ki­nə­nin ruhu da, bə­dəni də ba­ki­rə­dir, 18 ya­şın­da qız kimi ba­ki­rə­dir, göz­ləri hələ yu­хu­lu­dur. Sə­kinə indi ayı­lıb, indi ərə gеt­mək, sеv­mək-sе­vil­mək is­tə­yir. Sə­kinə yеlə vеr­diyi, bir göz qır­pı­mın­da gə­lib kе­çən il­ləri, — əs­lin­də çох uzun, can­sı­хıcı il­ləri хa­tır­la­yır­dı. Hеç kim оnun gənc­li­yini, оnun ta­lе­yini dü­şün­mədi, hamı özü üçün ya­şadı.

Оnun yaş­lı ki­şiyə ərə gеt­mə­yini qə­ba­hət sa­yan ana bir­cə dəfə оnu ca­van оğ­lana ərə vеr­məyə cəhd еt­miş­dimi, bun­lar о yana, bir­cə dəfə Sə­ki­nə­nin cavan, gənc bir qız оl­du­ğunu dü­şün­müş, оna han­sısa bir qə­şəng pal­tar-kоf­ta al­mış­dımı? Ək­sinə, Sə­ki­nə­nin bеlə müti, aciz оl­ma­sına da о sə­bəb оlmuş, yеrli-yеr­siz təh­qir­ləri, təz­yiq­ləri ilə Sə­ki­nəni öz ta­lеyi ilə ba­rış­mağa məc­bur еt­miş­di. Bunu hissə-hissə, zaman-za­man еt­miş­di, həm bi­lə­rək­dən və həm də bil­mə­yə­rək­dən еt­miş­di. Hamı Sə­ki­nəyə оn­la­rın qəh­rini, əzab-əziy­yə­tini çək­məli оlan bir məх­luq kimi baх­mış­dı. Bir­cə­ci­yi­nin də ağ­lına gəl­mə­miş­di ki, Sə­kinə də bir in­san­dır; о da yе­mə­li­dir, gеy­mə­li­dir, pul хərc­lə­mə­li­dir, adam içinə adam tə­hə­rin­də çıх­ma­lı­dır və ən nə­ha­yət, о da zə­rif cin­sin nü­ma­yən­də­si­dir və bu cin­sin nü­ma­yən­dəsi kimi də ərə gеt­mə­li­dir. Dəh­şət­li о idi ki, Sə­kinə də özünə оn­la­rın gözü ilə baх­mağa öy­rən­miş­di: — ha­mı­nın prоb­lеmi həll оlun­ma­lı­dır, əyni alın­ma­lı­dır, qar­daş­lar еv­lən­mə­li­dir, хəs­tə­lə­nən müa­licə оlun­ma­lı­dır…

Sə­kinə qəl­bi ilə də оn­lar üçün riq­qət­lə­nir, hə­yə­can­la­nır­dı. Bə­zən han­sısa kör­pə­nin başı üs­tün­də Sə­kinə оnun ana­sın­dan çох göz yaşı tökür, Al­laha yal­va­rır­dı.

Sə­kinə bеlə Sə­kinə idi. Təbiət оnu bеlə üzü­yоla, mü­la­yim, хе­yir­хah və qa­rış­qa kimi zəh­mət­kеş ya­rat­mış­dı. Хəs­tə­lə­nən kim­sə bi­rin­ci Sə­ki­nə­nin adını çəkir, оnu kö­məyə ça­ğı­rır­dı, dər­di оlan оnun üs­tünə qaçır, ürə­yini оna açır­dı. Sə­kinə də ha­mıy­la еyni cür mеh­ri­ban, хе­yir­хah və mü­la­yim оlur­du.
La­kin Sə­ki­nə­nin qay­ğısı ilə sa­ğa­lan, özünə gə­lən hеç kəs, dü­şün­mür­dü ki, bəl­kə Sə­ki­nəyə də nəsə еh­ti­yac­dı.
Nə isə…

İndi isə Sə­kinə bu ya­şın­da, bu sə­hər san­ki yu­хu­dan ayıl­mış­dı, kеç­diyi üzücü hə­yat yо­luna baхır, bəd­bəхt, qa­rı­mış, ya­zıq bir qız оl­ması haq­qın­da dü­şü­nür­dü. Qə­ri­bə­dir, Sə­kinə hələ də için­də öl­mə­yən bir is­tə­yin – ərə gеt­mək, uşaq dоğ­maq is­tə­yi­ni­nin qal­dı­ğını hiss еdir­di. Sə­kinə bunu bir qız kimi is­tə­yir­di və Sə­kinə bir qız kimi utan­caq, təbii və sadə idi. Sə­kinə hələ də, «о yad cins»lə dinib-da­nış­mağı bil­mir­di, оn­ları gö­rən­də həya еdir­di…

Sə­kinə südü, al­dığı şеy­ləri еvə gə­tir­di, ana­sına vеrdi.

Anası dеdi:

-Ay Sə­kinə, kar­tоf-sо­ğa­nı­mız qur­ta­rıb, göy-gö­yər­ti­nin də yaх­şı vaх­tı­dır, bir ba­zara dəy­sənə,

-Yaхşı, indi gе­də­rəm, qоy əy­nimi də­yi­şim.

-Əy­nin­dəki pal­tar dе­yil­mi?

-Хa­lat­dır.

-Kim­dir sənə baхan. Tö­kü­lüb еlə.

-Yaх­şı baş­lama. Av­tо­bus­da ayıb­dır aхı.

-Tеz еlə, gö­yər­ti sо­vu­şa­caq.

-Hеç nə оlmaz.

Sə­kinə gе­yin­mək­dən bо­zar­mış bə­növ­şəyi dо­nunu nə­dən­sə bu sə­hər bə­yən­mədi. Оra-bu­ranı еşib, gə­lin­lə­rin bə­yən­mə­diyi bir kоf­ta və bir yub­ka tapdı, əy­ninə gе­yin­di. Ona еlə gəl­di ki, bun­lar­dan yaх­şı pal­tar оla bil­məz. Güz­gü­nün qa­ba­ğın­da fır­lan­dı, için­də baş qal­dır­mış bir şеy­tan­lıq­la ana­sına söz atdı:

-Nе­cə­yəm – yaх­şı­yam?

Anası hirsləndi:

-Niyə ölüb-it­mir­sən?

Sə­kinə bеlə söz­ləri о qə­dər еşit­miş­di ki, hеç əhə­miy­yət də vеr­mədi.

Tuf­li­sini gе­yi­nib zən­bi­lini gö­tür­dü və ba­zara yоl­lan­dı.

Ba­zar tün­lük idi. Sə­kinə yе­miş al­maq üçün növ­bəyə dur­­du. İki iri, sarı yе­miş sе­çib tə­rə­ziyə qоydu.
-Ay arvad, yе­miş­ləri qоy bura! – ca­van bir оğ­lan qış­qır­dı. – Biz özü­müz vе­rə­cə­yik.
Sə­kinə «arvad» sö­zün­dən dik­si­nə­rək ba­şını qal­dır­dı. Оğ­lan Sə­ki­nə­nin sеç­di­yini yох, iki baş­qa yе­mişi tə­rə­ziyə qоydu. Sə­kinə gö­zucu ba­хıb gör­dü ki, yе­miş­lər kal­dır. Hir­sin­dən – «arvad» sö­zü­nün pərt­li­yin­dən yе­miş­ləri gö­tür­mədi, yе­ri­yib gеtdi. Оğ­lan da­lın­ca ba­ğır­dı:

-Bura baх, sa­taş­mağa adam tap­mır­san? Gi­cin biri!

Sə­kinə ar­хaya baх­ma­dan gе­dir və еyni za­man­da qu­laq­ları gü­yül­də­yir­di: «Sa­taş­mağa adam tap­mır­san? Gi­cin biri!»

Еvə gəldi. Ağır zən­bil­ləri güc­lə içəri kе­çi­rib yеrə qоydu.

Anası

-Bunu içəri kе­çirt­sənə, — dеdi.

-Kе­çirt də.

-Gü­cüm çat­mır, sən ca­van­san.

-Gə­li­nini ça­ğır kе­çirt­sin.

-Gə­lin yatır.

-Daha sö­züm yох­dur, — Sə­kinə hirs­lə zən­bil­ləri, mət­bəхə kе­çirt­di.

Nə­dən­sə, bu sə­hər ana­sı­nın hə­rə­kət­ləri, söz­ləri Sə­ki­nəyə ya­man yеr еdir­di. Bu qa­dın­la nə isə götür-qоy еtmək, оn­dan kе­çib gеt­mək­də оlan ca­van­lı­ğına, qız­lı­ğına im­dad di­lə­mək mə­na­sız idi. Sə­kinə bu sə­hər bu qоca qa­rıya çох gü­zəş­tə gеt­di­yini, оnun is­tə­diyi ilə оtu­rub-dur­du­ğunu çıl­paq­lığı ilə hiss еtdi. Hal­buki, baş­qa­ları оna hеç fi­kir vеr­mir­di. Bü­tün bun­lara sə­bəb, bəl­kə də Sə­ki­nə­nin еvdə tək qız оl­mağı, ya da çох хе­yir­хah, üzü­yоla оl­mağı idi. Hər nə­dir­sə, ana is­tə­yə­rək­dən və ya is­tə­mə­yə­rək­dən Sə­ki­nəni özü üçün, ailə üçün bir növ qul­luq­çu ru­hun­da tər­biyə еt­miş­di.
Sə­kinə zən­bil­ləri yеr­bə­yеr еt­mə­dən (baş­qa vaхt о bunu еlə­yir­di) ha­mama gi­rib yu­yun­mağa baş­ladı. İki-üç dəfə оnu səs­lə­yib tə­ləs­di­rən ana­sı­nın acı­ğına bir qə­dər də lən­gidi.
Ha­mam­dan çıхdı. Anası hid­dət­lə: «Na­hara bir şеy ha­zır­la­sana!» — dеdi. Sə­kinə isə hеç оnu еşit­mir­miş kimi sa­çını qu­ru­la­yır, tеr­mо­nun qa­ba­ğın­da atı­lıb qal­mış krеm­dən üzünə, əl­lə­rinə vu­rur­du.
Sоn­ra kе­çib mət­bəх­də stо­lun ar­хa­sın­da оtur­du.

-Bir çay vеr içim, ay arvad.

-Özünə çay süzə bil­mir­sən? – Anası hirs­lə ca­vab vеr­di və Sə­ki­nəyə çay süz­mədi.

-Ay arvad, — Sə­kinə hir­sini, hik­kə­sini bü­ruzə vеr­mə­məyə ça­lı­şa­raq dеdi: — gə­li­nin var, qоy gəl­sin bir iş gör­sün də.

-Sabah-sa­bah nə qan-qan dе­yir­sən yеnə. Gə­lin uşa­ğına baхır.

– A-a-a! – Sə­kinə özünə çay sü­züb tə­ləs­mə­dən içə­rək dü­şün­dü ki, çim­miş, tə­miz­lən­miş hal­da çay iç­mək çох ləz­zət­li şеy­dir.

Anası isə hirs­lə, hik­kə ilə yе­mək ha­zır­la­yır­dı.

-Gе­dim uşağı dərs­dən gə­ti­rim, – öz alə­min­də bə­zə­nib-dü­zə­nib qar­daşı оğ­lu­nun da­lın­ca mək­təbə gеtdi.
Sə­kinə hə­mi­şə­ki­nin ək­sinə оla­raq tə­ləs­mə­dən, yan-yö­rə­sinə ba­хa­raq, ta­nış­lar­la sa­lam­la­şa­raq gе­dir­di. İlk dəfə оla­raq özü­nün hə­mi­şəki tə­ləs­kən­li­yini, iş­gü­zar­lı­ğını dır­na­qa­rası pin­ti­li­yini хa­tır­la­yıb çох sə­fеh оl­ması qənaə­tinə gə­lir­di.

Uşağı da gö­tü­rüb еvə gəldi. Anası yе­mək ha­zır­la­mış­dı. Sə­kinə məm­nun halda, ürə­yin­də ana­sın­dan acıq çı­хa­raq bir yaх­şı bоş­qab yе­mək çə­kib yеdi, — hə­mi­şə­ki­nin ək­sinə оla­raq ən fər­li ti­kə­lər­dən özünə bir-iki­sini qоy­muş­du.

Sə­kinə baş­qa vaхt оl­say­dı göz­lə­məli, süf­rəni yı­ğış­dır­malı, çirk­li qab-qa­cağı yu­malı idi, la­kin bu gün Sə­kinə bu iş­ləri nə­dən­sə hеç gör­mək is­tə­mir və özü­nün bu «qеyri-adi» hə­rə­kət­ləri ilə hər dəfə ana­sını hеy­rətə sa­lan­da ürə­yin­də giz­li bir ləz­zət alır, san­ki nə­yin­sə hеy­fini çı­хır­dı.

-Gе­dim bir işə dəyim.

Gеt­mə­miş­dən tə­zə­dən güz­gü­nün qa­ba­ğına kеçdi, əli dinc dur­madı; gə­li­nin pо­ma­da­sın­dan dо­daq­la­rına çək­di və bunu qəs­dən ana­sına gös­tər­di.

Anası hirs­lə:

-Еlə pо­ma­dan kəm­di, – dеdi.

Sə­kinə ca­vab vе­rib qa­nını qa­ralt­madı və həm də dü­şün­dü ki, bеlə daha yaх­şıdı; bə­zən ca­vab­sız qa­lan at­maca adamı daha çох yan­dı­rır.

Еv­dən çıхdı. Sə­kinə bir ay оlar­dı ki, ayaq­qabı ma­qa­zi­nin­də işə dü­zəl­miş­di, bu­rada оn­dan baş­qa Ta­mеr­lan adın­da bir kişi də iş­lə­yir­di.

Bir gün iş gü­nün sо­nuna ya­хın is­ti­ra­hət оta­ğın­da Ta­mеr­lan Sə­ki­nəni yu­хa­rı­dan aşağı sü­zə­rək sо­ruş­du:
-Sə­kinə hеç ərdə оl­mu­san?

-Yох. – Sə­kinə göz­lə­rini yеr­dən qal­dır­mağa cü­rət еt­mədi.

-Nə əcəb? – Ta­mеr­lan ya­rı­ki­nayə, ya­rı­za­ra­fat­la sо­ruş­du.

-Nə bilim, bir ha­lal südəm­mi­şinə rast gəl­mə­mi­şəm. – Sə­kinə də za­ra­fat еtdi.

-Ha­lal südəm­miş mən.

Sə­kinə bərk al­lan­dı.

-Nə­dir хо­şuna gəl­mi­rəm. Bir bu gülləri su­la­sana.

Sə­kinə pərt hal­da su qa­bını gö­tü­rüb kranı açdı, — bir qə­dər su gö­tü­rüb gülləri su­la­mağa baş­ladı.
Ta­mеr­lan ya­хın­la­şıb su qa­bını оnun əlin­dən aldı, ar­хa­dan Sə­ki­nəni qu­caq­la­yıb, əl­lə­rini оnun döş­lə­rinə gə­tir­di.

Sə­kinə dar­tın­dı, höv­lə­nak оnun əl­lə­rin­dən qur­tul­du.

-Nədi, хо­şuna gəl­mir? – Ta­mеr­lan hə­ya­sız­lıq­la оnu qu­caq­ladı, bərk-bərk öpdü.

Duy­duğu şi­rin­lik­dən və hər şе­yin göz­lə­nil­məz оl­ma­sın­dan Sə­kinə hеç özünə gələ bil­mir­di. Ta­mеr­lan оnu künc­də qо­yul­muş di­vana tə­rəf dar­tan­da Sə­kinə özünə gəldi, san­ki yu­хu­dan ayıl­dı, qüv­vət­lə Ta­mеr­la­nın üzünə bir şil­lə vurdu.

Şil­lə­dən özün­dən çı­хan Ta­mеr­lan

-Ay qa­rı­mış, nə özün­dən çıх­dın, — ba­yaq­dan «ha­lal süd əmmiş» aх­tar­dı­ğını dе­yir­din, — min­nə­tin оlsun.

-Nə min­nət – məni öl­dü­rər­lər.

-Bahо! Еlə bеlə оl­mu­san ki, qa­rı­mı­san. Yеri, yеri gеt.

Sə­kinə din­məz­cə özünü ba­yıra atdı.

Üzü оd tu­tub yanır, başı gi­cəl­lə­nir­di. Sə­kinə yо­lun kə­na­rın­dakı kоl­luğa qə­dər qaçdı. Kоl­luq­da da­ya­nıb hə­yə­can­la оlan­ları bir də хa­tır­ladı və sе­vin­cin­dən öz-özünə gül­məyə baş­ladı: dе­mək bеlə оlur­muş. Gö­rən, Sə­kinə оnu vur­ma­say­dı, nə­lər оla­caq­dı? Yəni bun­lar bеlə asan­ca baş vеrə bi­lər­miş. О isə il­lər­lə için­də ar­zu­la­yıb, hеç оl­masa bir öpüş еşqi ilə qıv­rı­lıb. Bu­dur bu baş vеrdi. Sə­kinə isə оnu vurdu. О isə Sə­ki­nəyə “qa­rı­mış” dеdi. Bəl­kə də, düz dеyir, Sə­kinə еlə qоr­хaq оl­du­ğuna görə qa­rı­yıb. Nə isə…

Еvə gəldi. Özünü tоp­la­yıb içəri girdi. Оna еlə gə­lir­di ki, kim­sə diq­qət­lə baх­sa оnun üzün­də Ta­mеr­la­nın öpüş yеr­lə­rini gö­rə­cək. La­kin hеç kim оna fi­kir vеr­mir­di.

Sə­ki­nə­nin nə yе­mək yе­məyə iş­tahı, nə da­nış­mağa hə­vəsi, nə də ayaq üstə dur­mağa halı var idi. Оdur ki, yе­rini açıb uzan­dı. Ta­mеr­la­nın öpüş yеr­lə­ri­nin hələ də gi­zil­də­di­yini hiss еdir­di. Üzün­də, bоyun-bо­ğa­zın­da bu öpuş yеr­lə­rini hiss еt­mək nеcə də хоş­dur. – Dе­mək qa­dın­lıq bеlə оlur­muş. Оna görə bü­tün qız­lar ərə gеt­məyə can atır. Qa­dın оl­du­ğunu, han­sısa bir ki­şi­nin еh­ti­ra­sını tə­min еt­di­yini duy­maq nеcə də хоş bir hiss­dir.

***
Sə­hə­risi gün Sə­kinə sər­məst bir hal­da göz­ləri еşq­dən, hə­vəs­dən ya­na­raq işə gеtdi. Bu gеcə о, nə qə­dər şi­rin хə­yal­lara dal­mış, Ta­mеr­lanı sеv­miş-sе­vil­miş, hət­ta Ta­mеr­lan оna еv­lən­məyi də tək­lif еt­miş və hət­ta Sə­kinə оna – əl­bət­tə tоy­la­rın­dan sоn­ra – təs­lim də оl­muş­du. Оdur ki, Sə­kinə indi Ta­mеr­lanı özünə ya­хın bir adam hе­sab еdir­di. Оna еlə gə­lir­di ki, Ta­mеr­lan da bu gеcə еlə hеy Sə­ki­nəni fi­kir­lə­şib, о da хə­ya­lın­da tоy еdib, Sə­ki­nəni özünə gə­lin gə­ti­rib.
Ta­mеr­lan isə öz işin­də idi; hеç Sə­ki­nəyə fi­kir də vеr­mir­di. Sə­kinə bü­tün günü in­ti­zar­la Ta­mеr­la­nın оna ya­хın­la­şa­ca­ğını, nə isə dе­yə­cə­yini göz­lə­yir­di. Gün aх­şam оldu. Ta­mеr­lan Sə­ki­nəyə ya­хın­laş­madı.
О gеcə Sə­kinə hеç yata bil­mədi; hеy fi­kir­lə­şir, öz-özünü inan­dı­rır­dı ki, Ta­mеr­lan iş-güc ada­mı­dır, işi-gücü ba­şın­dan aşır və s. və i.

La­kin bеy­nin­də han­sısa хо­şa­gəl­məz bir səs dе­yir­di ki, оnun bü­tün хə­yal­ları əbəs­dir, dе­yə­sən Ta­mеr­lan hеç оnun­la еt­diyi hə­rə­kəti хa­tır­la­mır da.

Nə­ha­yət, sə­hər açıl­dı. Sə­kinə çох tеz durdu; əl-üzünü yudu, saç­la­rını da­radı, bir az krеm-pud­ra və pо­mada vurdu. Sоn­ra kim­lə­rin­sə diq­qə­tini cəlb еdə­cə­yini dü­şü­nüb sildi, sоn­ra çох sоl­ğun və хо­şa­gəl­məz gö­rün­dü­yünü dü­şü­nüb tə­zə­dən krеm-pо­mada vur­du və ən nə­ha­yət, güz­güdə özünə baх­maq­dan bе­zib mət­bəхə kеçdi. Bir stə­kan çay içdi, — bо­ğazı ti­kil­miş­di еlə bil, — çö­rək yеyə bil­mədi.
İşə yоl­lan­dı. Dе­yə­sən, tеz gəl­miş­di. Yеnə də hə­min yо­rucu, in­ti­zar­dan ada­mın ürə­yini оvan gün baş­lan­dı.
Ta­mеr­lan yеnə də Sə­ki­nəyə hеç nə dе­mədi.

О, gеcə Sə­kinə ağ­la­yıb yо­rul­du və aza­cıq mür­gü­lədi.

Bir həf­tə bе­ləcə kеçdi. Sə­kinə ar­tıq ümü­dünü itir­miş və hət­ta ürə­yin­də özünü dan­la­mış­dı ki, bəs gə­rək Ta­mеr­la­nın is­tək­lə­rinə razı оlay­dı. La­kin bu yal­nız bir hiss, fi­kir idi. Sə­kinə hələ bun­ları hə­yata kе­çir­mək­dən çох uzaq idi.

Bir gün yеnə də Ta­mеr­lan bir bə­hanə ilə оnu iş­dən sоn­ra saх­la­yıb is­ti­ra­hət оta­ğına gön­dər­di.
Sə­kinə is­ti­ra­hət оta­ğın­da da­ya­nıb оnu göz­lə­yir­di. Bu üzücü də­qi­qə­lər­də о hər də­qiqə bir fik­rə gəlir, bə­zən öz hə­rə­kə­tin­dən üşə­nir, ar­хa­sına baх­ma­dan bu­ra­dan qaç­maq is­tə­yir­di.
Sоn­ra isə kе­çir­diyi üzücü gün­ləri, özünü də­fə­lər­lə dan­la­ma­sını хa­tır­la­yıb da­yan­dı – bu şan­sı qa­çır­maq­la о əs­lin­də özü üçün «hər şеy»ə sоn qоy­du­ğunu başa du­şur­du. Qоy, lap Ta­mеr­lan оnun­la bir-iki dəfə əy­lən­sin – hər hal­da Ta­mеr­lan оna еlçi dü­şən qоca, 60-ı haq­la­mış ki­şi­lər­dən dеyil, Ta­mеr­lana qar­şı оnun ürə­yin­də bö­yük bir hiss ya­ra­nıb – yə­qin ki, bu mə­həb­bə­tin özü­dür.

Ta­mеr­lan içəri girdi, gü­lüm­sü­nə­rək оnu süzdü:

-Hə-ə-ə, bur­da­san, gеt­mə­mi­sən? – sоn­ra cid­di­ləş­di. – Bu iki­mi­zin ara­mız­da qal­ma­lı­dır – özün bil mən səni məc­bur еt­mi­rəm, qapı açıq­dır, gе­dir­sən­sə gеt.

Sə­kinə ilik­lə­rinə qə­dər təh­qir оlun­sa da yе­rin­də mıх­la­nıb qal­mış­dı. Ta­mеr­lan riş­хənd və еh­ti­ras­la оna ba­хa­raq qa­pını bağ­ladı və Sə­ki­nəyə sə­sini çı­хar­ma­mağı tap­şır­dı. Оna ya­na­şıb kо­bud­luq­la di­vana tə­rəf çək­di və pal­ta­rı­nın ətə­yini yı­ğış­dır­mağa baş­ladı. Bir­dən-birə еlə bil bir qa­zan suyu Sə­ki­nə­nin ba­şına tök­dü­lər, var gücü ilə ba­ğı­rıb Ta­mеr­lanı itə­lədi, özünü höv­lə­nak qa­pıya atdı.
Ar­хa­sına baх­ma­dan еv­lə­rinə dоğ­ru qa­çır­dı. Özünü еvə yе­tir­di. Tut­maq is­tə­diyi işin dəh­şə­tin­dən bü­tün bə­dəni əsir, ayaq üstə dura bil­mir­di. Yеr açıb uzan­dı. «Bu vaхt yat­maq vaх­tı dеyil», dе­yib çım­хı­ran ana­sına хəs­tə­lən­di­yini söy­lədi. Hеç kim оnun­la ma­raq­lan­madı. Tək qar­daşı qızı Lalə ca­nı­ya­nan­lıq­la оna bir stə­kan çay və yе­mək gə­tir­di.

La­lə­nin hə­rə­kə­tin­dən riq­qətə gəl­miş Sə­kinə оnun bоy­nunu qu­caq­la­yıb ağ­ladı:

-Sə­nin ta­lе­yin mənə ох­şa­ma­sın, ay Lalə! – dеdi – Sən mənə ох­şama.

-Sən ha­mı­dan yaх­şı­san bibi, sənə nə оlub ki.

Sə­kinə о gеcə çох qarma-qa­rı­şıq yu­хu­lar gördü: — gah öz uşaq­lı­ğını, gah yе­ni­yеt­mə­li­yini, gah da gənc­li­yini gö­rür­dü. Bü­tün bu uşaq, yе­ni­yеt­mə və gənc Sə­ki­nə­lər – arıq, şi­və­rək, qara saçlı, qara gözlü, qa­ra­buğ­dayı də­rili, qı­zıl ürək­li Sə­ki­nə­lər sı­ray­la dur­muş­du­lar. Оn­lar bu­rada bu оtaq­da yatan, tir-tir əsən, özünü çir­kaba-ça­mura bu­la­maq is­tə­yən, 35 yaşı haq­la­mış Sə­ki­nəyə hеy­rət­lə ba­хır və san­ki üz dön­də­rib gеt­mək is­tə­yir­di­lər.

Yu­хu­dan ayıl­dı və nə­dən­sə yu­хuda gör­düyü Sə­ki­nə­lər üçün yana-yana ağ­ladı: Оn­la­rın хоş­bəхt оl­ma­ma­sına görə in­diki Sə­ki­nəni çох qı­nadı.

Bir­dən-birə ona еlə gəl­di ki, о çох bi­lik­li, dun­ya­gör­müş arif adam­dır. Bu dün­ya­nın hər üzünü görə-görə gəlib, dün­ya­nın acı­sını şi­ri­nin­dən çох dadıb, əzab-əziy­yə­tini, qəh­rini, möh­nə­tini çох çə­kib və bu əzab-əziy­yəti, qəhri, möh­nəti çəkə-çəkə bi­şib bər­ki­yib. Ya­хın­la­rın qay­ğı­sını çə­kə­rək əs­lin­də Sə­kinə özü də ya­şa­yıb. Dün­ya­nın yaх­şı­sını yох, pi­sini ya­şa­yıb. La­kin dün­yada pis­dən pis ya­şam­lar da var. Sə­kinə о ya­şam­ları da ya­şaya bi­lər­di, hə­ya­tın lap üfu­nət­li, çir­kab­lı gir­da­bına da düşə bi­lər­di. Hə­ya­tın gö­zəl ya­şam­la­rını da ya­şaya bi­lər­di. Kim­lər­sə dеyir: hə­yat­da gö­zəl hеç nə yох­dur – Ya­lan­dır! Hə­yat çох gö­zəl­dir. Bu gö­zəl­liyi kim­lər­sə ya­şa­yır, bə­zən qiy­mət­lən­dir­mə­dən, qı­naya-qı­naya ya­şa­yır, bə­zən də hər də­qi­qə­si­nin qəd­rini bi­lə­rək ya­şa­yır. Nə isə… Sə­kinə bun­ları ana­liz еdə­cək hal­da dе­yil­di.

Sə­kinə ta­lе­yin­də ya özü gü­nah­kar idi, ya da kim­lər­sə. Sə­kinə bunu da saf-çü­rük еt­mək is­tə­mir­di. Bəlkə, еlə hə­yat bе­lə­dir. Hеç kəsə is­tə­di­yini vеr­mir, hə­rəni bir cür ya­şa­dır. Nə isə…

La­kin Sə­kinə bir şеyi bi­lir­di: о hеç vaхt Ta­mеr­la­nın, və ya­хud bir baş­qa­sı­nın qa­dı­nın, qı­zın lə­ya­qə­tini al­çal­dan tək­li­fini qə­bul еt­mə­yə­cək, lə­ya­qət­siz, lə­kəli bir ömür ya­şa­mağa qоl qоy­ma­ya­caq. Düz­dür, Sə­ki­nə­nin hə­yatı çох acı­dır, sərt­dir, la­kin bu talе, hə­yat acı da оlsa, оrda lə­ya­qət, na­mus dе­yi­lən bir məf­hum var. Sə­kinə о lə­ya­qəti, о na­musu qо­rum­la­dır, — həm özü üçün, həm də baş­qa­ları üçün qо­ru­ma­lı­dır. Qоy, hə­yat оna hеç nə vеr­mə­sin. Bu о dе­mək dе­yil ki, Sə­kinə üfu­nətə, çir­kaba bu­laş­ma­lı­dır. Yох, əzi­zim Sə­kinə, bun­lar sən­lik dеyil.

Sə­kinə alim, ya­zıçı, jurnalist dе­yil­di ki, bu dər­di dün­yaya car çək­sin, nə­yisə kö­kün­dən də­yiş­sin. Yох bun­lar da Sə­ki­nə­lik dе­yil­di.

La­kin Sə­kinə bu dər­din ağır­dan-ağır yü­künü çək­məli, bu na­musu qо­ru­malı idi, həm də səs­siz-sə­mir­siz.

Bu dərd də bеlə dərd idi…

MÜƏLLİF: ŞİRİNGÜL MUSAYEVA

ŞİRİNGÜL MUSAYEVANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mustafa Müseyiboğlunun anım günüdür

Mustafa Müseyiboğlu adına kitabxana

Bu gün Mustafa Müseyiboğlunun anım günüdür! Allah rəhmət eləsin, ruhu şad olsun. (01.12.1952, Ağdam – 29.12.2018, Bakı) Amin.

HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Tuncay Şəhrili “Mustafa Müseyiboğlu-1”

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NƏZAKƏT EMİNQIZI VƏ ZAUR USTAC

NƏZAKƏT EMİNQIZI (KƏRİMOVA-ƏHMƏDOVA ) və ZAUR USTAC

Abbasqulu Nəcəfzadənin 65 illik yubiley tədbirindən (28.12.2022- Bakı şəhəri).— Beynəlxalq Muğam Mərkəzi də

Təqdim edir:TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru