Yazarlar jurnalı azərbaycan, rus və ingilis dillərində “Mirzə Kazım bəy – 222” esse (inşa) müsabiqəsinə start verir. Müsabiqə 22 iyul 2024-cü ildə yekunlaşacaq. Mətnlərin qəbulu 28 noyabr 2023-cü il saat 23:45 -ə qədər davam edəcək. Bütün esselərdən ibarət. Kitab çap olunacaq. Müvafiq mükafatlar nəzərdə tutulub. Bu barədə müntəzəm məlumatlar veriləcək. Layihə davam etdiyi müddətdə #MirzəKazımbəy222 haştağından istifadə olunacaq. Yazıları zauryazar@mail.ru ünvanına göndərə bilərsiniz.
DUZ YÜKÜ Keçmişdə çox mal-qarası, qoyun sürüsü olan adamlara, “gəllədar” deyirdilər.Yaz gələndə bu gəllədarlar öz sürülərini yaylaqlara aparardılar.Hər kəsin də öz yaylaq yeri vardı. Qurban kişi də kəndin varlı insanlarından biri idi.Onun yaylaq yeri Kirs dağındaydı.O, bu il də sürüsünü, naxırını Kirsdə saxlayırdı.Yaylaqda saxlanan heyvanlara 10-15 gündən bir duz verilir. O zaman duz dəvə ilə, atla, ulaqla,öküzlə daşınırdı.Qurban kişi hər dəfə bir at yükü duz gətirəndə iki dəfə əzib verməyə bəs edirdi. Duz ehtiyatı qurtardığından Qurban kişi atını minib Qalaya (o zaman Şuşaya el arasında “Qa-la” deyirdilər) gedir.Mağazada duz az olduğuna görə apardığı qavqacağın (xurcundan xeyli bö-yük yük daşımaq üçün toxunmuş əşya) bir gözü dolur, biri boş qalır.Kişi yükü tarazlamaqdan ötəri boş qalan tərəfə daş yığır.Həmişəki kimi yükün ağır olduğunu nəzərə alaraq, adəti üzrə atı yedəyində aparır.Yolda ona bir oğlan rast gəlir.Onlar salamlaşandan sonra (kənd adamları tanıdı-tanımadı salamlaşmamış keçmirlər) oğlan soruşur: -Dayı apardığın nədi? -Duzdu, ay bala.-Kişi dilxor halda dillənir. Oğlan baxır ki, kişi qəmgindi.Ona görə deyir: -Dayı, deyəsən yorulmusan? -Ay bala, həm yorulmuşam, həm də dilxoram. -Niyə? –Oğlan özündən asılı olmayaraq maraqlandı. -Oğul, həmişə gedib bu qavqacağı doldurub gətirərdim.İndi duz az olduğuna görə qavqacağın bir gözü doldu, o biri gözü boş qalmasın deyə daş yığdım. -Onda gətir daşı boşaldaq, duzu iki yerə bölək.Atın yükü yüngülləşsin, sən də min ki, yorulma. -Ay bala, yəni belə olar? –Kişi təəccübləndi. Oğlan tez atın yükün açır.Daşı boşaldır.Duzu iki yerə bölüb ata yükləyir.Kişiyə deyir: -Dayı, gəl atı min, rahat sür getsin, yorulma. Qurban kişi atına minib xeyli gedəndən sonra fikirləşdi ki, belə ağıl sahibi olan oğlanın adın soruşmadım.Onunla əməlli tanış olmadım.Tez atın başını döndərib geri qayıtdı.Oğlanı çağırıb saxladı: -Ay bala, heç səndən soruşmadım adın nədi, kimlərdənsən, varından, dövlətindən nəyin var? -Dayı, var-dövlətim nə gəzir? Kasıb adamam, başımı güclə dolandırıram. -Bu ağılın sahibisən, bəs niyə belə kasıbsan? -Ay dayı, var-dövləti də verən Allahdı, ağılı da.İndi sənə Allah var-dövlət verib, mənə də ağıl. -Elə bildim sənin kimi ağıl sahibi olan adamın yaxşı sərvəti var.Səninlə dost olmaq istəyirdim. Bir halda ki, sənin heç bir dövlətin yoxdu, heç ağlın da mənə gərək deyil. Qurban kişi atdan düşüb oğlana dedi: -Oğul, gəl yükü aç! Yerə tökdüyün daşları qaytar yerinə. Oğlan nə qədər çalışdı ki, kişi atını minib getsin, mümkün olmadı.Əlacsız qalıb yükü açıb daş-ları yerinə qoydu.Sonra yükü bərkidib atı kişiyə verdi.Qurban kişi atını yedəyinə alıb çəkə-çəkə yoluna davam etdi.Oğlan sərvəti ağıldan üstün tutan kişinin arxasınca baxa-baxa qaldı.
QARA PIŞIK Bu gün qarşımdan qara pişik keçdi.Qədim inanclara görə, qarşıdan qara pişik keçməsi pis əla-mətlərdən sayılır.Həmin gün uğursuz hesab olunur.Odur ki, mən bu günü sönamaq qərarına gəl- dim. Qızmar yay günü idi.Bir tərəfdən yayın, bir tərəfdən də atılan mərmilərin, güllələrin ətrafa ya-yılan istisi.Bu istilər cəbhə bölgələrində yaşayan əhalini sıxdıqca-sıxırdı.Hər yay yaylaqlara qal- xan tərəkəmənin də yolu bağlanmışdı.İndi onlar da bu istilərdə bişirdilər. Hərbi maşınların, hərbi texnikanın buraxdığı zəhərli qazlar, qaldırdıqları toz dumanı burada yaşayan insanlara ağır zərbə vursa da, heç kim bunun fərqinə varmırdı.Həmişə güi-çiçək ətrinə bürünən havadan, indi barıt iyi gəlirdi.5 ildi ağır müharibə şəraitində yaşayan insanlar buna adət ediblər.Başlarına yağış kimi mərmilər, güllələr yağan əhali bu həyat tərzində yaşamağa bir daha alışmışdı. * * * Biz Mərzili kəndini müvəqqəti tərk edib (orada hərbi əməliyyat getdiyinə görə), Çəmənli kən- dində məskunlaşmışdıq.Çəmənli kəndi o zaman cəbhədən 15-20 km aralı olsa da,atılan mərmilə- rin səsi, avtomatların, pulemyotların şaqqıltısı açıq eşidilirdi. Mən hər səhər Çəmənlidən işə gedirdim.Bu səhər də, adətim üzrə, Ağdam rayonunun X.Natə-van adına sovxozunun qarajındakı iş yerimə tələsirdim.Evdən çıxanda qarşımdan qara pişik keç- di.Buna baxmayaraq, yoluma davam elədim (qədim inanclara görə,qarşıdan qara pişik keçəndə gərək geri qayıdasan). Ağdam şəhərinə Uşaq Xəstəxanası tərəfdən daxil olanda əsgərlər maşınımı saxlatdılar.Məni saxlayanlar cəbhədən geriyə çəkilən əsgərlər idi.Ermənilərlə üz-üzə döyüşüb şəhəri müdafiə edən əsgərlərə kömək etmək əvəzinə, onlar geri çəkilirdilər.Onların haradan cəbhəyə gəldikləri ilə maraqlandım. Mənə məlum oldu ki, onları haradansa cəbhəyə məcbur tutub gətiriblər.Yenə sağ olsunlar, xəbərdarlıq etdilər ki, ermənilər şəhərə Əhmədavar tərəfdən daxil olublar.Buna baxmayaraq, Uşaq Xəstəxanasının yanındakı kanalüstü yolla iş yerimə getdim.Məndən bir az sonra sürücü Nuru kişi yanacaq daşıyan maşınla oraya gəldi. * * * Şiddətli döyüş gedirdi.Topların, tankların, BMP-lərin.. mərmiləri yeri lərzəyə gətirirdi.Pulem-yotların, avtomatların şaqqıltısı dayanmaq bilmirdi.Bu döyüş başqa günlərdəki döyüşlərdən fərq-li idi.Dinc əhali maşınlarla, piyada qaçhaqaçdaydılar.Onlar canlarını xilas etməyə çalışırdılar.Çı-ğırtıdan, bağırtıdan qulaq tutulurdu.Hamı çaşqınlıq içindəydi.Heç kim Ağdam kimi şəhərə ermə- nilərin daxil olmasına inana bilmirdi.Axı Ağdamın adın eşidəndə ermənilər tir-tir əsirdilər. Ağdam şəhəri hələ belə narahat gün yaşamamışdı.Həmin gün indi də yadımdan çıxmır.Hər ya-dıma düşəndə də əsəblərim gərginləşir. Bizim yanımızdan Dəyirman Kombinatı açıq görünürdü.Yanacaq götürmək istəyəndə düşmən tankları Dəyirman Kombinatı tərəfdən çıxdılar.Yanacaq götürəsi olmadıq. -Nuru dayı, maşını sür gedək, -dedim. Nuru kişi maşını sürüb ordan uzaqlaşdı.Mənim idarə etdiyim “Moskviç-412” işə düşmədi.Dar ayaqda tərsliyi tutmuşdu.Tanklar pulemyotlardan atəş aça-aça yaxınlaşırdılar.Güllələr ətrafıma yağış kimi yağırdı.Aşkar Allah məni qoruyurdu.Mən axırıncı dəfə Seyid Lazım ağanın cəddini çağırıb maşını işə salmaq üçün açarı açdım.Bu dəfə də mühərrik işə düşməsə, maşını orada qo- yub piyada qaçmaq fikrindəydim.Axır ki, mühərrik işə düşdü (Allah məni darda qoymadı).Maşın işə düşən kimi sürüb oradan uzaqlaşdım. Dəmir yolun keçib Sarcalı kəndinə tərəf üz tutdum.Sarcalı kəndinin qədim bağına çatanda gör- düm ki, Nuru kişi məni orada gözləyir.O, məni görüb çox sevindi.Dedi ki, “sənin sağ-salamat gəlməyinə Seyid Lazım ağaya nəzir demişəm.Sənə bir qəza üz versəydi, uşaqlarına nə cavab ve-rəcydim?” Mən həmin gün atəş altından salamat çıxsam da, nə qədər əsgərlərimizdən, dic əhalidən şəhid oldular, yaralandılar, əsir düşdülər.Ağdam kimi şəhərimiz dağıldı, işğal oldu.Nə qədər kəndimiz od tutub yandı, işğalçıların tapdaqları altında qaldılar… Allah sənə lənət eləsin, qara pişik! Sən mənim qarşımdan keçəndən didərgin düşmüşük, doğ-ma yurd yerimizə həsrət qalmışıq.Ermənilər və ermənipərəstlər torpaqlarımıza, insanlarımıza qə-nim kəsildilər.Başqa vaxtı ağdamlıların qorxusundan siçan deşiyinə girməyə hazır olan ermənilər “böyük xaç qardaşlarının” hesabına bizə meydan oxuyurlar.Arxalarında duran imperiya cəlladla-rı onları üstümüzə qısqırırlar. * * * Ay qara pişik, həmin vaxtı mən də tərslik elədim.Mənim də günahım var.Sən mənim qarşım- dan keçəndə geri qayıtsaydım, bəlkə də başımıza bu bəlalar gəlməzdi.Allah mənim tamahımı kəssin.İndi “Əli aşından da olmuşam, Vəli aşından da…” Bu vəzifə, var-dövlət hərisliyi ( yəni tamahımız) torpaqlarımızın həmişə güdaza güdaza get-məyinə səbəb oldu.Hər il 23 iyul gələndə lənətləmə qara pişik gəlib durur gözlərimin qarşısında. Ay qara pişiklər, Allah sizə lənət eləsin, bəduğudsunuz! Elə bu ermənilər də sizə oxşayırlar.İn-di özümə söz vermişəm, qədim inanclara inamsız olmayacağam.Bir də qarşımdan qara pişik keç-sə, geri qayıdacağam.Daha gec olsa da…
AĞ DƏMİR Çoxdan DAM (Dövlət Avtomobil Müfəttişliyi) –də işləməyinə baxmayaraq Alının rütbəsi hə-lə də leytenant idi.Ha çalışsa da, əlinə bir “yağlı tikə” düşmədi ki, verə rəisə həm rütbəsi qalxa, həm də vəzifəsi. O, bu səhər də “ya Allah” deyib evdən çıxdı.Bu gün də gedib iş cədvəlinə qol çəkdi.Rəisdən tapşırığını alıb, xidməti maşınını minərək ona təyin olan sahəyə yollandı.Onun cavabde olduğu sahə rayon mərkəzindən 15 km aralı idı. Alı çox da qəddar deyildi.Sürücülər onunla tez razılığa gəlirdilər.Bəzən cəriməni çöldən-çölə ödəyirdilər.Bəzən də yüngül cərimə yazdırıb ona əlavə “hörmət” edirdilər.Bu da hər iki tərəfin xeyrinə olurdu.Bir sözlə, sürücülər onu, o, da sürücüləri başa düşürdü.Ona görə də “gündəliyi” pis olmurdu. Bu ərazidəki sürücülər Alını yaxşı tanıyırdılar.Oğurluq malları olan kimi “koxanı gör, kəndi bas” məsəlindən istifadə edib “işlərini” görürdülər.Elə sürücülər vardı ki, vəzifəsinə görə onula qohum da olmuşdular. Artıq axşamçağı idi.Alı xidməti maşınını minib getmək istəyirdi.Bu zaman Bakı tərəfdən ağır-ağır gələn bir “Zil” markalı maşın onun diqqətini cəlb etdi.O, dayanıb maşını gözlədi.Maşın ona çatanda Alı əlindəki “ala” cubuğu ilə sürücüyə dayanmaq işarəsi verdi.Sürücü onu 5-6 m keçən-dən sonra saxladı. Sürücü kabinədən enib ona tərəf gəldi.O, bu sürücünü və maşını birinci dəfə idi görürdü.Sürü-cü ona çatıb ədıb-ərkanla salam verdi: -Axşamın xeyir, “nəçənnik” (rəis)! –O zaman bütün sürücülər DAM –in hər bir işçisinə vəzi-fəsindən, rütbəsindən asılı olmayaraq “rəis” deyirdilər. -Aqibətin xeyir! Maşında apardığın nədi? Zəhmət olmasa özünün və apardığın yükün sənəd-lərini ver! –Alı da onunla rəsmi danışdı. -“Rəis”, sənədləri neynirsən? Al bunu, icazə ver gedim. –Sürücü ona 25-lik əskinas uzadır. -Maşındakı nədi? –Alı sürücüdən bir də soruşur. -“Rəis”, maşında bir az dəmir var.Al bu pulu, məni burax gedim. –Sürücü əlindəki pulun üs-tünə birin də əlavə edib 50 manatı ona tərəf tutur. -Hələ bir maşına baxım görüm nə var, nə yox. Alı aramla maşına yaxınlaşdı.Maşının bortu hündür olduğundan o, çətinliklə də olsa, qalxıb maşına baxdı.Sanki gözlərinə işıq gəldi.Alının əlinə “yağlı tikə” düşmüşdü.O, özündən dazı hal-da maşınsan endi.Üzünü sürücüyə tutub əda ilə dedi: -Ə, sən nə danışırsan? Maşının içi dolu ağ dəmirdi (paslanmasın deyə üzünə sink qatı çəkilən list dəmirə el arasıda “ağ dəmir” və ya “sinkovı” dəmir deyirdilər),heç sənədi də yoxdu, sən də mənə 50 manat verirsən? Bu həm də “kandiravat” (satışı qadağan olunmuş demək istəyirdi) maldı.Maşını mütləq şöbəyə aparmalıyam. -“Rəis”, 300 manat verirəm, ora aparma. –Sürücü 300 manatı cibindən çıxarıb ona təklif etdi. -Yoox, mən səni belə buraxa bilmərəm.Maşın yüklə birlikdə şöbəyə getməlidi. Oğlan məbləği qaldırdıqca, Alı “maşın şöbəyə getməlidi” deyib durmuşdu.Sürücü hesabı on min manata çatdırsa da, o, razılaşmadı.Onun tərsliyi tutmuşdu. -Otur maşına, sür arxamca! Oğlan əlacsız qalıb maşına oturdu və onun arxasınca sürdü.Alı maşını yaxınlıqdakı maşın-traktor parkına apardı.O, arabir belə edirdi.Nədənsə maşını birbaşa şöbəyə aparmağa tələsmədi. Onun daxilində bir lovğalıq baş qaldırmışdı.Sanki dünyaya məlum olmayan hansısa bir elmi ix-tira etmişdi. -Maşını içəri sal, özün də səhər saat 9-da gələrsən. Sürücü maşını gözətçi butkasından xeyli aralı, hasarın lap yaxınlığına verib saxladı.Hasarın o biri, çöl tərəfindən yol keçirdi.Qarajın içi qaranlıq idi.Bircə gözətçi duran yerdə zəif işıq yanırdı. Oğlan qarajdan çıxandan sonra Alı darvazanın qıfılına blom vurdu və gözətçiyə tapşırıq verdi: -Səhər açılmamış lap müdirin də gəlsə, mənim adımı ver darvazanı açmasın.Əgər darvazanı açıb bu maşını buraxsan, cinayətə cəlb olunacaqsan.İşdi, əgər təcili nəysə baş versə, mənə bu nömrəyə zəng edərsən.-O, evinin telefon nömrəsini bir kağıza yazıb gözətçiyə verdi. -“Baş üstə”! –Gözətçi bir qıfıl da gətirib əl qapısına vurdu. Alı sürücüdən hara gedəcəyini soruşmadan maşınına minib getdi.Sürücü oradan gəlib şəhərə gedən yola çıxdı.Boş gələn bir taksini saxlatdırıb onunla şəhərə gəldi.Şəhərdə bu taksidən düşüb başqa bir taksiyə, -məni ağır yük qaldıran avtokranı olan bir qaraja apar! –dedi.Taksi sürücüsü onu bir qaraja apardı.O, düşüb gözətçidən avtokranin sahibinin ünvanını aldı.Həm də gözətçi ilə razılığa gəldi.Həmin taksi ilə gedib avtokran sürücüsünü gətirdi.50 manat verib taksi sürücüsünü yola saldı. Oğlan avtokran sürücüsü ilə razılığa gələndən sonra gözətçiyə dedi: -Bu maşının qarajdan çıxmağın heç kim bilməməlidi! * * * Gecə yarıdan keçmişdi. Hər tərəfdə sakitlik hökm sürürdü.Bir qurbağaların quruldaması, bir də həzin əsən küləyin yırğaladığı ağacların yarpaqlarının xışıltısı eşidilirdi.Mürgülədiyini görən gö-zətçi yuxusunu dağıtmaq üçün gedib bura salınmış yük maşınına baxıb gəldi. O, heç bir təhlükə-nin olmadığına arxayınlaşdı.Ancaq az keçmiş necə yuxuya getməyindən xəbəri olmadı. Sürücü kranı hasarın yanında saxlayan kimi işıqlarını söndürdü.Oğlan cəld kabinədən çıxaraq kranın üstündən öz maşınının yük yerinə tullandı.Kran sürücüsü tez kranın qaldırıcısını işə salıb hasarın o biri tətəfinə keçirdi.Oğlan qarmaqları maşının dörd yerinə bərkitdi.Onlar maşını qaldı-rıb qoydular hasarın çöl tərəfinə.Oğlan qarmaqları maşından çıxaran kimi kran sürücüsü trosu yığdı.Hər iki maşın gecənin qaranlığında yoxa çıxdılar. Onlar qorxulu-qorxulu elə işlədilər ki, arxayınçılıq zamanı heç belə alınmazdı.Oğlan kranı gö- zətçiyə söz verdiyi vaxtdan tez gətirib qaraja qoydu.O, gözətçinin pulunu verib, kran sürücüsünü evinə apardı.Oğlan sürücünü evində düşürəndın sonra gedib yükünü apardığı yerə boşaldaraq sə-hər açılmamış şəhərdən çıxdı. Alı xidməti maşınını öz qarajlarında qoyub arxayın evinə getdi.O, özünə gör nə qədər arxayın olmuşdu ki, nə maşının nömrəsini götürmüşdü, nə də sürücüdən maşının açarını almışdı.Evdən rəisə zəng vurdu: -Rəis, əlimə bir “yağlı tikə” düşüb. Zil maşın dolu ağ dəmir tutmuşam. -Bəs neylədin? –Rəis tez soruşdu. -Aparıb salmışam kolxozun qarajına, darvazanı da blomlamışam.Səhər tapşırıq verərsiniz ge-dib bir nəfərlə gətirərik. Rəis,-lap yaxşı,-deyəndən sonra Alı dəstəyi yerinə qoydu.O, öz-özünə fikirləşdi ki, bir maşın ağ dəmir tutmaq zarafat iş deyil.Hələ bunu kim verib, hardan çıxıb, nə bilim nə,nə… axırda da sürücünün özü.Əgər sürücünün özü on min manat verirsə, deməli burda hesab lap böyükdü.Həm vəzifəm artar, həm də rütbəm… Bu xəyallarla Alı necə yuxuya getdisə, bir də saatın səhər zənginə oyandı.Alı şöbəyə çatdı ki, axtarışın rəisi onu gözləyir.Onlar qaraja yollandılar.Onlar kolxozun maşın-traktor parkına girən-də gözətçini təşviş içində gördülər.Gözətçi dedi: -“Rəis”, maşın yoxdu. -Ə, sən nə danışırsan, necə yəni maşın yoxdu? Alı tez maşın dayanan yerə getdi.Maşın həqiqətən orada yox idi.Heç elə bil burada maşın da-yanmamışdı.Gözətçini yanına çağırdı: -Maşını kim aparıb? Düzünü boynuna al, yoxsa… –Alı milis işçisi kimi gözətçiyə öz hökmünü göstərmək istədi. -“Rəis”,inanmırsan? Get darvazaya vurduğun bloma bax. Gözətçi özü də bu işə mat qalmışdı.Darvaza açılmayıb, başqa yol yox, maşın da gedib.Bu ma-şını cin apardı, şeytan apardı? Alı gedib darvazaya baxdı.Vurduğu blom yerindəydi.Hirsindən dartıb blomu qırdı.Onlar əlləri ətəklərindən uzun geri qayıtdılar. Vəzifə, rütbə əvəzinə rəis əsəbindən Alıya şiddətli töhmət verdi.
Bu günlərdə işıq üzü görən “Həyatımdan oçerklər” adlı kitabını müəllifi “Alternativ Psixologiya” elminin müəllifi,Tibbi biologiya elmləri doktoru, professor Yaşar Saday oğlu İbadov (təxəllüsü: AZ-ƏR) Şamxəlil müəllimin işıqlı xatirəsinə itihaf edib.
Müəllif yazır ki, görüşlərin birində Şamxəlil müəllim dedi: -Sizin qeyri adi yazı qabiliyyətiniz mövcuddur. Siz gələcəkdə bu yazıçılıq qabiliyyətinizi reallaşdıra bilsəniz cox yaxşı nəticələr əldə edə bilərsiniz. Şamxəlil müəllimin mənə tövsiyyəsini onun xatirəsinə hörmət əlaməti olaraq reallaşdırmağa qərar verdim. Yazdığım bu kitabı onun xatirəsinə ithaf edirəm.
Allah ona rəhmət eyləsin, Məkanı Cənnət olsun. Bu kitabın bu gün ərsəyə gəlməsində Şamxəlil müəllimin arzu və istəyi də sitimulverici və mənim üçün çox dəyərli əhəmiyyət kəsb edir. Biz onu həmişə xoş xatirələrlə yad edəcəyik.
Məmmədov Şamxəlil Hətəm oğlu 1949-cu ildə fevralın 7-də Gürcüstan Respublikasının Dmanisi (Başkeçid) rayonunun Azərbaycan Gəyliyənli kəndində ziyalı ailəsində anadan olub. 1972-ci ildən ömrünün sonuna kimi “Azərbaycan müəllimi” qəzetində kiçik ədəbi işçi, ədəbi işçi, müxbir, xüsusi müxbir, elm və təhsil şöbəsinin redaktoru vəzifələrində işləyib. Bir sıra ali məktəblərdə dərs deyib. Müxtəlif mətbuat orqanlarında məqalələri, oçerkləri, publisist yazıları dərc edilib. 15 elmi, publisist kitabın müəllifi, 17 kitabın həmmüəllifi, 20 kitabın isə redaktoru olub. Pedaqoji elmlər namizədi, folklorşünaslıq üzrə alim idi. “Azərbaycan maarif əlaçısı”, “SSRİ maarif əlaçısı” döş nişanları, Təhsil Nazirliyinin Fəxri fərmanları ilə təltif olunub. 2005-ci ildə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına, 2008-ci ildə isə “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layiq görülüb.2013-cü ildə Haqq dünyasına qovuşub. Allah rəhmət eyləsin!
Arzuları yarıda qırılsa da əməlləri ilə ölümündən sonra həyatda yaşayacaq silinməz iz qoyub getdi Şamxəlil müəllim. Onu tanıyanların qəlbində silinməz iz qoymuş Şamxəlil müəllim, sağlığında əməlləri ilə yaddaşlarda özünə heykəl qurub gedib bu dünyadan. Elə bir heykəl ki, qəlblərdə yaşayacaq, xatirələrdə həmişə anılacaq.
Yaxşılığı unutmazlar. Hərənin bir cür var-dövləti var. Mənim də var-dövlətim ailəm, övladlarım, bir də sizin kimi dost-tanışlarımdır deyirdi Şamxəlil müəllim. Həmişə deyərdi: Bilirsən ailə özlüyündə bir dövlətdir, dövlət içindən pozulsa ömrü uzun olmaz, tez dağılar. Ailə də belədir. Şükür yaradana, ailəmdən çox razıyam, Maya müəllim (həyat yoldaşı) həmişə mənim bütün tündməcazlığıma və ərköyünlüyümə dözüb, nə qədər mənim nazımı çəkib. Böyük qızım Aynuru baş-göz eləmişəm. Kürəkənim Bəhruz da maşallah, yaxşı oğuldur, mənə kürəkənlik deyil, oğulluq edir. Allah onu xoşbəxt eləsin. Arzum nəvə görmək idi, onu da gördüm, adını da Salatın qoymuşuq. Bircə arzum qalıb ürəyimdə, kiçik qızım Aytənin də toyunu görsəydim heç dərdim olmazdı. Böyük qızım sakit və fağırdır. Kiçik qızım kaş oğlan doğulaydı. Elə oğlan kimi sözü üzə deyən, qorxmaz, çəkinməzdir. Ondan da çox razıyam, ona görə ki, kinsiz, küdurətsiz, qəlbi təmiz, əməlləri safdır.
Allah Şamxəlil müəllimin arzusunu çin etdi. Valideynləri dünyasını dəyişəndən sonra ailə quran Aytənin iki oğul övladı var. Kiçik oğlu babası Şamxəlil müəllimin adını daşıyır.
“Alternativ Psixologiya”elminin müəllifi, Tibbi biologiya elmləri doktoru, professor Yaşar Saday oğlu İbadov (AZ-ƏR) Şamxəlil müəllimin işıqlı xatirəsinə itihaf ediyi “Həyatımdan oçerklər” kitabını ata oçağında Aytən xanımın övladları İbrahim və Şamxəlilə təqdim etdi. Şamxəlil müəllimin mənalı bir ömür yaşadığı, özündən sonra bu qədər əsərlər, gözəl , ləyaqətli övladlar yadigar qoyub getdiyi, onunla bağlı xatirələrini onlarla bölüşdü.
Müqəddəs arzum var deyirdi Şamxəlil müəlim:- Şükür arzuları çin olub Şamxəlil müəllimin. Qarabağımız mənfur düşmən tapdağından azad oldu! 2020-çi il 8 noyabr Zəfər Günüdür, 44 günlük döyüş qələbəmizlə, haqqın, ədalətin, şəhid qanının qələbəsi ilə başa çatdi.Vaxtsız əçəl ona imkan vermədi ki, qələbə sevincini yaşaya bilsin!
Şamxəlilin cismani ömrü əriyib, əriyib tükəndi, mənəvi ömrü isə doğmalarının, əzizlərinin, onu yaxından tanıyan dostlarının, tanışlarının xatirəsində, yazdığı kitabların səhifələrində, saysız-hesabsız məqalələrin sətirlərində əbədi yaşayacaq və onu unudulmağa qoymayacaq…
Şamxəlil müəllim elə yaşamısan ki, bundan sonra da yaşayacaqsan. Bundan təskinlik tapır doğmaların, əzizlərin, dostların !
İnanırıq ki, övladların, nəvələrin sənin məhsuldar yaradıcılıq yolunu uğurla davam etdirəcəklər!
Allah sənə rəhmət eləsin, qəbrin nurla dolsun!Ruhun şad olsun! Məkanın Cənnət olsun!
Bu gün tanınmış yazıçı Elxan Elatlının doğum günüdür! Təbrik!!!
Azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. “Kirpi” jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub. 1980–1985-ci illərdə BDU–nun mexanika–riyaziyyat fakültəsində oxuyub. 1985–2001-ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 28 kitabı işıq üzü görüb ki, onların dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı(“Qisas gecəsi”), digəri psixoloji roman (“Mərtəbələr”) və “Xəstə ruhlar” əsəri tarixi-detektiv roman, on doqquzu isə detektiv nəsr əsərləridir. “Xəyanət” romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli “Qan ləkəsi” romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan “Cəhənnəmdən gələn səs” romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər.