YAZARLAR JURNALININ YANVAR – 2023-CÜ İL, N:01 (25) SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR” JURNALININ YANVAR – 2023-CÜ İL, N:01 (25) SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB – PDF:

PDF: >>>>>>> caroline-laurent-turunc

Texniki redaktor:TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XALQINA TƏMƏNNASIZ XİDMƏT GÖSTƏRƏN ELMAN ELDAROĞLU

ELMAN ELDAROĞLUABBASQULU NƏCƏFZADƏ

Yanvar ayının 3-ü, “Beynəlxalq dərəcəli” jurnalist, ictimai xadim, şair dostum Elman Eldaroğlunun 57 yaşı tamam oldu. 3 yanvar həm də mənim həyatıma qızıl hərflərlə yazılan tarixi bir gündür. Axı Allah-Təala mənə həmin gün ata olmağı qismət etmiş və oğlum Cəfər dünyaya gəlmişdir. Əzizlərim Elman Eldaroğlu və Cəfər başda olmaqla yanvarın 3-də dünyaya gələn bütün soydaşlarımızı təbrik edirəm. Hər birinizə cansağlığı, sağlam uzun ömür arzulayıram!
Elman Eldaroğlu ilə yeddi il bundan əvvəl ABŞ-ın İndiana ştatında tanış olmuşam. Həmin illərdə o, həyat yoldaşı, əslən Xızıdan olan Vəfa xanımıla ABŞ-da çalışırdılar. O, dünya azərbaycanlıları haqqında bir-birindən maraqlı silsilə məqalələr hazırlayırdı. Qəhrəmanları təkcə Azərbaycan türkləri deyil, həm də Azərbaycanı özünə vətən seçən müxtəlif millətlərin nümayəndələridir. Elman Eldaroğlu seçim zamanı qürbətdə yaşayan Azərbaycanı sevənlərə üstünlük verir. Bu baxımdan onun dünyanın istənilən ölkəsində dostu və evi vardır. Bundan da böyük zənginlik olarmı?
Özündən başqa hər kəsin problemi ilə maraqlanır və imkanı səviyyəsində onlara kömək etməyə çalışır. Daim insanlara yardım etməyə çalışan Yardımlıdan olan yardımçı dostuma yarızarafat-yarıgerçək “Beynəlxalq dərəcəli jurnalist” ayamasını da vermişəm.
Deyir ki, “məqalə yazmaq işi ilə məktəbli ikən, 10 yaşında başlamışam. İlk yazım Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə ünvanladığım məktub olub. Sumqayıtda kirayə evdə yaşayırdıq. Hər ayın sonunda kirayə pulunu almaq üçün ev sahibi bizə gələrdi. Rəhmətliklər atam Eldar və anam Elmira xanım da pulu əvvəlcədən hazırlayardılar. Əvvəllər elə bilirdim ki, hər kəsin, həmyaşıdlarımın həyat tərzi belədir. Biləndə ki, oxuduğum sinifdə təkcə biz kirayədə yaşayırıq, qərara gəldim ki, respublika rəhbərinə bu mövzuda məktub yazım. Qələm, kağız götürüb yazıya başladım. Azərbaycanın rəhbərini salamladıqdan sonra uşaq təxəyyülü ilə, sadə cümlələrlə evimizin olmadığını, kiraəyədə qaldığımızı və bizim ailəyə mənzil verməyini xahiş etdim.
Təxminən 10 gündən sonra Sumqayıt şəhər sovetinin nümayəndəsi bizə gəldi və təzə mənzillə təmin olunduğumuzu bildirdi. Beləcə, ilk “jurnalist” fəaliyyətim uğurlu oldu və öz bəhrəsini verdi. İndi də həmin evdə yaşayıram, hər dəfə mənzilə daxil olanda ümummilli lider Heydər Əliyev cənablarının ruhuna dualar oxuyuram”.
Elman Eldaroğlu 52 yaşının son gecəsində, facebook səhifəsində belə bir təsirli yazı paylaşmışdı: “Bilirəm, gecə saat 12-də pəncərənin nəfəsliyindən özünə yol tapıb çıxıb gedəcəksən. Səni heç zaman geri qaytara bilməyəcəm. Mənə qoyub getdiyin xatirələr qalacaq. Acılı-şirinli xatirələr…
Yaş üstünə yaş gəldikcə bir şeyi anlayıram, günbəgün vəfat etmiş doğmalarıma tərəf gedirəm. Onlar məni orada qınamasınlar deyə, çox işlər görməyə tələsirəm. Ruhlarına rəhmət oxutdurmaq, ruhlarını şad etdirməkdən ötrü…
Məni orada qarşılayacaq atamın önündə başıaşağı olmaqdan çox qorxuram…
Mənim 52 yaşım, gedişinə heyfsilənsəm də, amma həm də sevinirəm ki, ömür davam edir. Davam edirsə, deməli, şans da var. Çox işlər görmək, çox insanları sevindirmək şansı…
Əlvida 52, xoş gəldin 53!”.
Elman Eldaroğlu, bəli, həyat davam edir, arzulayıram ki, hər yaşının üstünə yeni yaş gəlsin və bir gün “Əlvida 99, xoş gəldin 100!” yazasınız.

ABBASQULU NƏCƏFZADƏ
sənətşünaslıq elmləri doktoru, professor

ABBASQULU NƏCƏFZADƏNİN YAZILARI


ELMAN ELDAROĞLUNUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

DAHİLƏR AYININ DAHA BİR NÜMAYƏNDƏSİ – AYSEL

AYSEL ƏLİZADƏNİN YAZILARI

Aysel – “Ay işığının seli”, ad günün mübarək!

Deyir ki,- “Qismət adlı bir məfhum var, mən ona ürəkdən inanıram. Bəzən çox istədiyin bir şeyin arxasınca qaçırsan, qazanmaq üçün əlindən gələni edirsən. Ancaq nə qədər çalışsan da, istəsən də, alınmır. O zaman inad etməməli, hər şeyi olduğu kimi qəbul etməli insan. Çünki həyatın səninlə bağlı başqa planları var. Deməli, o, sənin qismətin deyil, taleyinə yazılmayıb. Həyat onu olduğu kimi qəbul etdiyiniz zaman tam sizin olacaq.”

İstedadın da üç növü var:- passiv, orta və parlaq. Haqqında söhbət açmaq istədiyim Aysel Əlizadə üçüncülərdəndir. İctimai fəaliyyətini, eləcə də yaradıcılığını izlədikcə buna şahid olmuşam…

“18 yaşım var idi. Elə qəribə qız idim ki, necə deyərlər, divara dırmaşırdım. Böyük arzuları olan, məktəbdə çox aktiv bir qız, təşkilatçı… Bayramları, tədbirləri özüm keçirirdim, tək başına. Fabriklərin bağlanma vaxtı idi. Sevil xala vardı, karamel fabrikində işləyirdi. Bu da işsiz qalmışdı. Mənə elə həyəcanla danışdı ki, ürəyim ağrıdı. Getdim karamel fabrikinə. Sonra da yazı yazdım. Zahid Səfəroğlu sağ olsun, mənə kömək elədi, çap elədi yazını. Onda “Yeni müsavat”ın gurultulu vaxtları idi. Sonra Space TV-yə getdim. Orda staj keçdim. Televiziyada “Yeni müsavat”da çap olunduğumu deyəndə çaşdılar. Xəbərlərdə çalışırdım. PKK-nın terror xəbərlərini ilk dəfə mən Azərbaycan türkcəsində çatdırmışdım. PKK-a işinə mən baxırdım. Sonra da ABA televiziyasına getdim. Efir üçün yazdıqlarımı çap etməyə başladım. Birinci yazım Azad Mirzəcanzadə haqqında idi. Çox yaxşı qarşılanmışdı. Şeir yazmağım da belə oldu. Ədəbi verilişlər hazırlayırdım. Bir dəfə Anar müəllimə dedim ki, şeir yazıram. Şeirlərimi göstərdim, çox bəyəndi. Dedi, mən yazıçıyam, şair deyiləm, ola bilsin, obyektiv fikir demərəm, ən yaxşısı sən Fikrət Qocaya göstər şeirlərini. Fikrət müəllimə göstərdim, o da çox böyük ruh verdi mənə. Az şeir yazdığımı dedim ona. Fikrət Qoca dedi ki, nə olsun, Natəvan da az yazıb. Məni elə şişirtdi ki… Ağız da büzə bilərdi, amma əksinə böyük mənəvi ruh verdi mənə.”- söyləyir.

Çox ağıllı, iti zəkalı, dərin düşüncəli xanımdır. Özü dediyi kimi, Aysel adının mənası “Ay işığının seli, ay seli” deməkdir. Və bu coşqu onun həyatında da biruzə verir. Bir də deyir ki:- “Sevincini uca səslə bölüşə bilmirsənsə, demək azad deyilsən!..”

Həyat düsturu- azadlıq üstəgəl(+) azadlıq çıx(-) azadlıq böl) azadlıq vur(x) azadlıq olan bu xanım haqqında geniş danışıb vaxtınızı almaq istəmirəm. Çünki ölkədə kifayət qədər tanınır, sosial platformalarda barəsində istənilən qədər məlumat var. Məqsədim, onu ad günü münasibəti ilə təbrik etməkdir. Axı yanvarın 3-ü Aysel Əlizadənin doğum günüdür.

Arzuları çin olsun!

Hörmətlə: ELMAN ELDAROĞLU

ELMAN ELDAROĞLUNUN YAZILARI

AYSEL ƏLİZADƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru