Vaqif Nəcəfzadə. Ovçu Vəli.

VAQİF NƏCƏFZADƏNİN YAZILARI

Ovçu Vəli
(nağıl – poema)

I.
Keçmiş bir zamanda,
Bizdən uzaq məkanda.
Yaşayırdı Vəli kişi,
Ovçuluq idi işi.
Gəzirdi dərələri,
Keçirdi bərələri.
Çox tələlər qurardı,
Gündə bir ov vurardı.
Günləri vurub başa,
Çatmışdı qırxbeş yaşa.
Eldə hörməti vardı,
Yüz bir işə yarardı.
Yoxsul olsa da özü,
Yerə düşməzdi sözü.
Yoldaşı Gülnaz xala,
Hər gün bürünüb şala.
Bəy evinə gedərdi,
Orda qulluq edərdi.
Oğlu ilə bərabər,
Evdən çıxıb hər səhər.
Düzənirdilər yola,
Dağ ətəyində qala.
Orda yaşayırdı bəy,
İşləyirdi min kələk.
Talayırdı kəndləri,
Dağıdırdı bəndləri.
Yerdə, suda mənimdir,
Yoxsullara qənimdir.
Qürələnib deyirdi,
Belə zülümlər edirdi.
Həmən bəyin evində,
İşləyir Gülnaz xala.
Oğlu ilə birlikdə,
Gah evdə, gah dirrikdə.
Günəş gözün açanda,
Atın minib çapanda.
Gəlirdilər buraya,
Bu möhtəşəm saraya.
İşləyib axşamacan,
Axıdırdılar tər-qan.
Günlər belə keçirdi,
Bəy çox zülümlər edirdi.

42.

* * *
II.
Zülümkar bəylər əlindən,
Qalmışdı bircə çara.
Camaat çəkilirdi,
Meşələrə, dağlara.
Ehtiyat, aclıq, adət,
Olmuşdur xalq içində.
Yoluxcu xəstəliklər,
Yurd salmışdır hər kəndə.
Şah tökür bir ordunu,
Vergi yığırdı hər il.
Şah adamı getməmiş,
Bəyli adamı gəlir.
Dilənçi vəziyyətə,
Yüz əzab əziyyətə.
Dözənlər yaşayırdı,
Dözməyənsə atırdı.
Yurdunu, yuvasını,
Elini, obasını.
Qoşulub qaçaqlara,
Çəkilirdi dağlara.

62.

* * *
III.
Olanda ov uğurlu,
Düşür saraydan yolu.
Ovçu Vəlinin hərdən,
Satıb ətdən, dəridən.
Bəyin nökərlərinə,
Pul keçirib əlinə.
Evə şad qayıdırdı,
Özünü xoşbəxt sayırdı.
Bir gün yenə saraya,
Gələndə Vəli kişi.
Yığışmışdı haraya,
Nökərlər atıb işi.
Yaxınlaşdı yığnağa,
Boylandı soldan-sağa.
Qəlbində kin oynadı,
Tez ortaya atdandı.
Bəyin qudurmuş oğlu,
Çırmaqlanmışdı qolu.
Döyür ana, balanı.
Bizim Gülnaz xalanı.
Tez yapışdı qolundan,
– Dedi balam niyə sən,
– Döyüb arvad-uşağı.
– Gücünü göstərirsən,
– Nədir de təqsirləri.
– Nə günah iş görüblər,
– Bəlkə bəyi söyüblər.
– Sənə heç yoxdur dəxli!
– Get burdan axmaq dəli!
– Sən kimsən axı belə?
– İşimə qarışırsan?
– Təqsirlər arayırsan?
Kişi azma yolunu!
Deyib çəkdi qolunu.
– Ey hörmətli bəyzadə,
– Yaraşmaz sizin ada.
Gücsüzlərə zülm etmək,
Heç nədən tutub döymək.
Axı deyil heç yaxşı,
Pislik ağrıdır başı.
Sən bunun özünə bax,
Yoxsulun sözünə bax.
Deyib çəkdi şallağı,
Düşdü başdan papağı.
Diksindi Vəli kişi,
Gördü qaynayıb dişi.
Üzündə qara zolaq,
Sanki çəkilmişdi dağ.
Qəzəbi aşdı, daşdı,
Şallaqdan yana qaçdı.
Tüfəngini atırdı,
Göyü ağ tüstü yardı.
Dedi bəyin oğlu sən,
– Azma bu gün yolu sən.
Bəyin oğlu titrədi,
Nökər, nayıba dedi:
Niyə ölüb qaldınız,
Yarpaq tək saraldınız.
Tutun bu it oğlunu,
Burun onun qolunu.
Alın tez tüfəngini,
Əzin onun əngini.
Bu vaxt ara qarışdı,
Gülnaz oğlu ilə qaçdı.
Tez kəndə üz tutdular,
Vəlini unutdular.
Bir-birinə qarışdı,
Nökər nayıbın səsi.
Balta, yaba, dəyənək,
Götürdü hər birisi.
Bəyin oğlu yüyürdü,
Götürsün silah, yaraq,
Götürsün patron, daraq.
Budur qapı yanında,
Bağlanmışdı bir kəhər.
Üstü zərli, naxışlı,
Belində vardı yəhər.
Vəli əlində tüfəng,
Atəş açıb hər yana.
Tez ata sarı qaçdı,
Onu dirəkdən açdı.
Aşdı yəhər üstünə,
Dala baxmadan qaçdı,
Qurtuluş yolu tapdı.

146.

* * *
IV.
Alı bəy çox tələsir,
Əsəbiləşir, əsir.
Qaradır bəyin qanı,
Çağırır Süleymanı.
Ağbulağa gedirəm,
Xəbərdarlıq edirəm.
Kəsilsin neçə qoyun,
Doğrayıb hazır qoyun.
Evlər həyət yuyulsun,
Samovarlar qoyulsun.
Bəlkə gətirdim qonaq,
Üzümüzü eylə ağ.
Yaxşı dinlə atanı,
Deyib çapdı atını.
Atası gedən kimi,
Gözlərdən itən kimi.
O, tez etdi əl-ayaq,
Dedi gələcək qonaq.
Dörd olmuşdu gözləri,
Qovdu nayıb – nökəri.
Neçəsin şallaqladı,
Təpik ilə budadı.
Gülnaz evi yuyurdu,
Samovarı qoyurdu.
Oğlu daşıyırdı su,
Çox uzaq idi quyu.
Ayaqları dolaşdı,
Güyüm başına aşdı.
Diyirləndi həyətdə.
Süleyman o saatda,
Yetirdi tez özünü,
“Çıxardaram gözünü”.
Deyib uşağı döydü,
Ata-anasın söydü.
Gülnaz girdi araya,
Nökərlər isə haraya.
Yığışaraq baxdılar,
Söz deməyə qorxdular.
Bu vaxt gəldi Vəli,
Necə olub əməli.
Onu artıq bilirik,
Təkrarı neylərik.

188.

* * *
V.
Əlində beşaçılan,
Gözünə çökmüşdü qan.
Vurnuxurdu həyətdə,
Bəyin oğlu Süleyman.
Bir yoxsul tərəfindən,
Mənliyi tapdalanıb.
Bəyin oğlu Süleyman,
Gör necə günə qalıb.
Bağırırdı deyirdi,
Tez olun silahlanın,
Vəlini atdan salın.
Ya özünü gətirin,
Yada qanlı başını.
Dağıdın yurd-yuvasını,
Daşıtdırın daşını.
Talaya gətirərsiz,
Oğlunu, yoldaşını.
Silahlandı otuzu,
Ağılsız, quduzu.
At belinə çıxdılar,
Kəndə sarı çapdılar.
Gəlib çıxıdılar kəndə,
Salmaq üçün kəməndə.
Bizim Vəli kişini,
Bitirmək üçün işini.

213.

* * *
VI.
Vəli kəhər belində,
Beşaçılanı əlində.
Atın yalına yatdı,
Tüfəngi belə atdı.
Uzaqlaşdı saraydan,
Qışqırıqdan, haraydan.
Bir az getmişdi çatdı,
Atın tərkinə aldı.
Arvadını, oğlunu,
Dəyişdirdi yolunu.
Dedi getsək biz kəndə,
Düşəcəyik kəməndə.
Sizi qoyub mən orda,
Verə bilmərəm yada.
Yaxşısı budur gedək,
Mağaranı yurd edək.
Bu dağları, düzləri,
Çığırları izləri.
Tanıyıram mən yaxşı,
Hər ağacı, hər daşı.
Söylədiyim mağara,
Qaranlıqdır zil qara.
Ora getmək həm çətin,
Həmdə bir az qorxulu.
Sıldırım qayalardan,
Keçib uzanır yolu.
Bir şən, bir ovçu Tarı,
Yaxşıca tanıyarıq,
Bu keçilməz dağları.
Başqa heç kəs bilməyir,
Bu yerlərə gəlməyir.
Heç kəsdə etməz güman,
Burda dayanmaz bir an.
Gəlib axır çatdılar,
Mağaranın yoluna.
Arvadının, oğlunun,
Vəli girdi qoluna.
Sıldırım qayalardan,
Tutub üçü əl-ələ.
Necə əziyyət ilə.
Gəlib çıxdılar belə,
Qaranlıq mağaraya.
Hər yan səssiz, zil qara,
Dəhşətə gəlir insan.
Nəmişlik divarlardan,
Hərdən su damçılanır,
İnsan təhlükə sanır.
Hər səsi, səssizliyi,
Gəlir üfunət iyi,
Vəli deyir eybi yox.
Görürəm qorxursunuz,
Dörd yana baxırsınız.
Alışar gözləriniz,
Qaranlıqda görərsiz.
İndi gərək ikiniz,
Qalasınız burda mənsiz.
Mən gərək gedim kəndə,
Durmaq olmaz bir anda.
Qəzəbləndirdim bəyi,
Yoxsa bizdən ötrü bəy,
Qurar kənddə min kələk.
Qırar günahsızları,
Anaları, qızları.
Xəbərdar edəm gərək,
Bəylə döyüşə girək.
Qutarıb o, sözünü,
Bayra atdı özünü.
Sıldırım qayalardan,
Tuta-tuta yollandı,
Ata çatıb dayandı.
Sazlayıb tüfəngini,
Doldurdu daraqları.
Mindi kəhər belinə,
Çapdı tez kəndə sarı.

287.

* * *
VII.
Vəlinin sözlərindən,
Od yağan gözlərindən.
Bildilər ki, doğurdan,
Arada axacaq qan.
Dedilər qoyub belə,
Səni vermərik ələ.
O, zaman qan içənə,
Heyfslənmə keçənə.
Qırx cavan silahlandı,
Vəli ilə yollandı.
Kənddən yuxarı dağa,
Atları çidar edib.
Uzandılar torpağa,
Burdan görmək olurdu.
Kənddə bütün evləri,
Yolları, küçələri.
Kəndin qocamanları,
Ağıllı insanları.
Tez tədbir tökmüşdülər,
Belə söyləmişdilər.
Kənddə vuruşmaq olmaz,
Belə iş heç yaramaz.
Çıxıb dağ başına siz,
İşarə gözləyirsiz.
Əgər toxunsa bizə,
Həyətə, evimizə.
Bəy, bəyin adamları,
Qayıtdığı yollarda.
Töküləcəkdir qanı,
Əgər olsa iş belə.
Qurmalısız siz tələ.
Düşüb dağ dalında siz,
Mühasirə edirsiz.
O, qudurmuş bəyi siz,
Güllə ilə didərsiz.
Bizdə gələrik bu an,
Yerdə qalmaz intiqam.
Bu vaxt qopdu toz-duman,
Yəqin gəlir Süleyman.
Atların kişnəməsi,
Qışqırıq, söyüş səsi.
Bu oldu gəlişləri,
Yırtıcı gülüşləri.
Bütün kəndə saldu səs,
Evə çəkildi hər kəs.
Kəndin küçələrində,
Beşaçılan əllərində.
Axtardılar Vəlini,
“Bağlayıb əllərini.
Aparacağıq onu,
Biz bəyin hüzuruna.
Tikə-tikə doğrayıb,
Səpəcəyik yoluna.
Bütün bəyliklərin biz,
Onun aqibətindən.
Ar edərsiz onda siz”,
Axtarış hədə-qorxu.
Vermədi bir nəticə,
Bütün kəndin evləri.
Gəzildi bircə-bircə,
Kötəkləyib yüzünü,
Əzdilər üz-gözünü.
Deşildi güllə ilə,
Bağnandılar belə-belə.
Neçə kənd ağsaqqalı,
Neçəsinin allına,
Basdılar qızmar nalı.
Vəlinin qisasını,
Bütün kənddən aldılar.
Vəlinin daxmasını,
Tonqal tək odladılar.
Külək qovdu alovu,
Od qonşu evə keçdi.
Qamış daxmalarını,
Sanki dibindən biçdi.
Yandı kəndin hamısı,
Çoxaldı xalqın yası.
Ucaldı asimana,
Naləsi yana-yana.
Günahsız uşaqların,
Əlsiz, ayaqsızların.
Analar saç yoldular,
Körpələrin dalınca.
Yanar evə doldular,
Belə dəhşətli işlər.
Bəydən çox görmüşdülər,
Bu gün gəlməsə də bəy.
Arada tökdürdü qan,
Onun oğlu Süleyman

376.

* * *
VIII.
Dağ başında cavanlar,
Elə arxa olanlar.
Seyr edib bu işləri,
Dedilər gəlişləri.
Heçdə yaxşı olmadı,
Düşmən cavab almadı.
Edirlər çox vəhşilik,
Vəli deyir hələlik.
Bir azda dözün buna,
Onlar dönəndə geri.
Tökərik başlarına,
Biz bütün güllələri.
İndi durun yolanaq,
Kənd yolunda dayanaq.
Endilər yavaş-yavaş,
Yola gəldilər bir baş.
Kolluqda gizləndilər,
Düşməni gözlədilər.

394.

* * *
IX.
Böyük bəy sarayında,
Nökrlər arasında.
Vardı bir yöndəmsizi,
Pislik idi qərəzi.
Bəyin o, sağ əli idi.
Adı Kərəməli idi.
Çox hiyləgərdi ancaq,
Yox idi onda qanacaq.
Qorxudub nökərləri,
Üstünə atıb şəri.
Yaxşıca döydürürdü,
Kimi gəldi söydürdü.
Bəyin göstərişi ilə,
Bu qansızın işi ilə.
Çox evlər sökülmüşdü,
Çox qanlar tökülmüşdü.
Hər işdə nökərləri,
O, başdan eyləyirdi.
Böyük bəyin adından,
Mükafat vəd edirdi.
İndi vəhşilik edən,
Xalqı güllə ilə didən.
Bu hiyləgər yaramaz,
Dalda gəlirdi bir az.
Hiss etmişdi nə isə,
Bildirmirdi heç kəsə.
O, bir azda düşündü,
Yoldan kənara döndü.
Atını yavaş-yavaş,
Meşəylə sürdü bir baş.
Belə bir az getmişdi,
Güllə səsi eşitdi.
Yoldaşlarının səsi,
Yalvarışı naləsi.
Ona gəlib çatırdı,
Böyük təhlükə vardır.
Deyib işi anladı,
Meşə ilə yollandı.
At üstə əsə-əsə,
Yolları edib kəsə.
Bəy qalasına çatdı,
Özün yəhərdən atdı.
Qorxu düşmüşdü cana,
Danışdı Süleymana.
Eşitdiyi səsləri,
Meşədəki kəsləri.
Bilmədim kimlər idi,
Kömək lazımdır dedi.

442.

* * *
X.
Göndərdiyi adamlar,
Qayıtmamışdı geri.
Hirsindən titrəyirdi,
Yarpaq kimi əlləri.
Süleyman bəyzadənin,
Hirsindən gözlərinin.
İçi qan idi tamam,
Necə axı oldu xam.
İşlər yarı qoymuş,
Neçə qoyun soyulmuş.
Asılırdı dirəkdən,
Qonaqlar gəlsə birdən.
Nə qulluqçu, nə nökər,
Nə aşbaz, nə də mehtər.
Bu nə iş idi düşdü,
Hirsindən o büzüşdü.
Bir az da o, gözlədi,
Bu vaxt Kərəməli gəldi.
Gəlib həyətə girdi,
Yarpaq kimi əsirdi.
Söylədi bildiyini,
Orda eşitdiyini.
Atını tez min “qağa”,
Çap tez sən Ağbulağa.
Atamı axtar danış,
Kömək etsin bəy, tanış.
Əmr etdi Süleyman,
Quruyub qaldı bir an.
Sonra qaçdı aşağı,
Qapıları, yolları.
Bərk-bərk bağladı daldan,
Gözlərini tutub qan.
Bu qudurmuş kəndlilər,
Saraya da gələrlər.

476.

* * *
XI.
Yolun hər iki yanı,
Uzanmışdı igidlər.
Gözləyib qatilləri,
Yola baxırdı gözlər.
Vəli demişdi belə,
Burda quraq biz tələ.
Edərik mühasirə,
Sizə deyim yüz kərə.
Qorxudub nökərləri,
Atmalıyıq biz göyə.
Birinci güllələri,
Nökərlər arasında.
Çoxları günahsızdır,
Öz xoşu ilə gələnlər.
Bu dəstədə çox azdır,
Birinci silahları.
Biz yerə tökdürərik,
Onları atdan salıb.
Sıraya düzdürərik,
Qaçmaq istəyənləri.
Məhf edərsiz yerində,
Bizə güllə atanı.
Buraxmayın birində,
Yerlərin düzəltdilər,
Uzanıb gözlədilər.
Hələ bu vaxt yollarda,
Atlı dəstə göründü.
Bərəyə çatan kimi,
Tüfənglər birdən dindi.
Göyün altı toz-duman.
Ancaq axılmadı qan.
“Tökün tez silahları,
Biz onsuzda tutmuşuq.
Keçidləri, yolları,
Sağ çıxmasız dərədən”.
Vəli qışqırdı birdən,
Nökərlər arasına.
Bir çaxnaşma düşmüşdü,
Bəzisi vurnuxurdu.
Bəzisi büzüşmüşdü,
Axırda silahları,
Ataraq çəkildilər.
Vəlinin əmri ilə,
Sıraya düzülüşdülər.
Tez pusqudan çıxdılar,
Üst başlara baxdılar.
Güllələndi bəzisi,
Bəyə yaxın əzizi.
Qalanın sarıdılar,
Üzü üstə yəhərə.
On cavana dedilər,
Bir şallaq vurdu hərə.
Onlardan sağ qalana,
Cəzası az olana.
Sonra atlar qovuldu,
Gəlib qalaya doldu.

532.

* * *
XII.
Səməd bəyin evində,
Böyük məclis qurulub.
Evin divarlarına,
Neçə xalça vurulub.
Düzülübdür ortaya,
Neçə-neçə nemətlər.
Meyvələr, tərəvəzlər,
Neçə çür bişmiş ətlər.
Zəfəranlı plovlar,
Tənə tək boşqablarda.
Turşular, ədviyyatlar,
Neçə-neçə qablarda.
Divar boyu oturub,
Bütün mahaldan bəylər.
Qulluqdadır nökərlər,
Hər dəfə baş əyirlər.
Pristav dəstəsiylə,
Bu gün qonaq gəlmişdi.
Səməd bəyin evinə,
Yığışaraq demişdi.
Bəylərə o əvvəldən,
Qaçaqların söhbəti.
Düşmür burada dillərdən.
Pristav çox hirslidir,
Çox hündürdən danışır.
Hətta söyüşdə söyür,
Pristav həddin aşır.
Deyirki bu torpaqda,
Bu dərədə, bu dağda.
Qalmamalı bir qaçaq,
Daha eyləyiblər ağ.
Qubernatorun özü,
Bu işdən xbərdardır.
Onun yerli bəylərə,
Böyük hörməti vardır.
Deyir nə üçün bəylər,
Qaçaqları qırmaq üçün.
Heç bir iş görməyirlər?!
Qaçaqlar bürüyübdür.
Dərə-təpəni, yolu,
Silah nə qədər desən,
Anbarlarımız dolu.
Biz köməkdə edərik,
Yollarda göstərərik.
Siz bu işdə birləşin,
Bunun üçün bir əlləşin.
Çox-çox tədbir tökdülər,
Neçə plan çəkdilər.
Yeməyə başadılar,
Boşqab qaşıqladılar.
Bir “tamada” seçdilər,
Al şərabdan içdilər.
Başlar qızışdı yaman,
Kərəməli gəldi bir an.
Qorxunc üz-gözü vardı,
Alı bəyi qacırdı.
Əhvalatı söylədi,
Onlar dardadır dedi.
Qaçdı Alının rəngi,
Qandı o tez tüfəngi.
Dedi bilin ağalar,
Yolu tutub qaçaqlar.
Qırır adamlarımı,
Ləkələyir adımı.
Pristav bərk bağırdı,
Kazakları çağırdı.
Bəylərdə tez çıxdılar,
Silahları taxdılar.
Yığıldı böyük dəstə,
– At üstünə bir nəfəsdə.
Pristav əmr eylədi,
– Yenə vaxtıdır dedi.
– Gücümüzü görərlər,
– Bəyə qarşı çıxmağın.
– Nə olduğunu bilərlər.
Çapa-çapa atları,
Bir neçə saatları.
Yola sərf etdilər,
Kəndə sarı getdilər.

611.

* * *
XIII.
Kəndə qayıdan zaman,
Hər yanı tutmuşdu qan.
Evlər yanıb sökülmüş,
Neçə günahsız ölmüş.
Ah-vaylar, ağlaşmalar,
Sinəyə çökən başlar.
Bir kədər gətirdi,
İnsanların başına.
Qanadların gərirdi,
Vəli deyir qardaşlar,
Başıma dəysin daşlar.
Qırğın saldım mən kəndə,
Od qalayın sinəmdə.
Necə istəyirsiniz,
Mənimlə rəftar ediniz.
Qabağa çıxır Tarı,
– Ömrümü etdim yarı.
– Ağaların yolunda,
– Acda qaldım, yanında.
– Yoxdur heç qiymətimiz,
– Göylərdən gözləyirik.
– Gəlsin səadətimiz,
– Nə qoyun, nə quzumuz,
– Nə torpaq, nə suyumuz.
– Nə şən günümüz vardır,
– Yer üzü bizə dardır.
– Ağalar necə desə,
– Necə kefi istəsə.
– İşlədir tarlasında,
– Şənliyində, yasında.
– Heyvanlardan fərqimiz,
– Nədir bir söyləyiniz?
– Bir baxın evinizin,
– Ancaq külü qalıbdır.
– Bu günkü faciədən,
– Necə ölü qalıbdır.
– Vəlinin bu işlərdə,
– Yoxdur heç bir təqsiri.
– Belənçi vəziyyətə,
– Düşər bizdən hər biri.
– İndi edin məsləhət,
– Bir azdan düşür gecə.
– Hərəkət edək necə,
Söylədi yandan Vəli.
– Götürək külüng, beli,
– Ölənləri basdıraq.
– Ancaq gözətçi qoyaq,
– Kənddə qala bilmərik,
– Bir-bir güllələnərik.
– Alı bəy çox kindardır,
– Vəlinin ürəyi vardır.
– Qisas almaqçün bizdən,
– Bizim hər birimizdən.
– Ayrı yol axtaracaq,
– Bizi bir-bir qıracaq.
– Gəlin biz ayrılmayaq,
Kəndlərə yayılmayaq.
Çəkilək biz dağlara,
Bu zalım ağalara.
Yetər baş əyməyimiz,
Onlar kimi insanıq.
Axır biz hər birimiz.
Məst etmişdi hər biri,
Bu sözlərin təsiri.
Başa düşən oyandı,
Düşməyənsə dayandı.
Döyərək gözlərini,
Vəlinin sözlərini,
Seçib bir-bir aradı,
Gördü həqiqət vardı.

681.

* * *
XIV.
1. Günəş əyilib qərbə,
2. Kölkə salır dağ, təpə.
3. Yanmış kəndin yerindən,
4. Hələdə tüstü qalxır.
5. Kəndi tərk edib gedən,
6. Adamlar dağa qalxır.
7. Neçə acı mənzərə,
8. Gedə-gedə çevirilib.
9. Baxır hərə yüz kərə,
10. Keçmiş yurd-yuvasına,
11. Babalar obasına.
12. Piyadalar, atlılar.
13. Dağnıq bir şəkildə.
14. Dağ yolu ilə qalxırlar,
15. Sola-sağa baxırlar,
16. Dağda yurd salmaq üçün,
17. İntiqam almaq üçün.
18. Beləcə çox getməmiş,
19. Yolu yarı etməmiş.
20. Böyük bir dəstə atlı,
21. Öndə Pristlav, Alı.
22. Çatıb arxadan onlar.
23. Kəndlilərin üstünü,
24. Çatdığı adamlara.
25. Vurur tüfəng süngünü,
26. Pristlav adamları,
27. Qırır onları bir-bir.
28. Adamlar arasına,
29. Düşür bərk haray-həşir.
30. Atıb qalan varını,
31. Uşaqları, qarını.
32. Hərə bir yana qaçır,
33. Tüfənglər alov saçır.
34. Vəli əlində tüfəng,
35. Çağırır cavanları.
36. Hər kol-daş arxasına,
37. Yerləşdirir onları.
38. Düşmənin qabağını,
39. Bir daş hasar tək alır.
40. Qabağa çıxanları,
41. Vurub atından salır.
42. Beləcə yarım saat,
43. Güllələr, daşalar dəyir.
44. Beləcə yarım saat,
45. Düşmən üz-üzə gəlir.
46. Sonra Vəli arxaya,
47. Çəkir adamlarını.
48. Getdikcə sola-sağa,
49. Səpir adamlarını.
50. Ağalar elə bilir,
51. Kəndlilər qorxub qaçır.
52. Hər görünən kol-kosa,
53. Ağalar atəş açır.
54. Ağalar yeridicə,
55. Düşür mühasirəyə.
56. Daş başından enərək,
57. Düşürlər bir dərəyə.
58. Kəndlilər kolluqlarda,
59. Bəylər dərə içində.
60. Bilmədən, düşünmədən,
61. Bəylər düşür kəməndə.
62. Kəndlilər dörd tərəfdən,
63. Qırır bir-bir bəyləri.
64. Bəylərsə sola-sağa,
65. Səpsədə güllələri.
66. Çoxu gedirdi başa,
67. Dəyirdi kola, daşa.
68. Üz qoydular qaçmağa,
69. Dərədən yol açmağa.
70. Çoxu dərədə qaldı,
71. Əbədi yuxu aldı.
72. Əziz yoldaşlarının,
73. Meytin qoyub dərədə,
74. Pristlavla Alı bəy.
75. Qaçırlar ön cərgədə,
76. Əvvəl Şamxal bəradə.

757.

* * *
XV.
Qaranlıq meşə ilə,
Tüfəngin alıb ələ.
Vəli iki yoldaşı,
Yerə əyərək başı.
Gedirlər ehtiyatla,
Gah daş çıxır, gah qala.
Vəli düşünür indi,
Onlara çox çətindir.
Tez çatdırım özümü,
Orda tək qoysan kimi.
Bağrı çatlar qorxudan,
Tez qaçar mağaradan.
Ancaq Gülnaz qorxmazdır,
Onda şir qəlbi vardır.
Vəli belə düşünür,
Onlar bir yola dönür.
Bir az belə gedirlər,
Bir talaya yetirlər.
Qabağda yanır tonqal,
Ətrafında qalmaqal.
Oturub çox adamlar,
Kimdir görəsən onlar.
Vəli deyir yavaşdan,
Gəlin yan ötək burdan.
Xeyrə çatmarıq yoxsa,
Rast gəldik yaramaza.
Geri dönən zamanda,
Yoldaşlardan bu anda.
Biri birdən sürüşür,
Dərin çökəyə düşür.
Burxulur bərk ayağı,
Qışqırtı alır dağı.
Bir dəqiqə keçməmiş,
Onlar gözdən itməmiş.
Talada olan kəslər,
Üstlərini kəsirlər.
Güllə atıb havaya,
Deyir soyunun aya.
Yekə qarın başı daz,
Başçıları yaramaz.
Soyunun nəyiniz var,
A kişi sən bir et ar.
Silah alıb əlinə,
Düşdünüz necə günə.
Bəsdir yoxsul soydunuz,
Yoxdur sizin sonunuz.
Tanıdım səni Vəli,
Kəsərəm səndə dili.
Gəzdiyin bu dağlardır,
Yaxşı tüfəngin vardır.
Tez ol onu ver bəri,
Yoxsa ki, güllələri.
Mən başına çaxaram,
Ölümünə baxaram.
Siz çoxsunuz biz isə az,
Əclaf, quldur, yaramaz.
Ala götür tüfəngi,
Yadda saxla indiki.
Bu qaranlıq gecəni,
Unutmaram mən səni.
– Sən az danış yaramaz,
– Tez özünə qəbr qaz.
Çatıb sənin ölümün,
Bu gün bitəcək ömrün.
Əmr etdi quldur başı,
Bu vaxt iki yoldaşı.
Gəldi başçıya yaxın,
Gedək tez olun baxın.
Ay Ramazan bəy ora,
Əynində don zərxara.
Qaçırmışıq bir gözəl,
Tez ol Ramazan, tez gəl.
Ramazan adlı quldur,
Üzünə verib qurur.
– Bağlayın ağaclara,
– Səhər tezdən onlara.
– Yaxşı divan tutarıq,
– Qayalıqdan atarıq.
Qurtararaq sözünü,
Geri tutdu üzünü.
Tələsdi baxsın qıza,
Bəxti sönmüş ulduza.
Dəqiqələr bir-bir keçir,
Quldurlar yeyir-içir.
Yerdən gəlir qız səsi,
Yalvarış naləsi.
Bir saat keçir belə,
Quldurlar yatmır hələ.
Qurdalanır yerində,
Vəlinin əllərində.
Düyünü boş vurublar,
Bu yaramaz axmaqlar.
Vəli bir az əlləşir,
Çıxardır əlin bir-bir.
Sevinc donur gözündə,
Tapançası əlində.
Yeriyir yavaş-yavaş,
Onlar tərəfə bir baş.
Quldurbaşı Ramazan,
Vəli tərpənmir bir an.
Necə var idi dayanır.
Kin sinəsində yanır,
Ramazan yaxın gəl,
Onları süzür bir-bir.
Yaxınlaşır Vəliyə,
Deyir ki, sən dəliyə.
Bir divan tutum ki mən,
Dəhşətli bir zərbədən.
Sözü qalır ağzında,
Sıxılır boğazında.
Vəlinin barmaqları,
Enir torpağa sarı.
Xırıldayır Ramazan,
Vəli tələsir hər an.
Bağlayır əllərini,
Rahatlayır yerini.
Dəsmal basır ağzına,
Çəkir ağac yanına.
Sarıyır neçə yerdən,
Ayağından, əlindən.
Sonra geri çevrilir.
Yoldaşlarını bir-bir.
Tələdən azad edir.
Üçü meşəyə gedir.

881.

* * *
XVI.
Sıx meşəli bir yamac,
Daşınır qucaq-qucaq.
Quru qollar, budaqlar,
Yanır neçə ocaqlar.
Adamlar yorulub bərk,
Gündə bir dağ edib tərk.
Qaçırlar təhlükədən,
Kazaklardan, bəylərdən,
Günəş qızarıb qərbdə.
Uzanıb kölgələrdə,
Hər gün işlər pisləşir.
Sel su yolları kəsir,
Yağır payız yağışı.
Yaxınlaşdı qışı,
Budur axşam düşmüşdür,
Uzanıb büzüşübdür.
Ocağın qırağında,
Kişilərdə, qadında.
Vəli yata bilməyir,
Özü-özü deyir.
Yandı tamam evləri,
Bu yoxsul kəndliləri.
Saldım dağlara çölə,
Qabağda qış var hələ.
Necə edim bilmirəm,
Əcəb işə düşdüm mən.
Birdə Ramazan quldur,
Dalıma düşüb budur.
Gəzir dağlarda bizi,
Hər yerdə izimizi.
Çörəyə, duza möhtac,
Dəstəmizdə çoxu ac.
Tapsaydım mən Şamxalı,
Yəqin işimin dalı.
Yaxşı gətirər daha,
Yavaş səs gəlir aha!
Eşidiılir yaxından,
Birdən xışıltı səsi.
Qırıq-qırıq tövşüyən,
İnsanların nəfəsi.
Kollar titrəyir yavaş,
Kolluqlardan neçə baş.
Qaranlıqda ağarır,
Bir səs sükutu yarır.
Tərpənməyin, durmayın.
Yerdə səngər qurmayın.
Onsuzda dört tərəfdən,
Etmişik mühasirə.
Mənim bu sözlərimi,
Sizdən eşitsin hərə.
Biz bilmək istəyirik,
Siz hardan gəlmisiniz?
Biz bilmək istəyirik,
Dostsunuz, düşmənsiniz?
Ucadan deyən bu səs,
Xırıldayan bu nəfəs.
Doğma gəldi Vəliyə.
Tanımadın bizi ə…
Şamxal əziz dost niyə,
Basmısan səsi hay-küyə.
İki qaraltı gəlir,
Qollarını açaraq.
İki qaraltı gəlir,
Uşaq kimi qaçaraq.
Durub qarşı-qarşıya,
Bir an dostlar baxışır.
Durub qarşı-qarşıya,
İki dost qucaqlaşır.

949.

* * *
XVII.
Şərqdə üfüq qızarır,
İşıq zülməti yarır.
Gündüz üzünü açır,
Gecə üz qoyub qaçır.
Yenə ocaqlar yanır,
Vəli budur oyanır.
Durub gəzişir asta,
Keçənlər düşür yada.
İki il bundan əvvəl,
Düşdü kəndə qalmaqal.
Səməd bəyin yanında,
Şamxalın oğlu onda.
Çobanlıq eləyirdi,
İşi çox ağır idi.
Sürü sulasın deyə,
Sürünü tökür çaya.
Səmədin oğlu Qulu,
O azğın azmış yolu.
Keçəndə çaydan bəri,
Görür ki, sürüləri.
Tökülüb daşlı çaya,
Yanaşıb deyir aya.
Ay it oğlu yaramaz,
Başına vurub qapaz.
Çıxardaram gözünü,
Unutmusan özünü.
Bu daşların içində,
Sürünü töküb gündə.
Sən acından qırırsan,
Bizə zərəl vurursan.
Şamxalın oğlu Əli,
Dinc durmur bu vaxt dili.
Deyir bəyzadə bilin.
Gözünü tutmasın kin.
Məni heçdə söyməyin,
Nahaq sözlər deməyin.
Basmayın siz hay-küyə,
Sürü sulansın deyə.
Çaya tökmüşəm indi,
Qulu qəzəblə dindi.
Mənə nələr deyirsən,
Nökər oğlu, nökər sən.
Qulu düşərək atdan,
Yapışır nəqanından.
Nəqanı çəkir birdən,
Əli yapışır yerdən.
Daşı qaldıran zaman,
Quruyub qalır bir an.
Sonra sərilir yerə,
“Ana” deyir bir kərə.
Şamxala çatır xəbər.
Nə durmusan bəxtəvər,
Bəy oğlu zalım Qulu.
Azıbdır bu gün yolu.
Vurub oğlun Əlini,
Qırıb sənin belini.
Yer dolandı başına,
Dünya dar gəldi ona.
Dəfn edəndə oğlunu,
Vəli güc ilə onu.
Saxlayırdı yolundan,
Yapışmışdı qolundan.
O gündən beş ay keçdi,
Bərk şaxtalı qış idi.
Başında motal banaç,
Bığı, saqqalı dumac.
Boğazına büküb şal,
Çiynində tüfəng Şamxal.
Gedir küləyə sarı,
Yolu etmişdi yarı.
Birdən qışqırtı səsi,
Bir insanın naləsi.
Çatır qulaqlarına,
Güc verib qıçlarına.
Səsə tərəf tələsir,
Görüb dəhşətdən əsir.
Onbeşdən çox canavar,
Ətrafa sıçrayıb qar.
Bir atlını yıxıblar,
Al qana bulaşıb qar,
Şamxal tez nişan alır.
Bir vəhşi yerdə qalır.
Qalanlar qacıb gedir,
Bir anda gözdən itir.
Şamxal gəlir yaxına,
Görür bulaşıb qana.
Səmədin oğlu Qulu,
İstəyir keçsin yolu.
Onu bu gündə qoysun,
Qoy ürəyi soyusun.
Ancaq dəyişir fikri,
Tələsik dönüb geri,
Alır onu çiyninə,
Kəndə yollanır yenə.
Yığıb bütün qüvvəsin,
Dərib hərdən nəfəsin.
Şamxal durmadan gedir,
Axır ki, kəndə yetir.
Ancaq bütün zəhməti,
Çəkdiyi əziyyəti.
Boş imiş, hədər imiş,
Ömrünə kədər imiş.
Öldü o axşam Qulu,
Namərd bəy azıb yolu.
Bilmir kimə nə etsin,
Kimi təqsirkar bilsin.
Şamxalın bu köməyi,
Şübhələndirir bəyi.
Düşünür neçə onlar.
Burda bəlkə hiylə var,
Bəlkə qisas alıbdır.
Məni dərdə salıbdır.
Soruşmadan, bilmədən,
Gecə vaxtı o birdən.
Neçə nökəri ilə,
Silah alaraq ələ.
Şamxamlın daxmasına,
Od vururlar ki, yana.
Bu vaxt Şamxal oyanır,
Görür ki, evi yanır.
Qaçıb çıxır eşiyə,
Xalqı çağırsın deyə.
Xəbərsizdi o qəsdən,
Çəkinmədən heç kəsdən.
Evin önünə qaçır,
Bu vaxt tüfəng od saçır.
Yanaşaraq köksündən,
Şamxal yıxılır birdən.
Düşmənlər qaçıb gedir,
Bir anda gözdən itir.
Nəqədər çalışsada,
Özün oda vursada.
Bütün kənd çamaatı,
Belə neçə saatı.
Söndürə bilməyirlər,
Alçaq bəyə söyürlər.
Vəliyə çatır xəbər,
Axşam özün bir təhər.
Çatdırır Ağbulağa,
Nə bəy görsün, nə ağa.
Gizli gəzir dostunu,
Qohumu gildə onu.
Tapır deyir tələs, dur,
Yaman düşüb vurha-vur.
Pristav sabah gəlir,
Səni təqsirkar bilir.
Sən yaralı olsanda,
Sənə heç vaxt dünyada.
Onlar inanmaz tələs,
Birdə bunu qoy heç kəs.
Bilməsin qalsın gizli,
Onlar cəsusun əli.
Deyə gecə gəlmişəm,
Öz işimi bilmişəm.
Günlər gəlib keçirdi,
Axır ki, bahar girdi.
İstiləşidi havalar,
Dağlarda əridi qar.
Bir bahar səhərində,
Gözəl günəşli gündə.
Köçdü dünyadan dostu,
Şamxalın həyat dostu.
Südəməır qızı qaldı,
Gülnaz döşünə saldı.
Bir azda ötdü belə,
Payız girməmiş hələ.
Sağaldı tamam Şamxal.
Geyib çarıq. büküb şal.
Odun qırdı, ot çaldı,
Çatdı bəylərə adı.
Bir gün bəyin evində,
Gülnaz eşidir onda.
Bəylərin söhbətini,
Tez buraxıb işini.
Gecə keçib yolları,
Tələsir kəndə sarı.
Gülnazın dedikləri,
Gətirdiyi xəbəri.
Ayıq etdi onları,
Gözləyib gecə yarı.
Şamxal kəndi tərk etdi.
Uca dağlara getdi.
Bu vaxt Şamxal və Tarı,
Gəlir Vəliyə sarı.
Fikirləri dolaşır,
Dostlarına yanaşır.
– Ay Şamxal bir söylə siz,
– Dağlarda nə edirsiz.
Deyib Vəli soruşdu.
Bir yanda bardaş qurdu.
– Doğrusun deyim indi,
– Ay Vəli çox çətindir.
Qaçaqlar çoxalıbdır,
Dağı, düzü alıbdır.
Bircə rəhbərimiz yox,
Gah ac qalırıq, gah tox.
Qaçaqlar dəstə-dəstə,
Dolanır dağda, düzdə.
Oğruluğa gedirlər,
Quldurluqda edirlər.
– Onlar olublar dəli,
Deyir qışqırır Vəli.
– Xalq bizə nifrət edər,
– Bizi məhv etmək üçün,
– Bəylərə kömək edər.
Gərək gəzək dağları,
Toplayaq qaçaqları.
Danışaq salaq başa,
Bu zəhmət getməz boşa.
Bəylərdən, ağalardan,
Varlı talançılardan,
Almalıyıq ərzaqı,
Çörəyi, duzu, yağı.
Xalq qoy bizə inansın,
Arxamızda dayansın.
Şamxal deyir Vəli sən,
Bizdən çox tədbirlisən.
Yaxşıdır bu təklifin,
Yoxdur bu sözdən səhfin.
Bizə olsan sən başçı,
Günümüz keçməz acı.
Gəl razılaşaq bu işə,
Biz son qoyaq keçmişə.
Başını yerə əyir,
Vəli yavaşdan deyir.
And içirəm göylərə,
Ağalara, bəylərə.
Vardır böyük nifrətim,
Kəsib doğransa əlim.
Onlara satılmaram,
Həmişə sizinlə varam.
Qisas almalıyıq biz,
Yüzünün qisasını.
Çox olsaq məhv edərik,
Ağalar dünyasını.
Ancaq mənə çətindir,
Başçı olmaq yüzünə.
Qorxuram bacarmaram,
Sözü deyib düzünə.
Bizdə edərik kömək,
Sən burda deyilsən tək.
Deyib Tarı dikəlir,
Təpə üstünə gəlir.
Deyir ki, ay camaat,
Qulaq asın bu saat.
Təklif edirəm Vəli,
Olsun bizim başçımız.
Onunla qoy bölünsün,
Şirinimiz, acımız.
Bəzisi fikrə dalır,
Bəzisi tez əl çalır.
Beləliklə Vəlini,
Başçı görmək istəyən,
Tez qaldırsın əlini.
Çoxu buna razıdır,
Fikirləşən azıdır.
Seçildi Vəli başçı,
Şamxal çıxıb qabağa.
Qoydu onun başına,
Güldən toxunmuş tacı.

1209.

* * *
XVIII.
Bulud alıb dağları,
Döyür aramsız yağış.
Sarımtıl yarpaqları,
Sellər gurultu salır.
Dərələrdən axaraq,
Guruldayır göy üzü.
İldırımlar çaxaraq,
Dağların zirvəsinə.
Dağlar əsk-səda verir,
Göylərin bu səsinə.
Vəlinin dəstəsində,
Xəstəlik artır gündə.
Nə həkim var, nə dərman,
İşlər pis keçir yaman.
Yağır aramsız yağış,
Hər gün yaxınlaşır qış.
Çətin keçir günləri,
Neçə həftədən bəri.
Yoxdur yeməyə çörək,
Yemək üçün hər gün gərək.
Ov etsinlər dağlarda,
Dəstə dardadır, darda.
Açılan hər gün səhər,
Qışa bir addım atır.
Xəstə ana, uşaqlar,
Yaş torpaq üstə yatır.

1235.

* * *
XVIX.
Yatıbdır sellər, sular,
Göyün üzündə gəzir.
Topa-topa buludlar,
Günəş bəzən gizlənir.
Bəzən acır üzünü,
Səhərdən davam edir.
Beləcə bütün günü,
Yığışmışdır qaçaqalar,
Bir təpənin döşünə.
İslanmış paltarları,
Onlar verirlər günə.
Qalanmış hər ocaqda,
Asılmışdır qazanlar.
Görən nə vaxta kimi,
Belə qalacaq onlar?!
Dərin fikirə dalıbdır,
Bizim qəhrəmanımız.
Bir ağacın altında,
Oturubdur o yalqız.
Düşünür necə etsin,
Yoldaşlara nə desin.
Bu gün yağış, sabah qar.
Belə yaşamaq olar?
Sual verir özünə,
Əli gedir üzünə.
Birdə yəqin kazaklar,
Hər yeri axtarırlar.
Ramazanda təhlükə,
Dəstə bənddir bir tükə.
Tapmalıyam bir qara,
Dağda gəzib “avara”.
Yordum mən adamları,
Canımız oldu yarı.

1268.

* * *
XX.
Uca bir dağ döşündə,
Bərk iş gedir bu gündə.
Dirəklər vurulubdur,
Çadırlar qurulubdur.
Kəsilir düz ağaclar,
Biçilir qol budaqılar.
Daşınır neçə yerə,
Bir işlə məşğul hərə.
Vəli məsləhət verir,
Yoxlayır işi bir-bir.
Bir həftədir burada,
Bu əlçatmaz dağlarda.
Çəkib zəhmət, töküb tər,
Yurd salıb ev tikirlər.
Keçdikçə günlər bir-bir,
Neçə bina yüksəlir.
Qarşılayırlar qışı,
Ağır zəhmətlə onlar.
Verməmək üçün şaxtaya,
Neçə-neçə qurbanlar.
Vəli gözətçi qoyub,
Hər qayanın başına.
Bir qardaş tək yanaşır,
Hər döyüş yoldaşına.
Deyir evi tikək çox,
Burdan qalmaqdan başqa,
Bizim əlacımız yox.
Bəlkə qoşulan oldu,
Bizim bu dəstəmizə,
Ehtiyatı biz yoldaş,
Götürək özümüzə,
Vəlinin bu işindən.
Adamlar qalıb razı,
Canına dua deyib.
Hərə yüz dəfə azı,
Ev olmasa yaşamaq,
Olmaz bu dağda, düzdə,
İnsan məhv olar burada.
Qalmaz onda heç izdə,
Köhnə ovçu Tarının,
Böyük xidməti vardı.
Dağda bütün yolların,
Planını qurardı.
Bu təhlükəsiz yeri.
O söylədi Vəliyə,
Burda heç vaxt, heç zaman.
Düşmək olmaz tələyə,
Üç tərəfdən uçurum.
Bir tərəfdən dik qaya,
Hər tərəf sıldırımlı,
Düşür dərin bir çaya.
Dediyiniz bu yerə.
Vardır iki gizli yol.
Biri qayadan sağa,
Biri ondan çıxır sola.
Kimsə nə vaxt qazıbdır,
Yer altından bu yolu.
Daşınmış daş parçalar,
Tutubdur sağı, solu.
Sağ yolu qaçaqlardan,
Saxlayırdılar gizli.
Birdən dəstə içində.
Gəzər düşmənin əli.
İnanmış yoldaşlara,
Vəli belə demişdi,
Yolun girişlərini,
Daşlarla gizlətmişdi.
Sol yolun girişində,
Durub silahlı dəstə.
Gələcək təhlükədən,
Bildilə bir nəfəsdə.

1339.

* * *
XXI.
Alı bəyin evində,
Məclis vardır bu gündə.
Pristlav gərib sinə,
Oturub başda yenə.
Gözlərində qəzəb var,
Yaddan çıxmır qaçaqalar.
O. gün neçə aldandı,
Açıq yerdə dayandı.
Neçə bəy, neçə kazak,
Döyüşdən çıxmadı sağ.
Bir müddət yas tutdular,
Vəlini unutdular.
Qubernatorun dünən,
Məktubu gəldi birdən.
Əmr edirdi qəzada,
Yaransın qanun-qayda.
Bu əmr dəhşətli idi,
Pristlav lənət dedi.
Yığdı yenə bəyləri,
Dedi təzə xəbəri.
Bəylər danışdı bir-bir,
Tökdülər çox-çox tədbir.
Alı dedi bu Vəli,
Edəcək bizi dəli.
Gündə artır qüvvəsi,
Saymır artıq heç kəsi.
Ramazanı döyübdür,
Biz bəyləri söyübdür.
Bəylər edirlər heyrət,
Çoxdur o kəsdə cürət.
Bütün kiçik dəstələr,
Onunıla birləşirlər.
Bizə bir ordu gərək,
Deyir asta Səməd bəy.
Pristav deyir belə,
Qvvəmiz vardır hələ.
Eşidin yaxşı bilin,
Axırına bu ilin.
Təmizlənməli dağlar,
Qoy hamsına olsun ar.
Vəlinin dəstəsindən,
Başlayaq biz bu gündən.
Göndərək dağa cəsus,
Elə nökər yox əfsus.
Qaçaqların yerini,
Saylarını, sirrini.
Bizə çatdırsın bilək,
Bu yolda quraq kələk.
Alı deyir var nökər,
Ölmək desəndə əgər.
Pul göstərən yox deməz,
İşdə uduzmaq bilməz.

1391.

* * *
XXII.
Sübh gözünü açmamış,
Günəş göydə qaçmamış.
Vəli oyanıb qalxdı,
Qapıdan bayra baxdı.
Tüfəngi alıb ələ,
Geyinib çıxdı çölə.
Göyə güllə boşaltdı,
Qaçaqları oyatdı.
Yığıldı tez qaçaqlar,
Hazır durdular onlar.
Əlini çəkib üzə,
Vəli başladı sözə.
Soyuyubdur havalar,
Zirvələrə yağıb qar.
Gecələr torpaq donur,
Qrov daşlara qonur.
Yaxınlaşır boran, qar,
Dağda tutular yollar.
Nə güllə var, nə ərzaq,
Kəndlərdə burdan uzaq.
Lazımdır tez bir tədbir,
Deyin danışın bir-bir.
Çox danışıb dedilər,
Çox tədbir söylədilər.
Bu oldu qərarları,
Seçib Şamxal və Tarı.
Ürəkli cavanları,
Böyük dəstə düzəltsin.
Axşam qalaya gəlsin.
Od saçıb tüfənglərdən,
Hücum çəksinlər birdən.
Qalanı alıb ələ,
Ərzaq, silah və güllə.
Nə var yığıb gətirmək,
Düşərgəyə yedirtmək.

1426.

* * *
XXIII.
Quldurbaşı Ramazan,
Qudurub axır zaman.
Dəstəsindən adamlar,
Üz döndərib qaçırlar.
Nə qədər fikirləşib,
Bu iş üçün əlləşib.
Olmayıbdır heç xeyri,
Gəzib dağda hər yeri.
Neçə qaçanı tutub,
Sıldırım dağdan atıb.
Ancaq yenə qaçan var,
Özünə yol açan var.
Dəstəsinə gələnlər,
Onu qaçaq bilənlər.
Olur yol kəsən quldur,
Kasıblara tor qurur.
Dəstədə Ramazandan,
Çoxları narazıdır.
Tərəfdarı azıdır,
Neçə əlaltısı ilə.
Qurur gündə bir hiylə,
Axır zamanlar Alı.
Aşıb gələrək yalı,
Onu evə çağırıb.
Adına məclis qurub,
Onun qeydinə qalıb.
Gedəndə yola salıb,
Veribdir otuz qoyun.
Deyib dostumuz olun,
Nə vaxt gəlsən biz varıq.
Arxanda dayanarıq,
Silah lazımdır verək.
Yemək olarsa gərək,
Sən bəylərə əl vurma.
Onlara tələ qurma.
Nə istəsən verərik,
Biz qədrini bilərik.
Sanki su görür balıq,
Quldur edir razılıq.

1465.

* * *
XXIV.
Qabaqda Şamxal, Tarı,
Ediblər yolu yarı.
Görünməz bərələrdən,
Meşəli dərələrdən.
Gedirlər tələsmədən,
Danışmadan, dinmədən.
Bir azda gedir onlar,
Bir dərəyə çatırlar.
Tarı deyir yavaşdan,
Səs-küy salma başdan.
Az qalıbdır qalaya,
Kəsək bir neçə paya.
Düzəldək nərdivanlar,
Lazımdır bizə onlar.
Oturub edək biz şam,
Gözləyək düşsün axşam.
Saatlar bir-bir keçir,
Qaçaqlar yeyir-içir.
Bir azda dincəlirlər,
Bu qərara gəlirlər.
On-on ayrılsın onlar,
Qalaya yol alsınlar.

1487.

* * *
XXV.
Qaçaqlar səs salmadan,
Yan keçib daşdan, koldan.
Qalaya çatır onlar,
Söykənir nərdivanlar.
Dırmaşırlar yuxarı,
Çox hündürdü bu barı.
Ətraf sükuta dalıb,
Gözətçi yatıb qalıb.
Bir zərblə ölür o,
Yerindəcə qalır o.
Çəkilir nərdivanlar,
Həyətə düşür onlar.
Qalanın bir künçündə,
Böyük bir bağ içində.
Qaralır hündür bina,
Çatır qaçaqlar ona.
Burda divarlar qara,
Gecənin üzü kimi.
Pəncərələr qap-qara,
Yırtıcı gözü kimi.
Nökərlər, qulluqçular,
Alt evlərdə qalırlar.
Üst evdə bəy ailəsi,
Oğlu, qızı, nəvəsi.
Hücum çəkirlər birdən,
Qapıdan, pənçərədən.
Qaldırın əlinizi,
Yoxsa qırarıq sizi.
Tutulub bütün yollar,
Qışqıırırlar qaçaqlar.
Qəflət qalxır yuxudan,
Yapışır tez silahdan.
Bəyin oğlu Süleyman,
Atəş acır o bir an.
Atılır pəncərədən,
Vurur iki qaçağı.
Özüdə bir az keçmiş,
Qucaqlayır torpağı.

1525.

* * *
XXVI.
Yaş dolubdur gözünə,
Matəm çöküb üzünə.
Didib Alı üzünü,
Hər an döyür dizini.
Əylibdir şax beli
Az qalıb olsun dəli,
Ağlayır uşaq kimi,
Oğul qırdın belimi.
Sinəmə çəkdin dağı,
Şadlandı bundan yağı.
Qanın qoymaram yerdə,
Düşmən olsa göylərdə.
Onda qisas alaram,
Qanı, qanla yuyaram.
Pristav deyir varam,
Mən arxada duraram.
Bəylər deyir ucadan,
Yerdə qoyulmaz bu qan.
Səninlə çiyin-çiyin,
Qəlbimizdə qəzəb kin.
Düşmən üstə gedərik,
Onu məğlub edərik.

1547.

* * *
XXVII.
Qaçaqlar qayıdıblar,
Qəmə batıblar onlar.
Axıtdılar göz yaşı,
İki əziz yoldaşı.
Onlar itirib gəlir,
Yenə fəryad yüksəlir.
Dilindən anaların,
Gəlinlərin, qızların.
Basdırıldı ölənlər,
Düşərgənin hamısı,
Qəbr üstə gəlmişdilər.
Çıxıb bir daş üstünə,
Vəli danışdı yenə.
Bir kəndi odladılar,
Bizi çölə saldılar.
Yandı tamam varımız,
Qamış daxmalarımız.
Qaçdıq zülümdən dağlara,
Gördük dərd, gördük yara.
İşlədik biz payızı,
Görmək üçün gələn yazı.
Qalmışdıq burda biz ac,
Yox idi başqa əlac.
Hər dəfə bəy alırdı,
Bizim taxıllarımızı.
Çoxu aclıqdan ölüb,
Görmürdü gələn yazı.
İndi isə biz almışıq,
Onu dərdə salmışıq.
Ölüb oğlu Süleyman,
Yenədə axacaq qan.
Çoxdur silah gülləmiz,
Möhkəmdir düşərgəmiz.
Mənim bu sözlərimdən,
Dediyim təriflərdən.
Arxayın olmayaq biz,
Güclüdür düşərgəmiz.
Qabaqda var çox işlər,
Sabah tezdən kişilər.
Götürsün külüngləri,
Baltaları, belləri.
Səfərə çıxacayıq,
Yollara baxacayıq.

1590.

* * *
XXVIII.
Oğlunun yeddisində,
Bəylər yığışdı yenə.
Pristav yenə başda,
Gözündə vardır yaşda.
Danışır o astadan,
Deyir hayf Süleyman.
Düşmən bizə çəkdi dağ,
Gəzir dağda kefi çağ.
Bəsdir gözlədik daha,
Bizə oturdu baha.
Bir neçə min pul yığaq,
Ramazanı çağıraq.
O görsə qızıl pulu,
Azar şadlıqdan yolu.
Göndərək Vəli üstə,
Kənardan baxaq bizdə.
Alarıq biz intiqam,
Vermədən bir qurban.
Yəqin bu vuruşmada,
Hər ikisi gedər bada.
Məhf olar qaçaqlarda,
Təmizlənər dağlarda.

1612.

* * *
XXIX.
Ağ don geyibdir dağlar,
Yağır asta-asta qar.
İşləyirlər qaçaqlar,
Qara baxmadan onlar.
Onlar gəzdi dağları,
Öyrəndilər yolları.
Gəlsə bəylər, ağalar,
Burdan gələcəklər onlar.
Yoxdur daha ayrı yol,
Dik qayalardı sağ-sol.
Bu sıldırım qayalar,
Düşərgəni alıblar.
Araya dörd bir yandan,
Birçə yol vardı çaydan.
Həmən bu çay boyunca,
İşləyir cavan, qoca.
Çay ensizləşir burda,
Yaxındır sahillərdə.
Divar kimi qayalar,
Sahillərdə dururlar.
Bu qayalar başında,
Sıldırım aşırımda.
İşləyirlər qaçaqlar,
Tələ qururlar onlar.
Kəsərək düz ağaclar,
Zirvəyə dartır onlar.
Neçə ağac yan-yana,
Göndərən bil şalbana.
Sarınır kəndir ilə,
Qurulur yaxşı tələ.
Uçurum qırağına,
Gətirilir körpülər.
Uçurumdan bir azca,
Qabağa çıxır onlar.
Körpülər iki yandan,
Şalbanların ucundan.
Neçə yoğun kəndlilər,
Sarınır pillə-pillə.
Arxadakı kollara,
Dirəklərə, daşlara.
Yığaraq ağır daşlar,
Körpüyə daşıyırlar.
Axşama kimi onlar,
Otuz körpü qururlar.
Yüzlərlə ağır daşı,
Körpülərə vururlar.
Göyün üzü qaralır,
Kəşfiyyata yollanır.
Taxaraq silah, yaraq,
Bir dəstə cavan, qaçaq.
Salıb üzündən təri,
Qalanı dönür geri.

1664.

* * *
XXX.
Gecə düşüb dağlara,
Qar hələ vermir ara.
Qar tutub dağı, düzü,
Tutulubdur göy üzü.
Belə soyuqda qarda,
Özlərin qoyub darda.
Silahın alıb ələ,
Yeriyir meşə ilə.
Beş nəfər cavan kişi,
İslanmışdır hər beşi.
Bilmədən düşüb çaya,
Batıblar qarlı suya.
Yeridikcə qabağa,
Qalxdıqca onlar dağa.
Donubdur paltarları,
Keyiyib ayaqları.
Çətinliyə baxmadan,
Yeriyirlər durmadan.
Axtarılan dar dərə,
Nişan verilən yerə.
Budur çatdılar onlar,
Görürlər burda iz var.
Yeriyirlər astadan,
Beləcə keçir bir an.
Atılan güllə səsi,
Bir nəfərin hədəsi.
Silahı tökür yerə,
Onları çökür yerə.
Onbeş-igirmi cavan,
Bu vaxt çıxır qarşıdan.
Silahları yığırlar,
Qolların bağlayırlar.
Girirlər qollarına,
Düşürlər yollarına.
Düşərgəyə çatırlar,
Burda bir çaxnaşma var.
Atılan güllə səsi,
Oyadıbdır hər kəsi.
Silahlanıb adamlar,
Hazır durublar onlar.
Çıxıb qabağa biri,
Göstərir gələnləri.
Dar dərədə tutmuşuq,
Qollarını burmuşuq.
Vəli baxır onlara,
Deyir ki, bu yollara.
Çıxmaqda səbəb nədir,
Sizi göndərən kimdir.
Onlardan bir yaşlısı,
Ağıllısı başlısı.
Çıxır bir az qabağa,
Deyir tələsmə “qağa”.
Bir xəbəri bilmişik,
Biz özümüz gəlmişik.
Ramazan dəstəsi,
Dağları alıb səsi.
Biz ağılsız olmuşuq,
Onlara qoşulmuşuq.
Zülümdən qaçdıq dağlara,
Bu zalım ağalara.
Dedik uddurarıq qan,
Əhdimiz çıxdı yalan.
Qoşulduq Ramazana,
Bir vaxt inandıq ona.
Oğurluğada getdik,
Biz quldurluqda etdik.
Səhfimiz çox böyükdür,
Vicdanımıza yükdür.
Anlamışıq biz bunu,
Çatdı bu işin sonu.
Dünən bizim düşərgə,
Canlandı birdən-birə.
Təzə tüfəng verdilər,
Hazırlaşın dedilər.
Səbəbini öyrəndik,
Xəbər etməyə gəldik.
Çağırılmışdı dünən,
Bəylər gilə Ramazan.
Axşama yaxın gəldi.
Bağırtısı yüksəldi.
Altında kəhər bir at,
Döşündə qızıl saat.
Tüfəng araba dolu,
Azıb bu əclaf yolu.
Bəylər başdan ediblər,
Veriblər hədiyyələr.
Səhər tezdən Ramazan,
Tökəcəkdir burda qan.
Bunu həqiqət sanın,
Sözlərimə inanın.

1754.

* * *
XXXI.
Çox adam verib qurban,
Məğlub oldu Ramazan.
Keçəndə dar dərədən,
Güllələr yağdı birdən.
Qayalardan onlara,
Atəş vermirdi ara.
Onlar çaşıb qaldılar,
Geriyə yol saldılar.
Atıb tüfənglərini,
Basaraq bir-birini.
Qaçdılar sağ qalanlar,
Gözdən itdilər onlar.
Vaxtındakı xəbərdən,
Ağıllı tədbirlərdən.
Bir adam itirmədən,
Yoldaş yası görmədən.
Qovuldu güclü düşmən,
Bu işdən oldular şən.
Gizli yerdən çıxdılar,
Ölənlərə baxdılar.
Onbeş-igirmi quldur,
Dərədə vurulubdur.
Pusquda olan zaman,
Vəli demişdi aman.
Qırılmasın kasıblar,
Pis yola düşüb onlar.
Ancaq beş nəfər gələn,
Onların işin bilən.
Həqiqi nişan alsın,
Ən qəddar quldurları.
Vurub atından salsın.
Gəzildi bütün dərə,
Baxdılar ölənlərə.
Vurulmayıb Ramazan,
Dayanmaq olmaz bir an.
Deyib Vəli qışqırdı,
Səsi sükutu yardı.
Tez üç yerə ayrılaq,
Düşmən üstə yol olaq.
Hücum edək üç yandan,
Axıtmadan çoxda qan.
Haqlayaq Ramazanı,
Buraxmaq olmaz onu.
Onu qəbrə salaq biz,
Xalq qisasın alaq biz.

1799.

* * *
XXXII.
Yol üstə bir dərədə,
Xəlvət görünməz yerdə.
Saxlayıb adamları,
Danlayaraq onları.
Ramazan deyir bərkdən,
Düşmənləri etdik şən.
Nahaq qaçdıq biz geri,
Kim bilsə bu xəbəri.
Güləcək üstümüzə,
Budur deyərəm sizə.
Qalıb burda dincələk,
Biz axşamı gözləyək.
Qaranlıqda təzədən,
Biz hücum çəkək birdən.
İndi isə dincəlin,
Bir özünüzə gəlin,
Səpələndi hər yana.
Ramazanın dəstəsi.
Dərəni aldı səsi.
Qalandı neçə tonqal,
Qalxdı bərkdən qalmaqal.
Nə hazır durdu onlar,
Nə gözətçi qoydular,
Səpələndi tüfənglər
Ətrafa sağa-sola,
Dirəndi daşa, kola,
Dörd yandan gözləmədən,
Vəli gil çıxdı birdən.
Ramazan çaşıb qaldı,
Tüfəngi ələ aldı.
Ətrafa atəş açdı,
Dərə aşağı qaçdı.
Necə tüfəng tuşlandı,
Kürəyində od yandı.
Dəydi bel üstə yerə,
Ona qəbr oldu dərə.
Quldurlar çaşıb qaldı,
Silahı yerə saldı.
Təslim olub durdular,
Patrondaşlar, silahlar.
Bir-bir tamam yığıldı,
Onlar silahsız qaldı.
Vəli çıxdı qabağa,
Boylandı sola-sağa.
Dedi bilin adamlar,
Sizin günahınız var.
Soydunuz kasıbları,
Əlsiz-ayaqsızları.
Nə üçün belə etdiniz,
Siz bu yola getdiniz.
Başlar tikilir yerə,
Bir söz söyləyir hərə.
Tarı qabağa çıxdı,
Bir-bir onlara baxdı.
Dedi axır bir vaxt siz,
Kasıb kəndli idiniz.
Kim sizi etdi məcbur,
Hanı sizdəki qurur.
Sizi məcbur edənlər,
Qorxudanlar, söyənlər.
Ramazanın dostları,
Heç sağ qalıbmı barı.
Bərkdən səslər ucaldı,
Dərəni başa aldı.
Həyatından küsənlər,
Peşəkar başkəsənlər.
Ortaya çəkilirlər,
Dala bürünüb əllər.
Vəli deyir qardaşlar,
Bunlar çox kəsib başlar.
Yüzünə vurub yara,
Nə edək biz bunlara.
Qanı, qanla yuyaq biz,
Yoxdur başqa çarəmiz.
Dəstədən çıxaraq yan,
Şamxal deyir ucadan.

1875.

* * *
XXXIII.
Vəlinin qələbəsi,
Quldurların ölməsi.
İldırım tək yayıldı,
Bəylər mat olub qaldı.
Məhşur olsada adı,
Ramazan bacarmadı.
Deyib gəzir Pristav,
Özünü üzür Pristav.
Bəylər fikrə dalıbdır,
Qorxudan saralıbdır.
Pristav deyir yenə,
Vəlinin dəstəsinə.
Çoxlu kəndli qoşulub,
Dağlar qaçaqlarla dolub.
Səməd bəy deyir hələ,
Onlar keçirtdi ələ.
Biz verək silahları,
Dahada gücləndirdik.
Əlimizlə onları,
Dəstənində yarısı,
Keçib onlara sarı.
Məğlub edə bilmərik,
İnanın biz onları.
Alı od tutub yanır,
Tez qarşında dayanır.
Deyir niyə durmusuz,
Burda boyun burmusuz.
Məndə daha yox səbir,
Sabah bizidə bir-bir.
Evimizdə qıracaq,
Sönəcək bizim ocaq.
Pristav deyir qorxma,
Keçən günlərə baxma.
İndi hazırıq daha,
Qubernatora, şaha.
Mən məktubda yazmışam,
Bütün dostlarımızı,
Köməyə çağırmışam,
Bir həftəyə çatacaq,
Qırxdan çox burda əsgər.
Bizdə qüvvə yığarıq,
Dağlara yollanarıq.
Ancaq əvvəl gərək biz,
Düşünək hər birimiz.
Çox qurbanlar vermişik,
Çox acılar yemişik.
Batıb tamam adımız,
İndi hər addımımız.
Ölcülsün qoy yüz dəfə,
Yol vermək olmaz səhfə.
Əvvəl necə demişik,
Məsləhət eyləmişik.
İnanmış nökərlərdən,
Qulluqçu mehtərlərdən.
Birini dağa göndərək,
Bizə çox olar gərək.

1931.

* * *
XXXIV.
Üzü-gözü qap-qara,
Bədəni tamam yara.
Şallaq zərbələrindən,
Yaş töküb gözlərindən.
And içir Kərəməli,
Qırılsın bəyin beli.
Məni bu günə saldı,
Ailəm başsız qaldı.
Sizə gətirdim güman,
Məni qovmayın aman.
Mən qisas almalıyam,
Günümə salmalıyam.
Məni döyən kəsləri,
Kəsilsin nəfəsləri.
Vəli deyir yaxşı qal,
Düşərgədə məskən sal.
Sınanarsan çətindən,
Aramızda sənində.
Xatirin əziz olar,
Dərdin dərdimiz olar.
Axşam Şamxal Tarını,
İnanmış dostlarını.
Tez yanına çağırır,
Deyir bu sırtıq fağır.
Bizi lap axmaq sayır,
Barmağına dolayır.
Necə olarki birdən,
Ağalardan, bəylərdən.
O, üzünü çevirsin,
Bizi deyərək gəlsin.
Burda vardı bir hiylə,
Ona dəyməyin hələ.
Ancaq gözdən qoymayın,
Onu siz dost saymayın.

1965.

* * *
XXXV.
İki həftə dolandı,
Qaranlıq bir gecədə.
Cəsus dağdan yollandı,
Xəlvət keçib yolları,
Qaçdı qalaya sarı.
Vəliyə çatdı xəbər,
Qaçıb dağdan hiyləgər.
Qışqırdı hazırlaşın,
Bəla ilə qarşılaşın.
Düşmən işlətdi hiylə,
Qurmaq üçün bizə tələ,
Bildilər sayımızı,
Gizli yollarımızı.
Güc verməli silaha,
Yox başqa əlac daha.
Ayrıldı tez on cavan,
Başçıları qocaman.
Dağları tərk etdilər,
Kəşfiyyata getdilər.
O, qalan adamları,
Böldü tamam düz yarı.
Dar dərədən xaricdə,
Dik qayalı sahildə.
Vardı qalın bir meşə,
Qalxır qayalı döşə.
Tarını qoyub başçı,
Dedi ovçular taçı.
Bu dəstəni götür sən,
Həmən yerə gedərsən.
Meşədə gizlənərsiz,
Dayanıb gözləyərsiz.
Dar dərə keçində,
Gözləyəcəyəm məndə.
İkinci dəstə ilə,
Qurarıq biz bir tələ.
Onlar gəlsə keçidə,
Dala dönməzlər birdə.
Siz hazır dayanarsız,
Tərpənməyin siqnalsız.
Beləcə gizləndilər,
O günü gözlədilər.
Göyün üzü qaraldı,
Ətraf süquta daldı.
Gecə yarı olanda,
Eşidildi dağlarda.
Asta addım səsləri,
Tövşüyən nəfəsləri.
Kəşfiyyat əvvəlcədən,
Bildirib gələnlərdən.
Yaxınlıqdakı meşədə,
Qurubdur düşərgədə.
Atları qoyub orada,
Gəlib onlar piyadə.
Sayları yüzdən çoxdur,
Pristav orda yoxdur.

2020.

* * *
XXXVI.
Kərəməli mükafat,
Alıbdır qızıl saat.
Birdə çərkəsi paltar,
Elə ağdır sanki qar.
Geyib təzə libası,
Hiyləgər, satqın tazı.
Nökərlərin gözündə,
Bir lovğalıq üzündə.
Gəzir həyət boyunca,
Özün çəkir doyunca.
Bu gün düşüb qabağa,
Çıxaracaqdır dağa.
Bəy kazak dəstəsini,
Kəsməkçün nəfəsini.
Dağdakı qaçaqların,
O, qorxmaz qoçaqların.

2036.

* * *
XXXVII.
Yeriyirlər durmadan,
Kazaklar aram-aram.
Çatırlar dar dərəyə,
O qorxulu bərəyə.
Kərəməli qabaqda,
Gözləri solda-sağda.
Öyünərək döş gərir,
Dəstəyə yol göstərir.
Hər yan zülmət dərə dar,
Gedir asta kazaklar.
Açılan tək bir güllə,
Yüksəlir pillə-pillə.
Yuxarı dağdan-dağa,
Düşmən çökür torpağa.
Gözləyirlər qarşıdan,
Çıxacaq düşmən birdən.
Dağlar lərzəyə gəlir,
Gurultular yüksəlir.
Qayadan uçub daşlar,
Çaya yuvarlanıblar.
Çaşıb qalır kazaklar,
Dərə boyu qaçırlar.
Ançaq çoxu çıxmır sağ,
Udur çoxun daş torpaq.
Kəsib yolu dərədə,
Tarının dəstəsidə.
Bəyərdən Alı, Səməd,
Birdə sarıbığ Əhməd.
Bir Yasavul, üç kazak,
Tələdən qurtararaq.
Qaçırlar meşə ilə,
Hücum qurtarır belə.

2068.

* * *
XXXVIII.
Qış keçdi gəldi bahar,
Açıldı dağda yollar.
Çoxaldı gündən-günə,
Dəstədə adam yenə.
Bütün kiçik dəstələr,
Vəli ilə birlışdilər.
Qaçaqlar başda Vəli,
Götürüb külünk, beli.
Yenə zəhmət çəkdilər,
Ev tikib, yol çəkdilər.
Ərzaq qurtaran zaman,
Bəyləri edib qurban.
Daşıyırdı varını,
Buğda, arpa, darını.
Düşmən hərdən çoşurdu,
Dağ dərəni aşırdı.
Yaşlı qoyub gözləri,
Çoxu dönmürdü geri.
Sakit bir yay gecəsi,
Topun dəhşətli səsi.
Lərzə saldı dağlara,
Toplar vermədən ara.
Vururdu düşərgəyə,
Yanır ev, yanır pəyə.
Qırıldı çoxlu adam,
Su yerinə axdı qan.
Qaçaraq sağ qalanlar,
Qaya alta doldular.
Dahada bəd bir xəbər,
Qaçaqlar gətirdilər.
Dərədən keçdilər,
Aradan götürüblər.
Qalxır yüzlərlə əsgər,
Dərə ilə tökür tər.
Vəli çağırdı Tarı,
Sözləri qaldı yarı.
Şamxal qaçaraq gəldi,
Tarı ölübdür dedi.
Mərmi dəyib evinə,
Kor qaldıq necə günə.
Saxlayıb göz yaşını,
Vəli tutdu başını.
Dedi Şamxal indi sən,
Gizli yola gedərsən.
On nəfər adam ilə,
Güc verin külünk, belə.
Gizli yolu təmizlə,
Arvad, uşaqlar ilə.
Tərk edin düşərgəni,
Bizdə burda düşməni.
Öz yolundan saxlayaq,
Yollarını bağlayaq.

2120.

* * *
XXXIX.
Günəş qalxıb yuxarı,
Gündüz olubdur yarı.
Tüfənglər susmur hələ,
Gecədən onlar belə.
Açılıbdır durmadan,
Axıdılıb yüzlərlə qan.
Boz qayanın üstündə,
Güləllərin izi var.
Hər insan həyatına,
Bir insanın gözü var.
Budur yeni dəstələr,
Köməyə tələsirlər.
Çətinləşdi işimiz,
Qalmışıq qırxbeşimiz.
Vəli düşünür belə,
Hələ bu an bir güllə.
Sancılır sağ çiyinə,
Qaranlıq gözlərinə.
Qara bir pərdə çəkir,
O, dizi üstə çökür.
Son gücünü toplayır,
Belini daşa dolayır.
Qışqırır o ucadan,
Sürünürlər hər yandan.
Yanına yoldaşları,
Sipər edib daşları.
Geriyə çəkilirlər,
Düşərgəyə gəlirlər.
Kədər qonur gözlərə,
Vəlini qoyub yerə.
Gözləyirlər sözünü,
O toxtayıb özünü.
Ağrıdan üzün gərir,
Tez tapşırıqlar verir.
Qaralan kimi hava,
Qurtarır dağda dava.
Bildirmədən sakitcə,
Çəkilir bircə-bircə.
Doldurlar düşərgəyə,
Güclü dinamitlərə.
Lağıma od vurulur,
Daş-torpaq yerə dolur.

2162.

* * *
XXXX.
Topların nərəsi ilə,
Güllələrin səsi ilə.
Yenə açıldı səhər,
Hücum etdi əsgərlər.
Ala-toran səhərdə,
Kol-kosu əsgərlərdə.
Adam bilib atırdı,
Gah gedib, gah yatırdı.
Bir az belə getdilər,
Yolu yarı etdilər.
Hava tamam ağardı,
Ağaclardı, kollardı.
Gördülər vurduqları,
Qalxdılar yola sarı.
Lağımı tez tapdılar,
Girib çox axtardılar.
Gördülər yol tutulub,
Daşlar lağıma dolub.
Daşlar daşımışdı çölə,
Axşama kimi belə.
İşləyib tər tökdülər,
Təzə lağım çəkdilər.
Lağım hazır olanda,
Qaralmışdı dağlarda.
Düşərgəni gəzdilər,
Yanıb kül olmuş evlər.
Hələ tüstü verirdi,
Odunlar gözərirdi.
Çox axtardılar onlar,
Heç bir iz tapmadılar.
Gizli yol bağlanmışdır,
Daşlarna qalanmışdır.
Barıtın gücü ilə,
Onsuz bu yolda hələ.
Dolmuşdu daşlar ilə,
Vəli aldatdı belə.

2198.

* * *
XXXXI.
Gün gecib günortadan,
Buxar qalxır dağlaran.
Güneylərdə yoxdur qar,
Gəlib dağlara bahar.
Yaşıl don geyib meşə,
Boynu buruq bənövşə.
Torpaqdan qaldırıb baş,
Dircənir yavaş-yavaş
İlin bu xoş çağında,
Güclü seldə, axında.
Dəstə bir çayı keçir,
Dəstə dayaz yer seçir.
Əmrlər verir Şamxal,
Salmaq olmaz qalmaqal.
Söyləyir qadınlara,
Kömək edir onlara.
Vəli xərəkdə xəstə,
Boylanır asta-asta.
Sahil sıldırım qaya,
Baxır gur sulu çaya.
Deyir tələsin bir az,
Burda keçikmək olmaz.
Dağlarda yağır yağış,
Birdə axır köçür qış
Güclü sel gələr indi,
Bu çay qəzəbdir, kindi.
Dəstə girir meşəyə,
Tüstü ucalır göyə.
Tonqallarda od yanır,
Dəstə burda dayanır.
Vəli deyir dincəlin,
Yeyin qüvvətə gəlin.
Acılsın qoy qolumuz,
Uzaqdadır yolumuz.

2232.

* * *
XXXXII.
O ili neçə ayda,
Yayda, yazda, payızda.
Axdardılar onları,
Neçə dəfə yolları.
Bağladılar, durdular,
Neçə tələ qurdular.
Vəli çox ayıq idi,
Qazanda sayıq idi.
Hiyləyə qarşı hiylə,
Tələyə qarşı tələ.
İşləndirdi keçirdi,
Düşmənləri biçirdi.
Saralmışdı meşələr,
Çətinləşmişdi işlər.
Ocağın qırağında,
Şamxal onun sağında.
Oturub Vəli məğrur,
Baxışında bir qurur.
Seyr eyləyir dağları,
Qış gec gələydi barı.
Şamxal danışır, birdən,
Yağışda yağır hərdən.
Çılpaqlaşır ağaclar,
Yaxındadır şaxta, qar.
Soyuq qıracaq bizi,
Birdəki izimizi.
Düşmən çox tez tapacaq,
Qışdan çətin çıxaq sağ.
Ruhdan düşmə sən belə,
Qabağda vaxt var hələ.
Deyir astadan Vəli,
Çibinə gedir əli.
Çıxardır kisəsini,
Dərərək nəfəsini.
Qəlyanını doldurur,
Çaxmaq daşını vurur.
Bu zaman iki yoldaş,
Üstü tamam palçıq yaş.
Qaçır dəstəyə sarı,
Yıxıblar artıq qarı.
Peterburuq fəhlələri,
Qoy var olsun əlləri.
Gəlib bizə bir yoldaş,
Şəhərdən gəlir bir baş.
O gətirib xəbəri,
Göndərib böyükləri.
Başında ağ furaşka,
Altındakı at çaşqa.
Uca boylu bir cavan,
Atından endi bu an.
Dəstəyə sarı gəldi,
Vəli yerdən dikəndi.

2284.

* * *
XXXXIII.
1. Qayıtdı həmən cavan,
2. Cavanın dedikləri.
3. Dediyi xoş xəbəri,
4. Çatdı xoş sözləri.
5. Səhər açılan kimi,
6. Gətirdiyi xoş xəbər.
7. Cavan söyləyən sözlər.
8. Valeh etdi hər kəsi.
9. Hər bir sözü cümləsi,
10. Partiya Lenin adı.
11. Dedi təzə dünyada,
12. Bərabərik, azadıq…
2296.
Son.
1974-1976. Bakı.

Müəllif: Vaqif NƏCƏFZADƏ

VAQİF NƏCƏFZADƏNİN YAZILARI


ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir