GÜLNARƏ İSRAFİL : “MƏN GÜNƏŞ ÖMRÜ YAŞAYIRAM.”

GÜLNARƏ İSRAFİLİN YAZILARI

GÜLNARƏ İSRAFİL : “MƏN GÜNƏŞ ÖMRÜ YAŞAYIRAM. “

“Daha tənha qalardıq
Olmasaydı yalnızlıq”

                           (Emili Dikenson)

     “Torpaq adamlar”, “İki”, “Sirran” şeir kitablarının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü – dəyərli şairimiz  Gülnarə İsrafilin yaradıcılığı haqqında günlərlə danışa bilərəm, şeirlərindən yazın nəfəsi, yayın nəfəskəsən istisi, payızın kədəri, qışın qırovu, dağların kəklikotusu, çəmənlərin kəpənək şıltaqlığı duyulan, insan ömrünün bir rəssam fırçası ilə çəkilib boyanmış əksi görünən imzamızın müasir ədəbiyyatımızdakı yeri təkrarsızdır. Azərbaycan ədəbiyyatının günəş ruhlu imzası Gülnarə İsrafildən bəhs edərkən amerikalı şair Emili Dikensonun yuxarıda qeyd etdiyim misralarını əbəs yerə xatırlamadım. Çünki Gülnarə İsrafilin göyqurşağı kimi rəngarəng və çoxşaxəli yaradıcılığının özəyi, kökü ruhun yalnızlığının təcəssümü oldu mənə görə. Eyni zamanda öz dövrünün oxucuları üçün E. Dikensonun da yazı dili Gülnarə İsrafilin şeir dili kimi qəliz gəlirmiş. Əslində bu “qəliz” sözünün gerçək anlamı odur ki, bu şeirləri anlamaq üçün oxucunun savadı, dünyagörüşü olmalıdır. Onun şeirlərindəki qəhrəmanlar ən xoşbəxt anlarında belə yalnızlıq larını unutmurlar. Eynilə “Tənha ağac” şeirindən olan bu misralar kimi :
       “Eyni mənim bənzərim
        Tənha ağac, tək ağac
         İki qola ayrılıb
         Yer üstünə yük ağac.”

Şairin yaradıcılığı həm də dilimizin zənginliyini, özəlliyini, gözəlliyini təcəssüm etdirir. Mənim fikrimcə dil də təbiətin özü kimi zamanla aşınmaya məruz qalır, Gülnarə İsrafilin şeirləri isə yarğanın çəmbərinə əkilmiş, kökləri dərinliklərə şaxələnmiş yamyaşıl ağaclar kimi dilimizi aşınmaqdan qoruyur, “Kəndimiz” şeirindən bu möhtəşəm misraları xatırladım :

“Cığırları soluxlanır Sərkərin,
Dəyə quran dəyəsində yaşlanıb.
Qaraçökək qoruq yeri əzəldən,
Gül-çiçəyi kərəntəyə süslənib.”

Ruhumu oxşayan rəngarəngliyin çalarları arasında bir rəng gördüm, unutduğum adını xatırladım, bir söz məni sehirləyib uşaqlığıma götürdü. Uşaqlığımın mürəkkəb qabı olan qələmlərini özlədim,” Baryum buludu” şeirini bir başqa sevdim :

“Yeddi rəngin təpəgözü –
Şimşəklərin qığılcımı,
Bir qaztopu suyun şövqü
halqalarda toz ilğımı
sıçrayışa.
Ev boyda qara qartopu,
narıncı, sarı çir yeli.
Yeddi rəngi yumurtladı
yaşıl, hava, göy, çirneli
anlayışa.”

  Yaxşı bilirik ki, körpə ana bətnində olandan ananın əhval – ruhiyyəsini duyur, ananın sevinci, kədəri körpəyə də sirayət edir. Şairimizin qəhrəmanı anasının kədərli halından təsirlənib zamanı qabaqlayıb vaxtından əvvəl böyüdüyünü, ruhunun yaşlandığını dilə gətirir :

“Yaşadığım, yazmadığım köhnəlib,
Atam deyir, iş – güc qalıb böyüyüb.
Anamın da qımqıması susandan
Yaddaşımda gizlənqaçım körüyüb.”

Şairin sazlı-sözlü keçmişimiz olan Aşıq ədəbiyyatının nəfəsi duyulan misraları da bir başqa gözəldir. “Qadan alım” şeirinin dilinin şirinliyi, axıcılığı ilə sazın sədası gəlir qulaqlarımıza :

  “Gözəl yarım, göndərmişəm naməni,
   Götür, cavab söylə, al, qadan alım.
   Qəm üstündə köklənibdir” Kərəmi”
   Dilləndir sazını, çal, qadan alım. “

Şifahi xalq ədəbiyyatı nümunələrimizdən olan bayatıları da unutmayan şairin yaradıcılığında bayatılar da özünəməxsus yer tutur. Qəlbimi göynədən bayatılardan birində şair Qarabağ dərdimizin müharibəsiz sağalmayacağını, sülhün, ədalətin bərqərar olması aparılan danışıqların faydasızlığını vurğulayır. Və biz zamanla bu uzaqgörənliyin şahidi oluruq :

“Tar susub, dilə gəlməz,
Bülbüllər gülə enməz,
Əldən gedən Qarabağ
Şəhidsiz ələ gəlməz.”

Türklüyümüzü, kimliyimizi xatırladan, Tengridən, şamandan bəhs edən, bir şeiri ilə tarix vərəqləyən şairimiz  Ön Asiyadan Sibirədək kök salan, haramdan uzaq olan bəy dədələrimizi xatırladır, Van gölünü, Xəzəri, Urmiyanı, Kərkükü, Anadolunu, Etrüskləri, Arattanı anır :

“Qut tenqri,
Göy tenqri,
Şaman ayin,
köç yeri.
Tamğalı
Qobustan qayaları.
Huydum –
hun dam.
Yay düzəldən,
ox atan.
Günəş tanrı,
Günəş adam,
Hun atam!”

Deyirlər ki, öz ağrını duyursansa canlısan, başqalarının ağrısını duyursansa insansan. Şair insanın, ağacın, torpağın, daşın ağrısını dilə gətirir. Gülnarə İsrafil başqalarının ağrısını, acısını o qədər gözəl duyur ki, bu acı ilahiləşir, gözəlləşir, sözün əsl mənasında sevilir.” Kəndimiz “şeirindəki ağrının tərənnümünə, təsvirinə diqqət yetirək :

“Karxanaya döndəriblər Xalxalı,
Yastı daşı kamaz-kamaz daşınır.
Sinəsini ovuq-dəlik edəndən
Göy çəmənin ağrıları qaşınır.”

Fransız yazıçısı Gi de Mopassanın “Bir yaz axşamında” hekayəsindəki Lozan xala obrazını çox sevirəm. Gülnarə İsrafil də Mopassan kimi qadınlardan yazanda çox maraqlı, adi vaxtlarda bəlkə heç kəsi cəlb etməyən məsələlərə toxunur, necə ki, Mopassanın “Bir yaz axşamında” hekayəsi cəmi bircə cümlə üzərində qurulub: “O, səndən soruşdu ki, “sənin qəşəng, pənbə ayaqcıqların üşümədi ki” heç kəs, heç vaxt… heç vaxt… mənə bu cür söz deməyib! Heç vaxt! Heç vaxt!” Heç vaxt ailə qurmamış Lozan xala nişanlı olan bacısı uşaqlarının söhbətini eşidir. Oğlanın qıza nəvaziş göstərməsi Lozan xalanı ağlamağa vadar edir. Çünki heç vaxt kimsə ona belə nəvazişli, xoş söz deməyib. Və Şairin “Bu qız” əsərini oxuyanda həmin Lozan xalanı xatırladım, ruhum yenidən göynədi :

“Mən də bilirəm ki,
bu, o qız deyil.
Saçları sığalsız qızdır.
Hər gecə saçlarının dənini sayan qızdır
Bu, tənha qızdır.

Bu qız
yuvasız qızdır,
laylasız qızdır.
Bax, bu qız balasız qızdır.
Heç böyümədi ki…
Heç böyüdüyünü görmədim ki…”

Dəyərli şairimiz Gülnarə İsrafilin yaradıcılığı da eynən günəş kimidir. Bu günəş şairin misralarında gah sübh çağı səmadan boylanıb zərif işıq saçır, gah da istisi, alovu ilə nəfəsimi qarsıdır, gah da ki, axşamın qürub çağında yür üzündən küsüb, boynunu bükmüş kimi inzivaya çəkilir. Zülməti, ruhları nura boyayıb, hər kəsin içini isidən günəşin əslində özünün yalnız olduğunun fərqinə varan, həyatda yanlış etməməyə çalışan, başqalarının səhvlərini düzəltməkdən yorulmuş, lazım gələrsə arzularını, gələcəyini həqiqətə, öz doğrularına qurban verə biləcək qədər cəsur olan qəhrəman öz yalnızlığını Günəşin yalnızlığına bənzədir :

“Di get!
Mən Günəş ömrü yaşayıram.
Uşaq qəhqəhəsinə
yarımyuxudan oyandım…”

  Müasir ədəbiyyatımızın möhtəşəm imzası, Günəşi – dəyərli Gülnarə İsrafilə yeni – yeni yaradıcılıq uğurları arzulayıram. Janna Dark ruhlu bu vətənpərvər qızın “kralların paxıllığına” məruz qalmamağını, ədəbi mühitimizdən  layiq olduğu dəyəri zamanında görməyini arzu edirəm. Və şairimizə özünün bu ecazkar misraları ilə xitab edirəm :
“Sən Günəş ol, yer üzünü isindir,
Yatır, oyat sabahları, diksindir!
Yer əlifdir, yer əlmasdır, göy” sin”dir,
Bir göy yarat, bir göy böyüt, göy sindir.”

MÜƏLLİF: TURAN NOVRUZLU

GÜLNARƏ İSRAFİLİN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


VAQİF OSMANOV. KİŞİLƏRƏ “DƏRS”.

TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“YAZARLAR” TƏQDİM EDİR:

Elə insanlar var ki, yaradıcılığı ilə öz bacarığı ilə əsla öyünməzlər…
Bu gün tanıdığım və böyük rəğbət bəslədiyim iki gözəl insandan bəhs edəcəyəm…

QƏRƏNFİL ARİF QIZI CAMALOVA


Onlardan biri Qax torpağının yetirməsi, gözəl qiraətçi, yazar Qərənfil Arif qızı Camalovadır.Qərənfil Arif qızı 11 avqust 1975-ci ildə Qax rayonunda dünyaya göz açmışdır.Şəki Mexanika-Texnologiya kollecinin məzunudur.Qəhrəmanımızın ədəbiyyata sevgisi ta məktəb illərindən yaranmışdır.İllər keçdikcə bu məhəbbət onda aşıb, daşmış, vərəqlərə həkk olunmuşdur.Onun şeirləri “Günəşin Nuru”, “Zərif kölgələr” anotologiyalarında və bir çox saytlarda dərc olunmuşdur.
Şeirlərində sevgi və ayrılığın vəhdətini özünəməxsus şəkildə, özünəməxsus misralarla yaradan Qərənfil Arif qızının “Ayrılıq” şeirini sizlərə təqdim edirik:
Mən elə bilirdim, bir quru sözdür,
Ürəyə dərd imiş demə ayrılıq.
Ağappaq gündüzü qapqara edər,
Sevinci döndərər qəmə ayrılıq.

Bu elə ocaq ki, alovu sönməz,
Candan can almasa, yolundan dönməz.
Sevəni lal edər, danışmaz, dinməz
Ömrünü bürüyər çənə ayrılıq.

Ona əsir düşər gəda da, bəy də
Ruhu pərvaz edər dolanar göydə.
Dərdli çarəsini axtarar meydə,
Yalvarıb diz çökər sənə ayrılıq.

Qərənfiləm, içim dolu qübardır,
Nə qazandım, tale alıb apardı.
Bir dəfə sən canımcan can qopardın,
Tuş olma gəl bir də mənə ayrılıq.

ƏLİYEV HİKMƏT ƏLÖVSƏT OĞLU

Digər qəhrəmanımız isə Əliyev Hikmət Əlövsət oğludur.Hikmət bəy 10 avqust 1974-cü ildə Yardımlı rayonunun Honuba-Şıxlar kəndində anadan olmuşdur.1991-ci ildı N.Tusi adına ADPU-nun filologiya fakultəsinə daxil olmuş, ədəbi fəaliyyətinə də məhz bu illərdə təkan vermişdir.1996-cı ildə universiteti bitirib, müəllimlik fəaliyyətinə başlamışdır…
Hikmət Əliyevin “Mən nəyini sevdim sənin?” adlı şeirini təqdim edirik:

Mən nəyini sevdim sənin?
Əvvəl qara gözlərini.
Sonra ruha qida verən
Şirin,şəkər sözlərini.
Yaddaşıma hopub qalan,
O silinməz izlərini.
Ürəyini sevdim sənin.

Mən nəyini sevdim sənin?
Süzgün-süzgün baxışını.
Ürəyimə baxışınla
Vurduğun hər naxışını.
Qəmlənəndə gözdən axan
Narın-narın yağışıni.
Hər dəmini sevdim sənin.

Mən nəyini sevdim sənin?
Gözəl, ipək tellərini.
Görüşəndə həyəcandan
O titrəyən əllərini.
Nəhayət ,,sevirəm” deyən,
Noğul~nabat dillərini.
Hər kəlməni sevdim sənin.

Mən nəyini sevdim sənin?
Gözəl sevə bilməyini.
Ürəyimin dərd-qəmini
Gülüşünlə silməyini.
Hər gün səhər,hər gun axşam
Xəyalıma gəlməyini.
Getməyini sevdim sənin.

Mən nəyini sevdim sənin?
Duruşunu,yerişini
Məni tənha buraxmayıb,
Hər yuxuma gəlişini.
Mənə şirin yuxu verib
Asta-asta gedişini
Qədəmini sevdim sənin.
Hər şeyini sevdim sənin.

06.03.2023

Hər iki yazarımıza işlərində uğurlar arzu edirik.

Hazırladı: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI

ƏLİYEV HİKMƏT ƏLÖVSƏT OĞLU

QƏRƏNFİL ARİF QIZI CAMALOVA

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC. HƏR GÜN NƏFDİR.

Zaur USTAC – şair-publisist.

HƏR GÜN NƏFDİ
Altmış üçdən nəf hesablar kişilər,
On səkkizdən başlamışam saymağa…
Kaldan, şitdən daim uzaq durmuşam,
Meylim olub özün tutmuş qaymağa…
* * *
Zənbur kimi çiçək-çiçək gəzmişəm,
Gül üzəndə, tər qönçəsin üzmüşəm,
Qürbət elin cəfasına dözmüşəm,
Bir arzum var, kaş dönəydim oymağa…
* * *
Ustac xoşlar, kəsə etsin söhbəti,
Çalış boşa yeməyəsən möhnəti,
Dadımlıqdı bu dünyanın neməti,
Macal verməz heç kimsəyə doymağa…
15.05.2020 – Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru