Sərvanə Dağtumas – İngilis yazıçısı Ceyn Ostinin “Qürur və Qərəz” əsərində sevginin təcəssümü.

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

İngilis yazıçısı Ceyn Ostinin “Qürur və Qərəz” əsərində sevginin təcəssümü

Romanın ilk adı “İlk Təəssürat” idi. Əsər romantik ədəbi hərəkatın bir hissəsi olan sevgi romanıdır, sevgi romanının arxetipidir. Müəllif əsəri dövrün adətlərindən təsirlənərək yazır. Roman anonim şəkildə nəşr olundu, çünki zadəgan bir qadının karyera qurması qəbuledilməz idi. Xanımlar xəbərlərdən, aktual hadisələrdən təcrid olunmuşdu, bir xanımın sosial həyatının əsas məqsədi yaxşı, uğurlu bir evlilik idi. Lakin cəmiyyətin “uğurlu evlilik” anlayışına nələr daxil idi?

O dövrdə sərvət əmlakla ölçülürdü, statusa, imtiyaza önəm verilirdi. Qadınlar tam azad deyildilər, qız uşaqlarına yük kimi baxılırdı. O zaman sevdiyin insanla evlənməkdənsə,öz statusunda olan biri ilə evlənmək daha vacib idi. Zəngin ailədə qız doğulmasa, zəngin, varlı ər tapmaq mümkünsüz idi. Kişilər çox vaxt mövqelərindən istifadə edərək, qadınların qərarlarının çoxunu özləri verirdilər. “Qürur və Qərəz” romanında da eyni zamanda cəmiyyətin ailə birliyinə nə qədər dəyər vermədiyini görürük. Britaniya qanunları o zaman qadınlara əmlakın miras qalmasına icazə vermirdi. O vaxt qadın olmaq çətin idi, onların gələcəkləri üzərində az səlahiyyətləri vardı. Evliliklərdə sevgi az idi. Halbuki insanları ürəklərinə görə qiymətləndirmək daha vacibdir.

Elizabet bacısı kimi kor-koranə, hansısa məqsədə görə evlənmək istəmirdi. O, ağıllı idi. Sevərək, evliliyə hazır olan zaman evlənmək, səbrlə o günü gözləmək istəyirdi, evlənmək xatirinə və ya qarşı tərəfin sosial statusuna görə evlənmək Elizabetə absurd və gülməli gəlirdi. Elizabet Bennet və Cənab Darsinin ilk başda bir-birlərindən xoşları gəlməsə də, sonradan zamanla qarşılıqlı hissləri yaranır. Elizabetin Darsi ilə qarşılaşması onu çox qürurlu olduğuna inandırır, bu səbəbdən ona qarşı qərəzli olur. Cütlük birlikdə olmaq üçün fikir ayrılıqlarını həll etməlidir. Bir-birlərinə qarşı artan hisslər, birinin digərini yanlış şərh etməsi, sevginin insanı dəyişdirməsi əsərin süjet xəttini təşkil edir. Qürur və qərəzlərini dəf etməyi bacaran cütlüyün sevgi hekayəsi  bir çox  insanın arzuladığı xoşbəxt sonluq hekayəsidir. O, bu səbrinin mükafatını aldı və Darsi ilə xoşbəxt həyata qədəm qoydu. Çünki Elizabet evliliyə, münasibətə hazır idi, yalnız bioloji olaraq yox, həm də psixoloji olaraq, hazır idi.  Həyatımızı birlikdə keçirəcəyimiz insanın qüsurlarını mümkün qədər az bilmək daha yaxşıdır. Onunla ortaq dəyərlər yaratmağı bacarmalıyıq.

Adların da romanda simvolikası var.  Elizabetin adı “Allahım anddır, bolluqdur” mənalarını verir. Elişeva adının variasiyasıdır. Elişeva Harun peyğəmbərin arvadı idi. Darsi adı “tünd saçlı”, “qaranlığın nəsli” mənalarını verir.

Qürur romanın qəhrəmanlarını intim əlaqələr qurmaqdan saxlayan əsas mövzudur, həm də insanın qüruruna qalib gəlməyin mümkün olduğu göstərilir. Qərəz isə sevgi münasibətləri qurmaqda başqa bir maneədir.  Darsi Qürurun, Elizabet Qərəzin simvoluna çevrilir.

Müəllif: Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas.

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

ƏLİ KƏRİMİN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QUBADLIDA DOGAN GÜNƏŞ. Gülbəniz ABBASOVA.

GÜLBƏNİZ ABBASOVANIN YAZILARI

QUBADLIDA DOGAN GÜNƏŞ
(Milli Qəhrəman Şükür Həmidova ehtiramla)
Məndən soruşdular bir film çəksən
Söylə, qəhrəmanlardan kimi seçərsən?
Bu çətin sualın qarşısında mən
Çox götür-qoy etdim, seçdim birini .
Yüksələn şəhidlər uduzum, ayım
Çalışın siz məni heç qınamayın
Oxucum, beləki, təqdim edirəm
Şükür Həmidova film çəkərəm:
Tumurcuqlar yazda çiçək açanda
Şükür kimi oğlan gəldi dünyaya
Nənəsi sevinib muştuluq etdi.
Şükür balam olub! – Sevincək dedi.
Qara qoçu kəsdi babası dərhal
Şükür-səna üçün paylandı qurban
Beşiyi başında Şərqiyyə ana
Vətən Anamızdır! – Zümzümə etdi.
Şükür! Şükür etdi! Nəriman ata.
Həmidovlar evi döndü büsata
İllər ötdü…
Uşaqlar oynayır, qaçışırdılar
Birinci olmağa çalışırdılar.
Xatirlərdə qaldı gözəl uşaqlıq
Armud ağacları, dəcəl qoçaqlıq
Ağacın başına dolaşırdılar
Daşlayaraq yeyir, oynaşardılar
Beləcə illəri verər baş-başa
Uşaqlıq illəri gozəl tamaşa.
Başarat məktəbi-qoynuna aldı
Yazıb oxumağı çox nizamladı
Məktəbi bitirən Şükür Həmidov
Kədərli illərə vəsiqə aldı.
Quzğunlar şığıdı torpaqlarına
Qubadlını aldı caynaqlarına.
1993-cü il çox nəs il oldu
Nəsillər kəsildi, gör nələr oldu
Ruhunu canından ayırdı yağı
Taladı, yandırdı yenə doymadı
Xatirlərdə qaldı meşəsi, dağı
Yenə o cığırlar, eli-obası
Neçə didərginlər pənah apardı
Azərbaycan özü bərk çalxalandı
Sumqayıta gəldi qaçqın, didərgin
Taleyi puç olmuş insanlar üçün
Verilən suallar saysız-hesabsız
Həmidovlar üçün bunlar mənasız
Yoxdu! Yoxdu! evim heç demək olar
Cah-calal qalıbdı heç demək olar
Özgələri sahib oldu yurduna
Şükür and içdiki, yol verməz buna
Vətəndən-Anadan əl üzmək olmaz
Bir gün dönəcəyəm mən Qubadlıya!
-Deyərək özünə o, fərman yazdı
Hər gecə yuxusunda Vətən eşqiylə
Doğma torpağına sual verirdi:
-Ey Qubadlım mənim gözəl diyarım!
-Sən kiminsən?-söylə eşitsin Tanrım?
Mən səninəm! Sən mənimsən!
Bax mən sənin övladınam, şükür edirəm Yaradana!
Əks səda torpaq səsi: Ey oğullar xilas edin!
Bombaları, minaları sinəmizdən təmizləyin
Cavabdehlik sizə qalır balalarım
Ermənıdən Xocalının, Qarabağın qisasını alın! Alın!
Torpaq baxdı öz oğluna məyus-məyus
Yenə ona öyüd verdi, dilə gəldi:
Qoç igidlər oylağıdır mənim qoynum
Gözləyirəm mən sizləri dogma oğlum
Artıq sizı gözləmişəm neçə qışı,neçə yazı
Şükür artıq anladıki, düşmənini əzmək üçün oxumalı
Silahları canavarın ürəyinə tuşlamalı
O and içdi, aman etdi haqsızlarla savaşmağa zaman seçdi
Ey Qubadlım! AnaYurdum!
Canımı qurban etməyə, bayrağımı yüksəltməyə
Ulduzlarla cəng eyləyib çiynimə bərkitməyə
Müntəzirəm! Müntəzirəm!
Babalardan öyrəndiyi şükranlığa adət alan
Ya Allahım! Ya Peyğambar! – deyə-deyə
Hərbi təhsil aldı o vaxt şükür etdi
Zamanını səsləyərək halay çəkdi
Aprel gəldi 2016-cı ildə
Cəbrayıilın harayına Şükür getdi
Qisasına sus demədi, Lələtəpə zirvəsində
Yeddi başlı əıgdahanı minalarla dəlib-deşdi
Ohanyan düşməz deyən bənd-bərəni yıxdı keçdi…
***
Millətindən sağlığında ad qazanan qəhrəmanım!
Bir adına şükür edirəm, bir zamana.
Sən millətin qəhrəmanı uca dağsan
Başımızın üzərində dalğalanan bir bayraqsan.
2020 payız idi
Yəhərlədin dəmir atı, sürdün yağının üstünə
Azad etdin Cəbrayılı, Füzulini, Zəngilanı
Qubadlıya çatacaqdın-yer yarıldı lərzə qopdu!
Səni uddu! Dağı-daşı silkələndi Qubadlının.
Şükür kimi qoç igidlər nərə çəkdi
Mahmudluya yetişəndə nəfəs çəkdin
Sən xalqına həyat verdin, özün getdin
Son arzunu qardaşların tamam etdi
Qubadlını, QARABAĞI AZAD ETDİ
20 OKTYABR 2020
Bir-birindən doymadı ata-oğul…
Bu sevinci bölmədi ata-oğul…
Nə ata oğula sağ ol deyə bildi,
Nə oğul, bu günə şükür ata, deyə bildi…
Ata-oğul… Qubadlıda… Şükür heykəli
Ürəklərdə “Zəfər” ordeni
Sən zəfər ordenisən Şükür Həmidov!
Anaların dualarında Şükür Həmidov!

Müəllif: Gülbəniz ABBASOVA,
Bakı, E.Əliyev adına 162 № li tam orta məktəbin tarix müəllimi
.

GÜLBƏNİZ HEYDƏR QIZI ABBASOVANIN YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru